Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-459/2025 24.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğvi, torpaq sahəsi üzərində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya boş torpaq sahəsi ilə fındıq bağının dəyərləri arasındakı fərq və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğvi, torpaq sahəsi üzərində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya boş torpaq sahəsi ilə fındıq bağının dəyərləri arasındakı fərq və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X1 Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1.9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 satılmasına dair 03 avqust 2022-ci il tarixli AN-İ, №- ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğv edilməsinə, həmin torpaq üzərində onunla mülkiyyətçilərin arasında alqı-satqı müqaviləsinin baglanmış hesab edilməsinə və ya həmin torpaq sahəsinin alqısı zamanı cavabdehlər Muradovların mərhum atası Xalid Muradova verdiyi 4000 ABŞ dollarını (4000 x 1.70 = 6800 manat), 1.9699 ha torpaq sahəsində yetişdirdiyi bağın dəyəri, torpaqsız 44600 manatın, yəni bağın bazar qiymətini və 8 il müddətində əldən çıxmış fayda olan 36.000 manatın, cəmi 87400 manatın və ödənilmiş dövlət rüsumu 353 manatın cavabdehlərdən alınaraq ona qaytarılmasına, iddia tələbinin ikinci hissəsi təmin olunduğu halda, pulun ödənilməsi ilə torpaqdan çıxarılmaya dair olan qətnamənin icrasının eyni vaxtda icra olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Müəyyən etdim ki, İddiaçı iddia ərizəsində “və ya” bağlayıcısından istifadə etməklə ilkin tələbinin təmin edilməsini, ilkin tələb təmin edilmədiyi halda ikinci tələbinin təmin edilməsini xahiş etməklə, tələbini dəqiqləşdirilməmiş, iddiasınsa qeyri-müəyyənliyə yol vermiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbi pozulmuşdur. Məhkəmə qeyd edir ki, qeyd edilən formada ifadə edilən tələb təmin və ya rədd oluna bilməz. Prosessual qanunvericiliyin tələbindən isə göründüyü kimi, tələb konkret və aydın olmalıdır ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu müəyyən edə bilsin. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalı, iddiaçıya göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir, Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğvi, torpaq sahəsi üzərində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya boş torpaq sahəsi ilə fındıq bağının dəyərləri arasındakı fərq və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğvi, torpaq sahəsi üzərində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya boş torpaq sahəsi ilə fındıq bağının dəyərləri arasındakı fərq və əldən çıxmış fayda” tələbinə dair ərizənin verilməsi üçün ödənilmiş 352.47 (üç yüz əlli iki manat qırx yeddi qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-459/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-459/2025
24.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver