Məhkəmə qərarları › İş №e-2(033)-400/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-400/2023

19.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-400/2023 19.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış mənzilində istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı və X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış mənzilində istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri, Sülh küçəsi bina 3, mənzil 37-də yerləşən mərhum anaları X2 icarəçisi olduğu yaşayış mənzilindən istifadə hüququnun tanınması və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, anaları X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli 134 nömrəli sərəncamı əsasında Zaqatala şəhəri, Sülh küçəsi bina 3-də yerləşən 4 otaqlı 59.9 kv.m 37 nömrəli mənzilin icarəçisi X7 hesab edilmişdir. Hazırda onları Zaqatala şəhəri, Sülh küçəsi bina 3, mənzil 37-də yerləşən yaşayış mənzilindən cavabdehlər gəlinləri Cavabdeh1 və mərhum qardaşları 17 iyul 2020-ci ildə vəfat etmiş X5 oğlu Cavabdeh2 istifadə etməyə qoymurlar və onları yaşayış mənzilində yaşamalarına maneçilik törədirlər. Onların yaşamaq üçün başqa yaşayış yerləri yoxdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçılar İddiaçı və X6 məhkəməyə ərizə ünvanlayaraq göstərmişlər ki, iddia tələblərini müdafiə edirlər. Böyüyüb boya-başa çatdıqları mənzildən sərbəst istifadə etmək istəyirlər. Lakin, cavabdehlər buna imkan vermirlər. Ona görə də iddianın təmin edilməsini istəyirlər. Odur ki, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə mülki işə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, mübahisələndirilən mənzil dövlət mülkiyyətinə aid mənzildir və həmin mənzil Zaqatala rayon Mənzil İstismar İdarəsinin balansındadır. Həmin mənzilə görə Zaqatala rayon Mənzil İstismar İdarəsi ilə X7 arasında 27 aprel 2004-cü ildə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə bağlanmış və onun ailə üzvləri cavabdehlər qeyd edilmişdir. Hazırda həmin mənzildə cavabdehlər yaşayırlar. İddiaçılar həmin mənzildə yaşamırlar, onların başqa yaşayış yerləri vardır. İddiaçıların iddiası əsassızdır və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməməsinin üzrlü olması barədə sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarına əlavə edilmiş 27 aprel 2004-cü il tarixli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilənin surətindən görünür ki, Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının 27 aprel 2004-cü il tarixli sərəncamına əsasən X7, Cavabdeh1 və Cavabdeh2 Zaqatala şəhəri Sülh küçəsində yerləşən 4 otaqlı 59,9 kvm yaşayış sahəsindən ibarət 3 nömrəli evin 37 nömrəli mənzili müddətsiz istifadə üçün verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının 27 aprel 2004-cü il tarixli 134 saylı sərəncamından görünür ki, Zaqatala şəhəri Sülh küçəsi 3 saylı evdə 37-ci mənzilin icarəçisi vəfat etdiyindən X2 həmin yaşayış sahəsinə icarəçi hesab edilməsi haqqında RİHB aparatı yanında Mənzil Komissiyasının 19 aprel 2004-cü il tarixli 3/4 saylı iclas qərarının nəzərə alınması, Zaqatala şəhəri Sülh küçəsi 3 saylı evdə yaşayış sahəsi 59,9 kvm olan 4 otaqlı, 37 saylı mənzilin icarəçisi vəfat etdiyindən yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsinin dəyişdirilməsi və mərhumun arvadı X2 icarə müqaviləsi üzrə həmin yaşayış sahəsi üçün icarəçi hesab edilməsi və Mənzil İstismar İdarəsinin rəhbərliyinə Gülnaz Əlizadə ilə yaşayış sahəsinin icarə müqaviləsinin bağlanmasının təmin etməsi tapşırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli e-2-1(116)-2244/2022 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-in 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala şəhəri Sülh küçəsi bina 3-də yerləşən 4 otaqlı 59.9 kvm olan 37 nömrəli mənzil üzərində mülkiyyət hüququnun 09 noyabr 2021-ci il tarixdə vəfat etmiş mərhum X3 məxsus olması barədə qeydiyyatın aparılması və arayışın verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 mart 203-cü il tarixli 2-1(107)-196/2023 saylı qərarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli e-2-1(116)-2244/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 07 iyun 2023-cü il tarixli 2(033)-400/2023 saylı qərardadından görünür ki, iddiaçılar X6 və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış mənzilində istifadə hüquqlarının tanınması və həmin evə köçürülmə tələbi”nə dair e-2(033)-400/2023 saylı mülki iş üzrə icraat Ali Məhkəməsinin İnzibati Kollegiyasında baxılan İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala şəhəri Sülh küçəsi bina 3-də yerləşən 4 otaqlı 59.9 kvm olan 37 nömrəli mənzil üzərində mülkiyyət hüququnun xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X3 məxsus olması barədə qeydiyyatın aparılması və arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə e-2-1(102)-1538/2023 saylı mülki iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş materiallarına əlavə edimiş 30 avqust 2023-cü il tarixli aktdan məlum olur ki, iddiaçılar X4 və X6 1990-1995-ci illərdən əvvəlki dövrdən mərhum X3 məsus ünvan 1 ünvanında yerləşən mənzildə yaşamayıblar. Həmin qərardaddan İddiaçı və X1 nümayəndəsi İddiaçı şikayət vermiş, Zaqatala rayon məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(033)-400/2023 saylı qərardadı ilə şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2023-cü il tarixli 2(107)-894/2023 saylı qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Zaqatala rayon məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(033)-400/2023 saylı qərardadının ləğv edilməsi və mülki işin materialları işə baxılmasınının davam etdirilməsi üçün Zaqatala rayon məhkəməsinə qaytarılması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsi 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb, tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının 27 aprel 2004-cü il tarixli 134 saylı sərəncamına əsasən Zaqatala şəhəri Sülh küçəsi 3 saylı evdə 37-ci mənzilin icarəçisi vəfat etdiyindən X2 icarə müqaviləsi üzrə həmin yaşayış sahəsi üçün icarəçi hesab edilməsi və Mənzil İstismar İdarəsinin rəhbərliyinə Gülnaz Əlizadə ilə yaşayış sahəsinin icarə müqaviləsinin bağlanması tapşırılmış və Zaqatala rayon Mənzil İstismar İdarəsi ilə X7, Cavabdeh1 və Cavabdeh2 arasında 27 aprel 2004-cü il tarixli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə bağlanaraq X7, Cavabdeh1 və Cavabdeh2 Zaqatala şəhəri Sülh küçəsində yerləşən 4 otaqlı 59,9 kvm yaşayış sahəsindən ibarət 3 nömrəli evin 37 nömrəli mənzili müddətsiz istifadə üçün verilmişdir. X7 09 noyabr 2021-ci ildə vəfat etmiş və o, yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquq və vəzifələri ölənədək yerinə yetirmişdir. İddiaçılar mərhum X2 övladları, Cavabdeh1 gəlini, digər Cavabdeh2 isə nəvəsidir. Cavabdehlər mübahisələndirilən mənzildə fasiləsiz olaraq yaşayırlar, iddiaçılar isə iddia ərizələrində yaşayış yarlərini mübahisəli mənzili göstərsələr də onların başqa başqa ünvanlarda pasport qeydiyyatında olmaları müəyyən edilərək başqa ünvanlarda yaşamaları təsdiq olunmuşdur. İş üzrə sübutlarla icarədar Gülnaz Əlizadənin sağlığında, iddiaçıları Zaqatala şəhəri Sülh küçəsi 3 saylı evin 37-ci mənzilinə köçürməsi, sonuncuların mənzildə onunla birlikdə yaşamaları, bununla da, həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə o cümlədən cavabdehlərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmələri təsdiq edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Zaqatala şəhəri, Sülh küçəsi bina 3, mənzil 37-də yerləşən mərhum anaları X2 icarəçisi olduğu yaşayış mənzilindən istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri tələbinə dair iddiaları təmin edilməmələdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Zaqatala şəhəri, Sülh küçəsi bina 3, mənzil 37-də yerləşən mərhum anaları X2 icarəçisi olduğu yaşayış mənzilindən istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri tələbinə dair iddiaları rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onu özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar