Məhkəmə qərarları › İş №e-2(033)-47/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-47/2025

06.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-47/2025 06.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “qəsdə son qoyma və zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair işə 06 mart 2025-ci il tarixdə, Zaqatala şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh1 qarşı “qəsdə son qoyma və zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən tam hüququ ilə xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Faldarlı kəndi ərazisində yerləşən 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0,05 ha hissəsindən Cavabdeh1 çıxarılmasına, xüsusi mülkiyyətində olan ünvan 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,05 ha hissəsindən sahiblik və istifadə etməyə qarşı yönəlmiş, cavabdeh tərəfindən hasarlanması ilə müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılmasına, ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində Zaqatala rayonu Faldarlı kənd ərazisində 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən qeydiyyata alınmışdır. Onun xüsusi mülkiyyyətində olan həmin torpaq sahəsinin bir hissəsi (təxminən 0,05 ha) qanunsuz olaraq həmkəndlisi olan cavabdeh tərəfindən hasarlanaraq zəbt edilmişdir. Hazırda cavabdeh mülkiyyətində olan Zaqatala rayonu, Faldarlı kənd ərazisində yerləşən 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təxminən 0,05 ha hissəsindən ona sahiblik və istifadə etməyə imkan vermir və onun mülkiyyət hüquqlarını kobudcasına pozur. 30 may 2024-cü il tarixdə iddiaçının razılığı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülki işə cavabdeh qismində işə cəlb edilmişlər. 25 fevral 2025-ci il tarixdə İddiaçı məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ünvanlayaraq xüsusi mülkiyyətində olan ünvan 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş 0,2087 ha hissəsindən cavabdehlərin çıxarılması, xüsusi mülkiyyətində olan ünvan 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2087 ha hissəsindən sahiblik və istifadə etməyə qarşı yönəlmiş, cavabdehlər tərəfindən hasarlanması ilə müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılması və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 20 iyun 2024-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq bildirmişlər ki, İddiaçı Dövlət tərəfindən verilmiş əmlak pay torpaq sahəsində ona məxsus olan torpağın 0.05 ha-nın onların ərazidə olduğunu iddia edir. Onların əmlak torpaqları ilə qonşuluqda İddiaçı məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yoxdur. İddiaçı məxsus kənd təsərrüfatlı torpaq sahəsi "Ağbulaq" adlanan çöl sahəsindədir. İddiaçı bu ərazidə əmlak torpaq sahibi olmadığına görə onun tərəfindən onlara qarşı irəli sürülən iddianın qanuni əsası olmadığına görə rədd edilməsini xahiş etmişlər. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, onun xüsusi mülkiyyətində ünvan 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Baş vermiş sürüşmələr nəticəsində qeyd edilən torpaq sahəsinin 0,2087 ha hissəsi cavabdehlər təfəfindən zəbt edilmişdir. 10 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir, əksinə iddiaçı ona məxsus torpaq sahəsini zəbt etmişdir. Torpaq sahələri bölünərkən torpaq sahələrinin arşın yol olmalı idi. Onlar sahələrə giriş üçün avtomobil və traktor üçün yol ayırmışlar. Onun tərəfindən heç kəsin torpaq sahəsi zəbt olunmamışdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Çıxarışın və AN155473 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-cü il olan Çıxarışın və AN785972 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 1.6879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 270 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin 19 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala rayonu, Faldariı kəndində yerləşən 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2087 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən istifadə olunur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən istifadə olunan 0.2087 ha torpaq shəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən ümumbırgə mülkiyyət hüququ üzrə Cavabdeh1. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Zaqatala rayonu, Faldariı kəndində yerləşən 1.6879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə hər hansı hissədə üst-üstə düşmür. Torpaq sahələrinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 dekabr 2024-cü il tarixli 10/6520 saylı ekspert rəyindən görünür ki, Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala rayonu, Faldariı kəndində yerləşən 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2087 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən istifadə olunur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən istifadə olunan 0.2087 ha torpaq shəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən ümumbırgə mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyət hüququ üzrə Cavabdeh1. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 1.6879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə hər hansı hissədə üst-üstə düşmür. Torpaq sahələrinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 16 dekabr 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. 02 aprel 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçıya, 1.6879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlərə məxsusdur. İddiaçı tələbini xüsusi mülkiyyətində olan torpaq sahəsinin 0,2087 ha hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi və hasarlanması, cavabdehlərin xüsusi mülkiyyətində olan torpaq sahəsindən sahiblik və istifadəsinə maneələr yaratmaları ilə əsaslandırmışdır. Cavabdeh tərəf iddiaçıya məxsus torpaq sahəsinin başqa yerdə yerləşməsi əsası ilə iddiaya etiraz etmişdir. Yanaşı yoxlanılmış xx.xx.2024-cü il tarixli mütəxəssis və xx.xx.2024-cü il tarixli 10/6520 saylı ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2087 ha hissəsinin cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,2087 ha hissəsinin cavabdehlərin istifadəsində olmasına dair mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Cavabdehlər iddiaçıya məxsus olan torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənmələri barədə sübut təqdim etməmişlər. Məhkəmə cavabdeh tərəfin iddiaçıya məxsus olan torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənmələri barədə sübut təqdim etmədiklərini, əksinə həmin sahənin iddiaçıya məxsus olmaması əsası ilə iddiaya etiraz etmələrini nəzərə alaraq, torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini və bu sahənin onların qanunsuz sahibliyində olması barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin 0,2087 ha hissəsinin cavabdehlər tərəfindən zəbt olunaraq hasarlanması, onların iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən sahiblik və istifadəsinə maneələr törətmələri tam təsdiq olunduğundan, torpaqların özbaşına tutulması qanunla qadağan olduğundan, torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, iddiaçının torpaq sahəsini cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etmək, özünə məxsus olan torpaq sahəsindən sərbəst, maneəsiz istifadə və sahiblik etmək hüquqları olduğundan, cavabdehlər iddiaçıya məxsus olan 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdikləri 0,2087 ha hissəsindən çıxarılmalı, iddiaçının həmin torpaq sahəsi hissəsindən sahiblik və istifadə etməyə qarşı yönəlmiş cavabdehlər tərəfindən hasarlanması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalı və yaradılmış maneələr aradan qaldırılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin еdildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya ödənilməli, 50 manat ekspertiza xərci isə cavabdehlərdən birgə qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu Faldarlı kəndində yerləşən 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2087 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılsınlar. İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Faldarlı kəndində yerləşən 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2087 ha hissəsindən sahiblik və istifadə etməyə qarşı yönəlmiş cavabdehlər tərəfindən hasarlanması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulsun və yaradılmış maneələr aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə qaydada tutularaq iddiaçıya ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar