Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-571/2024 29.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları m ü ə y y ə n e t d i: Ərizənin dəlilləri Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” dair ərizə ilə müraciət edərək, X7 (AA4745025) ilə birgə nikahından dünyaya gələn qızları X3 25 aprel 2017-ci il tarixdə Gürcüstan Respublikasının Sxinvali şəhərində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu, Aşağı Çardaxlar kəndində ailəsi ilə birlikdə yaşayır, Azərbaycan vətəndaşıdır. Bir neçə il əvvəl əri ilə birlikdə Gürcüstan Respublikasının (hazırda tanınmamış Cənubi Osetiya Respublikasının) Sxinvali şəhərində yaşamışdır. X7 (AA4745025) ilə birgə nikahlarından 25 aprel 2017-ci il tarixdə qızları X8 doğulmuşdur. Qızı Sxinvali şəhərinin doğum evində dünyaya gəlmişdir. Həmin vaxtı qızının doğum şəhadətnaməsini almaq üçün Sxinvali şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir və onlara tanınmamış Cənubi Osetiya Respublikasının adından doğum şəhadətnaməsi verilmişdir. 2023-cü ilin sentyabr ayında onlar ailəlikcə Azərbaycana qayıtmaq qərarına gəlmişdirlər. Bunun üçün əvvəlcə Rusiya Federasiyası ərazisinə keçməli və oradan təyyarə ilə Azərbaycana gəlməliydilər. Bunun üçün onlar əvvəlcə qızının Azərbaycan Respublikası qanunlarına uyğun olaraq doğumunun qeydə alınması və doğum şəhadətnaməsinin verilməsi üçün Rusiya Federasiyasının Moskva şəhərində yerləşən səfirliyinə müraciət etmişdirlər. Səfirlik tərəfindən X2nın doğumu 29 sentyabr 2023-cü il tarixdə MSK/05/23 nömrə ilə doğum akt qeydləri kitabında qeydə alınmışdır və onlara AZ İİ 720465 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda səfirlik tərəfindən qızının Azərbaycana gəlməsi üçün AA0258505 saylı Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmişdir. 2023-cü ilin oktyabr ayında Azərbaycana gəldikdən sonra qızının təhsilinin davam etdirilməsi üçün kənd orta məktəbinə müraciət etdikdə məktəb tərəfindən əvvəlcə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması zərurəti yaranmışdır. Bunun üçün onlar Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Zaqatala Şöbəsinə müraciət etdikdə onlara bildirilmişdir ki, qızının doğumu haqqında məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməmişdir, buna görə də, onlara əvvəlcə Qeydiyyat Şöbələrinə müraciət etmələri tövsiyə olunmuşdur. O, xx.xx.2024-cü il tarixdə qızının doğumu haqqında məlumatların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs tərəfindən onlara imtina məktubu verilərək izah olunmuşdur ki, təqdim edilmiş Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən tərtib olunmuş MSK/05/23 nömrəli X5 məxsus doğum haqqında şəhadətnamə (AZ İİ 720465) haqqında məlumatın müəyyən edilməsi ilə məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin doğum akt qeydi aşkar olunmamışdır. Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə müraciət olunmuş və həmin məsələ ilə bağlı olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən doğum haqqında akt qeydi düzgün qeydə alınmamışdır. Belə ki, doğumun DNK əsasında qeydə alındığı müəyyən edilmişdir. Həmçinin məktubda bildirilir ki, məhkəmənin qanuni qüvvəsini almış qərarından sonra doğum haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil ediləcəkdir. Hazırda onların təqdim etdikləri doğum tarixinə uyğun doğum haqqında akt qeydinin tərtib olunması və doğum haqqında şəhadətnamə verilməsi mümkün deyil. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. X2 tanınmamış Cənubi Osetiya Respublikasının Sxinvali şəhərində yerləşən mərkəzi xəstəxananın doğum şöbəsində dünyaya gəlmiş və həmin xəstəxanadan verilən arayış əsasında qızının doğumu Sxinvali şəhər Qeydiyyat Şöbəsində qeydə alınmış və doğum haqqında şəhadətnamə verilmişdir. X23 Respublikası Azərbaycan Respublikası tərəfindən bir ölkə kimi tanınmadığından həmin şəhadətnamənin də hüquqi qüvvəsi olmamışdır. Ona görə də, Azərbaycana qayıtmaq üçün Rusiya Federasiyası ərazisinə keçdikdə qızı üçün Qayıdış şəhadətnaməsi almaq məcburiyyətində qalmışlar. Bunun üçün əvvəlcə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən səfirliyinə qızının doğumunun qeydə alınması üçün müraciət etməli olmuşdur. Lakin Azərbaycan Respublikasının Rusiya Federasiyasının Moskva şəhərində yerləşən səfirliyində qızının doğumu “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na uyğun olaraq düzgün qeydə alınmamışdır. Beləliklə, tanınmamış Cənubi Osetiya Respublikasının Sxinvali şəhərində yerləşən mərkəzi xəstəxananın doğum şöbəsi tərəfindən verilmiş qızının doğumu haqqında sənədlər Azərbaycan Respublikası tərəfindən tanınmadığı üçün, habelə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı maddəsinə əsasən Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədləri əldə etmək mümkün olmadığından qızının doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Şahid qismində dindirilmiş X13 göstərdi ki, Ərizəçi qardaşı X9 arvadıdır. Onların birgə nikahlarından Gürcüstan Respublikasının Sxinvali şəhərində 2017-ci tarixdə X8 doğulmuşdur. Qeyd edilən vaxt o Kazanda, Rusiya Federasiyasında olmuş və ona bu barədə məlumat vermişdirlər. Şahid qismində dindirilmiş X4 göstərdi ki, Ərizəçi gəlini, Abakarov Mübariz isə onun oğludur. Gəlini Ərizəçi hamiləlik dövründə onun Zaqatala rayonu, Aşağı Çardaxlar kəndində yerləşən evində olmuş, daha sonra əri ilə birgə Gürcüstan Respublikasına geri qayıtmışdırlar və iki aydan sonra yəni, aprel ayında uşaqları dünyaya gəlmişdir. Həmçinin onlar Gürcüstan Respublikasında olan zamanda onların yanında olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlər İşdə olan Zaqatala RİHB-nın Aşağı Çardaxlar ərazi nümayəndəliyində qeydə edilmiş 03 dekabr 2008-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X6 arasında nikah 03 dekabr 2008-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrəli akt qeydi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abakarov, arvada Abakarova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində qeyd edilmiş 29 sentyabr 2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə Sxinvali şəhərində doğulmuş X3 atası X15, anası Ərizəçidır. İşdə olan Gürcüstan Respublikasının ərazisində separatçı qrupların “Cənubi Osetiya Respublikası” оlaraq elan etdikləri qanunsuz qurumun Sxinvali şəhər Qeydiyyat Şöbəsi tərəfindən 26 may 2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə Sxinvali şəhərində doğulmuş X3 atası X15, anası Ərizəçidır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16- 5/8-13-155/24 saylı məktubdan görünür ki, Ərizəçi xx.xx.2024-cü il tarixində Maraqlı şəxsnə müraciət edərək, övladı X3 şəxsiyyət vəsiqəsini almaq istədiyini, lakin vəsiqə üçün müraciət etdikdə onun övladının doğum haqqında məlumatın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməməsi və buna görə də vəsiqənin verilməsinin mümkün olmadığını bildirmişdir. Təqdim etdilmiş Azərbaycan Respublikası Rusiya Federasiyasındakı Səfirliyi Moskva şəhəri tərəfindən tərtib olunmuş MSK/05/23 nömrəli X5 məxsus doğum haqqında şəhadətnamə (AZ İİ 720465) haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə müraciət olunmuş və həmin məsələ ilə bağlı olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən qeydə alınmış doğum haqqında akt qeydi düzgün qeydə alınmamışdır, belə ki, doğum haqqında akt qeydi DNK əsasında qeydə alındığı müəyyən edilmişdir. Bildirilir ki, məhkəmənin qanuni qüvvəsini almış qərarından sonra doğum haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil ediləcəkdir. İşdə olan AA seriyalı ******* nömrəli qayıdış şəhadətnamənin surətindən görünür ki, X8 25 aprel 2017-ci ildə Gürcüstanda doğulmuşdur. Həmin şəhadətnaməyə vurulan möhürdən görünür ki, uşaq xx.xx.2023-cü ildə Rusiya Federasiyasından çıxış etmişdir. İşdə olan “Qemоtest” Tibbi Labaratoriya tərəfindən verilmiş ********* saylı xx.xx.2023cü il tarixli DNT testi nəticələrindən görünür ki, X3 bioloji atası 99.99% X10r. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baхır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2-1-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.10-cu bəndinə əsasən doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. 2.3-cü bəndinə əsasən doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. 2.1-ci bəndinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.5-ci bəndinə əsasən qeydiyyat şöbəsində doğum faktının qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd, uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd, valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd təqdim edilməlidir. 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.6-1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən doğumun ilkin uçotu aparılır. 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. Məhkəmənin mövqeyi Məhkəmə sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, ərizəçi xx.xx.2008-ci il tarixdə X15 ilə nikah bağlamaqla ailə qurmuşdur. Ərizəçi əri ilə birgə Gürcüstan Respublikasının separatçı qrupların “Cənubi Osetiya Respublikası” оlaraq elan etdikləri ərazisində yaşadıqları vaхt, əri ilə birgə nikahından xx.xx.2017-ci il tarixdə Sxinvali şəhərində X8 doğulmuşdur. Xədicənin dоğumu separatçı qrupların “Cənubi Osetiya Respublikası” оlaraq elan etdikləri qanunsuz qurumun Sxinvali şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə qeydə alınsa da, bu qurum qanunsuz оlduğundan оnun yaratdığı, qeydiyyat orqanı sayılmayan qanunsuz təşkilatın qeydiyyatı Azərbaycan Respublikası tərəfindən tanınmadığından, ərizəçi qızının doğumunun Azərbaycan Respublikası qanunlarına uyğun olaraq qeydə alınması və doğum şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikasının Rusiya Federasiyasının Moskva şəhərində yerləşən səfirliyinə müraciət etmişdir. X1 doğumunu xx.xx.2023-cü il tarixdə MSK/05/23 nömrə ilə doğum akt qeydləri kitabında qeydə alaraq AZ İİ 720465 nömrəli doğum haqqında şəhadətnamə versə də, qeydiyyat doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi əsasında deyil, DNT testi nəticələri əsasında qeydə alındığından, bununla da doğum haqqında akt qeydi Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən düzgün qeydə alınmadığından xx.xx.2017-ci il təvəllüdlü X3 doğumu haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daхil edilməmişdir. Maraqlı şəхs, doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qanuni qüvvəsini almış qərarından sonra doğum haqqında akt qeydinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil ediləcəyini bildirir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3, ərizəçi ilə X9 birgə nikahından xx.xx.2017-ci il tariхdə Gürcüstan Respublikasının Sxinvali şəhərində doğması faktı tam təsdiq оlunduğundan və uşağın dоğumunun dövlət qeydiyyatına alınması hazırkı faktın müəyyən edilməsindən asılı оlduğundan, eləcə də ərizəçi faktı təsdiq edən sənədləri isə başqa qaydada ala bilmədiyindən fakt müəyyən edilmiş hesab оlunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Ərizəçi ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 305-307 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi uşağı xx.xx.2017-ci il təvəllüdlü X3 Gürcüstan Respublikasının Sxinvali şəhərində doğulması fakt müəyyən edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-571/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-571/2024
29.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver