Məhkəmə qərarları › İş №e-2(033)-335/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-335/2023

30.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-335/2023 30.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qərəzli hərəkətlərə son qoyulma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “qərəzli hərəkətlərə son qoyulma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətində olan Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onun əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətində Zaqatala rayonu, Danaçı kəndində 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı, torpaq sahəsi vardır. İddiaçının həmin torpaq sahələri üzərindəki hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”lardan da göründüyü kimi, Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 7/12 hissəsinin mülkiyyətçisi iş üzrə İddiaçıdır. İş üzrə Cavabdeh İddiaçı ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətində olan Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən sonuncunun istifadə və sahiblik etməyinə, həmin torpaq sahələrinə daxil olmağa qoymamaqla və torpaq sahələrindən iddiaçının razılığı olmadan öz istəyinə uyğun istifadə etməklə (əkin aparmaq, torpaq sahəsində yetişmiş məhsulu və otu yığmaq) maneçilik yaradır. İddiaçı Cavabdeh, ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətində olan Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməsinə qarşı yaratdığı maneənin aradan qaldırılasını tələb etməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh nümayəndəsi Vəkil2 məhkəmə iclasına iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı cavabdehin bacısıdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”lara əsasən Zaqatala rayonunun Danaçı kəndində yerləşən 0,640 və 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri paylı mülkiyyət hüququ üzrə hər torpaq sahəsində payı 3/12 hissə olmaqla X2, payı 2/12 hissə olmaqla X3 və payı 7/12 hissə olmaqla İddiaçı adınadır. Həmin torpaq sahələri paylı mülkiyyət hüququ üzrə tərəflərin mülkiyyətində olsa da həmin hissələr naturada ayrılmamışdır. Yalnız torpaq sahələri naturada ayrıldıqdan sonra cavabdeh iddiaçının onun mülkiyyətində olan torpaqdan istifadə etməsinə maneə yaratmayacaqdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşin halları Mülki işin materiallarında olan qeydiyyat tarixi 27 yanvar 2022-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və A N 680883 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayonunun Danaçı kəndində yerləşən 0,640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 3/12 hissə olmaqla X2, payı 2/12 hissə olmaqla X3 və payı 7/12 hissə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan qeydiyyat tarixi 27 yanvar 2022-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və A N 680884 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayonunun Danaçı kəndində yerləşən 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 3/12 hissə olmaqla X2, payı 2/12 hissə olmaqla X3 və payı 7/12 hissə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Zaqatala rayon məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(033)-130/2021 saylı qətnaməsinin surətindən görünür ki, X1 miras qalmış Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum X4 aid hissəsi üzərində iddiaçı Cavabdeh vəsiyyət üzrə vərəsəlik hüququ müəyyən edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2021-ci il tarixli 2(107)-1140/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala rayon məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(033)-130/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmişdir. X1 iddiaçı Cavabdeh vəsiyyət olunmuş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, 0,49 və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Zaqatala rayon 2 saylı notariat ofisinə həvalə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(107)-1140/2021 saylı qərardadı ilə Zaqatala rayon məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(033)-130/2021 saylı qətnaməsinin vəsiyyət üzrə vərəsəliyin açılmasının təmin edilməməsi və vərəsəlik hüququnun tanınması hissəsinin təmin olunmuş hissələrində ləğv edilərək iş üzrə xitam verilməsi nəzərə alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.1-ci və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları müəyyən edilmişdir. Həmin normaya görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları- müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, həmçinin vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 67-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsində torpaq sahələri üzərində hüquqların yaranma vaxtı müəyyən edilmişdir. Həmin normaya görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsində müəyyən edilmişdir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən 0, 640 və 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində xx.xx.2022-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** və ********** nömrələr ilə qeydiyyata alınmış çıxarışlara əsasən paylı mülkiyyət hüququ üzrə payı 3/12 hissə olmaqla X2, payı 2/12 hissə olmaqla X3 və payı 7/12 hissə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,640 ha və 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 7/12 hissənin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahələrinin iddiaçıya məxsus hissələrindən sonuncunun istifadə və sahiblik etməsinə, həmin torpaq sahələrinə daxil olmağa qoymamaqla istəyinə uyğun istifadə edilməsinə maneçilik yaradılır. Məhkəmə qeyd etmək istəyir ki, torpaq sahəsinin naturada ayrılmaması cavabdehə hüquq vermir ki, torpaq sahsinin 7/12 hissəsinin mülkiyyətçisi olan iddiaçını ümumiyyətlə torpaq sahsinə buraxmasın və onun mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mayeələr yaratsın. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehin iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş əmlaklara daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb olunmadığından həmin xərc onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində xx.xx.2022-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** və ********** nömrələr ilə qeydiyyata alınmış çıxarışlara əsasən paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb olunmadığından həmin xərc onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar