Məhkəmə qərarları › İş №e-2(033)-272/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-272/2024

17.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-272/2024 17.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X4 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evimdən iş üzrə cavabdeh İsrafilova (Ömərova) Solmaz Ömər qızının istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu X5 ilə 1989-cu ildə evlənmiş və 24 aprel 2018-ci il tarixdə məhkəmə yolu ilə boşanaraq ondan ayrılmışdır. 20 fevral 2019-cu il tarixdə onlara nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh, oğlu Mübarizdən boşanma yolu ilə ayrılsa da ona məxsus evdən ona istifadə hüququ verilmişdir. Cavabdeh, yaşadığı dövrdə həmişə oğlu və onunla yola getməmiş və anları narahat etmişdir. Cavabdeh nikahı pozulandan sonra da ona qarşı olan pis münasibətini davam etdirmişdir. Keçmiş gəlini Cavabdeh onu zorla evindən qovduğuna görə 2014-cü ildən indiyədək oğlu Hüseynin evində yaşamağa məcbur olmuşdur. 2019-cu ildə Cavabdeh qarşı evə köçürülmə və cavabdehin evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsində iddia ərizəsinə baxılaraq Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-502/2019 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilərək, onun və oğlu X1 xüsusi mülkiyyətində olan, Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən də görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən 26 sentyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,2792 hektar torpaq sahəsi X5, Cavabdeh, X6, X7 və X2 ümumi birgə mülkiyyəti kimi adlarına, həmin torpaq sahəsinin üzərində yerləşən 107,10 kv.m. fərdi yaşayış evi isə tam mülkiyyət kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni zamanda həmin Qətnamənin əsaslandırıcı hissəsinə əsasən məhkəmə qeyd etmişdir ki, "... mübahisəli mənzil üzərində tərəflərin istifadə hüquqları 1989-cu il tarixdə evlənərək cavabdehin gəlin köçdüyü zaman yaranmışdır. Həmin mənzil 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş və həmin ev uçmuşdur. Həmin tarixdə Fövqəladə Hallar Nazirliyi tərəfindən onların birgə mülkiyyətində olan torpaq sahəsində yeni fərdi yaşayış evi tikilmişdir. Həmin mənzildə iddiaçı X1 və Cavabdeh istifadə hüququ saxlanılmışdır. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh həmin dövrdə mübahisəli evin icarədarı olmuş şəxsin öz razılığı ilə onun evinə gəlin köçmüş, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmamış, onun bütün cehiz əşyaları da həmin evə yerləşdirilmiş və hazırda da həmin evin əvəzinə tikilmiş evdədir. Cavabdehin gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü evə gətirməsi onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir. O, həmin yaşayış sahəsindən burada iddiaçı ilə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir". Hazırda cavabdeh mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evində yaşamır. O, həmin evdən 2020-ci ilin avqust ayından çıxmış və Bakı şəhərində özünə yeni yaşayış sahəsi seçmişdir. Beləliklə artıq 3-cü ildir ki, cavabdeh İsrafilova (Ömərova) Solmaz Ömər qızı həmin evdə yaşamır. Bunu sübut edən dəlillər - arayışlar, həmin yaşayış evinin cavabdeh tərəfindən istifadə edildiyi otağa giriş qapısının foto şəkilləri iddia ərizəsinə əlavə edilmişdir. Hazırki tələblə məhkəməyə müraciət etməyinin səbəbi də, mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evindən iş üzrə cavabdeh İsrafilova (Ömərova) Solmaz Ömər qızının istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etməkdir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz dail olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki iş üzrə tərəflər məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, keçmiş gəlini olan cavabdeh hazırda ona məxsus evdə yaşamır. Cavabdeh evə köçürüldükdən sonra qapını bağlayıb çıxıb gedib Bakıya və orda yaşayır. 3 ildir cavabdeh evə gəlmir. Cavabdeh həmin evdə yaşamadığından orada gəmiricilər yuva salıb, it və pişiklər orada balalayır və həmin hissə baxımsızdır. Buna görə o cavabdehin həmin evdən istifadə hüququnun itirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi və təmsil etdiyi cavabdehin iddia predmeti olan yaşayış evində istifadə hüququ tanınıb və o, məhkəmə qətnaməsi əsasında həmin evə köçürülüb. O əvvəllər iddiaçıya məxsus evdə yaşamış, lakin hazırda müvəqqəti olaraq xəstəliyi ilə əlaqədar Bakı şəhərində yaşayır. Cavabdeh mütəmadi olaraq həmin evə gəlib gedir, sadəcə orada xəstə üçün lazımi şərait olmadığından daimi qalmır. Cavabdehə məxsus əmlaklar da bu evdədir. Həmin evin yaxınlığında cavabdehə məxsus bağ var və fındıq mövsümündə fındığı yığmaq üçün gəlir və evdə də qalır. Cavabdeh həmin ünvanda qeydiyyatdadır. Hazırda iddia tələbinin təmin olunmamasını xahiş edir. İşin halları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən 26 sentyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,2792 hektar torpaq sahəsi X5, Cavabdeh, X6, X7 və X2 ümumi birgə, həmin torpaq sahəsinin üzərində yerləşən 107,10 kv.m. fərdi yaşayış evi İddiaçı tam mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(033)-124/2018 nömrəli qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında Zaqatala RİHB-in Aşağı Tala kənd inzibati ərazi dairəsində 14 mart 1989-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-502/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı Rəsul qızı və X5 İddiaçı Rəsul qızının xüsusi mülkiyyətində olan, Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçının (İddiaçı Rəsul) və cavabdehin (İddiaçı Rəsul qızı) mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli 5-82-15/2-1093/2023 saylı; arayışdan görünür ki, aparılmış şifahi sorğuya əsasən X3 Tala kəndində pasport qeydiyyatında olsa da 2020-ci ildən Aşağı Tala kəndində yaşamır. Tədbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd olunmuşdur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır;- yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sözügedən qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə ailə üzvlərinin arasında etibarlı ailə əlaqələrinin kəsilməsi və onun, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması - hüququ əmələ gətirən əsasın aradan qalxması ailə üzvünün mənzildən istifadə hüququnun xitamı ilə nəticələnir. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 17-ci bəndinə əsasən göndərilən sənədlərdə (məktublarda, məlumat xarakterli arayışlarda, məlumat vərəqələrində) ünvan sahibinin rekvizitləri dəqiq göstərilir. 20-ci bəndinə əsasən sənədin nömrəsi bir qayda olaraq, işin nomenklatur üzrə nömrəsindən və sənədin qeydə alınmasının sıra nömrəsindən ibarətdir. 73-cü bəndinə əsasən arayışın və məlumat vərəqəsinin mətni iki hissədən ibarət olmalıdır. Birinci hissədə sənədin hazırlanması üçün əsas götürülən faktlar, ikinci hissədə nəticələr və təkliflər yazılır. Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə xx.xx.2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Müəyyən edilmiş hallar ondan ibarətdir ki, Cavabdeh ilə iddiaçının oğlu X5 arasında xx.xx.1989-cu il tarixdə Zaqatala RİHB-in Aşağı Tala kənd inzibati ərazi dairəsində nikah bağlanmışdır. Zaqatala Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(033)-124/2018 nömrəli qətnaməsinə əsasən onlar arasında qeydə alınmış nikah pozulmuşdur. Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evində istifadə hüququnun olmasına dair Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(033)-502/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilənlər işin mübahisələndirilməyən və yenidən sübut edilməyən halıdıır. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən onun mülkiyyətində olan fərdi yaşayış evinin 3 ildən artıq müddətdir ki istifadə edilmədiyini əsas gətirərək həmin fərdi yaşayış evindən cavabdeh İsrafilova (Ömərova) Solmaz Ömər qızının istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün X8 2020-ci ildən Aşağı Tala kəndində yaşamadığına dair Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışını təqdim etmişdir. Məhkəmə, barəsində arayış verilən şəxsin rekvizitlərinin dəqiq (soyadı, doğum tarixi və yeri, qeydiyyat ünvanı, ailə vəziyyəti və s.) göstərilmədiyindən, “X12” olaraq qeyd edilmiş şəxsin Cavabdeh ilə şəxs olmalarını müəyyən etmək mümkün olmadığından, eləcədə verilməsinə əsas olan fakta istinad olmadığından, həmin arayışı “əsaslı şübhədən kənar” sübut saymamışdır. Cavabdehin nümayəndəsi, onun müvəqqəti olaraq xəstəliyi ilə əlaqədar Bakı şəhərində yaşaması, lakin mütəmadi olaraq həmin evə gəlib getməsi, orada xəstə üçün lazımi şərait olmadığından daimi qalmaması əsası ilə iddiaya etiraz etmişdir. Məhkəmə iddiaçının, cavabdehin yaşayış sahəsinə olan ehtiyacını onun evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması barədə “əsaslı şübhədən kənar” sübut təqdim etmədiyini nəzərə alaraq, cavabdehin iddiaçıya məxsus evdə yaşamamasının xəstəliyi ilə əlaqədar müvəqqəti xarakter daşıması barədə cavabdehin nümayəndəsinin bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, cavabdehin iddiaçıya məxsus yaşayış sahəsinə olan ehtiyacının onun evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması halının təsdiq olunması belə hazırkı iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, tərəflər arasında 2009-cu il oktyabrın 1-dək yaranmış istifadə hüququ ilə bağlı münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməli olduğundan, həmin normada isə şəхsin yaşayış sahəsindən istifadə hüququnu itirmiş hеsab еdilməsi nəzərdə tutulmadığından iddia tələbi təmin еdilə bilməz. Məhkəmə оnu da qеyd еtməyi zəruri sayır ki, mübahisənin bu qaydada həll еdilməsi, iddiaçını gələcəkdə cavabdеhin mənzildən istifadə hüququna xitam vеrilməsi barədə iddia vеrmək hüququnu istisna еtmir. İddia təmin edilmədiyindən İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manat onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar