Məhkəmə qərarları › İş №e-2(033)-345/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-345/2024

22.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-345/2024 22.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bayramova Aytac Elşad qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə elan edilməklə vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilmə” tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə elan edilməklə vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilmə” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə elan edilərək, onun mərhum X3na münasibətdə vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 17 mart 2023-cü il tarixdə qızı Firəngiz Yusifovanı yaşadığı Zaqatala şəhəri, 28 May küçəsində yerləşən ikimərtəbəli binanın zirzəmisində gizlənərək pusquda durmaqla Firəngiz Yusifovanı öldürmək məqsədi ilə ətrafdakıların diqqətini çəkməmək və daha çevik hərəkət etməkdən ötrü xeyli müddət əvvəl lüləsi kəsilmiş halda məlum olmayan mənbədən taparaq əldə etdiyi, ayrı-ayrı vaxtlarda ov etmək üçün istifadə etdiyi, daşıyaraq yaşadığı qeyd olunan ikimərtəbəli binanın zirzəmisində saxladığı, zavod üsulu ilə istehsal edilmiş, İJ 18E modelli, T00683 nömrəli, 12 kalibrli, təklüləli odlu silah hesab edilən tüfəng kəsiyinin patron yuvasına patron yeridib atəşə hazır vəziyyətdə saxlamaqla əlverişli şəraitin yaranmasını gözləyib qızı zərərçəkmiş şəxs Firəngiz Yusifovanın işə getmək üçün evdən çıxmasından istifadə edib gizləndiyi yerdən çıxaraq binanın eyvan hissəsində dayanıb əvvəlcə mənzili tərk edən zərərçəkmiş şəxsin anası X1 bir qədər kənarlaşmasını gözləyib Firəngiz Yusifova onun hədəfində olduğu anda anası Muminət Yusifovaya xüsusi əzab verdiyini dərk edib, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə sonuncunun yanında bir dəfə atəş açaraq qızı Firəngiz Yusifovanın bədəninin müxtəlif nahiyələrində odlu silah yaraları xəsarətlərini yetirərək xüsusi amansızlıqla X3nı qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Mərhum qızı Firəngiz Yusifova ilə Cavabdeh 09 dekabr 2014-cü il tarixdə Zaqatala rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahından 20 aprel 2015-ci il tarixdə Elcan Dideyev dünyaya gəlmişdir. Hazırda Cavabdeh Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 1(091)-219/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X3 vəfat edərkən Cavabdeh ilə rəsmi nikahda olmuşdur və mövcud mülki qanunvericiliyə əsasən qanun üzrə vərəsəsi sayılır. Mərhum X3nın valideyni olaraq o qızının qanun üzrə vərəsəsi sayılır. Hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi mərhum X3na qarşı qəsdən cinayət törətməklə onu amansızcasına öldürən və mərhum qızı vəfat edərkən onunla rəsmi nikahda olan Cavabdeh ləyaqətsiz vərəsə elan edilərək onun mərhum X3na münasibətdə vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi ilə bağlıdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası ƏN PX-in 11 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən Cavabdeh 11 mart 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, o, azadlıqdan məhrum olduğuna görə məhkəmə iclasında iştirak etmək onun iradəsindən asılı deyildir. Bu səbəblə o, videokonfransla məhkəmə iclasında qoşulmaq və iştirak etmək isytəyir. Onun iştirakı olmadan məhkəmə iclasının küçirilməsinə etirz edir. O, Firəngiz Yusifova ilə ailə həyatı qurmuş, bu evlilikdən Elcan adlı övladı dünyaya gəlmişdir. Ailə həyatı qurduqları vaxtdan ailəsinə məxsus Zaqatala rayonu Gözbarax kəndində fərdi yaşayış evlərində yaşamış və arvadının adına rəsmiləşdirdiyi buraxılış ili 1979-cu il olan göy rəngli ** VO *** dövlət nömrə nişanlı Lada-011 markalı avtomobil almış, avtomobili özü idarə etmişdir. Bundan əlavə 2017-ci ildə Zaqatala rayonu Gözbarax kəndi ərazsində olan təyinatı əkinçilik olan, bələdiyyə tərəfindən pay torpağı olaraq verilmiş 40 sot torpaq sahəsini X10 3000 manat verərək almış, sənədləşməni arvadı F.Yusifovanın adına rəsmilıəşdirmişdir. 2017-2018-ci illərdə yenə də Zaqatala rayon Gözbarax kəndi ərazisində olan 80 sot torpaq sahəsini X6 5000 manat verərək almış, sənədləşməni F.Yusifovanın adına rəsmiləşdirmişdir. Bundan əlavə 2023-cü ildə Zaqatala rayon Göyəm kəndi ərazisində olan, yaşayış təyinatlı çıxarışlı 4 sot torpaq sahəsini X11 4000 manat pul verərək almış, sənədləşməni arvadı F.Yusifovanın adına rəsmiləşdirmişdir. Bütün bu əmlaklar onun tərəfindən alınmış və hüquqi sahibi F.Yusifova olsa da faktki sahibi özüdür. Bunu bu əmlakları satan və bu əmlakların alqı-satqısında iştirak etmiş şəxslər təsdiq edə bilər. Həyat yoldaşı dünyasını dəyişmişdir. Bu əmlaklar ona və övladına məxsusdur. Torpaq sahələrini satmaq fikri yoxdur. Bu torpaqları övladının gələcəyi üçün almışdır. Məhkəmə istintaqı dövründə onu F.Yusifovanın miras qoyan tək onun son iradəsini həyata keçirməsinə maneə törətdiyi və ya onun vəsiyyətnamə qoyması, bu səbəblə ona qarşı cinayət törətməsi sübuta yetməyib. Həmçinin İddiaçı məhkəmə zamanı ifadə verərkən bu barədə ifadə verməyib. Yəni onun F.Yusifovanın öldürməsinin səbəbi mirasla bağlı olmamışdır. Məhkəmənin qüvvəyə minmiş hökmündə onun ləyaqətsiz vərəsə olması sübuta yetməmiş, F.Yusifovanın öldürməsinin səbəbi müəyyən edilmişdir. Digər birinci instansiya məhkəməsinin bu birinci instansiya məhkəməsiin qüvvəyə minmiş qanuni hökmünə müdaxilə etməsi qanuna ziddir. Şəki Ağır Cinayətlər Məhkəməsi sözügedən hökmündə mülki iddiaçının müəyyən edilmədiyi qeyd olunur. Barəsində hökm olduğuna və bu hökmlə əməlinin səbəbi müəyyənləşdirildiyinə görə iddiaçının iddia ərizəsinə baxılmaması barədə qərardad qəbul edilməsini, ehtiyac olduğu təqdirdə əmlakları aldığı və alqı-satqıda iştirak etmiş şəxslərin məhkəməyə şahid qismində çağırılmasını təmin edilməsini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə olan etirazını və cəza çəkdiyi ƏN PX-in 11 saylı CÇM-də məhkəmə iclasına onlayn qoşulma imkanının olduğunu nəzərə alaraq onun videokonfranslarda onlayn qaydada məhkəmə iclasına qoşulmasını təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, qızı cavabdehdən boşanmaq istədiyi üçün sonuncu onu öldürmüşdür. Cavabdeh döydüyü üçün qızını Rusiya Federasiyasından gətirmiş və "xxxx" MMC-də işə düzəltdirmişdir. O, qızının ailəsinin dağılmasının tərəfdarı olmamış, lakin cavabdeh döydüyü üçün qızı qəti olaraq ayrılmaq qərarına gəlmişdir. O, cavabdehin ata yurdundan və ya torpaqlarından heç bir əmlak istəmir. Nəvəsinin qəyyumu təyin edilmiş və onun tərbiyəli və düzgün yetişdirilməsi üçün çalışır. Mərhum qızına çatacaq əmlaka vərəsə tanınmaq istəyir. Bu səbədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini xahiş etdi. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən məhkəmə iclasında Cavabdeh cəza çəkdiyi müəssisədən onlayn görüntülü izahat verərək göstərdi ki, iddia tələbini qəbul etmir. Mərhum arvadı Firəngiz Yusifova ondan boşanmaq istəməmiş, sonuncunun valideynləri məcbur etmişlər ki, onunla boşansın. O, yoldaşından qalan əmlaka varis olmaq istəyir. Bundan başqa istəyir ki, uşağı onun valideynlərinə verilsin. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşin halları: İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X14 09 dekabr 1989-cu ildə doğulmuşdur. Valideynləri İddiaçı və X4r. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 008166 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X13 nikahlarını 09 dekabr 2014-cü ildə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Dideyev, arvada Yusifova soyadı verilmişdir. İş materialların əlavə edilmiş Zaqatala rayon qeydiyyat Şöbəsi tərəfinsən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 17 mart 2023-cü ildə ölmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 1(091)-219/2023 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh 15 mart 2023-cü il tarixdə aralarında olan telefon danışığı zamanı arvadı X5 barışaraq yenidən birlikdə yaşamaq barədə təklifinə etiraz etməsi, ayrıldıqdan bir müddət sonra başqa şəxslə ailə həyatı quracağına dair sözlərini 16 mart 2023-cü il tarixdə Zaqatala rayonunun Gözbarax kəndində birgə yaşadıqları evdən əşyalarını yığıb aparmasından sonra həqiqət kimi qəbul edərək qısqanclıq niyyəti ilə sonuncunu öldürmək barədə əvvəlcədən formalaşmış fikrini qətiləşdirib öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 17 mart 2023-cü il tarixdə saat 05 radələrində Firəngiz Yusifovanın atası İddiaçı yaşadığı Zaqatala şəhəri, 28 May küçəsində yerləşən ikimərtəbəli binanın zirzəmisində gizlənərək pusqudа durmаqlа Firəngiz Yusifovanı öldürmək məqsədi ilə ətrafdakıların diqqətini çəkməmək və daha çevik hərəkət etməkdən ötrü xeyli müddət əvvəl lüləsi kəsilmiş halda məlum olmayan mənbədən taparaq əldə etdiyi, ayrı-ayrı vaxtlarda ov etmək üçün istifadə etdiyi, daşıyaraq qayınatası İddiaçı yaşadığı qeyd olunan ikimərtəbəli binanın zirzəmisində saxladığı, zavod üsulu ilə istehsal edilmiş, İJ 18E modelli, T00683 nömrəli, 12 kalibrli, təklüləli odlu silah hesab edilən tüfəng kəsiyinin patron yuvasına patron yeridib atəşə hazır vəziyyətdə saxlamaqla əlverişli şəraitin yaranmasını gözləyib zərərçəkmiş şəxs Firəngiz Yusifova ilə eyni mənzildə yaşayan qohumu X2 “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə 17 mart 2023cü il tarixdə saat 08:46-da Firəngiz Yusifovanın işə getmək üçün hazırlaşması barədə mesajını aldıqda onun qısa zamanda evi tərk edəcəyini dəqiqləşdirdikdən sonra həmin tarixdə saat 08:50 radələrində işə getmək üçün Firəngiz Yusifovanın yaşadığı Zaqatala şəhəri, 28 may küçəsində yerləşən 50 nömrəli mənzili tərk etməsindən istifadə edib gizləndiyi yerdən çıxaraq binanın eyvan hissəsində dayanıb əvvəlcə mənzili tərk edən zərərçəkmiş şəxsin anası X1 bir qədər kənarlaşmasını gözləyib Firəngiz Yusifova onun hədəfində olduğu anda anası Muminət Yusifovaya xüsusi əzab verdiyini dərk edib, müstəsnа dərəcədə qəddаrlıq və rəhmsizlik nümаyiş еtdirməklə sonuncunun yanında bir dəfə atəş açaraq Firəngiz Yusifovanın sifətin sol yarısının, boynun və döş qəfəsinin sol yarısının odlu silah yaralanması ilə əlaqədar boyun üzvlərinin, hər iki ağciyərlərin, onurğa beyninin döş şöbəsinin və magistral qan damarlarının zədələnməsi nəticəsində baş vermiş kəskin hemorragik və travmatik şokdan bilavasitə ölməsinə səbəb olan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik boynun yuxarı arxa sol yan hissəsindən daxil olub, boyun əzələlərini, İİ boyun fəqərəsini, fəqərə ariteriyasını və qan damarlarını zədələyərək boynun yuxarı arxa sağ yan səthindən xaric olan 1 ədəd dəlib keçən odlu silah yarası, boynun aşağı arxa sol yan səthindən daxil olub, boyun əzələlərini, Vİİ boyun fəqərəsini və qan damarlarını zədələyərək boynun sağ arxa yan səthindən xaric olan 1 ədəd dəlib keçən odlu silah yarası, sol almacıq nahiyəsindən daxil olub dəri, dərialtı toxumanın zədələnməsi və almacıq sümüyünün qəlpəli sınığı ilə nəticələnən 1 ədəd kor odlu silah yarası, sol çiyin oynağının arxa səthindən daxil olub, dəri, dərialtı toxumanın zədələnməsi və çiyin sümüklərinin sınması ilə nəticələnən 2 ədəd kor odlu silah yaraları, sol kürək nahiyəsindən daxil olub, dəri, dərialtının zədələnməsi, İİİİV qabırğaların, İV-V döş fəqərələrin sınması, hər iki ağciyərlərin orta və yuxarı paylarının, magistral qan damarlarının və onurğa sinirinin zədələnməsi ilə müşayiət olunan 4 ədəd kor odlu silah yaraları xəsarətlərini yetirərək xüsusi amansızlıqla X9 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 1(091)-219/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məclləsinin 120.2.4-cü maddəsi ilə тəqsirli bilinərək 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin; 1139-cu maddəsinə görə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir; 1142-ci maddəsinə görə əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur. 1143-cü maddəsinə görə şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.3-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2008-ci il tariхli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoхlanılmasına dair xx.xx.2009-cu il tariхli qərarında qeyd edilmişdir ki, “MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir”. …“Mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun müdafiəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və dövlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir”. 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 10-2.1.3-cü maddəsinə əsasən məhkəmə məhkəmə icraatını işdə iştirak edən şəxslər, onların qanuni nümayəndələri və şahidlərin azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılması səbəbindən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər. 10-2.2-ci maddəsinə əsasən məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi üçün məhkəmə öz təşəbbüsü ilə və yaxud tərəflərin əsaslandırılmış vəsatəti əsasında müvafiq qərardad qəbul edir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb, təqdim olunmuş sənədləri tədqiq edərək belə hesab edir ki, iddia təmin edilməlidir. Şəki Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 1(091)-219/2023 saylı hökmü ilə cavabdeh tərəfindən törədildiyi müəyyən edilmiş hərəkət “xx.xx.2023-cü il tarixdə odlu silahdan atəş açaraq X9 öldürməsi” olmuşdur. Cavabdeh ərizəsində, mərhum Firəngiz Yusifovanın adına rəsmiləşdirilmiş buraxılış ili 1979-cu il olan göy rəngli ** VO *** dövlət nömrə nişanlı Lada-011 markalı avtomobilin, Zaqatala rayonu Gözbarax kəndi ərazsində olan təyinatı əkinçilik olan, bələdiyyə tərəfindən pay torpağı olaraq X10 verilmiş 40 sot torpaq sahəsinin, Zaqatala rayon Gözbarax kəndi ərazisində olan X12 məхsus 80 sot torpaq sahəsinin, Zaqatala rayon Göyəm kəndi ərazisində olan X15 məхsus yaşayış təyinatlı çıxarışlı 4 sot torpaq sahəsinin onun tərəfindən alınması, hüquqi sahibi F.Yusifova olsa da faktki sahibinin özünün olması əsası ilə iddianın тəmin edilməməsini хahiş eтmişdir. Məhkəmə cavabdehin həmin dəlilinə тənqidi yanaşır və qeyd edilənləri iddianın rədd edilməsinə əsas saymır. Belə ki, nə qədər ki, cavabdeh həmin əmlakların əldə edilməsinə dair əqdləri və onların əsasında aпarılmış qeydiyyatları qanunla müəyyən edilmiş müddəтdə mübahisələndirməmişdir və əmlakların mərhum Firəngiz Yusifovaya məхsus olduğuna dair qeydiyyat qüvvədədir, həmin qeydiyyaтlarla nəzərdə tutulan əmlaklar Firəngiz Yusifovadan qalan mirasa daxildir. Cavabdeh eyni zamanda iddianın rədd edilməli olduğuna dair mövqeyini cinayət təqibi üzrə məhkəmə istintaqı dövründə onun F.Yusifovanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və ya mərhumun vəsiyyətnamə qoyması, bu səbəblə sonuncuya qarşı cinayət törətməsinin sübuta yetirilməməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin həmin dəlilinə də тənqidi yanaşır və qeyd edilənləri iddianın rədd edilməsinə əsas saymır. Belə ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü cavabdehin xx.xx.2023-cü il tarixdə odlu silahdan atəş açaraq X9 öldürməsi hissəsində məhkəmə üçün məcburidir. Yəni xx.xx.1989-cu il тəvəllüdlü X7 ölümü təbii deyil, ləyaqətsiz sayılması тələb olunan vərəsəsinin barəsində qəsdən törətdiyi cinayət əməli ilə bağlı olmuşdur. Mərhumun ölümünün təbii olması halında, buraxılış ili 1979-cu il olan avтomobilin ondan qalan mirasa daхil olacağı ağlabaтan deyil, eyni zamanda onun sağlığında, diэər əmlaklarına dair sərəncam verərək özэəninkiləşdirmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququndan isтifadə edəcyi isə ağlabaтandır. Belə ki, cavabdeh də qeyd edir ki, torpaqlar övladının gələcəyi üçün alınmışdır. Bu hal isə, mərhum Firəngiz Yusifovanın həmin əmlakları övladına bağışlayacağı və ya ona vəsiyyəт edəcəyi və öldüyü məqamda həmin əmlaklara malik olmayacağı mənasına эəlir. Göründüyü kimi, cavabdeh qəsdən cinayəт əməli тörəтməklə mərhum Firəngiz Yusifovanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və miras sonuncuya məхsus əmlaklar özэəninkiləşdirilmədən aчılmış, bu isə cavabdehin özünün miras payının artırılmasına kömək göstərmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, xx xxxxxx 1985-ci ildə doğulmuş Cavabdeh ləyaqətsiz vərəsə elan edilərək, o mərhum X8 münasibətdə vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından, həmin xərc iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 1985-ci ildə doğulmuş Cavabdeh ləyaqətsiz vərəsə elan edilərək, o mərhum X8 münasibətdə vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilsin. İddiaçının dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar