Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-55/2024 30.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X21 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxslər X8 və X9 iştirakları ilə, İddiaçı cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X10 qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək mərhum anası X3 miras qalmış Zaqatala rayonu Lahıc kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-404H nömrəli şəhadətnaməyə əsasən 0.16 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN- 404İ nömrəli şəhadətnaməyə əsasən 0.05 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-404G nömrəli şəhadətnaməyə əsasən 0,08 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-404F nömrəli şəhadətnaməyə əsasən 0.15 ha torpaq sahəsi və torpağın mülkiyyətə verilməsinə dair JN-404B nömrəli şəhadətnaməyə əsasən 0.12 ha torpaq sahəsindən ibarət olan miras əmlakı üzərində onun vərəsəlik payının tam 4/6 olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X17 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. X2 vəfatından sonra torpağın mülkiyyətə verilməsinə dair JN-404H nömrəli şəhadətnaməyə əsasən 0.16 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN- 404İ nömrəli şəhadətnaməyə əsasən 0.05 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-404G nömrəli şəhadətnaməyə əsasən 0.08 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-404F nömrəli şəhadətnaməyə əsasən 0.15 ha torpaq sahəsi və torpağın mülkiyyətə verilməsinə dair JN-404B nömrəli şəhadətnaməyə əsasən 0.12 ha torpaq sahəsi miras əmlakı olaraq qalmışdır. Anasının vəfatından sonra onun altı nəfər vərəsəsi, qızı- Məmmədova (Şahmurova) Aynaxanım Abdulhəmid qızı, qızı-Əliyeva (Şahmurova) Yaqut Abdulhəmid qızı, oğlu-X23, qızı- X15, oğlu-X24 və o qalmışdır. Bacıları Məmmədova (Şahmurova) Aynaxanım Abdulhəmid qızı və Əliyeva (Şahmurova) Yaqut Abdulhəmid qızı hazırda Rusiya Federasiyasında yaşayırlar və miras əmlakının onlara düşən hissəsinin ona verilməsinə etiraz etmirlər. Digər bacısı X15 da öz payını ona verir və onun xeyrinə öz payından imtina edir. Ona görə də, miras əmlakın 4/6 hissəsi onun payı olaraq müəyyən edilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə cavabdeh Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X18 və üçüncü şəxs qismində cəlb edilmiş Məmmədova (Şahmurova) Aynaxanım Abdulhəmid qızı, X27 və X15 məhkəmə baxışı iclasına gəlməmiş, Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X18 məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini, iddiasının təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirir ki, payına düşən torpaqların qanun çərçivəsində bölünməsini istəyir. Qanunsuz heçnə istəmir. Haqqını tələb edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, iş üzrə tərəflərin anaları olan X17 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mülkiyyətində olan JN-404H, JN-404İ, JN- 404G, JN-404F və JN-404B saylı şəhadətnamələrə əsasən torpaq sahələri miras qalmışdır. Yasəmən Şahmurovanın 6 vərəsəsi-4 qızı və 2 oğlu olmuşdur. Əvvəlki məhkəmə iclaslarında bu vərəsələrdən 3 bacı yazılı şəkildə öz münasibətlərini bildirərək öz paylarından bacıları olan İddiaçı xeyrinə imtina etmişlər. Qeyd edilən 6 paydan 2 pay qalmışdır. Odur ki, iddianın təmin olunaraq iddiaçının öz payı ilə birlikdə 4/6 hissənin iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş X25 bildirdi ki, o öz payını qardaşı Şahmurov Mayisə vermişdir. Qanun çərçivəsində iddiaçıya düşən payın verilməsinə etiraz etmir. Lakin bütün torpaqların sənədləri tam hazır olduqdan sonra bölünməsinə razılıq verir. Məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş X26 iddia tələbinə münasibət bildirərək qeyd etdi ki, iddianı qəbul edir, bir şərtlə ki, iddiaçı həyətə girməyəcək. Qanunla iddiaçıya düşən payın verilməsinə etiraz etmir. İşin halları A3 seriyalı ******* nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, 8 aprel 1966-cı il tarixdə anadan olmuş İddiaçı anası X19, atası X11r. AZ-İ seriyalı 623080 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X17 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Lahıc kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2013cü il tarixədək Zaqatala rayonu Lahıc kəndində yaşamış X5 qızı- Məmmədova (Şahmurova) Aynaxanım Abdulhəmid qızı, qızı-Əliyeva (Şahmurova) Yaqut Abdulhəmid qızı, oğlu-X23, qızı-X15, oğlu-X24 və qızı-İddiaçı adında varisləri qalmışdır. Zaqatala Rayon 2 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 07 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, ona anası X3 miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsindən müddətin ötürülməsi əsası ilə imtina edilmişdir. Lahıc Bələdiyyəsi tərəfindən 06 dekabr 2022-ci il tarixdə verilmiş 61 nömrəli arayışdan görünür ki, X5 adına Fövqəladə Hallar Nazirliyi tərəfindən 2012-ci ildə tikilən əmlakın (evin) 2021 və 2022-ci illərin əmlak vergisi, eyni zamanda mərhumun adında olan torpağın 2021 və 2022-ci illərin torpaq vergisi İddiaçı tərəfindən ödənilmişdir. 05 dekabr 2022-ci il tarixdə şahidlərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, aktı tərtib edənlər mərhum X12 məxsus yaşayış evi olan həyətyanı sahədə onun qızı X6 2022ci ildə öz vəsaiti hesabına yaşayış sahəsi 55 kv/m olan 1 (bir) mərtəbəli dəyəri 7 (yeddi) min manat olan yaşayış evini tikməsini təsdiq etmişdirlər. X4 tərəfindən verilmiş və Ryazan notariat dairəsinin notariusu X36 tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X3 miras qalmış əmlakı qəbul etməmişdir, miras qalmış əmlakı faktiki olaraq idarə etməmişdir, mirasa onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq iddia etmir və vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyil. Miras əmlakın 09 aprel 1966-cı il tarixdə anadan olmuş İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmir. Miras əmlakın qəbulu ilə əlaqədar müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini qeyd etmişdir. X27 tərəfindən verilmiş və Ryazan notariat dairəsinin notariusu X36 tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X27 xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X3 miras qalmış əmlakı qəbul etməmişdir, miras qalmış əmlakı faktiki olaraq idarə etməmişdir, mirasa onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq iddia etmir və vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyil. Miras əmlakın 09 aprel 1966-cı il tarixdə anadan olmuş İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmir. Miras əmlakın qəbulu ilə əlaqədar müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini qeyd etmişdir. X13 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmiş ərizədən görünür ki, o anası X3 miras qalmış əmlakda payından bacısı İddiaçı xeyrinə imtina etmişdir. X23 tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, o torpaq sahələrindən ona düşən paydan qardaşı X14 xeyrinə imtina etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-404H KOD40211018 nömrəli şəhadətnamədən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,16 hektar torpaq sahəsi X16 mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-404İ KOD40211018 nömrəli şəhadətnamədən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,05 hektar torpaq sahəsi X16 mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-404G KOD40211018 nömrəli şəhadətnamədən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,08 hektar torpaq sahəsi X16 mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-404F KOD40211018 nömrəli şəhadətnamədən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,15 hektar torpaq sahəsi X16 mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-404B KOD40211018 nömrəli şəhadətnamədən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,12 hektar torpaq sahəsi X16 mülkiyyətinə verilmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsı 29-cu mаddəsinin Vİİ hissəsinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir.. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsi 1133-cü mаddəsinə əsasən ölmüş şəxsin (mirаs qоyаnın) əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. 1134.1-cü mаddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı mаddəsinə əsаsən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala Rayonu Lahıc kəndində yerləşən 0,05 ha 0,15 ha, 0,16 ha, 0,12 ha və 0,08 ha torpaq sahələri X5 mülkiyyətinə verilmişdir. X17 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və onun vəfatından sonra qızı- Məmmədova (Şahmurova) Aynaxanım Abdulhəmid qızı, qızı-Əliyeva (Şahmurova) Yaqut Abdulhəmid qızı, oğlu-X23, qızı- X15, oğlu-X24 və qızı-X20 adında 6 vərəsəsi qalmışdır. xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X5 vərəsələrindən olan X4 və X27 xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizələrlə miras əmlakda paylarından imtina etmişlər və həmin əmlakın İddiaçı adına rəsmiləşdirilməsinə etirazlarının olmadığını bildirmişdirlər. Miras qoyan X5 vərəsəsi olan İddiaçı miras əmlakı qəbul etmək məqsədi ilə mirasın açıldığı yer üzrə Zaqatala Rayon 2 saylı Notariat Ofisinə müraciət etmiş, lakin iddiaçı tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş 6 aylıq müddət ötürüldüyü əsası ilə ona miras əmlaka dair şəhadətnamə verilməsindən imtina edilmişdir. xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X3 miras qalmış əmlak üzərində vərəsəlik payının müəyyən edilməsi məqsədi ilə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş miras qoyanın vərəsəsi olan X15 da İddiaçı xeyrinə, X23 isə X14 xeyrinə miras əmlakda paylarından imtina etmişdirlər. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. 26 dekabr 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, hazırki iş üzrə mirasın açıldığı vaxt miras qoyan X5 öldüyü xx.xx.2013-cü il tarixdir. Miras qoyanın ölümündən 10 ilə yaxın müddət keçdikdən sonra onun vərəsəsi olan İddiaçı miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinə müraciət etmiş və həmin müddətdə qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən şəhadətnamələrin verilməsindən imtina edildiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X37 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X17 vəsiyyətnamə qoymamışdır və onun ölümündən sonra qanun üzrə birinci növbədən olan 6 vərəsəsi qalmışdır. xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X5 vərəsələrindən olan X4, X27 və X15 xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X5 vərəsəsi olan İddiaçı xeyrinə miras əmlakdan imtina etmişdir. İddiaçı isə mirasdan qanunla müəyyən edilmiş qaydada imtina etməmiş, ona görə də, mirası qəbul etmiş vərəsə sayılmalıdır. Mülki qanunvericilikdə belə imtina (üçüncü şəxslərə münasibətdə) nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş miras qoyan X12 məxsus olmuş miras əmlakın kütləsindən onun vərəsələri olan X4, X27 və X7 düşən paylara münasibətdə də İddiaçı vərəsəlik hüququ müəyyən edilməli və miras əmlakın həmin hissəsinə münasibətdə də İddiaçı pay almalıdır. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi tam qanuni və əsaslı olduğundan təmin edilməli, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X1 mülkiyyətində olmuş Zaqatala Rayon Lahıc kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-404H nömrəli Şəhadətnamədə göstərilən 0.16 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404İ nömrəli Şəhadətnaməyə göstərilən 0.05 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404G nömrəli Şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404F nömrəli Şəhadətnamədə göstərilən 0.15 ha torpaq sahəsi və Torpağın mülkiyyətə verilməsinə dair JN-404B nömrəli Şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsindən ibarət olan miras əmlak üzərində İddiaçı 4/6 hissədə payı müəyyən edilməli və miras əmlakın iddiaçıya düşən hissəsi İddiaçı mülkiyyətinə verilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. X1 mülkiyyətində olmuş Zaqatala Rayon Lahıc kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-404H nömrəli Şəhadətnamədə göstərilən 0.16 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404İ nömrəli Şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404G nömrəli Şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-404F nömrəli Şəhadətnamədə göstərilən 0.15 ha torpaq sahəsi və Torpağın mülkiyyətə verilməsinə dair JN-404B nömrəli Şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsindən ibarət olan miras əmlak üzərində hər bir torpaq sahəsinə ayrı-ayrılıqda İddiaçı 4/6 hissədə payı müəyyən edilsin və miras əmlakın həmin hissəsi İddiaçı mülkiyyətinə verilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-55/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-55/2024
30.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver