Məhkəmə qərarları › İş №e-2(033)-478/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-478/2023

25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-478/2023 25.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X15 qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı atalığın tanınması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 22 avqust 2012-ci il tarixdə anadan olmuş X9 və 17 fevral 2014-cü il tarixdə anadan olmuş X3 atası olması faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Lerik rayonu, Hamarat kəndində anadan olmuşdur. 2011-ci il tarixdə X12 ilə ailə həyatı qurmuş, lakin nikahları rəsmi qaydada qeydiyyata alınmamışdır. Birgə yaşadıqları müddət ərzində 22 avqust 2012-ci il tarixdə X14 və 17 fevral 2014-cü il tarixdə X10 adlı övladları anadan olmuşdur. 07 avqust 2021-ci il tarixdə X12 vəfat etmişdir. Ərizəçinin mərhum həyat yoldaşı X12 ilə birgə yaşadıqları müddət ərzində nikahları olmamışdır. Bunun üçün uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında qeydlər ərizəçinin deməyinə görə yazılmışdır. Uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafası boş olduğu, atalıq verilmədiyi üçün övladlarına ailə başçısını itirməyə görə pensiya ala bilmir. Bunun üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin 24 iyul 2023-cü il tarixdə məktubla müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahat verərək bildirdi ki, X12 onun qardaşı və Ərizəçi da onun həyat yoldaşı olub. Onlar rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşlar. Onlar ailə qurduqda qohumlar arasında qonaqlıq təşkil olunmuşdur. Onlar ər-arvad kimi bir evdə yaşamışlar. Qardaşı Natiq 07 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Faktiki nikahları dövründə Jalə və Natiqin iki uşağı anadan olmuşdur. Onlar 22 avqust 2012-ci il təvəllüdlü Fuad Ağacanov və 17 fevral 2014-cü il təvəllüdlü Xatirə Ağacanovadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirdi ki, Ərizəçi onun bacısıdır. X12 isə onun qaynıdır. Jalə və Natiq 2011-ci il tarixdə ailə qurmuşlar, onlar rəsmi qaydada nikahlarını qeyd etdirməmişlər. Onlar ər-arvad kimi bir evdə yaşamışlar. Onların birgə nikahlarından 2012-ci ildə Fuad adlı oğulları və 2014-cü ildə Xatirə adlı qız övladları dünyaya gəlmişdir. Jalə və Natiq ailə qurarkən qohumlar arasında xırda bir məclis təşkil edilmişdir, onların toy mərasimi olmadığından fotoşəkilləri də yoxdur. İşin halları Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 25 iyul 2023-cü il tarixdə verilmiş 1895 nömrəli arayışdan görünür ki, X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 889 nömrəli akt qeydi tərtib edilmişdir. Lerik rayon İcra Hakimiyyəti Başçısının Daster kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən 22 sentyabr 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 409655 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 22 avqust 2012-ci il tarixdə anadan olmuş X9 atası X11, anası Ərizəçidır. Lerik rayon İcra Hakimiyyəti Başçısının Daster kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən 22 sentyabr 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 409654 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 17 fevral 2014-cü il tarixdə anadan olmuş X3 atası X11, anası Ərizəçidır. Maraqlı şəxs tərəfindən 03 mart 2023-cü il tarixdə Ərizəçi ünvanlanmış 5/13-06 nömrəli məktubdan görünür ki, Ərizəçi övladları X14 və X10 barədə mərhum X5 atalığının müəyyən edilməsi barədə ərizəsinin qəbulundan imtina edilmişdir. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 26 yanvar 2022-ci il tarixdə verilmiş 39 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 28 sentyabr 1988ci il tarixdə Qusar rayonu Mucuq kəndində anadan olmuş X4 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 07 avqust 2021-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 186-cı maddəsinə əsasən ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.10-cu maddəsinə görə məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 6.16-cı bəndində göstərilmişdir ki, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarı Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktınyəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, X12 Ərizəçi ilə nikaha daxil olmadan 2011-ci ildən faktiki ailə quraraq birlikdə yaşamışlar. X12 2021-ci ilin avqust ayının 7-də vəfat etmişdir. Ərizəçi 22 avqust 2012-ci ildə Fuad Ağacanov, 17 fevral 2014-cü il tarixdə Xatirə Ağacanova adında iki övladı dünyaya gəlmişdir. Hər iki uşağın doğumu 22 sentyabr 2014-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydiyyata alınmaqla Lerik rayon İcra Hakimiyyəti Başçısının Daster kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 22 sentyabr 2014-cü il tarixdə doğum haqqında şəhadətnamələr verilmişdir. Uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında ata adı ana Ərizəçi göstərişi ilə X1 yazılmışdır. Ərizəçi, 22 avqust 2012-ci ildə anadan olmuş Fuad Ağacanov, 17 fevral 2014-cü il tarixdə anadan olmuş Xatirə Ağacanovanın ataları kimi X4 müəyyən edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş və Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli məktubla atalığın müəyyən edilməsindən imtina edilmişdir. 22 avqust 2012-ci ildə anadan olmuş Fuad Ağacanov və 17 fevral 2014-cü il tarixdə anadan olmuş Xatirə Ağacanovanın atalarının X12 olması və sonuncunun özünü uşaqların atası hesab etməsi məhkəmə iclasında dindirilmiş X4 qardaşı olan-X6 və baldızı olan-X2 ifadələri ilə də öz təsdiqini tapır. Göründüyü kimi, X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və mərhum-X4 22 avqust 2012-ci ildə anadan olmuş Fuad Ağacanovun və 17 fevral 2014-cü il tarixdə anadan olmuş Xatirə Ağacanovanın ataları olmasının etiraf olunmasına dair hüquqi əhəmiyyətli faktı başqa qaydada müəyyən etmək mümkün deyildir. Həmçinin ərizədə atalığın etiraf olunmasının müəyyən edilməsinin nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədləri ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilərək, özünü uşağın atası hesab edən X12 öldüyündən və onunla nikaha daxil olmayan Ərizəçi 22 avqust 2012-ci il tarixdə anadan olmuş X9 atasının X12 və 17 fevral 2014-cü il tarixdə anadan olmuş X3 atasının X12 olmasına dair atalığın etiraf edilməsi (atalığın tanınması) faktı müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. X7 oğlu ilə nikaha daxil olmayan Ərizəçi 22 avqust 2012-ci il tarixdə anadan olmuş X9 və 17 fevral 2014-cü il tarixdə anadan olmuş X3 atasının X12 olmasına dair atalığın etiraf edilməsi (atalığın tanınması) faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar