Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-403/2025 06.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Cəlilova Nuridə Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Zaqatala rayon 2 saylı Notariat Kontura qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1nın və xalası X5 bacı olmalarıı faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi onunla əsaslandırmışdır ki Zaqatala rayonu Yengiyan kəndində yerləşən 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyətçisi xalası X10 olmuşdur. O, xx.xx.1999-cu ildə vəfat etmişdir. Xalası ərdə olmamış və övladı yoxdur.Anası isə xx.xx.2001-ci il tarixdə vəfat etmişdir.Anası və xalasının ölüm haqqında şəhadətnamələri vardır.Özü ailənin tək övladıdır. Sağ qalan vərəsələr arasında mübahisə yoxdur. Xalasının ölümündən sonras onun vərəsəsi kimi faktiki olaraq mirası qəbul edərək idarə edir.Miras qalan torpaq sahəsi üçün vərəsəlik hüququ almaq üçün Zaqatala 2 saylı Notariat Ofisinə müraciət etmiş lakin xalası ilə qohumluq əlaqəsini təsdiq edən sənəd olmadığı üçün ona vərəsəlik hüququ haqqında şəhadətnaməni verilməsindən imtina edimişdir. X1 ilə X5 bacı olmaları faktını şahidlər də təsdiq edə biləcəyini bldirmişdir. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Zaqatala Rayonu 2 saylı Notariat konturunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş lakin xx.xx.2025-ci il tarixdə məktubla müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, torpaq sahəsinin basqa vərəsəsi yoxdur.Adı çəkilən şəxslər həqiqətən də doğma bacılardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirdi ki, X6 ilə X10 bacılardır və X10 Ərizəçi xalasıdır. İşin halları Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 408174 nömrəli Ölüm haqında şəhdətnamədən görünür ki, X6 xx.xx.2001-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 638 nömrəli akt qeydi tərtib edilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 466892 nömrəli “Ölüm haqında” şəhadətnamədən görünür ki, X10 xx.xx.1999-cu il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 07nömrəli akt qeydi tərtib edilmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yengiyan kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1999-cu il tarixdə vəfat etmiş X7 övladı olmamışdır. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yengiyan kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X3 iki övladı var. Qızı Ərizəçi və oğlu X2r. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Ərizəçi ünvanlanmış 05/09İS/113574-24 nömrəli arayışdan görünür ki, X10 öldüyü xx.xx.1999-cu il tarixədək subay olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cı maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.1-ci maddəsinə görə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarı Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, Ərizəçi anası xx.xx.2001-ci il tarixdə vəfat etmiş X6 ilə xx.xx.1999-cu il tarixdə vəfat etmiş X5 bacı olması faktı müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : Ərizə təmin edilsin. Ərizəçi anası-10 dekabr 2001-ci il tarixdə vəfat etmiş X1nın xx.xx.1999-cu il tarixdə vəfat etmiş X10 ilə bacı olması faktı müəyyən edilsin. Hazırkı qətnamə Ərizəçi 10 dekabr 2001-ci il tarixdə vəfat etmiş X1nın xx.xx.1999cu il tarixdə vəfat etmiş X10 ilə bacı olmasına dair Zaqatala Rayon 2 saylı Notariat Konturuna qanunamüvafiq qeydlərin aparılması və müvafiq sənədlərin tərtib edilməsi üçün əsasdır. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-403/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-403/2025
06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver