Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-583/2022 29.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 katibliyi, iddiaçı X1, onun vəkili Vəkil, cavabdehlər X3 və X12 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Kadastr və Yerquruluşu Layihə-X16 Məsuliyyətli Cəmiyyətinə, Zaqatala rayonu Mazıx bələdiyyəsinə, X2, X5, X13, X14, X6 və X8 qarşı kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstərilən qaydada müəyyən edilməklə açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə ona verilmiş Zaqatala rayonu Mazıx kəndindən 11553 kv.m. kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstərilən qaydada müəyyən edilməklə açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı X7 məhkəməyə ərizə təqdim edərək verdiyi iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdi. Cavabdehlər X9 və X18 da iddiaçı X1 iddia ərizəsinin geri qaytarılmasına etirazları olmadıqlarını bildirdilər. Məhkəmə ərizəni nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 12 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X1 cavabdehlər Kadastr və Yerquruluşu Layihə-X16 Məsuliyyətli Cəmiyyətinə, Zaqatala rayonu Mazıx bələdiyyəsinə, X2, X5, X13, X14, X6 və X8 qarşı kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstərilən qaydada müəyyən edilməklə açılması tələbinə dair iddia ərizəsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-583/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-583/2022
29.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver