Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-49/2023 02.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçılar İddiaçı və X1, X8 və X2 etibarnaməli nümayəndəsi İddiaçı Cavabdeh4 iştirakları ilə, İddiaçılar İddiaçı, X6, X7 və X5 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin iddiaçılara təhvil verilməsi və cavabdehlərin qərəzli hərəkətlərinə son qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı, X6, X7 və X8 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin iddiaçılara təhvil verilməsi və cavabdehlərin qərəzli hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətlərində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 1.2058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 çıxarılmaları, torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin onlara təhvil verilməsi və cavabdehlərin qərəzli hərəkətlərinə (çəpərin zibillənməsi, ağacların qurudulması, torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələr) son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ailələrinin Zaqatala rayonu AşağıTala kəndində yerləşən paylı mülkiyyətində 1.2058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Torpaq sahəsi DƏDRX-də ********** nömrə ilə qeydiyyata alınaraq, xx.xx.2022-ci il tarixdə adlarına Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən 1.2058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hər birinə düşən pay ¼ hissədən ibarətdir. Belə ki, cavabdehlər paylı mülkiyyətlərində olan 1.2058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikili inşa etmişlər. Cavabdehlər tərəfindən torpaq sahələri zəbt edilmişdir. Bundan başqa torpaq sahəsində əkdikləri ağaclar qurudulur. Torpaq sahəsinin çəpərlənmiş hissəsi cavabdehlər tərəfindən zibillənir. Torpaq sahəsinə gediş-gəliş üçün maneələr yaradılır. Bununla da ailələrinin mülkiyyət hüquqları cavabdehlər tərəfindən qanunsuz olaraq pozulur. İddiaçılar, torpaq sahələrinə sahiblik və sərbəst istifadə edə bilmirlər. Dəfələrlə cavabdehlərə xəbərdarlıq etsələrdə nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçılar İddiaçı və X6, X8 və X2 etibarnaməli nümayəndəsi İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onlar iddiaçıların torpaq sahəsini zəbt etməmişlər, onlara məxsus sahədə heç nə inşa etməmişlər. İddia tam əsassızdır, təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 02 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onlar iddiaçıların torpaq sahəsini zəbt etməmişlər, onlara məxsus sahədə heç nə inşa etməmişlər. İddiaçılar onlara şər və böhtan atır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 21 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onlar iddiaçıların torpaq sahəsini zəbt etməmişlər. İddiaçılar onlara şər ataraq guya onlar tərəfindən torpaq sahəsində əkilmiş ağacların qurudulduğunu, torpaq sahəsinin çəpərlənmiş hissəsinin zibilləndiyini və torpaq sahəsinə gediş-gəliş üçün maneələrin yaradıldığını bildirmişlər. Lakin onların iddiası əsassızdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 1,2058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla İddiaçı, payı ¼ hissə olmaqla X6, payı ¼ hissə olmaqla X5 və payı ¼ hissə olmaqla X2 adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 79 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu X9 mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 16 dekabr 2019-cu il tarixli 3M-598 saylı icra müqaviləsinə əsasən 49 il müddətinə Cavabdeh4 xeyrinə yüklü edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 27 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla İddiaçı, payı 1/4 hissə olmaqla X1, payı ¼ hissə olmaqla X5 və payı ¼ hissə olmaqla X2 mülkiyyətində olan 1,2058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilmir. Cavabdehlər tərəfindən inşa edilmiş tikili iddiaçıların paylı mülkiyyətində olan torpaq sahəsində inşa edilməmişdir. Torpaq sahəsinin zəbti halı müəyyən edilməmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/393 saylı 06 mart 2023-cü il tarixli rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi 3**********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla İddiaçı, payı ¼ hissə olmaqla X6, payı ¼ hissə olmaqla X5 və payı ¼ hissə olmaqla ¼ hissə olmaqla X2 mülkiyyətində olan 1,2058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunmur. Cavabdehlər tərəfindən inşa edilmiş tikili iddiaçıların paylı mülkiyyətində olan torpaq sahəsində inşa edilməmişdir. Torpaq sahəsinin zəbti halı müəyyən edilməmişdir. Mülki işin materiallarında olan edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 1,2058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla İddiaçı, payı ¼ hissə olmaqla X6, payı ¼ hissə olmaqla X5 və payı ¼ hissə olmaqla X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Barəsində mübahisə gedən torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçılar onlara məxsus həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini bildirərək onların həmin torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin onlara təhvil verilməsi və cavabdehlərin qərəzli hərəkətlərinə (çəpərin zibillənməsi, ağacların qurudulması, torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələr) son qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 28 dekabr 2022-ci il tarixli e-2(033)-775/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli 10/393 saylı ekspert rəyi alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli 10/393 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, belə hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi 3**********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla İddiaçı, payı ¼ hissə olmaqla X6, payı ¼ hissə olmaqla X5 və payı ¼ hissə olmaqla ¼ hissə olmaqla X2 mülkiyyətində olan 1,2058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunmadığından, cavabdehlər tərəfindən inşa edilmiş tikili iddiaçıların paylı mülkiyyətində olan torpaq sahəsində inşa edilmədiyindən, torpaq sahəsinin zəbti halı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlərin qərəzli hərəkətlərinə (çəpərin zibillənməsi, ağacların qurudulması, torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələr) son qoyulması” hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçılar cavabdehlər tərəfindən çəpərin zibillənməsi, ağacların qurudulması, torpaq sahəsinə giriş-çıxış üçün maneələrin yaradılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı, X6, X7 və X5 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin iddiaçılara təhvil verilməsi və cavabdehlərin qərəzli hərəkətlərinə son qoyulması” tələbinə dair iddiaları təmin edilməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri olan 100 manat dövlət rüsumu iddiaçılara aid edilməli, 50 manat ekspertiza xərci iddiaçılardan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilməsin. İddiaçılar İddiaçı, X6, X7 və X5 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətlərində olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 1,2058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin onlara təhvil verilməsi və cavabdehlərin qərəzli hərəkətlərinə (çəpərin zibillənməsi, ağacların qurudulması, torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələr) son qoyulması barədə tələbinə dair iddiaları təmin edilməsin. Dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat iddiaçılara aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 50 (əlli) manat iddiaçılar İddiaçı, X6, X7 və X3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-49/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-49/2023
02.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver