Məhkəmə qərarları › İş №e-2(033)-491/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-491/2023

22.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-491/2023 22.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, KərimovaTamuna Rizvan qızı və İddiaçı6 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 və Cavabdeh2 qarşı "miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, KərimovaTamuna Rizvan qızı və İddiaçı6 cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 qarşı "miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X13 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 194 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeyd olunan, **********89 reyestr nömrəli elektron Çıxarışda göstərilmiş 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçılara bərabər payda qanun üzrə vərəsəlik hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçıların ataları X20 xx.xx.2016-cı il tarixdə, anaları isə X6 xx.xx.2023- cü il tarixdə ölmüşlər. İddiaçıların mərhumlarla ümumi birgə mülkiyyətdə olan, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, 2.20 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 194 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeyd olunan, **********89 reyestr nömrəli elektron Çıxarışla rəsmiləşdirilmişdir. Çıxarışda vəfat etmiş şəxslərin adları olduğundan həmin torpaq üzərində sərəncam vermək mümkün deyildir. Buna görə də vərəsəlik şəhadətnaməsi almaq qərarına gəlmişlər. İddiaçılar Zaqatala rayonu 2 saylı Notariat Ofisinə müraciət edərək ata və analarından miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Eyni zamanda qardaşları Cavabdeh2 ilə heç bir əlaqənin olmadığını və barəsində heç bir məlumatları olmadığını bildirmişlər. O mirası faktiki qəbul etməmiş, bu barədə notariusa ərizə verməmiş, uzun illər bundan əvvəl ölkədən daima yaşamaq üçün çıxıb getmiş, lakin hara getdiyi harda oldugu barədə heç bir məlumat yoxdur. Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən onlara xx.xx.2022-ci il tarixdə 1277 nömrəli imtina məktubu verilərək vərəsəlik hüququ əldə etmək üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. İmtinanın səbəbi vərəsələrdən Cavabdeh2 vərəsəliyə gəlməməsi və onun olduğu yerin məlum olmamasıdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X10 məhkəməyə məktub ünvanlanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 faktiki olduğu yer məlum olmadığı üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi dairəsinə göndərilmiş məhkəmə bildirişi, üzərinə aldığını təsdiq edən qeyd yazılaraq məhkəməyə göndərilmişdir. Məhkəmə işə MPM-in 147-ci maddəsinə əsasən həmin cavabdehin iştirakı olmadan baxmağa başlamışdır. İşin halları: İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışlardan görünür ki, İddiaçı2 xx xxxxxxx 1977-ci ildə, İddiaçı1 Rizavn qızı xx xxxx 1973-cü ildə, İddiaçı6 xx xxx 1979-cu ildə, X21 xx xxxxxx 1984-cü ildə, İddiaçı5 xx xxxxxx 1986-cı ildə, X14 xx xxxxxxx 1980-cı ildə doğulmuşdur. X3 və X5r. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X7 29 iyul 1965-ci ildə doğulmuşdur. X9r. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 fevral 2023-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Əliabad qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli arayışından görünür ki, X4 vəfatından sonra varisləri İddiaçı1, Cavabdeh2, İddiaçı2, İddiaçı6, İddiaçı3, İddiaçı4 və İddiaçı5dır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X20, X6, X18, Cavabdeh2, İddiaçı2, İddiaçı6, İddiaçı3, İddiaçı4 və İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Əliabad qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli 232 saylı arayışından görünür ki, X15 və ailəsinə məxsus pay torpaq sahəsinin 24 sentyabr 2021-ci il tarixə bələdiyyəyəyə torpaq vergi borcu yoxdur. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Əliabad qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, X20 öldüyü 16 avqust 2016-cı ilədək Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşamış və onun varisləri X6, İddiaçı1, Cavabdeh2, İddiaçı2, İddiaçı6, İddiaçı3, İddiaçı4 və İddiaçı5dır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Əliabad qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 16 avqust 2016-cı ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Əliabad kənd soveti tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X7 nikahlarını 28 avqust 1973-cü ildə bağlamışlar. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Əliabad qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 faktiki olaraq Əliabad qəsəbəsində yaşamır və uzun müddətdir ki, onun yaşadığı ünvan məlum deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-ci maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb, təqdim olunmuş sənədləri tədqiq edərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X20, X6, onların birgə nikahından doğulmuş iddiaçılar və Cavabdeh2 birgə mülkiyyətində olmuşdur. X20 xx.xx.2016-cı il tarixdə, X6 isə xx.xx.2023-cü il tarixdə öldükdən sonra birgə mülkiyyətdəki torpaq sahəsinin onlara mənsub hissələri miras qalmışdır. Torpaq sahəsi paylı mülkiyyətdə olmadığından, eləcə də miras qalmış hissələri naturada ayrılmadığından, iddiaçılar özlərinə mənsub hissələrin də daxil olduğu ümumi əmlak olan torpaq sahəsinə birgə sahiblik və ondan birgə istifadə etməklə mirası qəbul etmişlər. İş üzrə sübutlarla, uzun müddətdir ki, Əliabad qəsəbəsində yaşamayan və yaşadığı ünvan bəlli olmayan Cavabdeh2 valideynlərindən qalmış, eləcə də X1 ərindən qalmış mirası qəbul etməsi təsdiq edilməmişdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçılar mirasların açıldığı andan mirası qəbul etmək hüquqlarını (subyektiv vərəsəlik hüququ) həyata keçirdiklərindən, eləcə də Cavabdeh2 susması iddiaçıların subyektiv vərəsəlik hüququnlarının itirilməsinə əsas olmadığından, əksinə onun payının iddiaçıların payına əlavə edilməsinə və sonuncuların arasında paylarına mütənasib surətdə bölüşdürülməsinə səbəb olduğundan, miras əmlaklarda iddiaçıların bərabər payda qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır. Məhz bu səbəbdən iddia təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar tərəfindən tələb olunmadığından, həmin xərc iddiaçıların özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2016-cı il tarixdə vəfat etmiş X13 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 194 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeyd olunan, **********89 reyestr nömrəli elektron Çıxarışda göstərilmiş 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 bərabər payda qanun üzrə vərəsəlik hüququ verilsin. İddiaçıların dövlət rüsumu olaraq ödədikləri 100 (bir yüz) manat özlərində aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar