Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-445/2024 23.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X5 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X29 nümayəndələri Nümayəndə2 və X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə, Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyevanın 02 fevral 2024-cü il tarixli, 18-1-78/3-1-233/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 13 avqust 1992-ci il tarixdə iş üzrə cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də müxətəlif vəzifələrdə işləmişdir. Cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyevanın 02 fevral 2024-cü il tarixli, 18-1-78/3-1- 233/2024 nömrəli əmri ilə qanunsuz və əsassız olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Aşağıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyevanın 02 fevral 2024-cü il tarixli, 18-1-78/3-1-233/2024 nömrəli əmri qanunsuz və əsassızdır: Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyevanın 02 fevral 2024-cü il tarixli, 18-1-78/3-1-233/2024 nömrəli əmrindən də göründüyü kimi İddiaçı əmək müqaviləsinə hansı əsasla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini müəyyən etmək mümkün deyildir. İddiaçı bu gün də aydın deyildir ki, o, nə səbəbdən işdən azad edilmişdir. Çünki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından heç birini törətməmişdir. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyevanın 02 fevral 2024-cü il tarixli, 18- 1-78/3-1-233/2024 nömrəli əmri Əmək Məcəlləsinin tələblərinə ziddir və bu səbəbdən də ləğv edilməlidir. İlk olaraq İddiaçı cavabdehlə aralarında olan mübahisənin həlli məqsədi ilə Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyi üçün, hazırki ərizə ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X37 direktoru X1 etirazla müraciət edərək İddiaçı iddia ərizəsinin təmin olunmaması haqqında qərar verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Zaqatala rayon Mərkəzi Xəstəxanası PHŞ-in Cərahiyyə şöbəsində qismən ödənişli sosial məzuniyyətdə olan X16 yerinə keçirilmiş tibb bacısı İddiaçı xx.xx.2024-cü il tarixdə, növbətçilik qrafikinə əsasən, saat 09:00-dan 16:00dək gündüz növbəsində olmalı halda heç bir üzrlü səbəb göstərmədən özünün əmək müqaviləsi üzrə öhdəliklərini, əmək intizamını və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozaraq işə gəlməmişdir. Belə hallar İddiaçı əmək fəalliyəti dövründə tez-tez təkrarlanmışdır. Buna baxmayaraq, müəssisənin rəhbərliyi humanistlik prinsipinə əsaslanaraq İddiaçı dəfələrlə güzəştə gedərək onu intizam məsuliyyətinə cəlb etməmişdir. Sonuncu dəfə 26 yanvar 2024-cü il tarixində İddiaçı işdə olmadığını görən Ginekologiya və doğum şöbəsinin böyük tibb bacısı (Böyük tibb bacısının əmək funksiyası ondan ibarətdir ki, o, orta tibb heyətinin işinin səmərəli təşkilinə və orta və kiçik tibb heyəti tərəfindən mövcud qaydalara, həmçinin nizam-intizam qaydalarına əməl olunmasına nəzarət edir) X6, işçinin nə üçün işə gəlmədiyini bilmək üçün onunla telefonla əlaqə saxlamışdır. Telefon danışığı zamanı İddiaçı xəstəlik vərəqəsində (əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında sənəd) olduğunu və Bakı şəhərinə getdiyini bildirmişdir. Baş vermiş hadisə ilə bağlı rəhbərliyi məlumatlandırmaq məqsədilə, Ginekologiya və doğum şöbəsinin şöbə müdiri X22 Səadətin iş vaxtı ərzində xəbər vermədən, üzrlü səbəb təqdim etmədən işdə olmaması haqqında xx.xx.2024-cü il tarixli “Xidməti yazı”nı (qoşma şəklində əlavə olunur) direktor Tamara Nurəliyevaya təqdim etmişdir. Xəstələrin qeydiyyatı şöbəsində araşdırma aparılarkən məlum olmuşdur ki, İddiaçı intizam pozuntusunun baş verdiyi gündən bir neçə gün öncə, yəni, xx.xx.2024-cü tarixdə Zaqatala RMX PHŞ-nin ASM şöbəsində işləyən həkim terapevt X8 yanında (18 yaşdan yuxarı vətəndaşların proflaktik müayinəsi) olmuşdur, lakin sağlamlığı barədə hər-hansı tibbi göstəriş olmadığı üçün (qoşma əlavə olunur) ona xəstəlik vərəqəsi açılmamışdır. Bundan sonra, İddiaçı Bakı şəhərinə yollanmışdır. xx.xx.2024-cü il tarixində isə Tatarayeva Bakıda olmasına baxmayaraq, həkim terapevt Dilşad Heydərovanın səyi ilə qeydiyyat şöbəsinin qeydiyyatçısı Qaraəhmədova Fatma tərəfindən qeydiyyatdan keçirilmişdir. Halbuki dəfələrlə xəstəxananın bütün qeydiyyatçılarına vətəndaşın özü olmadan qeydiyyatının aparılması qadağan olunmuşdur. Beləliklə, İddiaçı işində nöqsanlara yol vermiş işçilərlə bağlı tədbir görülməsi üçün xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Direktorunun İnzibati məsələlər üzrə müavini Emil Rüstəmov, Cərrahi xidmətlər üzrə müavini Vasif İsrafilzadə və İlkin Səhiyyə Xidmətləri üzrə müavini Nüranə Səttarova tərəfindən Zaqatala RMX PHŞ-nin direktoruna təqdimat yazılmışdır. Təqdimatlar xx.xx.2024-cü il tarixdə Zaqatala RMX PHŞ-nin növbədənkənar keçirilən Tibbi Şurası iclasında müzakirə edilmiş, №18-1-78/3-4-2/2024 saylı protokol tərtib olunmuşdur. Həmçinin, məsələ Zaqatala RMX PHŞ-nin Həmkarlar Şurası üzvləri tərəfindən müzakirə olunaraq qərar qəbul edilmiş, qərar №274 saylı xx.xx.2024-cü il tarixli protokolda öz əksini tapmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, xx.xx.2024-cü il tarixdə Dilşad həkimin yanına getmiş və xəstə olduğunu bildirmişdir. Dilşad həkim də ona xəstəlik kağızını aça biləcəyini demişdir. Bundan sonra o həkimə 25-i tarixində gəlib gəlməməsini soruşanda həkim ona “get gəlməyinə ehtiyac yoxdur mən özüm xəstəlik kağızını açacam” demişdir. Bundan sonra o, öz şöbəsinə işə qayıdaraq baş tibb bacısı İlahəyə xəstə olduğunu bildirmişdir. Sonuncu da cavabında “xəstəlik kağızı aç. Hansı həkim açmasından fərqi olmadan xəstəlik kağızı aç və xəstəlik kağızı olmadan işdən qalmaq olmaz” demişdir. Bundan sonra o Dilşad həkimin yanına qayıdaraq onun dediyi analizlərin və rentgen müayinəsinin cavabını həkimə təqdim etmişdir. Həkimdən gedib getməməsini soruşduqda həkim ona gedə biləcəyini demiş və xəstəlik kağızını açacağını bildirmişdir. O, xx.xx.2024cü il tarixdə müayinə yazılarkən qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixdə də Dilşad Heydərovanın yanında olmuşdur. Həkimin ona xəstəlik kağızı açmasına etibar edərək xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə getmişdir. Hazırda iddianın təmin edilməsini xahiş edir. İddiaçının vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı 24 yanvar tarixindən xəstə olduğundan həkim müayinəsində olub, bunu məhkəmə iclasında dindirilən həkim Dilşad Heydərova təsdiq edir. İddiaçı xəstəliyi ilə bağlı Bakı şəhərinə getməli olub və ona həkim xəstəlik kağızı açacağına dair vəd verdiyi üçün o, Bakı şəhərinə gedib. Xəstəxana qeydiyyatın sistemdən silinməsinə istinad edir, lakin hesab edir ki, sistemdən silinmə barədə elektron məlumat tələb olunmalı, bu barədə akt yox. Onun silinib silinməməsi hansı hüquqi önəm kəsb edir onun da tərəf olaraq iddiaçıya aidiyyəti yoxdur. Burda məhkəmədə dindirilən həkim də iddiaçıya 3 gün əvvəl ambulator müalicə alması üçün evə buraxılması barədə göstəriş verməsini təsdiq edir. Akta etimad məsələsi ilə bağlıda qeyd edir ki, həmin akt sistem məlumatları ilə müqayisə olunmalıdır. Hesab edir ki, bu da iddiaçı üçün əslində hüquqi maraq doğurmur. Tərəflərin bilavasitə etirafları mövcuddur. Xəstə kimi qeydiyyatdan keçməsinə dair qəbz iş materiallarına əlavə edilmişdir. İddiaçının işdə olmadığı dönəmdə üst tənəfüs yollarının iltihabı müəyyən edilməsini də həkim çıxışında qeyd etmişdir. iddiaçı Əmək Məcəlləsinin 72-ci bəndində qeyd edilən kobud nöqsanlara yol verməmiş, həkim müayinəsi və göstərişi ilə işə çıxmadığı halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. İddiaçının iddiasının əsaslı olduğunu qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəyi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı üzrlü səbəb olmadan yəni ona xəstəlik vərəqəsi açılmadan xx.xx.2024-cü il tarixdə bütün gün ərzində işdə olmayıb. İddiaçı müayinə olunmaq üçün və xəstəlik vərəqəsi verilməsi üçün qeydiyyatdan keçib, lakin ona xəstəlik vərəqəsi açılmayıb. Həmin qeydiyyat gündəlik olaraq aparılır və geri tarixə dair çıxarış vermək mümkün olmadığından sistem məlumatlarını sübut qismində təqdim edə bilmir. İddiaçı qeyri qanuni yollarla xəstəlik vərəqəsi açdırmağa çalışıb. Xəstəlik vərəqələrinə dair jurnal tərtib edilir və həmin jurnalda da iddiaçı barədə heç bir qeyd yoxdur. O, iddia tələbinin əsassız olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş edir. Şahid qismində dindiriliş X17 bildirdi ki, hazırda həkim kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasında işləyir. İddiaçı tanıyır. İddiaçı bir neçə dəfə qəbulunda olub. xx.xx.2024-cü il tarixdə iddiaçı ona müraciət edib. Çox ciddi xəstəliyi olmasa da, xəstə olub. Xəstəlik kağızı açdırmaq istədiyini bildirəndə iddiaçıya xəstəlik kağızı aça biləcəyini demişdir. Lakin iddiaçıya işlədiyi şöbəyə və baş tibb bacısına məlumat verməli olduğunu bildirmişdir. O iddiaçıya xəstəlik vərəqəsi açmayıb və xx.xx.2024-cü il tarixdə iddiaçı çıxıb Bakı şəhərinə gedib. xx.xx.2024-cü il tarixdə iddiaçı Bakı şəhərində olduğundan daha ona xəstəlik kağızı açmaq mümkün olmamışdır. 24 və 25 tarixlərində iddiaçı qeydiyyatdan keçmiş və analizlər vermişdir. Daha sonra bir müddət qeydiyyat sistemi işləmədiyindən xəstəni yəni İddiaçı qeydiyyata almaq mümkün olmamışdır. Bu zaman qeydiyyatda işləyən xanım belə olduğu halda onların xəstəni daha sonra sistem işlək vəziyyətdə olanda qeydiyyatdan keçirdiklərini bildirmişdir. Bunun özünün xətası olduğunu bilir və buna görə ona şiddətli töhmət verilib. O, Tatarayevaya bir neçə gün istirahət təyin etdiyini təsdiq edir. 24 və 25-i yanında olub və onun ambulator müalicəyə ehtiyacı olub. Bronxit əlamətləri görünüb, İddiaçı 5-6 gün anbulator müalicə üçün əsasdır və bu müddətə xəstəyə xəstəlik kağızı verilə bilər. Şahid qismində dindiriliş X9 bildirmişdir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işləyir. İddiaçı tanıyır və sonuncu xx.xx.2024-cü il tarixdə xəstə kimi müraciət etmiş, o, Dilşad həkimin müayinəsində olmuş və rentgen üçün çek götürmüşdür. xx.xx.2024-cü il tarixdə Dilşad həkim gələrək İddiaçı göndəriş verməsini istəmiş və xəstənin orada olduğunu bildirmişdir. O da göndəriş vermişdir. Amma o, xəstəni xx.xx.2024-cü il tarixdə görmüşdür. Həkimə hörmət edərək və onun sözünə güvənərək təkrar çek vermişdir. Xəstənin Bakı şəhərində olmasını həkim ona deməmişdir. İşin halları X11 məxsus AT-İİİ seriyalı ******* nömrəli əmək kitabçasının 10-13-cü səhifələrindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Zaqatala Rayon Mərkəzi X24 şəxsində daşıdığı vəzifədən azad edilərək əvəzçilik üzrə X27 bacısı vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə 18-1-78/3-1-233/2024 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 ilə X18 ilə xx.xx.1992-ci ildə rəsmi nikaha girərək ailə qurmuşlar, nikahdan sonra qadına Tatarayeva soyadı verilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş çıxarışdan görünür ki, protokol nömrəsi ********** rapor tarixi xx.xx.2024-cü ildə İddiaçı döş qəfəsi rentgenoqrafiyasından (ön-arxa; bir proyeksiyalı) keçmişdir. Zaqatala Rayon Mərkəzi X24 Şəxsin direktorunun inzibati məsələlər üzrə müavini Emil Rüstəmov tərəfindən Zaqatala Rayon Mərkəzi X24 Şəxsin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, "Zaqatala rayon Mərkəzi Xəstəxanası” X29 ginekologiya və doğum şöbəsində tibb bacısı vəzifəsində işləyən İddiaçı 26 yanvar 2024cü il tarixində, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrini və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozaraq işə götürənə heç bir xəbərdarlıq etmədən, onun işdə olmaması üçün hər-hansı üzrlü səbəb müəyyənləşdirilmədən bütün iş günü iş yerində olmaması səbəbi ilə, barəsində qanunvericiliyə uyğun qaydada tədbir görülməsi üçün lazımi göstərişlərin verilməsini xahiş etmişdir. 26 yanvar 2024-cü il tarixli Ginekalogiya və Doğum şöbəsinin müdiri Rəna Sultanova tərəfindən Zaqatala Rayon Mərkəzi X24 Şəxsin direktoruna ünvanlanmış “İşçinin iş vaxtında işdə olmaması haqqında xidməti yazıdan” görünür ki, Zaqatala Rayon Mərkəzi X24 şəxsin ginekologiya və doğum şöbəsində tibb bacısı vəzifəsində işləyən X19 26 yanvar 2024-cü il tarixində şöbənin növbətçilik qrafikinə əsasən saat 09:00-dan 16:00 aralığında gündüz növbəsində olmalı idi, lakin tibb bacısı həmin gün ümumiyyətlə iş yerində olmamışdır. İşçi işə gəlməməsi barədə istər şöbə müdirinə, istərsə də müəssisə rəhbərinə (işə götürənə) heç bir xəbərdarlıq etməmiş, onun işdə olmaması üçün hər-hansı üzrlü səbəb müəyyənləşdirilməmişdir. Həmin gün işçi ilə ona məxsus 051 354 36 66 nömrəli mobil telefonuna zəng vuraraq əlaqə saxlanılmış, bu zaman İddiaçı Bakı şəhərində olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon Mərkəzi X24 Şəxsin direktorunun cərrahi xidmətlər üzrə müavini Vasif İsrafilzadə tərəfindən Zaqatala Rayon Mərkəzi X24 Şəxsin direktoruna ünvanlanmış təqdimatdan görünür ki, xx.xx.2024-cü il tarixdə daxil olan məlumata əsasən doğum şöbəsinin tibb bacısı İddiaçı gündüz növbəsində işdə olmamışdır. Böyük tibb bacısı Firməmmədova İlahə onunla əlaqə saxladığı zaman “xəstəlik vərəqəsi”ndə olduğunu və Bakı şəhərinə getdiyini bildirmişdir. Bu məsələyə münasibət bildirməsini xahiş etmişdir. Ginikalogiya və doğum Şöbəsinin böyük tibb bacısı X2 tərəfindən Zaqatala Rayon Mərkəzi X24 Şəxsin direktoruna ünvanlanmış tarixi qeyd olunmayan təqdimatdan görünür ki, xx.xx.2024-cü il tarixdə şöbənin tibb bacısı İddiaçı işə gəlməmiş, telefonla əlaqə saxlandıqda Bakı şəhərində olduğunu bildirmişdir. Zaqatala Rayon Mərkəzi X24 Şəxsin direktorunun inzibati məsələlər üzrə müavini Emil Rüstəmov tərəfindən Zaqatala Rayon Mərkəzi X24 Şəxsin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X29 ASM şöbəsinin həkim terapevti X17 26 yanvar 2024-cü il tarixində şöbənin qeydiyyatçısı X4 yaxınlaşaraq tibb müəssisəsinin ginekologiya və doğum şöbəsinin tibb bacısı İddiaçı üçün həkimə müraciət barədə qeydiyyata almasını demişdir və bildirmişdir ki, həmin tibb bacısı özünün həkim otağında müayinədədir. Araşdırma zamanı isə məlum olmuşdur ki, həmin gün ginekologiya və doğum şöbəsinin tibb bacısı İddiaçı xəstəxanada olmamış, Bakı şəhərində olmuşdur. ASM şöbəsinin həkim terapevti Dilşad Heydərova qeydiyyatçıya yalan məlumat verərək İddiaçı qeydiyyata alması məqsədi daşıyan əməli nəticəsində qeydiyyatçı, xəstənin özü olmadan, şəxsiyyəti təsdiq edən sənəd belə təqdim edilmədən həmin tibb bacısının xidmətə alınması barəsində qeydlər aparmış, bununla da öz vəzifə təlimatını pozaraq işində kobud şəkildə nöqsana yol vermişdir. Qeyd edilənləri nəzərə alaraq, ASM şöbəsinin həkim terapevti X8 yalan məlumat verməklə vətəndaşın özü olmadan xidmətə alınması ilə nəticələnən əməlinə görə, barəsində qanuna müvafiq qaydada inzibati tənbeh tədbirinin görülməsi üçün lazımi göstərişlərin verilməsini xahiş etmişdir. Zaqatala rayon SİHİŞ-in xx.xx.2024-cü il tarixli 274 nömrəli protokoldan görünür ki, Zaqatala RMX PHŞ-in Direktorun İnzibati məsələlər üzrə müavini Emil Rüstəmovun, Cərrahi xidmətlər üzrə müavini Vasif İsrafilzadənin və ilkin Səhiyyə Xidmətləri üzrə müavini Nüranə Səttarovanın təqdimatları müzakirə olunmuş və Zaqatala RMX PHŞ-in Cərrahiyyə şöbəsinin (zərurət yarandığından Ginekologiya və doğum şöbəsində fəaliyyət göstərən) tibb bacısı İddiaçı xx.xx.2024-cü il tarixdə müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozaraq müdiriyyətə heç bir xəbərdarlıq etmədən, üzrlü səbəb bildirmədən bütün iş günü iş yerində olmaması, ASM şöbəsinin həkim terapevti X17 yalan məlumat verməklə vətəndaşın özü olmadan qeydiyyata aldırması ilə nəticələnən əməlinə, eyni zamanda ASM şöbəsinin qeydiyyatçısı X9 dəfələrlə məlumat verilməsinə baxmayaraq vətəndaşın özü olmadan qeydiyyat apardığına görə onlara inzibati cəza tədbirinin görülməsinə RMX-nın Həmkarlar Şurasının etiraz etməməsi qərara alınmışdır. Zaqatala Rayon Mərkəzi X24 Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixində Zaqatala RMX-sı, PHŞ-də keçirilmiş növbədən kənar X34 görünür ki, Zaqatala rayon Mərkəzi Xəstəxanası ASM şöbəsinin həkim-terapevti Heydərova Dilşad və ASM şöbəsində qeydiyyatçı Qaraəhmədova Fatma xidməti vəzifəsini düzgün yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlığ və şiddətli töhmət verilməsi və Zaqatala rayon X25 şöbəsinin tibb bacısı İddiaçı bütün iş günü iş yerində olmadığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72 maddəsi əsasında işdən azad edilməsi qərara alınmışdır. Zaqatala Rayon Mərkəzi X24 Şəxsin direktorunun inzibati məsələlər üzrə müavini Emil Rüstəmov tərəfindən Zaqatala Rayon Mərkəzi X24 Şəxsin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X29 ASM şöbəsinin qeydiyyatçısı X12 26 yanvar 2024-cü il tarixində tibb müəssisəsinin ginekologiya və doğum şöbəsinin tibb bacısı İddiaçı üçün həkimə qeydiyyat vurmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, həmin gün ginekologiya və doğum şöbəsinin tibb bacısı İddiaçı xəstəxanada olmamış, Bakı şəhərində olmuşdur. Müəssisədə qeydiyyatçı vəzifəsində çalışan bütün qeydiyyatçılara dəfələrlə, xəstənin özü olmadan, şəxsiyyəti təsdiq edən sənəd belə təqdim edilmədən, həmin vətəndaşın xidmətə alınması barəsində qeydlər aparılmasına qəti icazə verilmədiyi, belə hal baş verərsə, həmin əməkdaşın vəzifə təlimatını pozaraq qanunsuz əməli fəaliyyətinə görə işdən kənarlaşdırıla biləcəyinə dair ciddi xəbərdarlıq edilmələrinə baxmayaraq, ASM şöbəsinin qeydiyyatçısı X12 işində kobud şəkildə nöqsana yol verərək bu əməli törətmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq, ASM şöbəsinin qeydiyyatçısı X12 barəsində, bundan əvvəl də öz vəzifə öhdəliklərini yerinə yetirərkən nöqsanlara yol verdiyini və sonuncu əməlini əsas götürərək qanuna müvafiq qaydada tədbir görülməsi üçün lazımi göstərişlərin verilməsini xahiş etmişdir. Zaqatala Rayon Mərkəzi X24 X38 Xidmətləri üzrə direktor müavini X20 tərəfindən Zaqatala Rayon Mərkəzi X24 Şəxsin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, ASM şöbəsinin həkim-terapevti Heydərova Dilşad və ASM şöbəsində qeydiyyatçısı Qaraəhmədova Fatma, doğum evində tibb bacısı işləyən İddiaçı Bakı şəhərində olduğu halda xx.xx.2024-cü il tarixi üçün onu qeydiyyatdan keçirib kağızı verib, qeydiyyatçı Qaraəhmədova Fatma izahatında bildirib ki, xəstənin qapının arxasında olduğunu ona həkim-terapevt Heydərova Dilşad deyib, həkimin sözlərinə inanaraq İddiaçı qeydiyyatdan keçirib, kağızı həkimə verib, həkim Heydərova Dilşad xanım səhv etdiyini və qeydiyyatçını aldatdığını izahatında etiraf edib, hər iki əməkdaş barəsində etdikləri nöqsana görə inzibati tənbeh tədbirinin görülməsi xahiş olunub. Mərkəzi ASM şöbəsinin həkim terapevti X8 Zaqatala Rayon Mərkəzi X24 Şəxsin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xəstə Tatarayev Səadət MRX PHŞ-nin doğum şöbəsinin tibb bacısı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ona müraciət etmiş, xəstə müayinə olunmuş və ona yuxarı tənəfüs yollarının infeksiyası diaqnozu qoyulmuş, xəstədə asqırma, öskürmə, halsızlıq olduğundan ona bir neçə gün evdə müalicə olunması məsləhət görülmüşdr. xx.xx.2024-cü il tarixdə xəstə işə çıxa bilmədiyindən, şöbəyə gələ bilmədiyindən o köməklik göstərmək istəmiş və qeydiyyatdan xəstənin orada olduğunu bildirərək qeydiyyata götürmüş, lakin qeydiyyatçı xəstənin orada olmamasını bilməmişdir. Mərkəzi ASM şöbəsinin qeydiyyatçısı X3 Zaqatala Rayon Mərkəzi X24 Şəxsin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı həkim X17 onun yanına gələrək onu qeydiyyatdan keçirməsini istəmiş, o xəstənin orda olub-olmamasını yoxlamaq istədikdə Dilşad həkim qapını açaraq xəstənin orada olduğunu göstərmiş, o həkimin sözünə inanaraq xəstəni qeydiyyatdan keçirmişdir. Zaqatala Rayon Mərkəzi X24 Şəxsi tərəfindən 29 yanvar 2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2024-cü il tarixində vətəndaş İddiaçı özü olmadan, həkimin əyani müayinəsi üçün qəbula qeydiyyatın aparılmasına dair müraciəti əsassız olması səbəbindən e-təbib sistemindən silinmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, həmin qəbz həkim X17 tərəfindən İddiaçı profilaktiki tibbi müayinələrin aparılması üçün verilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X37 18-1-78/3-1-233/2024 nömrəli 2 fevral 2024-cü il tarixli əmrindən görünür ki, İddiaçı - ““Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X29 Cərrahiyyə şöbəsinin (zərurət yarandığından Ginekologiya və doğum şöbəsində fəaliyyət göstərən) tibb bacısı vəzifəsində çalışan İddiaçı Əmək müqaviləsinə 02 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xitam verilməsi və işçiyə 32 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Mediasiya Sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 50 manat mediasiya xərci və 10 manat məbləğində dəftərxana və kərguzarlıq xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir. Zaqatala Rayon Mərkəzi X24 Şəxsin 21 may 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 24 yanvar 2024-cü il tarixində Mərkəzi ASM şöbəsinin həkim-terapevti X17 tərəfindən müayinə olunması məqsədi ilə qeydiyyatdan keçmişdir, 26 yanvar 2024-cü il tarixində İddiaçı Bakı şəhərində olmuş, təkrar əyani həkim müayinəsindən keçmək üçün xəstəxanaya gəlməmiş, lakin həkim müayinəsi üçün qeydiyyat aparılmışdır. İddiaçı adına xəstəlik vərəqəsi açılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsi 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinə əsasən 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186.1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, cavabdеh iddiaçı tərəfindən əmək intizamı və müəssisədaxili intizam qaydalarının kobud şəkildə pozulması hallarının əmək fəalliyəti dövründə tez-tez təkrarlanması, buna baxmayaraq, müəssisənin rəhbərliyinin humanistlik prinsipinə əsaslanaraq dəfələrlə güzəştə gedərək onu intizam məsuliyyətinə cəlb etməməsi ilə əsaslandırsa da, iddiaçının əvvəllər əmək fəalliyəti dövründə əmək intizamı və müəssisədaxili intizam qaydalarını pozması barədə hər hansı sübut təqdim еtməmişdir. İş üzrə sübutlarla iddiaçının əmək fəalliyəti dövründə əvvəllər əmək intizamı və müəssisədaxili intizam qaydalarını pozması halı təsdiq еdilməmişdir. Müəyyən еdilmiş hallar ondan ibarətdir ki, Zaqatala Rayon Mərkəzi X24 şəxsinin X27 bacısı vəzifəsinə işləyən iddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının terapevti X13 müraciət etmiş, müayinə olunmuş və ona yuxarı tənəfüs yollarının infeksiyası diaqnozu qoyulmuş, bir neçə gün evdə müalicə olunması məsləhət görülmüş, xx.xx.2024-cü il tarixdə e-təbib sisteminə daхil еdilməklə qeydiyyata götürülmüş, iddiaçı həmin qеydiyyata əsasən iş yеrində üzürlü səbəbdən olmamışdır. İddiaçının iş yеrində olmamasına əsas olmuş qеydiyyat yalnız xx.xx.2024-cü il tarixdə müraciəti e-təbib sistemindən silinmişdir. Məhkəmə ilk öncə onu qеyd еtməyi zəruri sayır ki, iddiaçı əmək qabiliyətinin olmaması barədə qеydiyyat mövcud olduğundan xx.xx.2024-cü il tarixdə bütün iş günü iş yerində olmaması üzrlü səbəbdən olmuşdur. Еyni zamanda həmin qеydiyyat еtibarsız sayılmamış, yalnız sistеmdən silinmişdir. Müəyyən еdilmiş hallardan həmçinin görünür ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli X39 iddiaçının bütün iş günü iş yerində olmadığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72 maddəsi əsasında işdən azad edilməsi qərara alınsa da, həmkarlar ittifaqı təşkilatının növbəti gün xx.xx.2024-cü il tarixdə kеçirilmiş iclasında İddiaçı həkim terapevti X17, eyni zamanda ASM şöbəsinin qeydiyyatçısı X3 barələrində “inzibati cəza tədbiri”nin görülməsinə etiraz edilməməsinə dair Azərbaycan Respublikasının Əmək Qanunvеriciliyi ilə nəzərdə tutulmayan və işə götürənin səlahiyyətinə aid olmayan tədbir görülməsinə razılıq barədə qərar qəbul еdilmiş, lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 70-ci maddəsinin ç) bəndlərində göstərilən əsaslarla ləğv edilməsinə razılıq vеrilməsi barədə qərar qəbul еdilməmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi halı təsdiq еdilməmişdir. İş üzrə sübutlarla həmçinin xx.xx.2024-cü il tarixli X30 yеkunları ilə bağlı təqdimatın həmkarlar ittifaqı təşkilatına vеrilməsi, həmin təqdimatın həmkarlar ittifaqı təşkilatına nə vaхt daхil olması, xx.xx.2024-cü il tarixdə kеçirilmiş iclasının yеri və vaхtı barədə iddiaçıya məlumat vеrilməsi halları da təsdiq olunmamışdır. İş üzrə sübutlarla həmçinin intizam tənbehi verilməmişdən əvvəl cavabdеhin iddiaçıdan yazılı izahat verməsini tələb etməsi halı da təsdiq еdilməmişdir. Еyni zamanda iş üzrə sübutlarla iddiaçının bütün iş günü işə gəlməməsi nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması halları da təsdiq еdilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunvеriciliyin tələbləri nəzərə alınmadan aparıldığından, mübahisəli əmri ləğv edilməli və iddiaçı vəzifəsinə işə bərpa edilməli, məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməlidir. Belə ki, Əmək Məcəlləsi ilə işəgötürən tərəfindən işçi ilə olan əmək münasibətlərinə əmək müqaviləsinin ləğv olunma əsaslarına və qaydalarına əməl etmədən xitam verildiyi halda əmək mübahisəsini həll edən məhkəmənin iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarmalı olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X37 xx.xx.2024-cü il tarixli 18-1-78/3-1-233/2024 nömrəli əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənməklə İddiaçı “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X29 X27 bacısı vəzifəsi üzrə işə bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Zaqatala Rayon Mərkəzi X24 Şəxsin xx.xx.2024-cü il tarixli 18-1-78/3-1-233/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X29 X27 bacısı vəzifəsinə işə bərpa edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(033)-445/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-445/2024
23.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver