Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-549/2023 14.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 14 avqust 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” tələbi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdə Gürcüstan SSR, Laqodexi rayonu, Qancala kəndində anadan olmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, həmçinin 1982-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1981-ci il tarixdə Gürcüstan SSR, Laqodexi rayonu, Qancala kəndində doğulmuşdur. 1982-2003-cü illər arası tarixlərdə Zaqatala rayon Kəpənəkçi kəndində anası X17 ilə birlikdə yaşamışdır. 2003-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşı X7 ilə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövrdə xx.xx.2006-cı il tarixdə X23 və 2015-ci il tarixdə X18 adlı övladları doğulmuşdur. Uzun illərdir ki, Azərbaycan Respublikası vətəndaşlığına qəbul ola bilməmişdir. Dəfələrlə müvafiq orqanlara müraciət etmiş, lakin heç bir nəticə əldə olunmamışdır. 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınmasını xahiş etmişdir. Müraciətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, 1982-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamasını və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X19 məhkəmə iclasında göstərmişdir ki, Ərizəçi müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində araşdırma aparılmış, onun hazırda Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərini rəhbər tutaraq ərizənin təmin edilməsinə Dövlət Miqrasiya Xidməti tərəfindən etiraz edilmir. Ərizəçinin vətəndaşlığı ilə bağlı heç bir sənədi yoxdur. Doğulduğu ölkə üzrə vətəndaşlıq mənsubiyyəti almayıb. Ərizəçinin ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, ərizəçi qonşusudur. O, 1981-i ildə Gürcüstan Respublikasında doğulmuş və 1982-ci ildə Zaqatala rayonuna gələrək Kəpənəkçi kəndində yaşamağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, ərizəçi atasının ikinci arvadının qızıdır. Ərizəçi Gürcüstan Respublikasında doğulmuş və ona atası baxıb böyütmüşdür. 1982-ci ildə Zaqatala rayonuna gələrək Kəpənəkçi kəndində yaşamağa başlamışdır. İşin halları Mülki işin materiallarında olan İV-TИ- 420877 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 02 may 1981-ci ildə Gürcüstan SSR-in Laqodexi rayonunda doğulmuşdur. X2 və anası X12r. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi 19 yanvar 2023-cü il tarixdə daxil olmuş müraciətinə baxılmış, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının məhkəmə tərəfindən müəyyən olunması bildirilmişdir. Mülki işin materiallarında olan Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 fevral 2006-cı ildə Ərizəçi doğulmuş X16 atası hesab edilmişdir. Mülki işin materiallarında olan Kəpənəkçi kən tam orta məktəbi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi 01 sentyabr 1991-ci ildə Zaqatala rayonunun Kəpənəkçi kənd orta məktəbin İV sinfinə qəbul olmuş, 02 iyun 1993-cü ildə həmin məktəbin Vİ sinfini bitirmişdir. Mülki işin materiallarında olan Zaqatala RİHB-ın Bəhmətli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi 1982-2003-cü illərdə X5 evində anası X17 ilə qeydiyyatsız olaraq yaşamışdır. Kəpənəkçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2004-cü ildə yarandığı üçün Ərizəçi barədə 1982-2003-cü illərə dair nümayəndəlikdə heç bir məlumat yoxdur. Mülki işin materiallarında olan Zaqatala RİHB-ın Bəhmətli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli 59 saylı arayışdan görünür ki, Ərizəçi 2003-cü ildən bu günədək əri X7 ilə birlikdə Bəhmətli kəndində yaşayır. Mülki işin materiallarında olan Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X24 16 fevral 2006-cı ildə doğulmuşdur. X1 və anası Ərizəçidir. Mülki işin materiallarında olan Gürcüstanın Baş Konsulluğunun 12 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Gürcüstan Ədliyyə Nazirliyinin X6 Agentliyinin 17 dekabr 2022-ci il tarixli N ********** saylı rəyə əsasən və “Gürcüstan vətəndaşlığı haqqında” Gürcüstanın orqanik qanununun 302 –ci maddəsinin birinci bəndinin “b” yarımbəndinə müvafiq olaraq agentliyə təqdim edilmiş sənədlərlə Ərizəçi Gürcüstan vətəndaşı sayılmır. Mülki işin materiallarında olan Laqodexi rayonu Qabal kənd sovetliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 nikahlarını 06 noyabr 1979-cu il tarixdə rəmiləşdirmişlər. Nikah bağlandıqdan sonra arvada Xıdırova soyadı verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 20 aprel 2018-ci il tarixli arayışdan görünür ki, X17 “Azərbaycan Resublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir”. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 19 iyun 2023-cü il tarixli məktubundan görünür ki, 02 may 1981-ci ildə doğulmuş Ərizəçi 07 iyun 2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 12-ci bəndinə əsasən, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. 13-cü bəndinə əsasən, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 02 may 1981-ci il tarixində Gürcüstan Respublikası Laqodexi rayonunun Qancala kəndində anadan olmuş, 1982-ci ildə anası X17 ilə Zaqatala rayonuna gələrək Kəpənəkçi kəndində onunla birlikdə yaşamağa başlamışdır. X26 06 noyabr 1979-cu ildə X13 ilə evlənmiş və ərizəçi onlarla birlikdə yaşamışdır. 2003-cü ildə Ərizəçi qeyri-rəsmi olaraq Bəhmətli kənd sakini X7 ilə evlənmiş və birgə nikahdan onların iki uşaqları doğulmuşdur. Hazırda da Yalçın İsayev ilə Bəhmətli kəndində yaşayır.12 yanvar 2023-cü ildə Gürcüstanın Baş Konsulluğu arayış verərək Ərizəçi Gürcüstan vətəndaşı hesab edilmədiyini bildirmişdir. Ərizəçi onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin bu faktın məhkəmə tərəfindən müəyyən olunması bildirilmiş və Dövlət Miqrasiya Xidməti tərəfindən imtina məktubu təqdim edilmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı ilə bağlı faktın başqa qaydada müəyyən edilməsi qeyri-mümkündür, ona görə də ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Belə ki, işə əlavə olunmuş arayışlardan Ərizəçi 1982-ci ildən hal-hazıradək, Azərbaycan Respublikasında daimi olaraq yaşaması, heç bir dövlərin vətəndaşlığına mənsub olmaması faktı isə Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Konsulluğunun və Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin məktubu ilə öz təsdiqini tapdığından həmin faktın məhkəmə tərəfindən müəyyən edilməsini mümkün edir. Göründüyü kimi, Ərizəçi 1982-ci ildən Azərbaycan Respublikasına gələrək burada daimi yaşayır, heç bir dövlətin vətəndaşlığına mənsub deyil və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri yoxdur. Ona görə də, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 02 may 1981ci il tarixində Gürcüstan Respublikası Laqodexi rayonunun Qancala kəndində doğulmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1982-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 02 may 1981-ci il tarixində Gürcüstan Respublikası Laqodexi rayonunun Qancala kəndində doğulmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1982-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-549/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-549/2023
14.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver