Məhkəmə qərarları › İş №e-2(033)-443/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-443/2023

02.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-443/2023 02.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Tibbi Bölmələrini İdarəetmə birliyi Zaqatala rayon Mərkəzi X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Tibbi Bölmələrini İdarəetmə birliyi Zaqatala rayon Mərkəzi X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Tibbi Bölmələrini İdarəetmə birliyi Zaqatala rayon X7 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli K-0015(44) saylı əmrin ləğv edilməsi, onun Dəstək Xidmətləri şöbəsinin Təhlükəsizlik Bölməsinin növbə rəisi vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxmağına görə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının 26 aprel 2023-cü il tarixə təyin edilməsi haqqında məhkəmə qəbzləri iddiaçı X4 və cavabdehin nümayəndəsi X3 20 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verilmiş, qeyd olunan tarixdə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. O, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə hazırlıq iclası 02 may 2023-cü il tarixə saat 15-00-a təxirə salınmış və bu barədə məhkəmə qəbzi cavabdehin nümayəndəsi X3 verilməsinə, SMS xəbərdarlıq isə iddiaçı X4 AZEMİS vasitəsi ilə göndərilməsinə baxmayaraq, onlar qeyd olunan tarixdə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə iclası katibi iddiaçı ilə telefon əlaqəsi saxlayaraq iddiaçını məhkəmə iclasına dəvət etmiş, lakin sonuncu xəstə olduğunu söyləyərək Bakı şəhərində olduğunu bildirmişdir. Lakin iddiaçı onun xəstə olması barədə məhkəməyə hər-hansı bir sübutu təqdim etməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən onun məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak etməməsi barədə heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə baxışı iclasına gəlmədiklərinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Tibbi Bölmələrini İdarəetmə birliyi Zaqatala rayon Mərkəzi X1rşı ““əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar