Məhkəmə qərarları › İş №e-2(033)-36/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-36/2025

31.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-36/2025 31.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qəsdə son qoyma, yolun açılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 30 yanvar 2025-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddia tələbi və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qəsdə son qoyma, yolun açılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mülkiyyət hüququnun bərpası, ünvan 1ində yerləşən 0.1199 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və 0.2146 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun zəbt edilərək bağlanmış hissəsindən cavabdehlərin çıxarılması, gediş gəliş yolunun cavabdehlərin öz hesabına açılması, iddia ərizəsi üçün məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanında İddiaçı məxsus 0.1199 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və 0.2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələrinə dair iddiaçının mülkiyyət hüquqları DƏDRX-də qeydə alınaraq çıxarış verilmişdir. İddiaçıya məxsus hər iki torpaq sahəsi bitişik olmaqla yanaşı yerləşirlər. Mülki iş üzrə cavabdehlər qonşu torpaq sahəsinin sahibləridirlər. Onda olan məlumata əsasən həmin torpaq sahəsi cavabdehlərin qohumundan özlərinə miras qalmışdır. İddiaçının torpaq sahələrinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gediş gəliş yolu cavabdehlər tərəfindən zəbt olunmuş, gediş gəliş yolunu özlərinə məxsus torpaq sahələrinə qataraq ümumi istifadədə olan yolu zəbt etmişlər. Bununla bağlı dəfələrlə cavabdehlərə müraciət etsələr də, heç bir nəticə verməmişdir. Mülki iş üzrə cavabdehlər tərəfindən torpaq sahələrinə gediş gəliş yolu zəbt olunmuş, nəticədə mülkiyyət hüququndan məhrum olmuşdur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, 2016-cı ildə cavabdehlərə məxsus torpaq sahəsinin arxasında yerləşən torpaq sahəsini almışlar. Torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri ilə cavabdehlərin arasında yolla bağlı mübahisə olmuşdur. İddiaçının aldığı torpaq sahələrinə xəritələrdə yol nəzərdə tutulduğu görünür. Xəritədə qeyd edilən yollar hazırda cavabdehlər tərəfindən istifadə edilir və buna görə də iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Məhkəmə hesab edir ki, İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7 tərəfindən zəbt edilmiş 120 kv.m hissəsindən çıxarılmasına dair öz aralarında məkəmədən kənar razılığa gəldikləri üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi zərurui hesab etmir. 29 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. 05 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yol nəzərdə tutulub və həmin yol iddiaçının qeyd etdiyi yerdən deyil, çaylaq ərazisindən, şəhidlik adlanan ərazidən keçir. İddiaçı yolu onun həyətindən istəyir və bu yolverilməzdir. Ona verilmiş çıxarışda yol görünmür və əgər çıxarış yalandırsa niyə onda vətəndaşa verilir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 05 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onlara məxsus 6 sot torpaq sahəsindən evin qabağından yol istəyir. Əgər iddiaçıya yol verərlərsə onların torpaq sahəsində yer qalmayacaqdır. Onların sənədlərində iddiaçıya yol nəzərdə tutulmamışdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********79 olan çıxarışdan görünür ki, Zaqatala rayonu Car kəndində yerləşən 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 110 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. B seriyalı 177922 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********78- 10301 olan çıxarışdan görünür ki, Zaqatala rayonu Car kəndində yerləşən 0,1199 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA seriyalı 006781 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, reyestr nömrəsi **********86 olan Zaqatala rayonu Car kəndində yerləşən 0,0409 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi X1r. İşdə olan xx.xx.2013-cüil tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA seriyalı 006780 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, reyestr nömrəsi **********85 olan Zaqatala rayonu Car kəndində yerləşən 0,0999 yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mülkiyyətçisi X1r. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 13 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə X2 adına qeydiyyata alınmış 0,1199 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0,1199 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu cavabdehlər tərəfindən istifadə olunmur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrim xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı adı qeydiyyata alınmış 0,1199 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur və nəzərdə tutulan həmin yolun ölçüləri (eni və uzunluğu), onun yerdə (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə X2 adına qeydiyyata alınmış 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun 67 kv.m hissəsi cavabdehlər tərəfindən istifadə olunur və həmin yolun yerdə (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçının tələb etdiyi yol ərazisinin 67 kv.m hissəsi cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh5 tərəfindən və qalan 120 kv.m hissəsi isə X7 tərəfindən istifadə olunur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli 10/4568 saylı ekspert rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023cü il tarixdə ********** nömrə ilə X2 adına qeydiyyata alınmış 0,1199 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0,1199 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu cavabdehlər tərəfindən istifadə olunmur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrim xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı adı qeydiyyata alınmış 0,1199 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur və nəzərdə tutulan həmin yolun ölçüləri (eni və uzunluğu), onun yerdə (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə X2 adına qeydiyyata alınmış 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun 67 kv.m hissəsi cavabdehlər tərəfindən istifadə olunur və həmin yolun yerdə (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçının tələb etdiyi yol ərazisinin 67 kv.m hissəsi cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh5 tərəfindən və qalan 120 kv.m hissəsi isə X7 tərəfindən istifadə olunur. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş 26 yanvar 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Nümayəndə tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********78-10301 olan çıxarışa əsasən Zaqatala rayonu Car kəndində yerləşən 0,1199 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********79 olan çıxarışa əsasən Zaqatala rayonu Car kəndində yerləşən 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli 10/4568 saylı ekspert rəyindən müəyyən olunmuşdur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0,1199 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0,1199 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu cavabdehlər tərəfindən istifadə olunmur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrim xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı adı qeydiyyata alınmış 0,1199 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur və nəzərdə tutulan həmin yolun ölçüləri (eni və uzunluğu), onun yerdə (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə X2 adına qeydiyyata alınmış 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun 67 kv.m hissəsi cavabdehlər tərəfindən istifadə olunur və həmin yolun yerdə (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçının tələb etdiyi yol ərazisinin 67 kv.m hissəsi cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tərəfindən və qalan 120 kv.m hissəsi isə X7 tərəfindən istifadə olunur. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Car kəndində yerləşən 0,1199 ha həyətyanı və 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. 0,1199 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamış, 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə isə gediş-gəliş yolu nəzərdə tutularaq həmin yolun 67 kv.m hissəsi cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tərəfindən, qalan 120 kv.m hissəsi isə X7 tərəfindən istifadə olunur. Məhkəmə hesab edir ki, İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tərəfindən həmin torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan yolun zəbt edilmiş 67 kv.m hissəsi onların hesabına açılmalı və onlar həmin hissədən çıxarılmalıdırlar. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumun 50 manat hissəsi onun özünə aid edilməli, 50 manat hissəsi isə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin 50 manat ekspertiza xərcinin 25 manat hissəsi iddiaçının özündən, 25 manat hissəsi isə cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********79 olan çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Car kəndində yerləşən 0,2146 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 67 kv.m hissəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 çıxarılsınlar və həmin yol onların hesabına açılsın. İddia qalan hissədə təmin olunmasın. İddiaçının iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumun 50 manat hissəsi onun özünə aid edilsin, 50 manat hissəsi isə cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Ekspertiza xərcinə görə İddiaçı 25 (iyirmi beş) manat, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 25 (iyirmi beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar