Məhkəmə qərarları › İş №e-2(033)-342/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-342/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-342/2022 04.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı abunə müqaviləsi üzrə xidmət müqabilində yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 206,08 manat abunə və xidmət haqqı və 30 manat dövlət rüsumunun, cəmi 236,08 manat vəsaitin iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış 18 yanvar 2018-ci il tarixli ********* saylı abunə müqaviləsinə əsasən ********** nömrəli mobil nömrə ilə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 206,08 manat məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Abunə müqaviləsinin 4.1ci bəndinə əsasən abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən hesab-fakturada göstərilən ödəniş müddətləri abunəçi tərəfindən pozularsa, Azercell abunəçiyə faktura kəsildiyi tarixdən 45 təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1 faiz miqdarında hesablanır. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20 faizdən artıq olmamaq şərti ilə, borc tam ödənilənə qədər Azercell tərəfindən davam etdirilir. Cavabdehin öz borcunu ödəməsinin son tarixi 19 noyabr 2019-cu il müəyyən olunsa da, o müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Gözbarax kəndində X5 adında vətəndaş olmuşdur, hazırda o, Rusiya Federasiyasında yaşayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X5 arasında bağlanmış 18 yanvar 2018ci il tarixli ********* saylı abunə müqaviləsindən görünür ki, ***-***-**-** nömrəsi Zaqatala rayonu Gözbarax kənd sakini X2 istifadəsinə verilmişdir. 25 yanvar 2018-ci il tarixli hesab fakturadan görünür ki, Zaqatala rayonu Gözbarax kənd sakini X2 ***-***-**-** nömrəsi üzrə ödəniləcək cəmi məbləği 206,08 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 fevral 2021-ci il tarixli cari hesab arayışından görünür ki, Zaqatala rayonu Gözbarax kənd sakini X2 ***-***-**-** nömrəsi üzrə ödənilməmiş faktura məbləği 206,08 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X5 arasında 18 yanvar 2018-ci il tarixli ********* saylı abunə müqaviləsin bağlanmış, müqavilə şərtlərinə görə ***-***-**-** nömrəsi X2 istifadəsinə verilmişdir. Borclu kreditorun rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 206,08 manat məbləğində abunə və xidmət borcu yaranmışdır. X5 abunə müqaviləsi üzrə adına rəsmiləşdirilən nömrədən “Azercell”in göstərdiyi xidmətlərin müqabilində, bu müqaviləyə uyğun olaraq xidmət haqqı və digər ödənişləri həyata keçirməmiş, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər ödəməli olduğu halda borcun ödənilməsini təmin etməmişdir. Göründüyü kimi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 ***- ***-**-** nömrəsini verərək rabitə xidmətini açıb xidmət göstərilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh X5 abunə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti abunə müqaviləsi üzrə xidmət müqabilində yaranmış borcu X1 tələb etməkdə haqlıdır. Abunə müqaviləsinin 14.2-ci maddəsinə əsasən “Azercell”in telekommunikasiya xidmətlərindən və ya nömrədən (qanunvericilikdə və bu müqavilə ilə qadağan edilmiş hallar da daxil olmaqla) istifadə ilə əlaqədar “Azercell” qarşısında yalnız abunəçi (yaxud onun varisləri) məsuliyyət daşıyır və qüvvədə olan qanunvericiliyə əsasən özünün bütün əmlakı ilə cavabdehdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X1 abunə müqaviləsi üzrə xidmət müqabilində yaranmış 206,08 manat məbləğində borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia təmin edildiyindən cavabdeh X1 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh X1 abunə müqaviləsi üzrə xidmət müqabilində yaranmış 206,08 (iki yüz altı manat səkkiz qəpik) manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 236,08 (iki yüz otuz altı manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar