Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-383/2023 03.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi zərər tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdim İddia tələbinin dəlilləri İddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 39.51 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx/xx/2014-cü il tarixli Bank hesabı, debet karti, kredit karti və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2019-cu tarixli 2(033)-788/2019 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC “Lider Legal" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx"xxxx"Lider Legal MMC" öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixində ödənilən 263.41 manat məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X2 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 39.51 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 39.51 manat məbləğində xidmət haqqı ödəmişdir. «X2 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.20-ci bəndində qeyd edilmişdir ki, bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə 16 fevral 2023cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, 5 il müddətinə 300 manat məbləğində kredit kartı limitini açır. Kart sahibi isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.19-cu bəndində əsasən bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. İddiaçı «X2 Azərbaycan» QSC ilə Lider Legal MMC arasında bağlanmış 04 iyul 2017-ci il tarixli Hüquqi xidmət haqqında müqavilədən görünür ki, müqavilə İstehlak kreditləri, avtomobil kreditləri və\və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və\və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar bağlanmışdır. Həmin müqavilənin 5.1.1-ci bəndinə əsasən bank, Müqaviləyə əsasən istifadə edilən kreditlərdən (istehlak ve kredit kart kreditlərindən) yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Cavabdeh ünvanlanmış 30 dekabr 2022-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdeh iddiaçı tərəfindən "xxxx" MMC-yə köçürülmüş 39,51 manat məbləğində xidmət haqqının 5 iş günü ərzində «X2 Azərbaycan» QSC-yə ödənilməsini tələb etmişdir. Maliyyə arayışından görünür ki, «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq X1 oglu tərəfindən xx.xx.2020-ci il tarixində ödənilən 263.41 manat "Lider legal” MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də «X2 Azərbaycan» QSC tərəfindən Lider Legal " MMC-yə 39.51 manat məbləğində xidmət haqqı ödənilmişdir. Zaqatala Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2(033)-788/2019 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh 184,29 (bir yüz səksən dörd manat iyirmi doqquz qəpik) manat məbləğində əsas məbləğ üzrə borc, 21,39 (iyirmi bir manat otuz doqquz qəpik) manat məbləğində hesablanmış və ödənilməmiş faiz borcu, 35,73 (otuz beş manat yetmiş üç qəpik) manat məbləğində cərimə borcu, 2.00 (iki) manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, cəmi 243,41 (iki yüz qırx üç manat qırx bir qəpik) manat borc tutularaq “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər, tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, cavabdehin axtarılması ilə əlaqədar xərclər, qətnamənin icrası ilə əlaqədar xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, 5 il müddətinə 300 manat məbləğində kredit kartı limitini açılmış və həmin müqavilə ilə tərəflər üzərinə müəyyən öhdəliklər götürmüşdürlər. Cavabdeh müqavilədən yaranan borcların vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, iddiaçı kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qaldığı halda bununla bağlı iddiaçının gələcək hər cür xərclərinin, vəkil və hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla, banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə yaranmış borcla bağlı iddiaçı Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2(033)-788/2019 nömrəli qətnaməsi ilə Cavabdeh cəmi 243,41 (iki yüz qırx üç manat qırx bir qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Bundan əlavə müəyyən edildi ki, iddiaçı ilə “Lider Legal MMC” arasında 04 iyul 2017ci il tarixdə Hüquqi xidmət haqqında müqavilə bağlanmış və həmin müqavilə kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən iddiaçı qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı "xxxx" MMC tərəfindən borclar üzrə pul yığılması (qaytarılması) halında sonuncuya bir aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasından cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya olan 243,41 (iki yüz qırx üç manat qırx bir qəpik) manat borcu və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin göstərdiyi xidmətlər nəticəsində “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənmiş və iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına cavabdehin borcu olan 263,41 manatın 15 faizi həcmində, yəni 39,51 manat məbləğində xidmət haqqı ödəniş edilmişdir. İddiaçı cavabdehlə aralarında olan müqavilə əsasında onun tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməməsi nəticəsində 39,51 manat məbləğində maddi zərər dəydiyini qeyd edərək həmin məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq iddiaçıya 39,51 manat maddi zərər vurmuşdur. Məhkəmə onu da qeyd edir ki, istənilən məhkəmə tərəfindən qəbul edilmiş qərarın icrası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddənin məqsədləri baxımından «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh 39,51 manat maddi zərər tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 39,51 (otuz doqquz manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh, 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-383/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-383/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver