Məhkəmə qərarları › İş №e-2(033)-448/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-448/2023

07.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-448/2023 07.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı və onun vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi, Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Zaqatala rayonu X5 və üçüncü şəxslər Maraqlı şəxs və X4rşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi, Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Zaqatala rayonu X5 və üçüncü şəxslər Maraqlı şəxs və X4rşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu, X5nə məxsus 5,82 ha torpaq sahəsi ilə bağlı 19 dekabr 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələrinin, 19 dekabr 2019-cu il tarixli AM seriyalı 010367 nömrəli şəhədətnamənin, Zaqatala rayonu, X5nə məxsus 4,84 ha torpaq sahəsi ilə bağlı 19 dekabr 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələrinin; 19 dekabr 2019-cu il tarixli AM seriyalı 010366 nömrəli şəhədətnamənin etibarsız sayılması, 5,82 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Maraqlı şəxs ilə Zaqatala rayonu, X5 arasında bağlanmış 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin, 5,82 ha torpaq sahəsi üzərində Maraqlı şəxs hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 23 yanvar 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın, qeyd olunan 5,82 ha torpaq sahəsi ilə bağlı Maraqlı şəxs ilə Küveyt Dövləti vətəndaşı X7 arasında bağlanmış 14 mart 2021-ci il tarixli subicarə müqaviləsinin ləğv edilməsi, 4,84 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Maraqlı şəxs ilə Zaqatala rayonu, X5 arasında bağlanmış 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin, 4,84 ha torpaq sahəsi üzərində Maraqlı şəxs hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 23 yanvar 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın, qeyd olunan 4,84 ha torpaq sahəsi ilə bağlı Maraqlı şəxs ilə Küveyt Dövləti vətəndaşı X7 arasında bağlanmış 14 mart 2021-ci il tarixli subicarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının 07 iyun 2023-cü tarixə təyin edilməsi haqqında məhkəmə bildirişləri cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisi, Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Zaqatala rayonu X5 və üçüncü şəxslər Maraqlı şəxs və X6 poçt vasitəsi göndərilməsinə baxmayaraq, onlar, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, hazır ki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi ilə bağlı məhkəməyə müraciət etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 və 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. İş materiallarına əlavə edilmiş 02 mart 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi, Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Zaqatala rayonu X5 və üçüncü şəxslər Maraqlı şəxs və X4rşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi, Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Zaqatala rayonu X5 və üçüncü şəxslər Maraqlı şəxs və X4rşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi, Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Zaqatala rayonu X5 və üçüncü şəxslər Maraqlı şəxs və X4rşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar