Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-57/2023 11.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçılar İddiaçı, X3, iddiaçı və iddiaçı X19 nümayəndəsi X16, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə İddiaçılar İddiaçı, X3, X7, X16 və X19 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 qarşı ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılmaları və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı, X17, X23, X28 və X30 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Cimcimax kəndində yerləşən 1.1998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər X24, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 çıxarılmaları və həmin torpaq sahəsinin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailələrinin Zaqatala rayonu Cimcimax kəndində yerləşən ümumi birgə mülkiyyətində 1.1998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi DƏDRX-də ********** nömrə ilə qeydiyyata alınaraq, xx.xx.2021-ci il tarixdə adlarına çıxarış verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən İddiaçı anası X9 20 yanvar 2006-cı il tarixdə, atası X25 isə 7 mart 2016-cı il tarixdə vəfat etmişdir. X1 isə X8 cəza çəkir. Belə ki, cavabdehlər ümumi birgə mülkiyyətlərində olan 1.1998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edərək istifadə edirlər. Ailələrinin mülkiyyət hüquqları cavabdehlər tərəfindən qanunsuz olaraq pozulur. Onlar, torpaq sahələrinə sahiblik edə və sərbəst istifadə edə bilmirlər. Dəfələrlə cavabdehlərə xəbərdarlıq etsələr də torpaq sahələrindən onları istifadə etməyə qoymurlar. Ona görə də məhkəməyə müraciət edirlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə iddiaçılar X23, X30 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı, X17 və iddiaçı və iddiaçı X19 nümayəndəsi X28 hər biri ayrı ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq cavabdehlərin 20 ildir həmin torpaqları zəbt edərək istifadə etdiklərini bildirdilər. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh6 iddia tələbini qəbul etmədiyini bildirdi və torpaq islahatı vaxtı istifadəsində olan torpağın onun mülkiyyətinə verildiyini qeyd etdi. Ekspert rəyi ilə də tanış olmuş və ekspert rəyinin bu formada verilməsinin səbəbi də torpaq islahatı zamanı torpaq sahələrin və sərhədlərinin yerlərinin onlara səhv göstərilməsi olmuşdur. Bunun günahkarının vəzifəli şəxslər olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 iddia tələbini qəbul etmədiklərini və ekspert rəyi ilə tanış olduqlarını bildirdilər. Həmin torpaq sahələrinə aid hər hansı sənədlərinin olmadığını bildirdilər. İddia ərizəsinin rədd edilməsini xahiş etdilər. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 205 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********39 olan Zaqatala rayonu Cimcimax kəndində yerləşən 1,1998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X25, X9, X17, X23, X30 və X20 məxsusdur. AA seriyalı 590332 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci İl tarixdə ********** nömrə ilə İddiaçı, X3, X12, X16, X19, X10 və X2 adına qeydiyyata alınmış Zaqatala rayonu, Cimcimax kəndində yerləşən reyestr nömrəsi **********39 olan 1.1998 ha kənd təsərrüfatı torpaq sahəsinin cavabdehlər Cavabdeh3 tərəfindən 0.10 ha, X26 tərəfindən 0.0643 ha, Cavabdeh2 tərəfindən 0.175 ha, Cavabdeh5 tərəfindən 175 kv.m, Cavabdeh6 tərəfindən 0.0813 ha hissələr istifadə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2023-cü il tarixli 10/931 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə İddiaçı, X3, X13, X16, X19, X10 və X2 adına qeydiyyata alınmış Zaqatala rayonu Cimcimax kəndində yerləşən reyestr nömrəsi **********39 olan, 1.1998 ha kənd təsərrüfatı torpaq sahəsinin cavabdehlər Cavabdeh3 tərəfindən 0.10 ha, X26 tərəfindən 0.0643 ha, X21 tərəfindən 0.175 ha, Cavabdeh5 tərəfindən 175 kv.m, Cavabdeh6 tərəfindən 0.0813 ha hissələri istifadə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2023-cü il tarixli 10/931 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, reyestr nömrəsi **********39 olan Zaqatala rayonu Cimcimax kəndində yerləşən 1,1998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X25, X9, X17, X23, X30 və X16 adına daşınmaz əmlakın dövlət reyestrində 205 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçılar iddia ərizəsi ilə müraciət edərək ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsus Zaqatala rayonu Cimcimax kəndində yerləşən 1,1998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirmiş və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin onlara təhvil verilməsini xahiş etmişdir. Cavabdehlər iddia tələbini qəbul etməmişlər və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2023-cü il tarixli 10/931 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı, X3, X13, X16, X19, X10 və X2 adına qeydiyyata alınmış Zaqatala rayonu Cimcimax kəndində yerləşən reyestr nömrəsi **********39 olan, 1.1998 ha kənd təsərrüfatı torpaq sahəsinin cavabdehlər Cavabdeh3 tərəfindən 0.10 ha, X26 tərəfindən 0.0643 ha, X21 tərəfindən 0.175 ha, Cavabdeh5 tərəfindən 175 kv.m, Cavabdeh6 tərəfindən 0.0813 ha hissələri istifadə edilir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçılar Zaqatala rayonu Cimcimax kəndində yerləşən 1,1998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləridir və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüquqları vardır. Cavabdeh3 torpaq sahəsinin 0.10 ha hissəsini, cavabdeh X26 torpaq sahəsinin 0.0643 ha hissəsini, cavabdeh X21 torpaq sahəsinin 0.175 ha hissəsini, Cavabdeh5 torpaq sahəsinin 175 kv.m hissəsini, Cavabdeh6 torpaq sahəsinin 0.0813 ha hissəsini zəbt etmişdir. Cavabdehlərin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlər Cavabdeh3, X11, X5 Cavabdeh5, Cavabdeh6 hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edirlər. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçilərin özlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüquqları bərpa olunmalı, Cavabdeh3 iddiaçılara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0.10 ha hissəsindən, cavabdeh X26 iddiaçılara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0,0643 ha hissəsindən, Cavabdeh2 iddiaçılara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0,175 ha hissəsindən, Cavabdeh5 iddiaçılara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 175 kv.m hissəsindən, Cavabdeh6 isə iddiaçılara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0,0813 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçılar İddiaçı, X22, X23, X30 və X20 təhvil verilməlidir. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 1,1998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X25, X9, X17, X23, X30 və X18 xüsusi mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər Cavabdeh3, X26, X21, Cavabdeh5 və Cavabdeh6 həmin torpaq sahəsinə heç bir hüquqları yoxdur. Qeyd olunanlar mütəxəssis və ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfin məhkəmə iclasında qeyd etdiyi arqumentlər, yəni torpaq sərhədlərinin yerlərinin onlara yanlış göstərilməsi və bunun torpaq islahatı zamanı baş vermiş nöqsanlar səbəbindən olması iddiaçıların mülkiyyət hüquqlarının bərpasına maneə ola bilməz. Məhkəmə daha sonra qeyd edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməlidir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə iddianın təmin edilməsi üçün yetərli deyil. İddiaçının izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi Cavabdeh1 aid hissədə olan dəlillər işin halları ilə uzlaşmamaqla əsaslı deyildir. İlk öncə ona görə ki, Cavabdeh1 tərəfindən iddiaçıların hər hansı hüquqları pozulmamış, onların torpaq sahəsi sonuncu tərəfindən zəbt edilməmişdir. Qeyd edilən hal ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Buna görə də, iddiаçıların dəlilləri Cavabdeh1 aid hissədə əsаssızdır. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun tərəfindən tələb edilmədiyinə görə onun özünə aid edilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X14 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı, X6, X15, X20 və X27 məxsus Zaqatala rayonu Cimcimax kəndində yerləşən reyestr nömrəsi **********39 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 mart 2021-ci il tarixli çıxarışda göstərilən 1,1998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdiyi 0,10 ha hissəsindən Cavabdeh3, 0,0643 ha hissəsindən cavabdeh X26, 0,175 ha hissəsindən Cavabdeh2, 175 kv.m hissəsindən Cavabdeh5, 0,0813 ha hissəsindən Cavabdeh6 çıxarılsınlar, həmin torpaq sahələri iddiaçılar İddiaçı, X6, X15, X20 və X27 təhvil verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X14 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-57/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-57/2023
11.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver