Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-44/2025 22.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X23 Əli qızının katibliyi, İddiaçı Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çəkilmiş xərci kompensasiya etməklə tikilidən çıxarılma” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çəkilmiş xərci kompensasiya etməklə tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1ində yerləşən, xüsusi mülkiyyətində olan, 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə çəkdikləri xərcin əvəzində cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 cəmi 5034,61 manat məbləğində kompensasiya verməklə onların yetkinlik yaşına çatmayan uşaqları X13 və X14 ilə birlikdə həmin tikilidən çıxarılmaları və tikilinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixli, notariat qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır və xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə onun adına DƏDR-də qeydə alınmışdır. O torpaq sahəsini üzərində mövcud olan tikili ilə birlikdə mülkiyyətçilərindən almışdır. Bundan sonra tikilidə tam təmir işləri görmüşdür. O həmin torpaq sahəsini aldıqdan sonra da cavabdehlər bir müddət həmin tikilidə kirayədə yaşamışlar. Daha sonra nikahları pozulmuş və ayrılmışlar. Bundan sonra, hazırkı iş üzrə Cavabdeh1 torpaq sahəsini aldığı mülkiyyətçilərin və öz adından Zaqatala rayon Məhkəməsinə “alqı-satqı müqaviləsinin ləğvinə dair” iddia ərizəsi vermişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş və məlum olmuşdur ki, Cavabdeh1 Ayişə, Aysel və Naidə Bayramovaların imzasını saxtalaşdıraraq, onların adından iddia ərizəsi və apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti vermədikləri üçün Ayişə, Aysel və Naidə Bayramovaların şikayəti üzrə icraata xitam vermişdir. Eyni tarixdə Cavabdeh1 apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə çıxarmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti versə də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qüvvəsində saxlanmışdır. Beləliklə, mülkiyyətində olan torpaq sahəsinin qanuni yolla əldə etməsi və Cavabdeh1 qanunsuz hərəkətləri (torpağın əvvəki mülkiyyətçilərinin imzalarını saxtalaşdırılması) təsdiq edilmişdir. O mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmədiyi üçün Cavabdeh1 və qeyrisinə qarşı “mübahisəli torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən kompensasiya verilmədən çıxarılmaya dair” iddia ərizəsi ilə Zaqatala rayon məhkəməsinə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və qeyrisinin mübahisəli torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən kompensasiya verilmədən çıxarılmaları qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-291/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və qeyrisinin mübahisəli torpaq sahəsinin üzərində olan “tikilidən çıxarılmaları hissəsində” ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Cavabdeh1 tikilidən çıxarılması hissəsini təmin etməyən məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 yaşadığı tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə, onun həmin evdən çıxarılması barədə iddianın təmin edilməsi iddia ərizəsində göstərilən əsasla qanuni və ədalətli hesab edilə bilməz. Çünki o torpaq sahəsinin mülkiyyətçisi olmamışdan qabaq həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə, inşa edilmiş tikilinin olmasını və həmin tikilidə cavabdehin yaşamasını bilmiş və bunu qəbul etmişdir. Cavabdehin çıxarılmasını tələb etdiyi tikiliyə mülkiyyət hüququ yoxdur. Bundan sonra, o cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin ayrıca icraatda cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqlar X13 və X14 ilə birlikdə ünvan 1ində yerləşən, mübahisəli torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 3.600 manat (36 ay X 100 manat) kompensasiya verməklə xitam verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ilə işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. İşlər bir icraatda birləşdirildikdən sonra tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edib, X1 cavabdehlər siyahısından çıxarılmasını, Cavabdeh1 azyaşlı uşaqları: X13 və X14 ilə mübahisəli torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 4500 manat kompensasiya verməklə xitam edilməsinə, həmin torpaq sahəsində özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin e2(033)-40/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 azyaşlı uşaqları X13 və X14 ilə birlikdə mübahisəli torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 4.500 manat kompensasiya ödənilməklə xitam verilməsi, həmin torpaq sahəsində özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsi, iddianın Cavabdeh2 münasibətdə rədd olunması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-687/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-687/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-128/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməsə də həmin Qərarın 56-cı bəndində izah edilmişdir ki, “məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən əsaslarla qaldırılmış hazırkı iddianın rədd olunması, iddiaçını ona məxsus torpaq sahəsində yerləşən tikilini inşa etmiş şəxslərin bununla bağlı çəkilmiş xərclərini kompensasiya etməklə onların tikilidən çıxarmaq və mübahisə halında həmin tələblə məhkəməyə müraciət etmək imkanlarından məhrum etmir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-128/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarında göstərdiyi hüquqi mövqeyinə (tərəflər arasındakı hazırkı mübahisənin həllı qaydasına) istinad edərək, uzun müddət aralarında davam edən mübahisəni mülkiyyətçi olaraq, cavabdehlərin tikilidə yaşadıqları müddətdə sərf etdikləri xərci kompensasiya etməklə nəhayət məhkəmə qaydasında həll etmək qərarına gəlmişdir. Kompensasiya ifadəsinin hərfi mənası “əvəz” kimi başa düşülür. Hüquqi mənası da hərfi mənasına uyğundur. Kompensasiya hüququn əvəzi kimi verilə bilər. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə ona məxsus torpaq sahəsində yerləşən tikiliyə sərf etdikləri xərclər cavabdehlərə kompensasiya edilməklə onların tikilidən çıxarılması, o cümlədən məhkəmə qaydasında tələb edilə bilər. Ona görə də hüququn (çəkdiyi xərcin əvəzini tələb etmək hüququ) kompensasiyası deyiləndə “imkanın əvəzləşdirilməsi” başa düşülür. Əvvəlcə “imkan” müəyyənləşdirilməlidir. “İmkan” müxtəlif amillərlə müəyyənləşdirilir: indiki halda tikilinin yerləşdiyi yer, səmərəli istifadə üçün sərf edilən vəsait və s. Bundan sonra “imkana” uyğun olan “əvəz” müəyyənləşdirilməlidir. “Əvəz” də müxtəlif amillərlə müəyyənləşdirilir: bazardakı kirayə qiymətləri, istifadəçinin maddi vəziyyəti, sosial vəziyyəti, istifadəçinin özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddət və s. nəzərə alınmalıdır. Qeyd edir ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları (həyətyanı) təyinatlı 0,2609 ha torpaq sahəsi 6/30 hissə X18, 6/30 hissə X11, 6/30 hissə X20, 6/30 hissə Cavabdeh1, 6/30 hissə X5 məxsus olmaqla paylı mülkiyyətdədir. Torpaq sahəsi mülkiyyətçilərindən üzərindəki tikili ilə birlikdə almışdır. Torpaq sahəsində yerləşən tikilinin hazırkı vəziyyətə gətirilməsi üçün sərf edilmiş ümimi xərc və həmin xərcdən cavabdehlərin birgə nikah dövründə və ondan sonra çəkdikləri xərcin məbləğı məhkəmə qaydasında müəyyən edilməlidir. İddia ərizəsinə əlavə etdiyi müəxəssis Rəyinə görə tikilidə cavabdehlərin gördükləri işlərin həcmi və həmin işlərə çəkilən xərcin “5034,61” manat olması müəyyən edilmişdir. Əgər cavabdehlər daha çox xərc çəkmələrini iddia edirlərsə bu barədə məhkəməyə dəlillərini təqdim edə bilərlər. Aralarındakı əvvəlki mübahisə üzrə məhkəməyə təqdim etdikləri mütəxəssis Rəyinə görə mübahisəli tikilinin bazar dəyəri 32.800 manat (torpaq sahəsi ilə birlikdə), oxşar yaşayış sahəsinin həmin ərazidə kirayə haqqı isə 100,0 manat təşkil edir. Kompensasiya institutu mülkiyyət hüququnun müdafəsinə yönəlib. Belə ki, əmlakdan başqa şəxsin istifadə imkanının olması əmlakın yüklülüyü deməkdir, əmlakını yüklülükdən azad etmək mülkiyyətçi olaraq, onun hüququdur. Kompensasiya verilməsi, o cümlədən xərcin kompensasiya edilməsi, həmin hüququn həyata keçirilməsinin bir formasıdır. O, mülkiyyətçi olaraq “torpaq sahəsində yerləşən tikilidə cavabdehlərin çəkdiyi xərci kompensasiya etməklə onları tikilidən çıxarılmaya dair” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək, 3-cü şəxslərin hüquqlarından azad etmək istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 29.3 və MM-nin 152.1 maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırda o, mülkiyyət hüququnu həyata keçirə bilmir. Məqsədi xüsusi mülkiyyətində olan əmlakını kənar müdaxilədən müdafiə etməkdir. Buna onun hüquqi ixtiyarı vardır. AR Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hazırkı mübahisənin həllində, yəni “çəkilmiş xərci kompensasiya etməklə tikilidən çıxarılmaya dair” iş üzrə Azərbaycan Respublikası MM-nin 11-ci maddəsinə əsasən qanunun analogiyasının tətbiq edilməsi imkanı da nəzərə alına və oxşar mübahisələrin həlli zamanı tətbiq edilən normalar da tətbiq edilə bilər. Hər bir halda yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin iddiası əsasında kompensasiya verilməklə xitam verilməsi imkanı Azərbaycan Respublikası KM Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında da göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarı məhkəmələrin üzərinə vəzifə qoyur ki, birbaşa tənzimləyən norma olmasa belə oxşar hüquq münasibətlərini tənzimləyən norma tətbiq etməklə kompensasiya təklif etmək hüququ nəzərdə tutulmayan hallarda da mübahisələr ədalətli qaydada həll edilsin. Həmin qərarda göstərilir ki, “Kompensasiya institutu istifadəçiyə yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Həmçinin həmin Qərarda göstərilmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Hazırkı mübahisə üzrə də Ali Məhkəmənin mövqeyini də nəzərə alınsa torpaq sahəsinin mülkiyyətçisi üzərindəki qanunsuz tikilinin inşasına çəkilmiş xərci kompensasiya etməsi (əmlakını yüklülükdən azad edilməsi) mübahisənin qanuni və ədalətli həllidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında KM-nin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Həmin qərarda qeyd olunub ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası KM Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında İH AM “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” AK-nın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelərə istinad edilərək, göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hesab edir ki, “mülkiyyətin müdafiəsi ilə bağlı” qanuni əsaslarla məhkəmədə iddia qaldırmaq, hüquqdan, o cümlədən mülkiyyət hüquqndan “sui-istifadə” hesab edilə bilməz. Həmçinin özbaşına olda belə torpaq sahəsində inşa edilmiş tikilinin inşasına çəkilmiş xərcin əvəzində kompensasiya təklif edilməsi “başqasına zərər vurma” kimi qiymətləndirilə bilməz. Əks yanaşma Azərbaycan Respublikası Konstitusuyasında nəzərdə tutulmuş 26-cı (insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi) 60-cı (hüquq və azadlıqların inzibati və məhkəmə təminatı), 71-ci (insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) maddələrinə ziddiyyət təşkil edir. Nəzərə almaq lazımdır ki, ona məxsus torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ hər hansı məqsədlə, ayrıca qararla məhdudlaşdırılmamışdır. Onun cavabdehlərə qarşı əvvəllər verdiyi “tikilidən kompensasiya verilmədən çıxarılma” və “tikilinin sökülməsi, cavabdehə bazar qiymətinə uyğun kompensasiya verməklə tikilidən çıxarılma” tələbləri məhkəmələr tərəfindən təmin edilməsə də, hazırkı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı mübahisə üzrə hüquqi mövqeyinə tam uyğun olaraq, “tikiliyə çəkilmiş xərcin kompensasiya edilməsi” barədədir. Tərəflər arasındakı əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri preyedusial əhəmiyyətə malik olsa da hazırkı iddia tələbinin predmeti və əsasları başqadır. İddiaçı nümayəndəsi vəkil Nümayəndə 13 may 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsinə mübahisə predmeti olan təmir-tikinti işlərinə çəkilmiş xərcin əvəzinin kompensasiyası ilə bağlı ədalətli məbləğin müəyyən edilməsi məqsədilə "xxxx" MMC-dən mütəxəssis rəyi alınaraq iş materiallarına əlavə edilmişdir. Həmin rəyə görə tikilinin ümumi təmirinə 5034,61 rnanat xərc çəkilməsi müəyyən edilmişdir. İşin faktiki halı ondan ibarətdir ki, tikili iddiaçının aldığı torpaq sahəsində mövcud olmuş və iddiaçı tikilini torpaq sahəsi ilə birlikdə əvvəlki mülkiyyətçisindən almışdır. Sonradan tikilinin təmir işləri əsasən onun tərəfindən və az bir müəyyən hissəsi cavabdehlər tərəfindən görülsə də iddiaçı iddia ərizəsində çəkilmiş xərcin kompensasiya məbləği kimi mütəxəssis tərəfindən müəyyən edilmiş 5034,61 manat miqdarında xərcin hamısının cavabdehlərə verilməsinə razı olduğunu göstərmişdir. Lakin cavabdehlərdən Cavabdeh1 kompenssiya məbləği ilə razı olmadığından məhkəmə xx.xx.2024-cü il tarixdə ”məhkəmə tikinti-texniki ekspertizası” təyin etmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli ekspert rəyində tikiliyə ümumilikdə (tikintisinə, təmirinə) çəkilən xərcin bazar qiymətini 29.906 manat müəyyən etmişdir. Ekspertin müəyyən etdiyi bu qiymətin içərisindən tərəflərin hansı işləri görməsi faktı məhkəmə tərəfindən mübahisə tərəflərinin təqdim etdikləri sübutlar əsasında müəyyən edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində mövcud olmuş hazır tikilidə bir müddət yaşamışlar. Cavabdehlərin həmin tikilidə konkret hansı təmir işləri görməsi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Cavabdeh Güxar Zamanova məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, əri Məmmədlə mübahisəli tikiliyə köçərkən evin damı və divarları hazır olmuşdur. Sonra isə evin içini təmir etməyə başlamışlar. Tikilinin arakəsmə divarlarının bəziləri olmamışdır. Evə 2010-cu ildə köçmüşlər. Evin içəridən suvağı olmamış iki otağının döşəməsi olsa da ikisinin döşəməsi olmamışdır. Evin pəncərələrini Məmmədlə evləndikdən sonra qoymuşlar. Evin qapılarını 2010-cu ildə qoyulmuşdur. Digər Cavabdeh2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindəki tikili Cavabdeh1 ilə birgə nikah dövründə inşa edilməmişdir. Onlar evlənərkən həmin tikili artıq yaşamaq üçün hazır olmuşdur. Birgə yaşadıqları dövrdə evin damının novlarını sonradan vurmuşlar. Tikilinin iki otağının suvağını və seyrək olan polu təmir etmişlər. Evin pəncərələri olmuş və atası tərəfindən pulu ödənilmişdir. Göründüyü kimi cavabdehlərin özlərinin götərdiyi işlərin xərcini qəbul etsələr belə, yenə də iddiaçı ən azı onlara çəkdikləri xərcdən iki dəfədən artıq xərc əvəzi kimi pul kompensasiyası təklif edir. Cavabdehlərin həmin tikilidə gördükləri konkret işlərin həcmi iddia ərizəsinə əlavə etdikləri mütəxəssis rəyində göstərilən məbləğə nisbətən ekspert rəyində daha az göstərilməsinə baxmayaraq, kompensasiya məbləğinin azaldılması ilə bağlı iddiaçı tərəfindən iddia tələbində dəyişiklik edilməmişdir. Məhkəməyə təqdim etdikləri konkret sübutlarla iddiaçının mülkiyyətində olan torpaq sahəsindəki tikilinin inşası və təmiri ilə bağlı konkret işlərin kimin tərəfindən həyata keçirilməsi təsdiq edilir. xx.xx.2025-ci il tarixli ərizələrində iş üzrə əldə edilmiş ekspert rəyinin smeta cədvəlinin 3cü və 4-cü bəndlərində göstərilən işlərin cavabdehlər tərəfindən görülməsini, 5-ci, 6-cı və 8-ci bəndlərində göstərilən işlərin isə 4 otaq üçün deyil, yalnız 2 otağa aid işlərin cavabdehlər tərəfindən görülməsini qəbul etmişdirlər. Bu işlərin cəmi 4.529 manat həddində göstərilən təmir xərcləri cavabdehlərə ödənilməli olan mələğdir. Həmin işlərin qiyməti məhkəməyə daxil olmuş ekspert rəyinə və məhkəməyə təqdim edilmiş digər sübuta əsasən 4.529 manat təşkil etsə də, qeyd etdiyi kimi iddia tələbində göstərilən 5.034 manat kompensasiya məbləği (çəkilmiş xərcin əvəzi) iddiaçı tərəfindən azaldılmamışdır. Bir daha qeyd edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini aldığı zaman mövcud olmuş tikilinin inşasına və təmirinə çəkilən xərcin kimin tərəfindən həyata keçirilməsi məhkəmə iclasında təqdim edilmiş sübutarla təsdiq edilmişdir. Əvvəlki ərizələrində çəkilmiş xərcin əvəzində cavabdehlərə təklif edilən kompensasiya məbləği real xərclərdən artıq olmasına baxmayaraq, cavabdehlər əsassız olaraq, sübut təqdim etmədən narazılıq edib, əvvəlki məhkəmə proseslərində olduğu kimi müvafiq ali dövlət orqanlarına şikayətlər etməklə məhkəməyə qanunsuz təsirlər edirlər. İddiaçı cavabdehlərlə aralarındakı mübahisənin qarşılıqlı razılıqla və məhkəmədən kənar digər yollarla həllinə çalışsa da nail ola bilməmişdir. Lakin tərəflərin arasındakı əmlak mübahisəsi nəhayət qanunla və ədalətlə həll edilməlidir. Mübahisə həll edilərkən torpaq mülkiyyətçisinin üstün mənafeyi nəzərə alınmalı və tərəflərin arasındakı Ali Məhkəmənin MK-nın xx.xx.2024-cü il tarixli son qərarının 55-ci bəndindəki gəldiyi nəticə nəzərə alınmaqla ədalətlə həll edilməlidir. Hazırda iş materiallarına əlavə edilmiş mövcud ekspert rəyinin 1 və 13-cü bəndlərində göstərilən və bilavasitə evin kərpiclə hörülməsi, özül-beton işlərinin görülməsi, atma, çərcivə və evin üstünün şiferlənməsi ilə bağlı xərclər istisna olmaqla qalan bütün xərcləri cavabdehlərə ödəməyi iddiaçı təklif edir. Çünki, o nəhayət mülkiyyətindən istifadə etməyi, konstitusion hüquq olan mülkiyyət hüququnu realizə etmək istəyir. Axı iddiaçının mülkiyyətçi olaraq, hüquqlarının müdafiəsi mülki qanunvericilikdə və AR Konstitusiyasında nəzərdə tutulmuşdur. İddiaçı tərəf olaraq, məhkəməyə daxil olmuş ekspert rəyindəki smeta cədvəlinin 2; 3; 4; 5; 6; 7; 8; 9; 10; 11; 12 və 14-cü bəndlərində göstərilən işlərin cəmi xərci olan 12.063 (on iki min altmış üç) manat pulun çəkilmiş xərcin əvəzi kimi cavabdehlərə ödənilməklə iddiaçının xüsusi mülkiyyətində olan tikilidən cavabdehlərin (yetkinlik yaşına çatmayan uşaqları ikə birlikdə) çıxarılmaları haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq 17749 manat pulun çəkilmiş xərcin əvəzi kimi cavabdehlərə ödənilməklə cavabdehlərin (yetkinlik yaşına çatmayan uşaqları ikə birlikdə) onun xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılmaları haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı Soltanməcid oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli ev yerləşən torpaq sahəsini 2003-cü ildə Soltan Məmmədovdan almışdır. Lakin torpağa dair sənədlər hazır olmadığı üçün o, torpaq sahəsini sənədləşdirə bilməmişdir. Torpaq sahəsini Soltan Məmmədovun ona 14800 ABŞ dolları olan borcu əvəzinə almışdır. Torpaq sahəsi ona verilərkən üzərində mübahisəli ev də yerləşmişdir. O, torpağı aldıqdan qısa müddət sonra Gürcüstan Respublikasında həbs olunmuş və uzun müddət cəza çəkmişdir. Həbsdən azad olduqdan sonra ona məlum olmuşdur ki, kirayəşin kimi evə yaşamağa icazə verdiyi X7 Məmmədovun arvadı Cavabdeh1 ona məxsus evdən çıxmaq istəmir. Bu səbəbdən onların arasında məhkəmə davaları başlamışdır. O, cavabdehin evə çəkilmiş xərclər ödənilməkə onun uşaqları ilə evdən çıxarılmasını istəyir. Hazırda Cavabdeh1 ona məxsus torpaq sahəsində inşa edilmiş evdən yetkinlik yaşına çatmayan uşaqalrı ilə çıxmasına görə evin yalnız təmirinə xərclənmiş 17749 manatı təklif edir. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, Cavabdeh2 ilə 2007-ci ildə evlənmişdir. Onlar evləndikdən sonra Rusiya Federasiyasına getmişlər. Cavabdeh2 Rusiyada işləyib pulu atası Soltan Məmmədova göndərmiş və həmin pulla mübahisəli evi təmir etmişlər. O, mübahisəli evə gəlin gələnə qədər ev tikilərək damı vurulmuşdur. Rayona qayıtdıqdan sonra Cavabdeh2 atasına məxsus evdə yaşamış, lakin sonradan qaynanası ilə aralarında mübahisə olduğundan hazırda mübahisələndirilən evə köçmüşdür. O, evə köçərkən evin damı və divarları hazır olmuşdur. Sonra isə evin içini təmir etməyə başlamışlar. Evin ara barılarının bəziləri olmuş, bəziləri isə olmamışdır. Həmin evi Cavabdeh2la o, təmir etmişdir. O, həmin evə 2010-cu ildə köçmüşdür. Evə köçərkən ev içəridən suvaq olunmamışdır və iki otağın ümumiyyətlə döşəməsi olmamışdır. Evin pəncərələri Cavabdeh2 ilə evləndikdən sonra qoyulmuşdur. Bundan başqa evin qapıları 2010-cu ildə qoyulmuşdur və o, özünə məxsus boyunbağını sataraq pulunu ödəmişdir. Evin bütün kommunal xətləri onun adınadır. O, özünə məxsus pay torpaq sahəsini sataraq pulu ilə evini təmir etdirmişdir. Evin tikintisində qardaşı ustalıq etmişdir, Cavabdeh2 da ona fəhləlik etmişdir. O, ekspert rəyi ilə razı deyidir. Evin pərənəcələri o, Cavabdeh2 ilə evləndikdən sonra qoyulmuşdur. Evin tavanı və döşəməsi, divarların suvağı vurulmuşdur. Evin elektrik xəttləri çəkilmiş, divar kağızları vurulmuşdur. Evin santexnik işləri də görülmüşdür. İddiaçı əsassız olaraq onu evdən çıxartmaq istəyir. Onun qayınatası Soltan Məmmədov iddiaçını heç tanımamışdır. İddiaçı onun keçmiş əri Cavabdeh2 ikinci arvadının tanışı olmuşdur. Evin pəncərələri o hələ qaynansıgildə yaşayarkən Cavabdeh2 Rusiya Federasiyasından göndərdiyi pullarla qoyulmuşdur. İddiaçının onun uşaqları ilə mübahisəli evdən çıxmasına görə təklif etdiyi 17749 manat pulu qəbul etmir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, o, 2008-ci ildə Rusiya Federasiyasında olmuşdur. Hələ 21 yaşında olarkən evin yerləşdiyi torpaq sahəsini atası almışdır. Həmin ev Cavabdeh1 ilə birgə nikah dövründə inşa edilməmişdir. Onunla 2007-ci ildə evlənmişlər və həmin vaxt artıq ev yaşamaq üçün hazır olmuşdur. Sadəcə evin damının novları sonradan vurulmuşdur. Cavabdeh1 ilə mübahisəli evə köçərkən həmin evin iki otağı suvaqlı olmuş, polun taxtaları isə seyrək olmuşdur. Evin pəncərələri onlar evə köçərkən artıq olmuşdur və həmin pəncərələrin pulunu atası ödəmişdir. Cavabdeh1 ilə Rusiya Federasiyasından qayıtdıqdan sonra mübahisəli evi yaşayası vəziyyətə özləri çatdırmışlar. Onlar evə köçərkən evin divarları suvaqlı olmuşdur. Döşəmə taxtaları isə zəif olsa da üstünə faner vurmuş və döşəmə üstündə gəziləsi kimi olmuşdur. Tavanına da həmçinin faner vurmuş və boya çəkilmiş, evin iki otağında yaşamağa başlamışlar. Evin digər otaqlarını isə sonradan təmir etmişlər. Onlara evə görə kirayə haqqı ödəyəcəklərini bildirsələr də, onlar kirayə pulunu ödəməmişlər. Onun atası Soltan Məmmədov kartof alveri ilə məşğul olmuşdur. O, kartof məhsulunun pulunu ödəyə bilmədiyi üçün pulun əvəzinə özünə məxsus evi və torpaq sahəsini iddiaçıya vermişdir. Həmin razılaşma o Cavabdeh1 ilə hələ evlənməmişdən qabaq olmuşdur. İddiaçının Cavabdeh1 təklif etdiyi məbləğ çoxdur. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. 09 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Cavabdeh2 onun həmkəndlisidir. Mübahisələndirilən evi Soltan kişi tikmişdir, o, həmin evin tikintisində fəhlə kimi işləmişdir. Evin bütün xərclərini Sotan Məmmədov ödəmişdir. O, evin divarlarının tikilməsində və damının örtülməsində iştirak etmişdir. Ev tikildikdən sonra Cavabdeh2 Rusiya Federasiyasında olmuşdur. Evin içəri divarlarını da suvaqlamışlar. 09 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X27 məhkəmə iclasında bildirmişdir ki, mübahisəli evin pəncərələrini o, qoymuşdur. Pəncərələri Cavabdeh2 atası Soltan Məmmədov sifariş etmiş və pulunu da sonuncu ödəmişdir. 23 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X21 bildirdi ki, cavabdeh ilə qonşudur. Cavabdeh2 onun oğlunun qaynıdır. İddiaçını cavabdeh Gülxarı evdən çıxardığı vaxt, yəni 3-4 il olar ki tanımışdır. O özünə məxsus evə 2006-cı ildə köçüb yaşamışdır. Gülxar isə ondan 2-3 il sonra qonşuluqda əri ilə ev tikərək köçüb yaşamışdır. Həmin evi Məmmədin atası tikmişdir. Həmin vaxtı Məmməd Rusiya Federasiyasında olmuş və o pul göndərərək atası evin inşasını etmişdir. Həmin evin təməlini Məmmədin atası Soltan qoymuşdur. Qardaşı da ona fəhləlik etmişdir. Məmmədin atası həmin evin tikintisində işləyərkən həmişə gəlib onlarda çay içmişdir. Evin damı 2008ci ildə yığılıb qurtarmışdır. Hətta damda da bu qeyd olunmuşdur. Bu ev 2007-ci ildə mövcud olmamışdır. 23 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, Cavabdeh1 ilə qonşudurlar. Cavabdeh1 evinin içərisinin təmir işlərini görmüşdür. Evin bir otağına oboy, digər otaqlara emulsiya çəkmiş, mətbəxin kafelini, pilləkənin kafelini və metlaxını vurmuşdur. Alçibanla arakəsmələr etmiş, evin girişinə lambir və otaqların döşəməsinə dik vurmuşdur. Otaqların döşəməsi və pataloku olmuşdur, o sadəcə döşəməyə 0,5 sm-lik dik vurmuşdur. Evi 3-4 il əvvəl təmir etmişdir. Gülxar uzun müddətdir ki həmin evdə yaşayır. O, orada işlədiyi zaman Gülxarın qızı bələkdə idi. Evin təmirinə görə o, 500-600 manat pul almışdır. Onun işlədiyi vaxt evin hamam-tualeti hazır vəziyyətdə olmuş və mətbəxdə də mətbəx mebeli olmuşdur. 23 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X22 bildirdi ki, İddiaçı tanıyır, Cavabdeh2 isə həmkəndlisidir. 2006-2007-ci illərdə Cavabdeh2 atası Soltan kişi onu ev tikmək üçün çağırmışdır. Mübahisəli evi o, tikmişdir və evin içərisindən suvağını özü vurmuşdur. Bundan başqa evin ara kəsmələrini də özü tikmişdir. Evin xərclərini Soltan kişi ödəmişdir. 23 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirdi ki, Soltan kişinin qızının əridir (kürəkənidir). O, 2006-cı ildə mübahisəli evin qapılarını yığmışdır. Evin qapılarını qoyurkən ev suvaqlı olmamışdır. Qapıların pulun Soltan kişi ödəmişdir. Həmin vaxtlar o, Gülxarı tanınmamışdır. 23 aprel 2025-ci il tarixdə şahid qismində dindirilmiş X16 bildirmişdir ki, O, özünə məxsus qazellə mübahisəli yerə material daşımışdır. Tərəfləri tanımır. Tanıdığı usta Elşad Bayramov olmuşdur. O, Cavabdeh2 atası Soltan kişini tanımışdır. 2005-2006-cı illərdə Soltan kişinin tapşırığı ilə onun tikdirdiyi evə material aparmışdır. Mübahisəli evdə Cavabdeh1 görməmişdir. 23 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında təkrar olaraq şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, 2005-2006-cı illərdə mübahisəli evin tikintisində iştirak etmişdir. O, heç bir tərəfi tanımır. O, yalnız Soltan kişini tanımışdır. Evin damı yığılana kimi o, fəhlə kimi iştirak etmişdir, lakin orada Cavabdeh1 görməmişdir. 2 il müddətində evin suvaq işlərini görmüşdür. Yazılı sübutlar İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0.1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Yübaşiyev Arif Soltanməcid oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli 2(033)-138/2018 saylı qətnaməsindən görünür ki, iddiaçılar Şahid, X2, X6, Cavabdeh1 və X10 cavabdehlər İddiaçı, Cavabdeh2 və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayonu 2 saylı Notariat Kontoruna qarşı iddiaçılar Şahid, X12, X19 və X17 ilə cavabdeh İddiaçı arasında ünvan 1ində yerləşən 0.129 ha torpaq sahəsinin alqı satqısına dair baglanmış Zaqatala Rayonu 2 saylı Notariat Kontorunda 04 oktyabr 2017-ci il tarixdə reyestrdə 4Ə-647 nömrə ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli 04 oktyabr 2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2018-ci il tarixli 2 (107)-1345/2018 saylı qətanaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(033)-138/2018 nömrəli qətnaməsi iddiaçı Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması və iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Ali Məhkəməsi mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli 2(102)-1232/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 və vəkili Abbasov Nəvaid Novruz oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2018-ci il tarixli, 2(107)-1345/2018 saylı qətnaməsi iddiaçı Cavabdeh1 münasibətdə və onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin 05 noyabr 2022-ci il tarixli hesabatından görünür ki, ünvan 1ində 0,1290 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 04 noyabr 2022-ci il tarixə bazar dəyəri 32800 manat, kirayə dəyəri 100 manat təşkil edir. İş materiallarında olan "xxxx" Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin 04 aprel 2024-cü il tarixli hesabatından görünür ki, ünvan 1i ünvanında yerləşən 0,1290 ha torpaq sahəsi üzərindəki yaşayış təyinatlı tikilinin təmir-tikinti işlərinə çəkilmiş xərcin miqdarı 5034,61 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2025-ci il tarixli 10/6390 saylı rəyindən görünür ki, tədqiq olunan fərdi yaşayış evinin tikiniti və təmirinə çekilmiş xərclərin dəyərini müəyyən etmək məqsədilə hal-hazırki bazar qiymətlərinə uyğun olaraq qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunmuşdur. № İşlərin ölçü miqdarı qiyməti ümumi adları vahidi qiymət 1 2 3 4 5 6 Yaşayış evi üzrə 1 Bünövrənin qazılması p/m 62 4 248 Bünövrənin hörülməsi p/m 62 5 310 Kürsünün hörülməsi m2 62 5 310 Bünövrənin şebel ilə əks doldurulması (material ilə birlikdə) m3 4 20 80 Çöl divarların m2 85 5 425 hörülməsi (40sm) Daxili hörülməsi (20sm) m2 102 4 408 Mişar daşı ədəd 5500 0.6 3300 Qum m3 9 20 180 Sement kisə 40 7 280 2 Daxili divarların m2 300 4 1200 Sement kisə 32 7 224 Qum m3 8 20 160 3 Daxili divarlara şpaklyovka qatının çekilməsi m2 300 4 1200 Şpaklyovka (30kq) kisə 42 252 6 4 Giriş hissə, mətbəx və sanitar qovşağın divarlarının boyanması m2 75 3 225 Boya (10kq) ədəd 4 22 88 Rolik ədəd 2 5 10 5 Divar kağızının m2 215 4 860 vurulması Divar kağızı rulon 27 30 810 Divar kağızı ədəd 14 7 98 6 yapışdırıcısı Tavanın alçipan ilə m2 86 5 430 Alçipan (taxta reyka ilə ədəd 336 birlikdə) 28 12 Plintusların vurulması (material ilə birlikdə) p/m 65 8 520 Santjar qovşağın və mətbəxin tavanının lambir ilə m2 14 3 42 Lambir ədəd 20 5 100 Reyka p/m 40 32 0.8 Sanitar qovşağın və giriş hissənin döşəməsinin beton hamarlanması və üzlənməsi Sement m2 9 15 kisə 5 7 135 5 Qum-çınqıl qarışığı m3 1 25 25 Metlaq m2 9 20 180 Kafel-metlaq ədəd 2 8 16 7 Döşəmənin taxta atmalarının m2 82 6 492 quraşdırılması Taxta (0.05x0.15) m3 2 360 720 8 Döşəməyə dikt vurulması və laklanması m2 81 10 810 Dikt ədəd 36 24 864 Lak ədəd 3 24 72 Döşəmə künclüklərinin vurulması (material ilə birlikdə) p/m 72 2 144 9 Su və kanalizasiya xəttinin çəkilməsi (material ilə birlikdə) 1000 Taxta qapıların 10 quraşdırılması (material ilə birlikdə) ədəd 4 100 400 11 Metal materialdan girişçıxış qapısının quraşdırılması (material ilə birlikdə) ədəd 1 450 450 Plastik pəncərələrin və 12 nəfəsiliyin quraşdırılması (material ilə birlikdə) m2 16 100 1600 13 Damın altının taxta ilə yığılması və azbest şifer ilə üzlənməsi m2 200 20 4000 Taxta m3 3 360 1080 Reyka p/m 420 0.8 336 Azbest şifer m2 200 6 1200 14 Elekrtik xətlərinin çəkilməsi (material ilə birlikdə) 1500 Əlavə və nəqliyyat 15 xərcləri (10%) 16 Cəmi (manatla) 29906 Mübahisə predmeti olan fərdi yaşayış evinə çekilən xərclərin hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 29906 (iyirmi doqquz min doqquz yüz altı) manat məbləğində müəyyən olunur. İş materiallarına əlavə edilmiş ekspert xərclərinə dair bildirşdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(033)-40/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun cavabdehlər Cavabdeh1 qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsi” tələbinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizələri qismən təmin edilərərk Cavabdeh1 azyaşlı uşaqları X13 və X14 ilə birlikdə iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun ünvan 1ində xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 4500 manat kompensasiya ödənilməklə xitam verilməsi, ünvan 1ində iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsi və iddianın Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2023-cü il tarixli 2(107)-687/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(033)-40/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun Cavabdeh1 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsi tələbinə və iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizələrinin rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Ali Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2024cü il tarixli 2(102)-128/2024 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-687/2023 nömrəli mülki iş üzrə 16 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda göstərilən əsaslarla qaldırılmış hazırkı iddianın rədd olunması, iddiaçını ona məxsus torpaq sahəsində yerləşən tikilini inşa etmiş şəxslərin bununla bağlı çəkilmiş xərclərini kompensasiya etməklə onların tikilidən çıxarmaq və mübahisə halında həmin tələblə məhkəməyə müraciət etmək imkanlarından məhrum etmir. 09 aprel 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Soltanməcid oğlu tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. 22 may 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı Soltanməcid oğlu tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o. X3 və Cavabdeh2 Solatn oğluna ona məxsus torpaq sahəsi üzərində inşa edilmiş evdən yetkinlik yaşına çatmayan uşaqları ilə birgə çıxmaları üçün evin təmirinə xərclənmiş 17749 manat miqdarında kompensasiya təklif edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli 1/2024 saylı Qərarının 4.11-ci bəndinə əsasən Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, müəyyənləşdirilmiş hallar ondan ibarətdir ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr məqsədli 0,1290 ha torpaq sahəsi digər şəxslərlə yanaşı ümumi birgə mülkiyyət hüququ üzrə Soltan Məmmədova məxsus olduğu vaxt, sonuncu tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi aparılmışdır. Evdə orada yaşayan cavabdehlər tərəfindən də birgə nikah dövründə əlavə tamamlama işləri aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2025-ci il tarixli 10/6390 saylı rəyi ilə mübahisə predmeti olan fərdi yaşayış evinə çəkilən xərclərin hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 29906 manat olduğu müəyyən edilmişdir. Ekspert eyni zamanda icra edilmiş hər işin dəyərini ayrı-ayrılıqda da müəyyən etmişdir. Məhkəmə rəyi vermiş şəxsin qiymətləndirilmə sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və icra edilmiş hər bir işin ayrı-ayrılıqda və cəmi dəyəri barədə rəylə müəyyən edilənləri işin hallarına uyğun sayır və mübahisə predmeti olan fərdi yaşayış evinə çəkilən xərclərin hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 29906 manat olduğu nəticəsinə gəlir. Cavabdeh1 evin tikintisinin Cavabdeh2 Rusiyada işləyib Soltan Məmmədova göndərdiyi pulun hesabına tikilməsini bildirsə də, həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. Cavabdeh2 isə Cavabdeh1 bildirdiklərinin əksinə olaraq, evin Cavabdeh1 ilə birgə nikah dövründə inşa edilmədiyini, 2007-ci ildə evləndikləri vaxt evin artıq yaşamaq üçün hazır olduğunu, evin damının novlarının sonradan vurulduğunu, evin iki otağının suvaqlı olduğunu, döşəmə taxtalarının seyrək olduğunu, evin pəncərələrinin onlar evə köçərkən artıq olduğunu, həmin pəncərələrin pulunu atasının ödədiyini, Cavabdeh1 ilə Rusiya Federasiyasından qayıtdıqdan sonra mübahisəli evi yaşayası vəziyyətə özlərinin çatdırdıqlarını, döşəmə taxtalarının üstünə və tavana faner vurulduğunu, boya çəkildiyini, evin iki otağında yaşamağa başladıqlarını, evin digər otaqlarını isə sonradan təmir etdiklərini bildirmişdir. Məhkəmə qeyd edilənlərə əsasən cavabdehlərin birgə nikah dövründə fərdi yaşayış evinin yalnız iç təmiri işlərini icra etmələrini işin hallarına uyğun sayır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, xüsusi biliyi olan ekspert həmin işlərin dəyərini ayrı ayrılıqda hesablayaraq, icra edilmiş həmin işlər üzrə evin təmir xərclərinin 17749 manat təşkil etdiyini müəyyən etmişdir. Məhkəmə evin tikikintisinə (bünövrənin qazılması, bünövrənin hörülməsi, kürsünün hörülməsi, bünövrənin şebel ilə əks doldurulması, çöl divarlarının hörülməsi, daxili arakəsmə divarlarının hörülməsi, mişar daşı, qum, sement, damən altının taxta ilə yığılması və azbest şifer ilə üzlənməsi, taxta, reyka, azbest şifer) xərclənmiş 12157 manat pul vəsaiti xaric digər işlərin (29906-12157=17749) cavabdehlərin birgə nikah dövründə görülməsi həm Cavabdeh1 həm də bu hissədə ifadələri üst üstə düşmiş şahidlərin məhkəmə vaxtı verdikləri ifadələr ilə də təsdiq olunur. Məhkəmə, cavabdehlərin sadalanan işlərin icra edilməsinə çəkilmiş xərclər barədə başqa sübut təqdim etmədiklərini işlərin icra edilməsinə çəkilmiş xərci hesablamış ekspertin isə bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq, xərcin miqdarı barədə rəylə müəyyən edilənləri işin hallarına uyğun sayır. Məhkəmə belə hesab edir ki, evin təmirinə çəkilmiş xərcin 17749 manat hissəsi, özündə cavabdeh ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər olması və həmin tikintindən çıxarılmaları tələb olunduqlarından, onların tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olacaqları nəzərə alınaraq, evin tikintisinə çəkilmiş xərcin 17749 manat hissəsi, ər-arvadın tikintiyə sərf olunmuş ümumi vəsaitdəki payları (hər birinə ½ olmaqla) onlara ödənilməlidir. Beləliklə məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehlərin birgə nikah dövründə evin təmiri üçün çəkdikləri xərclərini iddiaçının kompensasiyası qaydasında onlara təklif etdiyi 17749 manata tam uyğundur və həmin məbləğ ödənilməklə cavabdehlər azyaşlı uşaqları ilə birlikdə ünvan 1ində yerləşən idddiaçının xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən tikildən çıxarılmalı və tikili boşaldılmalı iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb olunmadığından həmin xərc onun özünə aid edilməli, iddia təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlərdən birgə qaydada tutularaq ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun ünvan 1ində xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə Cavabdeh1 və Cavabdeh2 çəkdikləri xərcin əvəzində 17749 (on yeddi min yeddi yüz qırx doqquz) manat kompensasiya ödənilməklə onlar azyaşlı uşaqları X13 və X14 ilə birlikdə həmin tikildən çıxarılsınlar və tikili boşaldılsın. Ödənilmiş dövlət rüsumu iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğluna aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-44/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-44/2025
22.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver