Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-32/2023 12.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və Zaqatala X1rşı “mülkiyyət hüququnun bərpası və torpaq sahəsindən istifadəsinə olan maenələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh və Zaqatala X1rşı “mülkiyyət hüququnun bərpası və torpaq sahəsindən istifadəsinə olan maenələrin aradan aldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququnun bərpası, DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında qeydiyyata alınan 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh tərəfindən istifadəsində olan maneələrin aradan qaldırılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə ailə üzvlərinə Zaqatala rayonu, Əlibayramlı kəndində 5500 kv m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair hüquqları xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı ərazi idarəsində **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında qeydiyyata alınmışdır. Torpaq sahəsindən uzun illərdir ki, X12 X2 Meşəbəyi vəzifəsində işləyən Cavabdeh maneələri nəticəsində istifadə edə bilmirlər. Cavabdeh həmin torpaq sahəsinin meşə fondu torpaqlarına aid olmasını iddia edərək, torpaq sahəsinin onlara məxsus olmadığını, gah çıxarışın səhv verildiyini, gah da torpaq sahəsində istifadə etdikləri təqdirdə onların barəsində qanuna müvafiq tədbirlər görülməsi üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. Qeyd olunan səbəblər nəticəsində ailə üzvləri və o mülkiyyət hüquqlarından məhrum olmaqla torpaq sahəsindən istifadə edə bilmirlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında qeydiyyata alınan 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh X18 Bərpası və Mühafizəsi mərkəzi tərəfindən iddiaçının istifadəsində olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 13 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi uzun illərdir ki, X12 X2 ərazisinə aiddir. İddiaçı onu cavabdeh kimi düzgün qoymamışdır. Odur ki, qanuni qərar qəbul edillməsini xahiş etmişdir. Cavabdeh Zaqatala Regional X9 nümayəndəsi X5 12 may 2022-ci ildə keçirilən məhkəmə iclasında iddia tələbini qəbul etməyərək mübahisələndirilən torpaq sahəsinin X18 Təsərrüfatı Mərkəzinə məxsus olduğunu bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmaısnı xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə cavabdehlər X18 Təsərrüfatı Mərkəzinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X16, X17, X10, X6, X7, X11 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AA N 299464 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün təsdiq edilmiş surətindən ki, Zaqatala rayon Aqrara İslahat Komissiyasıın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Zaqatala rayonu Əli Bayramlı kəndində yerləşən 5500 kvm kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2023-cü il tarixli 10/8314 saylı ekspert rəyindən görünür ki, Zaqatala rayon RNTM-in Əliabad meşəbəyliyinin meşə quruluşu xəritəsi idarələrinin xidməti istifadəsində olan elektron məlumat bazasında mövcud olmadığına görə ünvan 1i ünvanında yerləşən daşınmaz əmlakın reyestr nömrəsi **********06, qeydiyyat nömrəsi ********** olan 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala rayon RMYM-in Əliabad meşəbəyliyinin meşə quruluşu xəritəsinə əsasən meşəbəyliyin ərazisi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən daşınmaz əmlakın reyestr nömrəsi **********06, qeydiyyat nömrəsi ********** olan 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi idarələrinin xidməti istifadəsində olan kompleks yerquruluşu lahiyələrəinə əsasən hər-hansı bir meşə torpağı ilə üst-üstə düşmür. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş 07 mart 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Nümayəndə tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.1-ci və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 67-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsində torpaq sahələri üzərində hüquqların yaranma vaxtı müəyyən edilmişdir. Həmin normaya görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsində müəyyən edilmişdir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24 iyul 2020-ci il olan Çıxarışa əsasən ünvan 1ində yerləşən 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X16, X17, X10, X6, X7, X11 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində 191 nömərli reystr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2023-cü il tarixli 10/8314 saylı ekspert rəyindən görünür ki, mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən daşınmaz əmlakın reyestr nömrəsi **********06, qeydiyyat nömrəsi ********** olan 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi idarələrinin xidməti istifadəsində olan kompleks yerquruluşu lahiyələrəinə əsasən hər-hansı bir meşə torpağı ilə üst-üstə düşmür. Göründüyü kimi, iddiaçı ünvan 1ində yerləşən 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüquqları vardır. İddiaçıya həmin torpaq sahəsindən faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və iddiaçının mülkiyyət hüququ bərpa edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizəsində ödənilmiş 100 manat dövlət rüsumunu tələb etmədiyindən həmin xərc onun özünə aid edilməli, 50 manat ekspertiza xərci isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24 iyul 2020-ci il olan Çıxarışa əsasən İddiaçı ümumi birgə mülkiyyətində olan ünvan 1ində yerləşən 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh X18 Təsərrüfatı Mərkəzi tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və iddiaçının mülkiyyət hüququ bərpa edilsin. Dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat İddiaçı özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdeh X18 Təsərrüfatı Mərkəzindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-32/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-32/2023
12.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver