Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-590/2022 02.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 katibliyi, iddiaçı İcraçı Kredit X3 Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı İcraçı Kredit X3 Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı İcraçı Kredit X3 Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,0615 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 101,9 kv.m. yaşayış, 8,6 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evindən çıxarılaraq həmin evin boşaldılmasına və yaşayış evindən qeydiyyatdan çıxarılmaqla istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İcraçı Kredit X3 Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı verdikləri fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh da məhkəməyə ərizə təqdim edərək iddiaçının iddia ərizəsinin geri qaytarılmasına və baxılmamış saxlanılmasına etirazı olmadığını bildirdi. Məhkəmə ərizələri nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İcraçı Kredit X3 Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 iddia ərizəsinin qaytarılmasını tələb etdiyini, Cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı İcraçı Kredit X3 Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-590/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-590/2022
02.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver