Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-50/2025 02.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 Əli qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ərizəsi üzrə işə Zaqatala Rayon Məhkəməsinin binasında 02 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 24213.88 (iyirmi dörd min iki yüz on üç manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 iyul 2022-ci il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 15904,78 (on beş min doqquz yüz dörd manat yetmiş səkkiz qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Eyni zamanda xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində tərtib olunmuş və Cavabdeh tərəfindən təsdiqlənmiş “Vurulmuş zərərin təsdiqlənməsi barədə” aktlara əsasən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 8309,10 (səkkiz min üç yüz doqquz manat on qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Cavabdeh İddiaçı MMC-yə vurduğu 24213.88 (iyirmi dörd min iki yüz on üç manat səksən səkkiz qəpik) manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. İddianı aşağıda qeyd olunmuş sübutlarla əsaslandırılır: 1) xx.xx.2023-cü il tarixli “Vurulmuş zərərin təsdiqlənməsi barədə” Akt 2) xx.xx.2023-cü il tarixli “Vurulmuş zərərin təsdiqlənməsi barədə” Akt 3) xx.xx.2023-cü il tarixli “Vurulmuş zərərin təsdiqlənməsi barədə” Akt 4) xx.xx.2023-cü il tarixli, 142 saylı “təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair” Akt. Onlar, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmişdir. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayış vermişdir. Mediasiya xərci olan 60 manat məbləğində pul tərəflərindən tam şəkildə ödənilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı iddia ərizəsində düzəliş edərək Cavabdeh 24213.88 (iyirmi dörd min iki yüz on üç manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı MMC ona qarşı iddia irəli sürərək, 24213.88 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş məhkəmənin icraatına qəbul edilmişdir və məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 10:20-yə təyin edilmişdir. Onun iddia tələbindən yeni məlumatı olmuşdur. Buna görə də iddiaya qarşı münasibət bildirmək qərarına gəlmişdir. Belə ki, ona qarşı qaldırılmış iddianı ümumiyyətlə qəbul etmir. Çünki İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi aktlarda və digər sənədlərdə olan imzalar ona məxsus deyil və həmin sənədlərdə olan imzalar həqiqəti əks etdirmir. Əgər onun qarşı tərəfə 24213.88 manat borcu olsaydı, onlar ona etibar edərək mal verməzdilər və onunla aralarında olan müqaviləyə xitam verərdilər. Bundan əlavə ona borcla bağlı hər hansı irad və ya təklif verilməmişdir. Əgər məhkəmə xəttşünaslıq ekspertizası keçirilərsə, həmin imzaların ona məxsus olmadığı və sənədlərin saxta olduğu öz əksini tapacaqdır. Əlavə olaraq onu da qeyd edir ki, irəli sürülmüş iddia başqa bir şəxsə qarşı qaldırılıb. Buradan da görünür ki, qarşı tərəfin ona qarşı qaldırmış olduqları iddia tələbi tam əsassızdır. Onun ümumiyyətlə İddiaçı MMC-yə heç bir borcu yoxdur. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, İddiaçı MMC-nin ona qarşı qaldırılmış olduğu 24213.88 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul tələbinin əsassız olduğunu nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Zaqatala Rayon Məhkəməsinə təqdim etdiyi vəsatətində də qeyd etdiyi kimi ona qarşı qaldırılmış iddianı ümumiyyətlə qəbul etmir. Çünki İddiaçı MMC-nin məhkəməyə təqdim etdikləri aktlarda və digər sənədlərdə olan imzalar ona məxsus deyil və həmin sənədlərdə olan imzalar həqiqəti əks etdirmir. Qeyd etmək istəyir ki, ekspertin 27 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, konkret olaraq imzalar ona məxsus deyil. Tədqiqatın nəticə hissəsində isə həmin imzaların eyni şəxsə məxsus olduğu bildirilir. Bu da onu deməyə əsas verir ki, imzalar ona məxsus deyil. O imzalar hansı şəxs tərəfindən imzalanıbsa həmin şəxsə məxsusdur. Rəyin nəticə hissəsində göstərilir ki, aktda, cədvəllərdə və həmin sənədin sonunda edilən imzalar eyni şəxsə məxsusdur. Halbuki o ümumiyyətlə heç bir sənədi imzalamamışdır. Həmin imzalar isə onun imzaları deyil. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, İddiaçı MMC-nin ona qarşı qaldırılmış olduğu 24213.88 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul tələbinin əsassız olduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 15:00-a təyin edilmişdir. O, həmin məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcək. Eyni zamanda əvvəlki məhkəmə iclaslarında verdiyi vəsatətini müdafiə edərək bildirir ki, iddiaçının ona qarşı irəli sürdüyü tələb tam əsassızdır. Çünki o İddiaçı MMC-nin sübut kimi təqdim etdikləri sənədlərə imza atmamışdır. Bu ekspertin rəyində də öz əksini tapmışdır. Odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və İddiaçı MMC-nin ona qarşı qaldırılmış olduğu 24213.88 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul tələbinin əsassız olduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat, 11:20-yə təyin edilmişdir. O, həmin məhkəmə iclasında işi ilə əlaqədar olaraq üzürlü səbəbdən iştirak edə bilməyəcək. Eyni zamanda əvvəlki məhkəmə iclaslarında verdiyi vəsatətlərini müdafiə edərək bildirir ki, iddiaçının ona qarşı irəli sürdüyü tələb tam əsassızdır. Çünki o İddiaçı MMC-nin sübut kimi təqdim etdikləri sənədlərə imza atmamışdır. Bu ekspertin rəyində də öz əksini tapmışdır. Odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və İddiaçı MMC-nin ona qarşı qaldırılmış olduğu 24213.88 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul tələbinin əsassız olduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Tərəflərin izahatları İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarına əlavə edilmiş sənədlər xx.xx.2022-ci il tarixli, xxxxxxx000500 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay müddətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsi bağlanmış və Cavabdeh İddiaçı satış departamentində satiş üzrə nümayəndə vəzifəsinin icrası həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli, xxxxxxx0005X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. İddiaçı ilə işçi Cavabdeh arasında xx.xx.2022-ci ildə bağlanmış "Tam maddi məsuliyyət haqqında müqavilə"nin məzmunundan görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmaması ilə əlaqədar öhdəlikləri üzərinə götürmüşdür. Cavabdeh tərəfindən imzalanmış “Satış departamentinin satış nümayəndəsinin vəzifə təlimatı”ndan görünür ki, Cavabdeh müştərilərdən (ticarət nöqtələrindən) İddiaçı Şirkətinə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini Şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşıması barədə məlumatlandırılmışdır. İddiaçı firmasının Satış Audit şöbəsinin auditi X1 və bölgə müdiri X13 tərəfindən imzalanmış və xx.xx.2023-xx.xx.2023-cü il tarixləri əhatə edən yoxlama nəticəsində tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmış aktdan görünür ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus məhsulların satışından əldə edilən 15904.78 manat məbləğində pul vəsaiti Şirkətin xəzinəsinə ödənilməmişdir. İddiaçı MMC-nin Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş zərərin təsdiqlənməsi barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi ehtiyyatsızlıq və səhlənkarlıq nəticəsində İddiaçı MMC-yə 6819.42 manat məbləğində maddi zərər vurmuş və zərərin ödənilməsinə etiraz etmədiyini qeyd etmişdir. Aktın doğruluğu satış nümayəndəsi Cavabdeh, filial müdiri X2 və audit X6 tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imzası ilə təsdiq edilmiş izahatından görünür ki, o Araz şəbəkə Qaxda yaranmış 6819.42 manat fərqi tez bir zamanda ödəyəcəkdir. İddiaçı MMC-nin Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş zərərin təsdiqlənməsi barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi ehtiyyatsızlıq və səhlənkarlıq nəticəsində İddiaçı MMC-yə 1141.68 manat maddi zərər vurmuş və zərərin ödənilməsinə etiraz etmədiyini qeyd etmişdir. Aktın doğruluğu satış nümayəndəsi Cavabdeh, bölgə müdiri X13 və təftiş mütəxəssisi X4 tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imzası ilə təsdiq edilmiş izahatından görünür ki, o Araz şəbəkə marketdə yaranmış 1141.68 manat fərqi şəxsi hesabına atılmasına etiraz etmir. İddiaçı MMC-nin Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş zərərin təsdiqlənməsi barədə xx.xx.2023-cü il tarixli aktından görünür ki, Cavabdeh vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi ehtiyyatsızlıq və səhlənkarlıq nəticəsində İddiaçı MMC-yə 348 manat maddi zərər vurmuş və zərərin ödənilməsinə etiraz etmədiyini qeyd etmişdir. Aktın doğruluğu satış nümayəndəsi Cavabdeh, bölgə müdiri X13 və təftiş mütəxəssisi X4 tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imzası ilə təsdiq edilmiş izahatından görünür ki, o Araz şəbəkəsində yaranmış 348 manat dəyərində fərqi şəxsi hesabına atılmasına etiraz etmir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-656/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə tələbinə dair mülki iş üzrə ilkin məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında ”İş materiallarında olan 06 mart, 06 aprel və 10 aprel 2023-cü il tarixli aktlardakı “Cavabdeh” sözlərinin qarşısındakı, həmçinin 13 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması barədə aktdakı cədvəldə “Təhvil verən satış nümayəndəsi - Cavabdeh Elxan” sözləri altındakı, cədvəlin sonuncu səhifəsində “Cavabdeh” sözlərinin qarşısındakı, həmçinin Cavabdeh tərəfindən verilmiş 06 aprel və 10 aprel 2023-cü il tarixli izahatlardakı imzalar eyni şəxs tərəfindən, yəni, Cavabdeh tərəfindən icra olunmuşdurmu?” sualı qoyulmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Qərardad xx.xx.2024-cü il tarixdə digər qaydada “Bayramov Qəhrəman” tərəfindən imza edilməklə təhvil alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 27 sentyabr 2024-cü il tarixli “ekspert vəsatəti”ndən görünür ki, məhkəməxətşünaslıq ekspertizasının aparılması üçün Cavabdeh 03-05 sənəddə sərbəst, 05-08 vərəqdə eksperimental xətt və imza nümunələrinin təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli, 4/1511 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 06 mart, 06 aprel və 10 aprel 2023-cü il tarixli aktlarda “Cavabdeh” sözlərinin qarşısındakı imzalar, 13 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması barədə akt cədvəldə “Təhvil verən satış nümayəndəsi ad soyad imza” qrafasındakı imzalar, həmin cədvəlin sonuncu səhifəsində "Cavabdeh“ sözlərinin qarşısındakı imza, 10 aprel 2023-cü il tarixli izahatın sonunda “İmza qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adından olan 2 ədəd 06 aprel 2023-cü il tarixli izahatların sonunda “İmza” qrafasındakı imzalar- EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspert tədqiqatının dəyəri 140 (bir yüz qırx) manatdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-50/2025 saylı, 28 yanvar 2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə tələbinə dair mülki iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “Ekspert rəyinin nəticə hissəsində qeyd edilmiş; 06 mart, 06 aprel və 10 aprel 2023-cü il tarixli aktlardakı “Cavabdeh” sözlərinin qarşısındakı, həmçinin 13 aprel 2023-cü il tarixdən 20 aprel 2023cü il tarixədək Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması barədə aktdakı cədvəldə “Təhvil verən satış nümayəndəsi ad coyad imza” qrafasındakı imzalar, həmin cədvəlin sonuncu səhifəsində “ Cavabdeh” sözlərinin qarşısındakı imzalar, həmin cədvəlin sonuncu səhifəsində “Cavabdeh” sözlərinin qarşısındakı imza, 10 aprel 2023-cü il tarixli izahatın sonunda “İmza” qrafasındakı imza eyni şəxs dedikdə, Cavabdeh tərəfindən icra olunmuşdurmu?” sualı qoyulmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 10 mart 2025-ci il tarixli “ekspert vəsatəti”ndən görünür ki, məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün Cavabdeh 2-3 sənəddə olan sərbəst xətt və imza nümunələrini (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, fərdi uçot kartoçkası və s) və 5-7 vərəqdə eksperimental xətt və imza nümunələrinin təqdim edilməsi xahiş olunmuşdur. Zaqatala Rayon Məhkəməsi tərəfindən Cavabdeh ünvanlanmış 14 mart 2025-ci il tarixli məktubdan görünür ki, 10 mart 2025-ci il tarixli “ekspert vəsatəti”nin təmin edilməsi xahiş olunmuşdur. Məktub “burda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Telefonoqramlardan görünür ki, Zaqatala Rayon Məhkəməsinin böyük məsləhətçisi X7 məxsus ********* mobil telefon nömrəsi ilə dəfələrlə ********* və ********* mobil telefon nömrələri vasitəsi ilə Cavabdeh ilə əlaqə saxlanılaraq 2-3 sənəddə olan sərbəst xətt və imza nümunələrini (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, fərdi uçot kartoçkası və s) və 5- 7 vərəqdə eksperimental xətt və imza nümunələrinin təqdim etməsinin zəruriliyi, ondan imtina etmənin nəticələri barədə məhkəmə tərəfindən məlumatlandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 19 may 2025-ci il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, Cavabdeh 2-3 sənəddə olan sərbəst xətt və imza nümunələrini (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, fərdi uçot kartoçkası və s) və 5-7 vərəqdə eksperimental xətt və imza nümunələrinin təqdim edilməsi barədə 10 mart 2025ci il tarixdə vəsatət verilmiş, 15 aprel 2025-ci il tarixdə məlumat xarakterli məktub daxil olsa da, lakin vəsatət təmin olunmamışdır. Bunla da ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aprılmasından imtina edilmişdir. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin etibarnamə əsasında nümayəndəsi X6 və Cavabdeh etibarnamə əsasında nümayəndəsi X8, İMS-dən sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə qərar qəbul etmişdirlər. 50 (əlli) manat məbləğində mediasiya xərcini və 10 (on) manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı MMC birtərəfli qaydada ödəmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli "Xəbərdarlıq" məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24310.27 manat məbləğində borcunu qısa müddət ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsi 10-cu maddəsinin ç bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 200-ci maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 205-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ƏM-in 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair xx.xx.2021-ci il tariхli Qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində ƏM-in 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyətinin olmadığına dair bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Həmin qərarında qeyd edilənlərdən görünür ki, Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “MM-in 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi: Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, müəyyən edilmiş hallar ondan ibarətdir ki, cavabdeh, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-nin Satış Departamentində “satış üzrə nümayəndə” vəzifəsinə işə qəbul olunmuş, tərəflər arasında cavabdehin tam maddi məsuliyyəti haqqında müqavilə bağlanmışdır. Cavabdehin tam maddi məsuliyyət daşıdığı ərazi üzrə aparılmış yoxlamalar zamanı xx.xx.2023-xx.xx.2023-cü il tarixdə 15904.78 manat, xx.xx.2023-cü il tarixdə 6819.42 manat, xx.xx.2023-cü il tarixdə 1141.68 manat, xx.xx.2023-cü il tarixdə 348 manat dəyərində çatışmazlıq, bununla da iddiaçının əmlakından məhrum olması ilə bağlı həmin dəyərdə maddi zərərə uğraması aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə isə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir İddiaçı hazırda zərərin əvəzi üzrə 24213.88 manat pulun tutulmasını tələb edir. Cavabdeh isə aktlardakı və izahatlardakı imzaların ona məxsus olmaması əsası ilə iddiaya etiraz etmişdir. Məhkəmənin aktlardakı və izahatlardakı imzaların cavabdeh tərəfindən icra edilibedilməməsinin araşdırılması üçün məhkəmə xətşünastlıq ekspertizası təyin etməsinə və dəfələrlə məlumat verməsinə baxmayaraq cavabdeh zəruri tədqiqat predmetləri olan sərbəst xətt və imza nümunələrini ekspertə təqdim etməmiş, nəticədə müvafiq ekspertizanı keçirmək mümkün olmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən aktlardakı və izahatlardakı imzaların ona məxsus olmaması barədə cavabdehin dəlillərini rədd edilmiş hesab edir. Həmçinin 27 noyabr 2024-cü il tarixli, 4/1511 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 06 mart, 06 aprel və 10 aprel 2023-cü il tarixli aktlarda “Cavabdeh” sözlərinin qarşısındakı imzalar, 13 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması barədə akt cədvəldə “Təhvil verən satış nümayəndəsi ad soyad imza” qrafasındakı imzalar, həmin cədvəlin sonuncu səhifəsində "Cavabdeh“ sözlərinin qarşısındakı imza, 10 aprel 2023-cü il tarixli izahatın sonunda “İmza qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adından olan 2 ədəd 06 aprel 2023-cü il tarixli izahatların sonunda “İmza” qrafasındakı imzalar- EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qarşısında tam maddi məsuliyyət daşıyan cavabdehin müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə edilmiş pul vəsaitini müəssisənin kassasına ödəməyərək iddiaçıya maddi zərər vurması təsdiq olunduğundan, iddia təmin olunmalı, maddi zərərin əvəzi üzrə tələb olunan 24213.88 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı hesabına ödənilməlidir. İddia təmin edildiyindən və iddiaçı isə hаzırkı iddia ərizəsinin verilməsi üzrə dövlət rüsumu ödəməkdən azad edildiyindən 162,64 (bir yüz altmış iki manat altmış dörd qəpik) mаnаt dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin İddiaçı tərəfindən mediasiya xərci olaraq ödənmiş 60 (altmış) manat cavabdehdən onun xeyrinə tutulmalı, eyni zamanda 140 (bir yüz qırx) manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24213.88 (iyirmi dörd min iki yüz on üç manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı hesabına ödənilsin. Cavabdeh 162,64 (bir yüz altmış iki manat altmış dörd qəpik) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Cavabdeh mediasiya xərci olaraq ödənmiş 60 (altmış) manat tutularaq İddiaçı hesabına ödənilsin. Cavabdeh 140 (bir yüz qırx) manat ekspertiza xərci alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-50/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-50/2025
02.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver