Məhkəmə qərarları › İş №e-2(033)-58/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-58/2023

13.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-58/2023 13.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qəsdə son qoyma, zəbt olunmuş torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan yuxarıda göstərilən (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 187 nömrəli reyestr kitabının 29 nömrəli vərəqəsində **********6 nömrə ilə qeydiyyata alınmış) daşınmaz əmlakın Cavabdeh qanunsuz sahibliyindən alınaraq, qəsdə son qoyma, zəbt olunmuş torpaq sahəsindən çıxarılma və cavabdehin hesabına tikilinin sökülməsi və illər ərzində ona vurduğu maddi və mənəvi ziyana görə əvəzində 15000 (on beş min) manat təzminat ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclasında iştirak etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək iş üzrə İddiaçı təyin olunmuş məhkəmə iclasında iştirak etmədiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə baxışı iclasında iştirak etməyən iddiaçı işə onun iştirakı olmadan baxmağı xahiş etmədiyinə, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işdən görünür ki, məhkəmə baxış iclasının 13 iyun 2023-cü il tarixə saat 10:30-a təyin edilməsi haqqında xəbərdar edilməsinə baxmayaraq, iddiaçı qeyd olunan tarixdə məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-cı maddəsində göstərilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağrışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 260.5, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı qəsdə son qoyma, zəbt olunmuş torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və zərər tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh qarşı qəsdə son qoyma, zəbt olunmuş torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və zərər tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəbdən baş verməsinə dair sübut təqdim etdikdə, məhkəmə öz qərardadını ləğv edir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar