Məhkəmə qərarları › İş №e-2(033)-530/2022

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-530/2022

17.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-530/2022 17.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq X5 Cəmiyyətinə qarşı işə bərpa və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin geri götürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq tələblərinə uyğun şəkildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən öz işinə bərpa olunmasına dair və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin geri götürülməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Beynəlxalq X5 Cəmiyyətinin hüquq departamentinin direktoru X3 məhkəməyə vəsatət göndərərək Zaqatala Rayon Məhkəməsinin icraatında olan e- 2(033)-530/2022 saylı işin ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı Azərbaycan Beynəlxalq X5 Cəmiyyətinin Zaqatala filialının əməkdaşı olduğundan və Bakı şəhərinə getməsi üçün maddi imkanı olmadığından işə Zaqatala Rayon Məhkəməsində baxılmasını məhkəmədən xahiş etdi. İş materialları ilə müəyyən edildi ki, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq X5 Cəmiyyətinə qarşı işə bərpa və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin geri götürülməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2-ci və 44.2.2-ci maddəsinə görə iş məhkəmədə baxıldığı zaman onun aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci madəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göründüyü kimi, iddiaçı, hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu Nizami ev 67 olan cavabdeh Azərbaycan Beynəlxalq X5 Cəmiyyətinə qarşı hazırki tələblə bağlı iddiasını Zaqatala Rayon Məhkəməsində qaldırması üçün qanunla müəyyən edilmiş hər hansı bir hal mövcud deyildir və bu aidiyyət qaydalarının pozulmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq X5 Cəmiyyətinə qarşı işə bərpa və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin geri götürülməsi tələbinə dair mülki iş cavabdehin rəsmi qeydiyyatda alındığı yerin məhkəməsində, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Bu səbəbdən də, cavabdeh Azərbaycan Beynəlxalq X5 Cəmiyyətinin hüquq departamentinin direktoru X2 vəsatəti təmin edilərək, İddiaçı iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə başqa məhkəməyə, yəni ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Beynəlxalq X5 Cəmiyyətinin hüquq departamentinin direktoru X2 vəsatəti təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq X5 Cəmiyyətinə qarşı işə bərpa və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin geri götürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar