Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-376/2024 03.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi üzrə işə 03 iyun 2024-cü il tarixdə, Zaqatala şəhərində, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37 kv.m olan mənzildən çıxarılması və həmin mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində ünvan 1 ünvanında ümumi sahəsi 37 kv.m olan mənzil vardır. Onun həmin mənzil üzərində hüquqları 07 fevral 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”la rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh ilə onun arasında 17 dekabr 2020-ci il tarixində beh müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh mənzilin dəyəri olan 30.000 (otuz min) manatın 13.000 (on üç min) manat hissəsini beh şəklində ödəmiş və 2023-cü ilin dekabr ayınadək isə yerdə qalan məbləği beh şəklində ödəyərək tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalı idi. 17 dekabr 2020-ci il tarixindən Cavabdeh və ailə üzvləri həmin mənzilə yerləşmişdir. 17 dekabr 2020-ci il tarixli beh müqaviləsinə əsasən, Cavabdeh yerdə qalan məbləği də 2023-cü ilin dekabr ayınadək ödəməli olmasına baxmayaraq bunu etməmişdir. O, Cavabdeh mənzili boşaltmasını tələb etməsinə baxmayaraq, sonuncu bundan imtina etmiş, nəticədə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, anasına məxsus evi 3 il müddətinə aybaay ödənilmək şərti ilə beh müqaviləsinə əsasən cavabdehə satmışdırlar. Bir müddət ödəniş edilmiş lakin daha sonra ödənişlər olunmamışdır. Cavabdehi bu barədə xəbərdar etmişdirlər. Beh müqaviləsi bağlandıqdan sonra 8600 manat məbləğə yaxın ödəniş almışlar. 13000 manat isə beh müqaviləsi bağlanarkən almışlar. Beləliklə ümumilikdə onlara iyirmi bir min nə qədərsə ödəniş edilmişdir, 9600 manat məbləğ isə ödənilməmişdir və artıq müqavilənin vaxtı bitmişdir. Pulun zamanında ödənilməməsi nəticəsində onun Bakıda götürdüyü ev əlindən çıxmış və bir sıra problemləri yaranmışdır. Belə ki, ilk vaxtlar ödəniş aybaya edilsə də, daha sonra yubanmışdır, ümumilikdə onlara 8000 nə qədərsə ödəniş edildiyini qəbul edir. Yəni cavabdeh üç il müddətində ödənişi edib yekunlaşdırmamış, həmçinin 18 ay ərzində tərəfindən hər hansı ödəniş edilməmişdir. Eyni zamanda pərcərələrin bağlanması ilə əlaqədar bildirir ki, qonşuları evdən çox səs-küy gəldiyi həmçinin öz həyətlərinin görünməməsi üçün pəncərənin qarşısından bir metr yarımdan dəmir list çəkmişdirlər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, müqavilədə göstərilməmişdir ki, qarşı tərəf borcu ödəmədiyi təqdirdə evdən çıxacaqdır. İddiaçı yalnız pul tələb edə bilər. Həmçinin bildirir ki, evin bütün pəncərələri bağlanmışdır. İddianı əsasız hesab edir, təmin edilməməsini xahiş edir. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qalıq məbləği ödəmək istəmiş, lakin gəlinin qaynanası uçotdan çıxmadığı üçün pulu verə bilməmişdir. 9600 manatı sabah belə ödəyə bilər, lakin qaynananın uçotdan çıxarılmasını istəyir. Həmçinin uşağı xəstələnmiş və o iddiaçı tərəfə bildirmişdir ki, əgər ödənişləri edə bilmirsə, verdiyi ödənişləri qaytarsınlar və o da evdən çıxsın, amma pulu 2020-ci ilin iyun ayınadək ödəmişdir. Həmin ayadək ödəniş etməsinin səbəbi isə pəncərələrin qarşısının bağlanması olmuşdur. Lakin 17-si yəni müqavilənin bitmə tarixdə pul ilə gəlmiş, iddiaçı tərəfə bildirmişdir ki, sənədi təhvil versinlər, lakin verməmişlər. Mülki işin materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0,0058 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 37 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. 17 dekabr 2020-ci il tarixli 3M-422 saylı “beh müqaviləsi” adlı müqavilədən görünür ki, beh alan: ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı məxsus olan ƏMDK yanında DƏDRX-nin Zaqatala Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********71-103010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ünvan 4 ünvanında istifadəsində olan 0.0058 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 37 kv.m olan yaşayış evini 30000 (otuz min) manata satılmasına razılaşıb, ondan – 13000 (on üç min) manat pul vəsaiti beh olaraq alır. Beh verən: ünvan 5 ünvanında qeydiyyatda olan Allahverdiyeva X5 şəhəri Anar Həmidov küçəsi 58B istifadəsində olan 0.0058 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 37 kv.m olan yaşayış evini 30000 (otuz min) manata almasına razılaşıb, ondan- 13000 (on üç min) manat pul vəsaiti beh olaraq verir. Beh verən nəzərdə tutulan məbləği beh alana notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. xx.xx.2020-ci il tarixdə beh verən beh alana 1000 (bir min) manat pulu verməyi öhdəsinə götürür. Beh verən pulun qalan hissəsini yəni -16000 (on altı min) manatını hər ay verməklə 3 (üç) il müddətinə ödəməyi öhdəsinə alır. 17 dekabr 2020-ci il tarixli 3M-422 saylı “beh müqaviləsi”nin arxasına edilmiş qeydlərdən görünür ki, müqavilə bağladığı tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 22400 manat pul ödənilib. xx.xx.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh Neymet qızı İddiaçı hesabına 1000 (bir min) manat pul köçürmüşdür. Cavabdeh Zaqatala Rayon Polis Şöbəsinə ünvanlanmış ərizəsindən görünür ki, xx.xx.2020-ci il tarixində Süleymanov Rəhman oğlu tərəfindən satılmaqda olan Zaqatala şəhər Anar Həmidov dalan 2, ev 58 b mənzilə baxılıb danışıqlar aparılmış və razılaşma əsasında 30.000 (otuz min) AZN olmuşdur. İlkin olaraq 13.000 (on üç min) AZN beh müqaviləsi ilə ələ ödənilmişdir. Qalan 17 000 (on yeddi min) AZN isə 3 il müddətinə aybaay ödəməklə xx.xx.2020-ci il tarixdə X1 həyat yoldaşı İddiaçı ilə rəsmi müqavilə bağlanmışdır. Müqaviləyə uyğun 18 ay təyin olunmuş, aybaay pul ödənilmişdir. xx.xx.2020-ci il tarixində qalan məbləğin bir hissəsi tərəfindən dayandırılmışdır. Bildirmək istəyir ki, pulun dayandırılmasının səbəbi X4 tərəfindən danışıq razılaşmasının pozulması olmuşdur. Səbəb olaraq qeyd etmək istəyir ki, göstərilən ərazilər onlara məxsus olmadığını bilib və aldadılmağı olmuşdur. Qeyd etmək istəyir ki, təxminən xx.xx.2022-ci il tarixində yaşadığı mənzilin əsas pəncərəsinin önlərinin bağlanması olmuşdur. Bununla, bağlı X3 zəng edərək gəlməsini bildirmiş və gəlmişdir. Bu məsləyə aydınlıq gətirməsini istəmiş, demişdir ki, narazılığa heç bir səbəb yoxdur, tezliklə öz həllini tapacaq. Lakin, bu günə kimi hələ də öz əksini tapmamışdır. xx.xx.2022-ci il tarixdə Rəhman mütəmadi olaraq pulunu tələb edirdi ki, qalan məbləği ödə. O da ona bildirmişdir ki, necə onları aldatdığı kimi ilk növbədə hasarları sökdürsün ki, onlar da ona pulunu ödəsin. Bu sözündən sonra hiddətlənərək Rəhman onları təhdid-təhqir edərək yaşadığı evdən çıxaracağını və onları bu evdə yaşamağa imkan verməyəcəyini demişdir. Sonraları da tez-tez artıq gecə saatlarında gələrək evlərin asaişini pozaraq üstlərinə qışqırıb hədə-qorxu gəmişdir. Nə qədər çalışsa da, sülhlə razılığa gəlsin amma gəlməmişdir. Əvvəlki danışıqlarına əməl etməklə pulunu ödəsin və bu da mümkün olmamışdır. Buna baxmayaraq hələ də evlərinə gələrək ona, ailəsinə hədə-qorxu gəlməkdə davam edir. X1 izahatından görünür ki, Cavabdeh müraciəti ilə əlaqədar bildirmişdir ki, xx.xx.2020-ci ildə ailəsinə məxsus olan evi ona müqavilə əsasında satmışdır. Onlar onun yoldaşına ilkin ödəniş olaraq on üç min manat pul vermişdirlər. Qalan məbləğin isə aylı olaraq verilməsi ilə bağlı müqavilə imzalanıb. O həmin ev olan yerə bir dəfə getmiş lakin həmin Rəvanə adlı qadın ona şər-böhtan ataraq onu təhqir etdiyini iddia etmişdir. O və ailə üzvləri ondan pul istədikdə o onlara böhtan atır. Müxtəlif bəhanələr gətirərək nə qalan məbləği vermir, nə də ki evdən çıxmır. İddiaçı izahatından görünür ki, Zaqatala rayon sakini Cavabdeh Nemət qızına Anar Həmidov küçəsində yerləşən özünə məxsus yaşayış evini 2020-ci ildə beh müqaviləsi əsasında 30000 satmışdır, lakin 20000 manat verib, qalan 10000 manatını isə bəhanələr dərək 7-8 aydır ödəniş etmədiyi üçün xx.xx.2023-cü il tarixdə Rəvanə və yoldaşı Nazim ilə qalıq borc haqında danışan zaman ailəsini və onu təhqir etdiyi üçün “102” xidmətinə zəng edərək məlumat vermişdir. Cavabdeh izahatından görünür ki, 2020-ci ildə Zaqatala rayon sakini İddiaçı məxsus Anar Həmidov küçəsində yerləşən evi 32 min manata razılaşaraq beh müqaviləsi bağlayaraq notariat qaydada evi götürmüşdürlər. Əvvəlcədən 15 min manat ödəniş etmişdirlər, qalan borcu isə hər ayda hissə-hissə ödəməyə razılaşmışdırlar, həmin vaxtdan 2022-ci ilin iyun ayına qədər hər ayda 300 manat ödəmişdir. hal-hazırda 9600 manat borcu var. Qalan borcu isə sənədlərdə səhvlik olduğu üçün ödəniş etmir. Buna görə də xx.xx.2023-cü il tarixdə İddiaçı yaşadığı evə gələrək ona və yoldaşına hədə-qorxu gələrək münaqişə yaratdığı üçün o da ona cavab verdikdə “102” xidmətinə zəng edərək məlumat vermişdir. O onu təhqir etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun пozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi vəkilin izahatlarını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Tərəflər xx.xx.2020-ci il tarixdə 13000 manat pul vəsaitinin beh olaraq verilməsi, xx.xx.2020-ci il tarixdə daha 1000 manatın beh olaraq verilməsi, pulun qalan hissəsinin yəni 16000 manatın hər ay hissəhissə verilib 3 il müddətinə ödənilməklə həmin evin nisyə olaraq 30000 manata cavabdehə satılması barədə 3M-422 saylı “beh müqaviləsi” adlı müqavilə bağlamışlar. Bundan sonra hər ay 300 manat ödəniş etmiş cavabdeh 2022-ci ilin iyundan nisyə alqı-satqı üzrə ödənişləri dayandırmış, evin dəyəri üzrə 9600 manat ödənilməmiş qalmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliyini icra etməməsi, nəticədə iddiaçının dəyəri ödənilməmiş fərdi yaşayış evinin qaytarılmasını tələb etmək hüququ yarandığı tam təsdiq olunduğundan, cavabdeh dəyəri ödənilməmiş fərdi yaşayış evinin qaytarılması olaraq ünvan 8 ünvanında fərdi yaşayış evindən çıxarılmalı və ev iddiaçıya təhvil verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından İddiaçı nümayəndəsi tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 37 kv.m olan fərdi yaşayış evindən çıxarılsın və həmin fərdi yaşayış evi İddiaçı təhvil verilsin. İddiaçı nümayəndəsinin ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-376/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-376/2024
03.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver