Məhkəmə qərarları › İş №e-2(033)-314/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-314/2023

19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-314/2023 19.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1967-ci il tarixdə 07 dekabr 2001-ci il tarixdə ölmüş X2 doğulması (uşağın anadan mənşəyi (analıq)) və 14 noyabr 2001-ci il tarixdə ölmüş X4 atası olması (atalığın etirafı) faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 1967-ci ildə Özbəkistan Respublikasında doğulmudur. Təqribən 1969-cu ildə X1 və anası X5 ilə birlikdə Azərbaycan Respublikasına gəlmişlər. X1 və anası X5 arasında nikah olmamışdır. X1 14 noyabr 2001-ci il tarixdə, anası X5 isə 07 dekabr 2001-ci il tarixdə ölmüşdür. Şəxsiyyət vəsiqəsi olmasına baxmayaraq bu günədək onun doğum haqqında şəhadətnaməsi yoxdur. Qeyd olunan məsələ ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi də onun X2 doğulması (uşağın anadan mənşəyi (analıq)) və X4 atası olması (atalığın etirafı) faktının müəyyən edilməsi ilə bağlıdır. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, ona doğum haqqında şəhadətnamə doğulduğu Özbəkistan Respublikasında verilmişdir və o, doğum haqqında şəhadətnaməsini itirmişdir. Hazırda Özbəkistana gedib-gəlmək çətin olduğu üçün və buna onun maddi imkanı olmadığı üçün o, bu işi məhkəmə qaydasında həll etmək istəyir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Mülki işin materiallarında olan Zaqatala RİHB-ın Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi atası X7 və anası X3r. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07 dekabr 2001-ci ildə vəfat etmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 noyabr 2001-ci ildə vəfat etmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, 01 avqust 1933-cü ildə Zaqatala şəhərində anadan olmuş X5 barəsində Maraqlı şəxs arxivində və “Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində” nikah akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları 1945-ci ildən Maraqlı şəxs arxivində tam saxlanılılr. Mülki işin materiallarında olan Maraqlı şəxs 01 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə uyğun doğum haqqında akt qeydinin tərtib olunması və doğum haqqında şəhadətnamənin verilməsi tərəflərindən mümkün deyildir. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxləsin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Belə ki, qanunun mənasına görə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki işə məhkəmə prosesində baxılarkən müəyyən olunmuşdur ki, ərizəçi xx.xx.1967-ci ildə Özbəkistan Respublikasında doğulmuşdur və onlar 1969-cu ildə Azərbaycan Respublikasına köçmüşlər, ərizəçinin doğum haqqında şəhadətnaməsi itirilmişdir. Məhkəmə hesab edir ki, ərizədə qeyd olunan faktkarı təsdiq edən sənədləri ərizəçi başqa yolla əldə edə bildiyi üçün, yəni, qanunda nəzərdə tutulmuş qaydada Özbəkistan Respublikasının müvafiq dövlət orqanına müraciət etməklə əldə etməsi mümkün olduğundan ərizə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ərizə təmin edilmədiyindən, Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı onun xx xxxx 1967-ci il tarixdə 07 dekabr 2001-ci il tarixdə ölmüş X2 doğulması (uşağın anadan mənşəyi (analıq)) və 14 noyabr 2001-ci il tarixdə ölmüş X4 atası olması (atalığın etirafı) faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar