Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-42/2025 15.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və mülki iş üzrə cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “torpaq sahəsinin boşaldılması və tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair işə 15 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı məxsus Zaqatala şəhəri, Faiq Əmirov küçəsi 48 ünvanında yerləşən zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin ərazidə aparılmış tikinti işlərinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, ünvan 1 ünvanında yerləşən 0.12 ha ərazidə olan torpaq sahəsini 0.4 ha olmaqla 3 mülkiyyət sənədi ilə əldə etmişdir (buna dair sübutlar qoşma hissədə məhkəməyə təqdim edilir). Hal-hazırda həmin torpaq sahəsinə bitişik olan və Cavabdeh məxsus 0.8 ha mübahisəli torpaq sahəsində tikinti işləri aparılmaqdadır. xx.xx.2024-cü il tarixədək aparılan tikinti işləri iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməklə aparılmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsi yararsız hala salınmış və onun icazə və razılığı olmadan onun mülkiyyətinə qanunsuz girilmişdir. Bu məsələ ilə bağlı Zaqatala Rayon Məhkəməsinə MTT-nə dair ərizə ilə müraciət etmişlər və Zaqatala Rayon Məhkəməsinin e-16(033)-6/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərardadı ilə ərizələri qismən təmin olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 218 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış reyestr nömrəsi **********59 olan Zaqatala şəhəri Faiq Əmirov küçəsi ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış, reyestr nömrəsi **********98 olan Zaqatala şəhəri Faiq Əmirov küçəsi ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış reyestr nömrəsi **********86 olan Zaqatala şəhəri Faiq Əmirov küçəsi ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə Cavabdeh və digərlərinin giriş-çıxışı və həmin şəxslərin torpaq sahələrindən istifadəsi 15 mart 2024-cü il tarixədək qadağan edilmişdir. Həmin qərardadın icrası zamanı məlum olmuşdur ki, tikilən qeyri yaşayış sahəsi cavabdehə məxsus mübahisəli 0.8 ha olan torpaq sahəsinin bütününü əhatə etməkdədir və ərazinin koordinatları DƏDRX-nin əməkdaşları tərəfindən (tam dəqiq müəyyən edilməsi üçün ekspertizaya ehtiyac duyulduğu qeyd edilmişdir) müəyyən edilərkən ərazi sərhədləri lent ilə bağlanmışdır. Bu zaman məlum olmuşdur ki, cavabdehlər aparılan inşaat işləri zamanı İddiaçı mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə tikintinin müəyyən hissəsini ərizəçinin mülkiyyətində olan torpaq sahəsində aparmaqdadırlar. Bu fakt təqdim edilən foto şəkillərlə də göründüyü kimi, ərizəçiyə məxsus mübahisələndirilməyən torpaq sahəsində işlərinin aparılması ilə sübut olunur. Tikinti işləri aparılan zaman ərizəçinin mülkiyyətində olan torpaq sahəsi yararsız hala salındığından və sərhəd nöqtələri dəqiq müəyyən edilə bilmədiyindən tikinti işlərinin hansı ölçüdə ərizəçinin mülkiyyətində olan torpaq sahəsində aparılması tərəflərindən tam müəyyən edilmədiyindən bununla bağlı məhkəmə mübahisəsi dövründə araşdırma aparılması və məlumatın dəqiqləşdirilməsi üçün vəsatətlə ekspertiza təyin olunması barədə müraciət ediləcəkdir. Faktiki olaraq ərizəçinin Rusiya Federasiyasında yaşamasından istifadə edilərək onun torpaq sahəsində tikinti işləri aparılmışdır. ünvan 2 ünvanında aparılan tikintiyə dair podratçı tərəfindən göstərilən sənədlər əsasında müəyyən olmuşdur ki, həmin torpaq sahəsində qeyri-yaşayış sahəsi tikilməkdədir. Tikilən qeyri-yaşayış sahəsi 0.8 ha olan torpaq sahəsinin bütününü əhatə etmiş hətta iddiaçının torpaq sahəsinə də keçmişdir. Hal-hazırda həmin sahənin müəyyən hissəsi tel hasarla qapanmışdır və təqdim edilən foto görüntülərdən aydın görünür ki, aparılan tikinti işlərinin bir hissəsi ərizəçinin mülkiyyətində olan torpaq sahəsində gedir. Həmçinin faktiki tikilinin beton hissəsi ərizəçinin torpaq sahəsinə düşdüyündən, ərizəçinin gələcəkdə inşa ediləcək ara hasarına olan ara məsafəsi qeyri yaşayış sahəsi ilə yaşayış sahəsi arasında olmalı olan normativ göstəricilərin də tələblərinə cavab verməyəcəkdir, işin hallarından aydın görünür ki, cavabdeh ona məxsus torpaq sahəsinin sərhədlərini aşaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmaqdadır. Həmçinin cavabdehlər ərizəçinin torpaq sahəsində aparılmış işlərin nəticələrini aradan qaldırmamış, iddiaçının mübahisələndirilməyən hissədə olan torpağını əvvəlki vəziyyətə gətirməmişlər. Beləliklə, iddiaçıya məxsus şəxsi əmlaka qanunsuz müdaxilə edilmiş və yaşayış sahəsi torpaqları olan sahədə qeyri yaşayış sahəsinin hansı icazələr uyğun olaraq tikilməsi, ara məsəfələrinin gözlənilməməsi, gələcəkdə fövqəladə vəziyyətlər zamanı, məsələn yanğın çıxacağı təqdirdə tikilən qeyri-yaşayış sahəsinin arxasında yerləşən mənzillərin hansı qaydada söndürüləcəyi məsələləri düşünülməmişdir. Həmçinin bu məsələlər ilə bağlı tərəflərindən verilmiş sorğulara və cavabdehə olan müraciətlərə hələ də rəsmi cavab göndərilməmişdir. İşin sübut edilməyə ehtiyac duyulmayan halıdır ki, mülkiyyətçinin konstitusiyon hüquqları pozulmuşdur. Onun mülkiyyəti cavabdehin ixtiyar verdiyi şəxslər tərəfindən zəbt edilmişdir. Hazırki mübahisə ilə bağlı tikinti işləri aparılan binanın hündürlüyü hal-hazırki tarixə hələki qeyri müəyyən olmaqla təxmini 6 metr hündürlüyü artıq keçmişdir, lakin nəinki öz torpaq sahəsinin sərhəddinə qədər hətta iddiaçıya məxsus torpaq sahəsində tikinti işləri aparmışdır və buna davam etməkdədir. Göründüyü kimi tikinti müəyyən edimiş qaydalara uyğun aparılmamaqdadır. Həmin qaydaların 11-ci maddəsinə əsasən ara məsafələri hündürlüyü 3 metrdən və divar səthinin sahəsi 25 kv.m çox olan binalara da şamil olunur. İddiaçı faktiki olaraq Rusiya Federasiyasında yaşadığından bu tikinti işinin aparılmasından gec xəbər tutmuşdur. Tikinti işləri ərizəçinin mülkiyyətində olan torpaq sahəsinə keçmişdir. Belə ki, aparılan tikinti işi artıq ərizəçinin ərazisinə daxil olmuş, İddiaçı mülkiyyətində olan torpaq sahəsi, daş, qum, dəmir və digər tikinti materialları ilə zəbt edilmişdir. Ərizəçiyə məxsus şəxsi əmlaka qanunsuz müdaxilə edilərək tikinti materiallarının daşınması və çatdırılması onun torpaq sahəsindən aparılmaqla şəxsin mülkiyyətinə qanunsuz daxil olunmuşdur. Sərhəd olaraq müəyyən edilmiş nöqtələr qəsdlə yoxa çıxarılmaqla qanunsuz hərəkətlər aparılmışdır. Bu qanunsuz hərəkətlər tikinti işləri aparılmaqla davam etməkdədir. 30 may 2025-ci il tarixdə X4 nümayəndəsi Vəkil2 ərizə ünvanlayaraq bildirmişdir ki, icraatda olan e-2(033)-42/2025 saylı mülki iş üzrə mübahisənin predmeti onun maraqlarına toxunur. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi tərəfindən müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə Cavabdeh satın alınmış, həmin ərazidə tikinti obyektinin inşası həyata keçirilmiş və inşa edilmiş obyektə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə olunmuşdur. Bu faktlar torpaq sahəsinin və üzərindəki obyektin həm hüquqi, həm də faktiki mülkiyyətçisinin şəxsən o olduğunu açıq şəkildə sübut edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Buna görə də, e-2(033)-42/2025 saylı mülki iş üzrə onu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. X10 mülki iş üzrə cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, mülki iş üzrə üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iştirakı olmadan məhkəmə prosesinin kecirilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə həmin iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, ünvan 3 ünvanında yerləşən 0.0870 ha torpaq sahəsini X1. İddiaçı özü də bu haldan xəbərdardır. Lakin hər səfərində bu şəkildə iddialarla məhkəməyə müraciət edərək, onu narahat etməyə çalışır. Yekun olaraq bildirmişdir ki, onun həmin torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında X4 nümayəndəsi Vəkil2 bildirmişdir ki, Cavabdeh qeyd edilən torpaq sahəsini onlara satmış, torpağa və üzərindəki obyektdə tərəflərindən çıxarış alınmışdır. Həmçinin bildirir ki, qeyd edilən obyekt qanuni yolla tikilmiş, belə ki, şəhərsalmaya, icra hakimiyyətinə müraciət edərək müvafiq rəy və sərəncam alımışdırlar. Eyni zamanda qeyd edir ki, İddiaçı torpağın onlara satılmasından məlumatlı olmuş, bununla bağlı onlarla əlaqə saxlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq mülki iş üzrə cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Yazılı sübutlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 218 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, reyestr nömrəsi **********59 olan Zaqatala şəhəri, Faiq Əmirov küçəsi ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. B seriyalı 177742 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 01/14632 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zaqatala şəhəri Faiq Əmirov küçəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 28000 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, reyestr nömrəsi **********98 olan Zaqatala şəhəri Faiq Əmirov küçəsi ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. B seriyalı 177741 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, reyestr nömrəsi **********86 olan Zaqatala şəhəri Faiq Əmirov küçəsi ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. AA seriyalı 628611 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək çıxarışa əlavə edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********39-06301 olan ünvan 3 ünvanda 0,0870 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və ümumi sahəsi 831,60 kvm olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında X3 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 26 noyabr 2025-ci il tarixli, 3-21-3-47/2-4224/2025 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, 1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış Zaqatala şəhəri Faiq Əmirov küçəsi ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin yerdə (narurada0 ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 23.11 2024-cü ıl tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən 0.0870 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin yerdə (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerqurutuşu planında göstərilmişdir. 3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü ıl tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış Zaqatala şəhəri Faiq Əmirov küçəsi ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin koordinat nöqtələri ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X8 adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən 0.0870 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin koordinat nöqtələri hər-hansı bir hissədə üst-üstə düşmür. Mütəxəssis rəyinin verilməsinə dair xərclərin smetasından görünür ki, məhkəmənin e-2(033)-42/2025 nömrəli, xx.xx.2025-ci il tarixli müraciəti əsasında Zaqatala şəhəri ərazisində yerləşən torpaq sahəsində çöl-ölçmə işləri aparılmış və mütəxəssis rəyinin verilməsinə görə cəmi 98,70 manat smeta xərci hesablanmışdır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ƏMDK yanında DDƏRX-in Zaqatala rayon şöbəsinə 96 manat pul ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İşin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən müvafiq olaraq 0.04 ha, 0.04 ha və 0.04 ha yaşayış məntəqələri təyinatlı torpaq sahələri tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Həmçinin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0.0870 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra həmin torpaq sahəsi Cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2023-cü il tarixdə qeyd aparılmılşdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən ona məxusus torpaq sahəsinin zəbt edilmiş hissələrinin boşaldılmasını, həmin ərazilərdə aparılmış tikinti işlərinin Cavabdeh hesabına sökülməsini xahiş etmiş, cavabdeh isə iddia tələbini qəbul etməyərək qeyd edilən torpaq sahəsini satdığını, hazırda ona məxsus olmamasını bildirmişdir. Cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 isə hər hansı zəbt halına yol verilmədiyini bildirmişdir. Məhkəmə bildirir ki, iddia tələbinin əsaslı olub-olmaması iddiaçının mülkiyyətində olan torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsindən asılı olmaqla, xüsusi bilik tələb edən sahəyə aid olduğundan bu halın müəyyən edilməsi müvafiq ekspertizanın keçirilməsi yolu ilə mümkündür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 26 noyabr 2025-ci il tarixli, 3-21-3-47/2-4224/2025 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış Zaqatala şəhəri Faiq Əmirov küçəsi ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin koordinat nöqtələri ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X8 adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən 0.0870 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin koordinat nöqtələrinin hər-hansı bir hissədə üst-üstə düşməməsi qeyd edilmişdir. Həmçinin tərtib edilmiş yerquruluş planında da İddiaçı adına qeydiyyata alınmış Zaqatala şəhəri Faiq Əmirov küçəsi ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinin X8 adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən 0.0870 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin koordinat nöqtələri ilə hərhansı bir hissədə üst-üstə düşməməsi müşahidə edilməmişdir. Göründüyü kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsi cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 tərəfindən zəbt edilməmişdir. Həmçinin baxılan iş üzrə iddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin cavabdehin deyil, üçüncü şəxs kimi işə cəlb olunmuş X3 mülkiyyətində olduğu işin mübahisə olunmayan halıdır. Cavabdeh isə sadəcə əvvəllər həmin torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh göstərmiş və tələbini ona qarşı yönəltmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı tərəfindən başqa cavabdehin cəlb olunması və ya cavabdehin əsl cavabdehlərlə əvəz olunması barədə ərizə verilməmişdir. Həmçinin iddiaçı məhkəmə iclaslarında iştitak etmədiyindən bu məsələ müzakirə predmeti olmamışdır. Qeyd edilməlidir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli qanun normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, mübahisəli əmlakın mülkiyyətçisi iddiaçı tərəfindən cavabdeh kimi cəlb olunmadığından, həmçinin hər hansı zəbt halı müəyən edilmədiyindən İddiaçı Cavabdeh və mülki iş üzrə cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “torpaq sahəsinin boşaldılması və tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Həmçinin iddia təmin edilmədiyi üçün 100 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Eyni zamanda mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat İddiaçı alınaraq cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddiaçı Cavabdeh və mülki iş üzrə cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “torpaq sahəsinin boşaldılması və tikililərin cavabdehin hesabına sökülməsi” tələbi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat İddiaçıdan alınaraq cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-42/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-42/2025
15.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver