Məhkəmə qərarları › İş №e-2(033)-611/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-611/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-611/2023 14.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, Cavabdeh1 və ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə və ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh (bundan sonra iddiaçı-cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən qızı -Cavabdeh2 məxsus fərdi yaşayış evinə köçürülməyinə, mediatra ödənilmiş 50 manat, ödənilmiş dövlət rüsumu 50 manat və 100 manat vəkil xidmət haqqının, cəmi 200 manat pulun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. İlk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı (bundan sonra cavabdeh-iddiaçı) Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşlılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, qarşlılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna bazar qiymətinə uyğun olaraq 4000 (dörd min) manat kompensasiya ödənilməklə xitam verilməsi və qarşlılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh-iddiaçı Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı cavabdehlərlə aralarında barışıq sazişinin bağlandığını bildirərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Eyni məzmunda ərizəsini təqdim etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddiaçı ilə aralarında həqiqətən də barışıq sazişin bağlandığını təsdiq etdi və mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil mülki iş üzrə tərəflər arasında 14 iyun 2023-cü il tarixdə barışıq sazişi bağlandığını bildirdi və həmin barışıq sazişini məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi eyni məzmunda ərizəsini də təqdim etdi. İddiaçı-cavabdeh X2 və cavabdeh-iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ərizələrinə əlavə edilmiş 14 iyun 2023-cü il tarixli barışıq sazişindən görünür ki, saziş İddiaçı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil arasında bağlanmış və tərəflər aralarında olan razılaşmaya əsasən Zaqatala Rayon Məhkəməsinin icraatında olan e- 2(033)-611/2023 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoymuşdurlar. Həmin sazişin 2-ci bəndindən görünür ki, Razılaşmaya əsasən, "Cavabdeh" tərəfindən "İddiaçı"ya 8000 (səkkiz min) manat kompensasiya ödənilməsi müqabilində "İddiaçı", ********** qeydiyyat nömrəli" Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa" əsasən "Cavabdeh"in mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,0305 ha torpaq sahəsinə və ümumi sahəsi 134,60 m2 olan fərdi yaşayış evinə köçürülməsi ilə bağlı iddiasından imtina edir, o cümlədən, həmin əmlaka (fərdi yaşayış evi və torpaq sahəsi) olan istifadə hüququna xitam verilməsinə razılıq verir və iş üzrə icraata xitam verilməsi barədə qərardad qanuni qüvvəsini aldıqdan sonra növbəti gün həmin ünvandan yaşayış yeri (olduğu yer) üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Həmin sazişin 3-cü bəndindən görünür ki, "Cavabdeh", "İddiaçı"nın ********** qeydiyyat nömrəli" Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa" əsasən "Cavabdeh"in mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,0305 ha torpaq sahəsinə və ümumi sahəsi 134,60 m: olan fərdi yaşayış evinə köçürülməsi ilə bağlı iddiasından imtina etməsinin, o cümlədən, həmin əmlaka (fərdi yaşayış evi və torpaq sahəsi) olan istifadə hüququna xitam verilməsinin və iş üzrə icraata xitam verilməsi barədə qərardad qanuni qüvvəsini aldıqdan sonra növbəti gün həmin ünvandan yaşayış yeri (olduğu yer) üzrə qeydiyyatdan çıxmasının müqabilində 8000 (səkkiz min) manat kompensasiya ödəməyi öhdəsinə götürür. Həmin sazişin 4-cü bəndindən görünür ki, "İddiaçı"-ya və "Cavabdeh"-ə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) o cümlədən, həmin Məcəllənin 261.0.2-ci və 261.0.5-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir) maddələrinin tələbləri aydındır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, sazişin şərtləri qanunun tələblərinə zidd deyil və tərəflər arasında mübahisənin həllinə kömək etməklə digərlərinin hüquqlarını pozmur. Məhkəmənin qənətincə tərəflərin barışıq sazişi ilə bağlı hərəkətlərində hər hansı qanunsuz hal aşkar edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci və 5.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilməklə mülki işin icraatına xitam verildiyindən ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı-cavabdeh İddiaçı, ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh X3 qarşı fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən cavabdeh-iddiaçı Cavabdeh2 geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 262.4, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İlk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə və ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər təsdiq edirlər ki,

1. Razılaşmaya əsasən, "Cavabdeh" tərəfindən "İddiaçı" ya 8000 (səkkiz min) manat kompensasiya ödənilməsi müqabilində "İddiaçı", ********** qeydiyyat nömrəli" Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa" əsasən "Cavabdeh"in mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,0305 ha torpaq sahəsinə və ümumi sahəsi 134,60 m2 olan fərdi yaşayış evinə köçürülməsi ilə bağlı iddiasından imtina edir, o cümlədən, həmin əmlaka (fərdi yaşayış evi və torpaq sahəsi) olan istifadə hüququna xitam verilməsinə razılıq verir və iş üzrə icraata xitam verilməsi barədə qərardad qanuni qüvvəsini aldıqdan sonra növbəti gün həmin ünvandan yaşayış yeri (olduğu yer) üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür.

2. "Cavabdeh", "İddiaçı"nın ********** qeydiyyat nömrəli" Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa" əsasən "Cavabdeh"in mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,0305 ha torpaq sahəsinə və ümumi sahəsi 134,60 m: olan fərdi yaşayış evinə köçürülməsi ilə bağlı iddiasından imtina etməsinin, o cümlədən, həmin əmlaka (fərdi yaşayış evi və torpaq sahəsi) olan istifadə hüququna xitam verilməsinin və iş üzrə icraata xitam verilməsi barədə qərardad qanuni qüvvəsini aldıqdan sonra növbəti gün həmin ünvandan yaşayış yeri (olduğu yer) üzrə qeydiyyatdan çıxmasının müqabilində 8000 (səkkiz min) manat kompensasiya ödəməyi öhdəsinə götürür.

İlk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə və ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İlk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu dövlət büdcəsindən ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı geri qaytarılsın. İlk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 geri qaytarılsın. İddiaçıya və qarşılıqlı iddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər.

Hakim Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar