Məhkəmə qərarları › İş №e-2(033)-28/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-28/2023

03.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-28/2023 03.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı4, onun və İddiaçı5 Hüseyn oğlunun, İddiaçı1, İddiaçı7, İddiaçı3, İddiaçı6 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı5 Hüseyn oğlunun, İddiaçı4, İddiaçı1, İddiaçı7, İddiaçı3, İddiaçı6 və İddiaçı2 Cavabdeh qaşı “qanunsuz tikililərin sökülməsi, maneənin aradan qaldırılması, cavabdehin torpaqdan çıxarılması və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı5 Hüseyn oğlu, İddiaçı4, İddiaçı1, İddiaçı7, İddiaçı3, İddiaçı6 və İddiaçı2 Cavabdeh qaşı “qanunsuz tikililərin sökülməsi, maneənin aradan qaldırılması, cavabdehin torpaqdan çıxarılması və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Cimcimax kəndində yerləşən onlara məxsus qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020 olan Çıxarışda qeyd olunmuş 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz aparmış tikililərin sökülməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və onların həmin torpaq sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların xüsusi mülkiyyətlərində Zaqatala rayonu Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahəsinin onların mülkiyyətində olmasını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020 olan Çıxarış verilmişdir. Həmkəndliləri olan cavabdeh onlardan icazəsiz, qanunsuz olaraq həmin torpaq sahəsini zəbt edərək orada qanunsuz olaraq tikililər aparmış və onları həmin torpaq sahəsindən istifadə etməyə maneçilik yaratmışdır. Cavabdehə dəfələrlə qanunsuz tikililəri sökməyi və torpaq sahəsindən çıxması barədə xəbərdarlıq etsələr də sonuncu bundan imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı4, onun və İddiaçı5 Hüseyn oğlunun, İddiaçı1, İddiaçı7, İddiaçı3, İddiaçı6 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçıların səhvən mülkiyyətinə verilmiş 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1984-cü il tarixdən ailəsinin istifadəsində olmuşdur. Bundan başqa 2006-cı il tarixdə o, həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsi barədə Mamrux bələdiyyəsinə 660 (altı yüz altmış) manat ödəniş etmişdir. Bu barədə Mamrux bələdiyyəsi tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Həmin torpaq sahəsi tərəfindən mişar daşı ilə hasara alınmış, fərdi yaşayış evi tikmişdir. Bundan başqa 2012-ci il tarixdə baş vermiş zəlzələ zamanı evinin qəzalı olması barədə FHN-dən müvafiq rəy verilmişdir. Eyni zamanda 0.20 ha torpaq sahəsinin ona satılmasını təsdiq edən digər sənədlər bələdiyyənin inzibati binasında yanğın hadisəsi olduğuna görə əldə edə bilməmişdir. Belə ki, Zaqatala rayon Aqrar İslahat komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 nömrəli qərarına əsasən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Hüseyn oğlunun, İddiaçı6, İddiaçı7 ümumi birgə mülkiyyətinə verilməsi göstərilmişdir. Həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixdə çıxarış verilməklə, ********** qeydiyyat nömrəsi verilmişdir. 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən torpaq sahəsinə müvafiq çıxarış verilərkən qanunun tələbləri pozulmuşdur. Ona görə ki, 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşdiyi ərazidə fərdi yaşayış evi ilə yanaşı, digər tikililər plan ölçü sənədində göstərilməmişdir. Belə olan halda 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən iddiaçılara çıxarışın verilməsindən imtina olunmalı idi. Belə ki, mübahisəli torpaq sahəsini o, almasaydı heç vaxt həmin yerdə yaşayış evi və s. yaşayış üçün şərait yaratmazdı. Əvvəllər iddiaçılar bir dəfə də olsun onu narahat etməmişlər. Onun apardığı tikinti işləri illər ərzində olub. Əgər həmin torpaq sahəsi iddiaçılara verilmiş olsaydı, ona hər hansı xəbərdarlıq edərdilər. Artıq o, həmin torpaq sahəsində 15 ildir ki, yaşayış evi tikməklə, yaşayır. Bundan başqa zəlzələdən dağılmış evini yenidən inşa etmişdir. Bu müddət ərzində də iddiaçılar hər hansı irad bildirməmişlər. Ona görə ki, iddiaçılara məlumdur ki, torpaq sahəsi sənəd üzərində onların mülkiyyətində olsa da, torpaq sahəsinin yerləşdiyi faktiki ərazi onun istifadəsindədir. Göstərilənlərə əssən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında göstərmişdir ki, tərəfləri yaxşı tanıyır. İddiaçılardan Rübabə onun əmisinin qızının gəlinidir. O, Mamrux Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Cavabdeh torpaq sahəsi almaq üçün ərizə ilə Bələdiyyəyə müraciət etmiş və ərizə bələdiyyə orqanının iclasında baxılaraq Mamrux Bələdiyyə ərazisində 0,12 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Həmin akt Mamrux Bələdiyyəsində qeydiyyata alınmışdır. Lakin 2015- ci ildə Mamrux Bələdiyyəsi ləğv olunaraq Gözbarax Bələdiyyəsinə birləşdirilmişdir. Həmin vaxt Cavabdeh Bələdiyyə tərəfindən 0,06 ha torpaq sahəsi satılmışdır. Torpaq tərəflərin iştirakı ilə ölçülmüşdür. Hazırda Cavabdeh həmin ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən ev tikilib və orada ailəsi ilə yaşayır. İşin halları İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Zaqatala rayonunun Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı5, İddiaçı1, İddiaçı7, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli 89 saylı arayışından görünür ki, Əliyev X4- Mamrux yolunun kənarında 0,24 ha ərazidə özünə yaşayış evi tikmiş və bağ salmışdır. O, 2010-cu ildən ailəsi ilə birlikdə həmi evdə yaşayır. Yaşayış evində işıq sayğacı vardır, su və telefon xətti çəkdirmişdir. 2012-ci ildə ərazidə baş vermiş zəlzələ nəticəsində FHN komissiyaları tərəfindən evə baxış keçirilmişdir. Hal-hazırda Cavabdeh ailəsi ilə birlikdə həmin evdə yaşayır. Həmin evdən başqa ərazidə hər hanı bir daşınmaz əmlakı yoxdur. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli 90 saylı arayışından görünür ki, 2012-ci ildə ərazidə baş vermiş zəlzələ nəticəsində FHN-in komissiyaları tərəfindən ərazidə yaşayış evlərinə baxış keçirilərkən Cavabdeh evinə baxış keçirilmiş və qəzalı rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş 30 noyabr 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Zaqatala rayonu Mamrux Bələdiyyəsi tərəfindən Cavabdeh 0,12 ha torpaq sahəsi 660 manata satılmışdır. İş materiallarına əlavə edilmiş 11 dekabr 2006-cı il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən 660 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Gözbarax Bələdiyyəsi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli 23 saylı arayışından görünür ki, Cavabdeh ilə Zaqatala rayonu Mamrux Bələdiyyəsi arasında bağlanmış torpaqların alqı-satqısına dair aktın əsli və alqı-satqının qeydə alınmasına dair qeyd kitabı bələdiyyəyə verilməmişdir. 2015-ci ildə Mamrux bələdiyyəsi ləğv olunaraq Gözbarax bələdiyyəsinə birləşdiriləndə həmən kitablar Mamrux bələdiyyəsi tərəfindən Zaqatala rayonu Dövlət arxivinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası FHN X6 Xidməti Zaqatala rayon X6 Hissəsinin 03 mart 2011-ci il tarixli 106 saylı arayışından görünür ki, həqiqətən 19 fevral 2011-ci il tarixdə saat 04-26 dəqiqə radələrində bələdiyyə binasına məxsus inzibati binada yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı binanın üst örtüyünün ağac konstruktiv materialları, daxili əşyalar və bələdiyyəyə məxsus sənədlər yanaraq məhv olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə X7 2000 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan “X3” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən məlum olur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15 oktyabr 2020-ci il olan Çıxarışa əsasən İddiaçı5, İddiaçı1, İddiaçı7, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam həcmdə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi daxilində olması müəyyən edilmişdir. Müəyyənləşdirilən torpaq sahəsinin ölçüləri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplan və plan-sxemdə aydın şəkildə göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/86 saylı 06 mart 2023-cü il tarixli rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15 oktyabr 2020-ci il olan Çıxarışa əsasən İddiaçı5, İddiaçı1, İddiaçı7, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15 oktyabr 2020-ci il olan Çıxarışa əsasən Zaqatala rayonu Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı5, İddiaçı1, İddiaçı7, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/86 saylı 06 mart 2023-cü il tarixli rəydən məlum olur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15 oktyabr 2020-ci il olan Çıxarışa əsasən İddiaçı5, İddiaçı1, İddiaçı7, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Göründüyü kimi, iddiaçılar Zaqatala rayonu Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidirlər və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüquqları vardır. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək orada fərdi yaşayış evi inşa edilmişdir. Cavabdehin mübahisələndirilən torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüququ əmələ gəlmədiyi halda başqasının mülkiyyətində olan zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Cavabdeh həmin torpaq sahəsini Zaqatala rayonu Mamrux Bələdiyyəsindən alqı-satqı yolu ilə aldığını bildirsə də, bunu təsdiq edən hər-hansı bir sənədin əslini və ya təsdiq olunmuş surətini sübut kimi məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçilərin özlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüquqları bərpa olunmalı, Cavabdeh tərəfindən iddiaçıların ümumi birgə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililər sökülməli, cavabdeh iddiaçıların ümumi birgə mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və onlar həmin torpaq sahəsinə köçürülməlidirlər. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu tələb olunmadığından həmin xərc iddiaçılara aid edilməli, 50 manat ekspertiza xərci isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçılar İddiaçı5 Hüseyn oğlunun, İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı7 və İddiaçı2 ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonunun Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş tikililər sökülsün. Cavabdeh iddiaçılar İddiaçı5 Hüseyn oğlunun, İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı7 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın və iddiaçılar həmin torpaq sahəsinə köçürülsünlər. Dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat iddiaçılara aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar