Məhkəmə qərarları › İş №e-2(033)-525/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-525/2025

29.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-525/2025 29.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X9 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayonu X2rşı “yolun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ümumi birgə mülkiyyət hüququ üzrə ona məxsus olan Zaqatala rayonu, Mişleş kəndində yerləşən 0,0811 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə giriş-çıxış yolunu bağlamaqla müşayiət olunun, istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlərin bağlamış olduğu Zaqatala rayonu, X5 mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfatdaxili) yolun öz vəsaiti hesabına açması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ümumi paylı mülkiyyət hüququ üzrə mülkiyyətində Zaqatala rayonu, Mişleş kəndində 0,0811 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır və onun qeyd olunan torpaq sahəsi üzərində hüquqları 09 sentyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş "Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış" dan da göründüyü kimi, qeyd olunan torpaq sahəsinin 1/2 hissəsinin mülkiyyətçisi o özüdür. Hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi, iş üzrə Cavabdeh tərəfindən ümumi paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala rayonu, Mişleş kəndində 0,0811 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə giriş-çıxış yolunun bağlanması ilə bağlıdır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərindən də göründüyü kimi, qeyd olunan torpaq sahəsinə yol nəzərdə tutulmuşdur və qeyd olunan bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan yoldur. Lakin, cavabdehin torpaq sahəsinə daxil olmaq üçün nəzərdə tutulmuş yolu bağlanması nəticəsində o torpaq sahəsindən istifadə edə bilmir. Bundan əvvəl dəiş üzrə Cavabdeh qarşı hazırki tələblə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdim. Lakin, açılması nəzərdətutulan bələdiyyə mülkiyyətinə aid yol cavabdehin mülkiyyətinə işlənildiyinə görə iddia təmin olunmamışdır. Bundan sonra Zaqatala rayonu, Yuxarı Tala bələdiyyəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə qarş“ıCavabdeh 06 yanvar 2022-ci il tarixdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Zaqatala rayonu, Misles kəndində yerləşən 0,0812 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın”, torpaq sahəsində dair hissədə - islahat xəritələrində mülkiyyətimizdə olan Zaqatala rayonu, Misles kəndində yerləşən 0,0811 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi giriş-çıxış yolu kimi nəzərdə tutulmuş, Zaqatala rayonu, X5 mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfatdaxili) yolla üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin qoyulması tələbinə dair” iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 13 fevral 2024-cü il tarixli, 2-1(116)-280/2024 iş nömrəli qərarı ilə iddia təmin edilmişdir. Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(116)-280/2024 iş nömrəli qərarı qanuni qüvvəsini almış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən icra olunmuşdur. Bütün bunlara baxmayaraq, cavabdeh qanunsuz hərəkətlərini davam etdirərək yolu bağlı saxlayır və bununla da mülkiyyətimdə olan torpaq sahəsindən istifadə edə bilmirəm ki, bu da mənim Azərbaycan Repsublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunaraq yolun açılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən Cavabdeh iddia ərizəsində qeyd edilənlərlə razı olmadığını qeyd edərək bildirmişdir ki, qeyd edilən torpaq sahəsindən uzun illərdir ki, istifadə edir və həmin torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsini dəmir torla hasarlamışdır. Yalnız özünə məxsus torpaq sahəsini hasarlamış, iddiaçının qeyd etdiyi kimi onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törədəcək hər hansı hərəkətə yol verməmişdir. İddiaçının yol deyə iddia etdiyi torpaq sahəsi onun mülkiyyətidir və o, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Yuxarı Bələdiyyəsinin nümayəndəsi X8 izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətinə gediş gəliş üçün nəzərdə tutulan yolun cavabdeh tərəfindən həqiqətən zəbt edildiyini və iddiaçıya məxsus torpaq sahəsinə yolun nəzərdə tutulması xəritələrdən aşkar göründüyünü bildirdi. İddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Yazılı sübutlar Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-280/2024 nömrəli qərarından görünür ki, iddia təmin edilərək Cavabdeh Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,0794 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alındığı ********** qeydiyyat nömrəli çıxarışın (qeydiyyatın) Zaqatala rayonu X5 mülkiyyətinə aid ümumi istifadə üçün nəzərdə tutulmuş yerli əhəmiyyətli yolla üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Zaqatala rayonu, Misles kəndində yerləşən 0.0811 ha yaşayış məntəqələri torpaqları kateqoriyalı torpaq sahəsi İddiaçı və X3 paylımülkiyyətindədir. Şəki İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı Zaqatala rayonu X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı «X6 06 yanvar 2022-ci il tarixdə üzərinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Zaqatala rayonu, Misles kəndində yerləşən 0.0812 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsi dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın”, torpaq sahəsinə dair hissədə-islahat xəritələrində İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Misles kəndində yerləşən 0,0811 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə giriş-çıxış yolu kimi nəzərdə tutulmuş, Zaqatala rayonu, X5 mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfatdaxili) yolla üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarı 06 aprel 2024-cü il tarixdə qanuni qüvvəsini almış və 17 may 2024cü il tarixdə icra edilməsi üçün cavabdehə göndırilmişdir. Həmin qərarda qeyd edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-287/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Cavabdeh adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış İddiaçı və X1 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Mişleş kəndində yerləşən 0.0811 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə giriş-çıxış yolu kimi nəzərdə tutulmuş, Zaqatala rayonu, X5 mülkiyyətinə aid ümumi istifadəsində olan yerli əhəmiyyətli yolla üst-üstə düşür. Cavabdeh adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış sənədində göstərilən 0.0812 ha torpaq sahəsinin 31 kv.m hissəsi X5 mülkiyyətinə aid ümumi istifadəsində olan yerli əhəmiyyətli yolla üstüstə düşür. Cavabdeh adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış ilkin sənəd olan A seriyalı 264997 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə qismən üst-üstə düşür. İlkin islahat xəritəsində İddiaçı və X1 ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə yol yeri mübahisələndirilən ərazidən nəzərdə tutulmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası : 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 175.1-ci maddəsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu, Misles kəndində yerləşən 0.0811 ha yaşayış məntəqələri torpaqları kateqoriyalı torpaq sahəsi İddiaçı və X3 paylı mülkiyyətindədir. Həmin torpaq sahəsinə yerli əhəmiyyətli yol nəzərdə tutulmuşdur. Cavabdeh və ailə üzvlərinin Zaqatala rayonu Yuxarı Tala kəndində 0,0794 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi vardır və həmin əmlaka dair ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda göstərilən 0.0812 ha torpaq sahəsinin 31 kv.m hissəsi X5 mülkiyyətinə aid ümumi istifadəsində olan və iddiaçının torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan yerli əhəmiyyətli yolla üstüstə düşdüyündən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-280/2024 nömrəli qərarı ilə Cavabdeh Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,0794 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alındığı ********** qeydiyyat nömrəli çıxarışın (qeydiyyatın) Zaqatala rayonu X5 mülkiyyətinə aid ümumi istifadə üçün nəzərdə tutulmuş yerli əhəmiyyətli yolla üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Hazırda iddiaçı həmin yolun cavabdehin hesabına açılmasını və torpaq sahəsinə girişçıxış yolunu bağlamaqla müşayiət olunun, istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, cavabdehə məxsus 0,0794 ha torpaq sahəsi torpq sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarış Zaqatala rayonu X5 mülkiyyətinə aid ümumi istifadə üçün nəzərdə tutulmuş yerli əhəmiyyətli yolla üst-üstə düşən hissədə ləğv edildiyindən və həmin yol Zaqatala rayonu X5 mülkiyyətinə aid edilməklə ümumi istifadə üçün nəzərdə tutulduğundan bələdiyyə mülkiyyətinə aid olan gediş-gəliş yolu cavabdehin hesabına açılmalı və Zaqatala rayonu, Mişleş kəndində yerləşən 0,0811 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə giriş-çıxış yolunu bağlamaqla müşayiət olunan, istifadə və sahiblik etməsinə qarşı yönəldilmiş qərəzli hərəkətlərinə son verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı və X3 paylı mülkiyyətində olan Zaqatala rayonu Meşleş kəndində yerləşən 0.0811 ha yaşayış məntəqələri torpaqları kateqoriyalı torpaq sahəsinə giriş-çıxış yolunu bağlamaqla müşayiət olunan, istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulsun. İddiaçı və X3 paylı mülkiyyətində olan Zaqatala rayonu Meşleş kəndində yerləşən 0.0811 ha yaşayış məntəqələri torpaqları kateqoriyalı torpaq sahəsinə giriş-çıxış yolu kimi nəzərdə tutulmuş Zaqatala rayonu, X5 mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfatdaxili) yol cavabdehin hesabına açılsın. İddiaçı ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar