Məhkəmə qərarları › İş №e-2(033)-666/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-666/2022

03.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-666/2022 03.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X6, İddiaçı və Cavabdeh nümayəndəsi X11 iştirakları ilə, İddiaçı Cavabdeh Zaqatala X22 İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh Zaqatala X23 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barəsində əmək müqaviləsinin ləğv olunması haqqında 15 iyul 2021-ci il tarixli əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2014-cü il tarixdə "X14"nin Zaqatala X22 İdarəsində anbardar vəzifəsinə işə qəbul olunmuşdur. 15 iyul 2021-ci il tarixdə "X14"nin Zaqatala X22 idarəsi onunla bağlanmış əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğuna görə əmək müqaviləsini ləğv etmişdir. İş ilə bağlı onu qeyd edir ki, "X14" nin Zaqatala X22 idarəsinə tərəfindən hər hansı bir maddi ziyan vurulmamışdır. Əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv olunmasını əsassız hesab edərək məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi X1 etiraz ərizəsi ilə müraciət edərək İddiaçı cavabdeh X2rşı “Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 15 iyul 2021-ci il tarixli əmrinin ləğv edilərək, onun işinə bərpa olunmaqla məcburi proqula görə əmək haqqının ödənilməsi barədə” iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X9 və Zaqatala X22ı İdarəsinə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 15 iyul 2021-ci il tarixli əmrinin ləğv edilərək, onun işinə bərpa olunmaqla məcburi proqula görə əmək haqqının ödənilməsi barədə” iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin icraatında olan e-2(033)-666/2022 saylı mülki işin hazırlıq iclası xx.xx.2022-ci il saat 09:50-yə təyin edilmişdir. Bildirir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, Zaqatala rayonu Aşağı kəndində qeydiyyatda olan İddiaçı (Şəx./vəs: AZE № 06740673, Zaqatala RPŞ, xx.xx.2008) ilə Zaqatala RQİİ arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 163 saylı əmək müqaviləsinə və əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə xx.xx.2014-cü il tarixli 174-K nömrəli əmrə əsasən o, Zaqatala rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat Xidmətinin 5-ci dərəcəli anbardar peşəsinə təyin edilmişdir. Bildirir ki, RQİİ-nin invertarizasiya komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə Zaqatala sahəsinin anbarında malmaterialın hərəkəti və qalıqları barədə yoxlama baxışı keçirdiyi zaman müvafiq nöqsanlar aşkar etmiş, eyni zamanda anbarda çatışmayan mal material müəyyən edilmiş və dəyəri 70.03 (yetmiş manat üç qəpik) manat məbləğdə olduğu qeyd edilmişdir. Belə ki, yaranmış qeyri müəyyənliyi və digər faktlarda çatışmamazlıqların mövcud olmasını nəzərə alaraq Zaqatala sahəsinin keçən bir il ərzində qaz sayğaclarının hərəkətinin, aparılmış Kargüzarlıq və İnzibati təsərrüfat işlərinin keyfiyyətinin, anbar təsərrüfatında mal-material dövriyəsinin, demontaj malların təhviltəslim olunması və qalıqlarının müəyyən edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə RQİİnin baş mühəndisi Cavid Hacıyev sədr təyin edilməklə "Zaqatala xidmət sahəsinin iş fəaliyyətinin araşdırılması barədə" müvafiq komissiyanın yaradılmasına əmr verilmiş və xx.xx.2021-ci il tarixədək müvafiq yoxlama arayışlarının təqdim edilməsi tapşırılmışdır. Zaqatala RQİİ-nin Texniki nəzarət üzrə mühəndisi Ramil Abdullayevin təqdim etdiyi xx.xx.2021-ci il tarixli yoxlama aktında qüsur olaraq Kargüzarlıq və İnzibati təsərrüfat xidməti tərəfindən İstehlakçıların mənzillərində istismarda olan qaz sayğaclarında yenisi ilə əvəzlənməsi zamanı çıxarılmış 319 ədəd fərdi tənzimləyicidən anbarda 36 ədədin olduğu aşkar edilmiş və 283 ədəd fərdi tənzimləyicinin yeri qeyri müəyyəndir. Bundan əlavə RQİİ-nin invertarizasiya komissiyası tərəfindən təkrar olaraq keçirilmiş yoxlama üzrə təqdim edilmiş xx.xx.2021-ci tarixli aktında anbarda mal-materialın dövriyyəsi və qalığının yoxlanlması zamanı əskik gəlmənin 59.81 (əlli doqquz manat səksən bir qəpik) manat məbləğində təşkil edildiyi qeyd edilmişdir. Aparılmış hər iki yoxlama baxışında müəyyən ziddiyətlərin olduğu müəyyən edilmişdir. Belə ki, anbardar İddiaçı xx.xx.2021-ci il tarixdə verdiyi izahatda yoxlama komissiyasının aktında qeyd edilmiş 70.03 (yetmiş manat üç qəpik) manat məbləğdə əskik gəlmənin bərpa etdiyini bildirsə də, xx.xx.2021-ci il tarixdə yenidən invertazasiya komissiyasının apardığı yoxlamada həmin əvvəlki əskik gəlmə yerinə bərpa olunmadığı müəyyən edilmişdir. Digər tərəfdən əskik gəlmənin hansı yolla bərpa etdiyi qeyri müəyyən olaraq qalmışdır. Beləliklə, anbardar İddiaçı yol verdiyi hərəkətləri bilavasitə gizlətməyə cəhd etmiş, peşə təlimatından və tam maddi məsuliyyət haqqında əmrdən irəli gələn öhdəliklərin icrasından yayınmışdır. Zaqatala RQİİ-nin "Zaqatala xidmət sahəsinin iş fəaliyyətinin araşdırılması barədə" komissiyanın təqdim etdiyi digər aktda xidməti qaz sayğaclarının üzərindən açılan fərdi tənzimləyicilərin anbarda aşkar olunmaması faktının araşdırılmasında müəyyən edilmişdir ki, Kargüzarlıq və İnzibati təsərrüfat xidməti tərəfindən xidməti ərazilərdə əvəzlənmiş fərdi qaz tənzimləyiciləri müvafiq təhvil-təslim aktı tərtib edilərək anbara təhvil verilmişdir. Lakin yoxlama zamanı 283 ədəd fərdi tənzimləyicinin anbarda olmadığı müəyyən edilmişdir. Bildirir ki, Hüquq şöbəsinin sorğusunun icrası olaraq İqtisadiyyat və Uçot Şöbəsinin təqdim etdiyi SOCAR**********30560046X03078 saylı arayışına əsasən 1 ədəd fərdi tənzimləyicinin balans dəyəri 21.40 manat olmaqla ümumilikdə 6056.20 manat təşkil edir. Ünvanlardan açılmış fərdi tənzimləyicilərə müəssisədə təkrar baxış keçirilir, təmirə ehtiyacı olanlar təmir edilir, istismara yararlı olan hissəsi digər ünvanlarda yenidən quraşdırılır. İstismara yararsız və təmiri mümkün olmayan fərdi tənzimləyicilər isə metal qırıntısı kimi satış məqsədilə Birliyi təhvil verilir. Qeyd edir ki, fərdi tənzimləyicilərin istehsalı zamanı onun daxilində istifadə edilən metal xammal qiymətli əlvan materiallara aiddir və onun kustar üsulla sökülüb satılması mümkündür. Araşdırma üzrə anbardar İddiaçı tərəfindən verilən xx.xx.2021-ci tarixli izahatda həmin əskik olan tənzimləyicilərin Kargüzarlıq və İnzibati təsərrüfat xidməti tərəfindən özünə təhvil verilmədiyi üçün xx.xx.2021-ci il tarixli akta imza etmədiyini qeyd etmişdir. Lakin araşdırma zamanı verilmiş izahatın doğruluğunun müəyyən edilməsi üçün Zaqatala sahəsinin Kargüzarlıq və İnzibati təsərrüfat xidmətinin mühəndisi Əmirli Bünyaminin xx.xx.2021-ci il tarixli izahatında malmaterialın anbardan tələbnamə əsasında götürdüklərini, həmçinin adı çəkilən malmaterialın akt əsasında anbara təhvil verildiyini qeyd etmişdir. Sonuncu dəfə 2021-ci ilin mart ayında RQİİ-yə təhvil verilməsi məqsədilə anbardar İddiaçı texnik X3 təhvil-təslim aktı əsasında 105 ədəd götürüldüyünü bildirmişdir. Araşdırma üzrə müqayisəli təhlil zamanı texnik X5 xx.xx.2021-ci il tarixdə verdiyi izahatda sonuncu dəfə 2021-ci ilin mart ayında RQİİ-yə təhvil verilməsi üçün təhvil-təslim aktı əsasında fərdi qaz tənzimləyicilərini anbardar İddiaçı təhvil verdiyini qeyd etmişdir. Belə olan halda qeyd olunanların tam müəyyən edilməsi məqsədilə anbardar İddiaçı xx.xx.2021-ci il tarixdə izahat verməsi üçün dəvət edilmiş və fərdi tənzimləyicilərin hansı səbədən yoxlama zamanı anbarda aşkar edilmədiyi sual edildikdə, ona təqdim olunan 30 ədəd təhviltəslim aktından 9 ədədində onun tərəfindən imza edildiyini, digər 21 ədəd aktda imza ona məxsus olmadığını bildirmişdir. Qarşıya qoyulmuş bu tələbin təhlili zamanı müəyyən edilmişdir ki, onun təsdiq etdiyi 9 ədəd aktda belə 153 ədəd fərdi tənzimləyici qəbul olunmuş, lakin onlardan 36 ədədi yoxlama komissiyasına təqdim edilmiş və nəticədə 117 ədəd FQT-nin yeri məlum olmamışdır. Belə olan halda istehlakçıların mənzillərindən yenisi ilə əvəzlənərək saxlanılması üçün anbara təhvil verilmiş fərdi tənzimləyicinin yoxlama komissiyasına təqdim edilməməsi anbardar tərəfindən yol verilmiş bu nöqsanla Birliyə ciddi maddi ziyan vurması və iş ahənginin pozulması ilə nəticələnmişdir. İddiaçı izahatları üzrə şəxsən təsdiq etdiyi aktlarda belə yerlərinin qeyri müəyyən olduğu 117 ədəd fərdi tənzimləyicinin ümumi balans dəyəri 2461.68 manat təşkil edir. Bununla belə maddi məsul şəxs kimi onun cavabdehliyində 319 ədəd fərdi tənzimləyicidən 283 ədəd fərdi tənzimləyicinin yeri qeyri müəyyəndir və ona görə məsuliyyət daşıyır. Digər bir tərəfdən araşdırmada müəyyən edilən fakt ondan ibarətdir ki, onun tərəfindən xx.xx.2021-ci il tarixdə verdiyi izahatda qeyd olunanlar tamamilə həqiqətə uyğun deyildir. Çünki onun tərəfindən verilmiş izahatların heç birində imzalar oxşar deyildir, digər tərəfdən təhvil-təslim aktları üzrə eyni hal təkrarlanır. Belə olan halda anbardar İddiaçı tərəfindən yazılmış izahatlarda və təhvil-təslim aktlarında qəsdən imzaları fərqli çəkməklə aşkar olunmuş nöqsandan yayınmağa, məsuliyyətdən azad olunmasına cəhd etməsi kimi qiymətləndirilməsinə əsas verir. Aparılmış araşdırmaların nəticəsi olaraq İddiaçı maddi məsul şəxs kimi müəssisəyə vurduğu maddi ziyanın məbləği xx.xx.2021-ci tarixli aktında anbarda mal-materialın dövriyyəsi və qalığının yoxlanılması zamanı əskik gəlməyə görə 59.81 (əlli doqquz manat səksən bir qəpik) manatdır və balans dəyəri olan 6056.20 manat olan 283 ədəd fərdi tənzimləyicinin yerləri qeyri müəyyəndir və bugünədək cavabdeh şəxs tərəfindən təklif edilməsinə baxmayaraq yerinə qoyulmamışdır. Beləliklə, RQİİ-nin Zaqatala sahəsinin anbardarı İddiaçı fəaliyyəti ilə bağlı araşdırma üzrə müəyyən edilmişdir ki, onun tərəfindən peşə təlimatı üzrə öhdəliklərin ciddi şəkildə pozulması faktı müəyyən edilmiş, eyni zamanda şəxsi maraqlarının təmin edilməsinə cəhd etməsi Birliyə maddi ziyanlığın yaranması ilə nəticələnmişdir. Çünki Kargüzarlıq və İnzibati təsərrüfat xidməti tərəfindən təhvil verilmiş istismardan çıxarılmış fərdi qaz tənzimləyiciləri müvafiq hesabat aparılaraq Birliyə təqdim edilməsi üçün anbarda saxlanılmasının təmin edilməsi təmin edilməlidir. Lakin aparılmış yoxlama baxışında anbardarın vəzifə öhdəliklərinin icra etməməsi nəticəsində mövcud sənədlərin olmasına baxmayaraq FQT-in anbardan qeyri müəyyən şəkildə yoxa çıxmasına səbəb olmuşdur. Eyni zamanda İddiaçı ilə İşəgötürən arasında xx.xx.2015-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ona inzibatı idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, həmçinin ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır. Bu baxımdan onun fəaliyyətinin araşdırılması zamanı qeyd olunanların icra edilmədiyi qarşıya qoyulmuş öhdəliklərin icrasında ciddi nöqsanlara yol verdiyi müəyyən edilmişdir. Belə ki, anbardarın vəzifə təlimatı üzrə əsas yanacağın, xammalın, yarımfabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması; Qəbul оlunmuş maddi sərvətlərin müşayətedici sənədlərə uyğunluğunun yоxlanılması; Materialların mühafizə оlunduğu yerə aparılması (əl ilə və ya ştampellərin və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması; Materialın və məhsulun xarab оlması və itkilərin qarşısını almaq məqsədilə mühafizəsinin təşkili və təmin оlunması; Yükləmə, bоşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinə rəhbərlik edilməsi; Müştərilərin sifarişlərinə görə materialların dəstlərə kоmplektləşdirilməsi, Sahənin xidməti avtonəqliyyatını müvəqqəti saxlamaq üçün lazım оlan sənədlərin rəsmiləşdirib qəbul edilməsi; Anbarda qоrunub saxlanan materialların hərəkəti ilə əlaqədər hesabat sənədlərinin və оnların uçоtunun aparılması; Həmçinin İnventarlaşdırmanın aparılması və aidiyyatı üzrə sənədləşdirilməsi, hər bir çeşid üzrə uçоt vərəqəsinin açılması və qeydlərin aparılması. Eyni zamanda vəzifə təlimatı üzrə və onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqavilədən irəli gələn öhədəlikdə qeyd edilmişdir ki, İşçi peşə təlimatı üzrə müəyyən olunmuş öhdəliklərini, əmək qanunvericiliyinin və daxili normativ sənədlərinin tələblərinə uyğun olaraq işəgötürənin, bilavasitə tabe olduğu rəhbərliyin ona verdiyi tapşırıq və göstərişlərini tam və ya qismən yerinə yetirmədikdə, təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində işəgötürənə maddi ziyan vurulduqda və ya işəgötürənin maraqlarının hüquqi müdafiəsinə neqativ təsir göstərildikdə işçi ilə əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir. Beləliklə, aparılmış araşdırma üzrə Zaqatala rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı İddiaçı əmək fəaliyyətində yol verdiyi nöqsanlar nəticəsində İşəgötürənə vurduğu madddi ziyana görə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriməsinə əsas verir. Yuxarıda qeyd olunan araşdırmanın nəticəsi olaraq Zaqatala rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin anbardarı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqavilələrinin ləğv edilməsinə münasibət bildirilməsi üçün Zaqatala RQİİ tərəfindən Həmkarlar təşkilatına xx.xx.2021-ci il tarixli SOCAR**********30560046X01348 saylı təqdimat verilmişdir. Zaqatala RQİİ xx.xx.2021ci il tarixli SOCAR**********30560046X01348 saylı təqdimatı əsasında Həmkarlar təşkilatı İddiaçı ünvanına xx.xx.2021-ci il tarixli 02 saylı bildiriş göndərərək xx.xx.2021-ci il tarixə müzakirə üçün Təşkilatın iclasına dəvət edilmiş və sözügedən bildiriş xx.xx.2021-ci il tarixdə rəsmi qaydada tərəfə təqdim edilmişdir. Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixdə baş tutmuş iclasında İddiaçı şəxsən iştirak etmiş, iclasda müvafiq izahat işləri aparılmış, yazılı və şifahi təqdim edilmiş izahatlarda anbar kəsirini və FQT-lərin anbardan yoxa çıxmasını onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf etmişdir. Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasda İddiaçı Zaqatala rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz olunmaması barədə qərar qəbul edilmişdir. Bu barədə X12 RQİİ-yə xx.xx.2021-ci il tarixli 03 saylı rəy təqdim etmişdir. Zaqatala RQİİ-yə xx.xx.2021-ci il tarixdə daxil olmuş rəy əsasında RQİİ tərəfindən müvafiq sənədləşmə işlərinin görülməsinə dair 15 iyul 2021-ci il tarixli SOCAR**********00040020A00165 saylı əmr verilmiş, daha sonra Həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli 02 saylı rəyi və SOCAR**********00040020A00165 saylı əmr əsasında İddiaçı ilə bağlanılmış xx.xx.2014-cü il tarixli 163 saylı əmək müqaviləsinə Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli SOCAR**********00070020B00132 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilmişdir. Bundan əlavə Mülki işin faktiki hallarından və sübutlarından göründüyü kimi İddiaçı xx.xx.2021-ci ildən işdən azad edilməsindən və ona əmrin elan olunmasından bir ay müddətində hazırkı tələblə məhkəməyə müraciət etməli halda əksinə 9 ay 10 gün sonra xx.xx.2022-cu il tarixdə elektron qaydada məhkəməyə müraciət etmiş və onun ərizəsi iddia müddətinin ötürüldüyü 9 ay 10 gün sonra məhkəmədə qeydiyyata alınmışdır. Beləliklə İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-3-cü hissələrinə əsasən, bu məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi İddiaçı xx.xx.2021-ci ildən işdən azad edildiyindən və ona əmr elan olunduğundan, həmçinin həmin əmri və digər sənədləri götürdüyündən onun hüququnun pozulduğu gün məhz xx.xx.2021-ci il tarixdir və o iddia müddətini ötürməklə 9 ay 10 gün sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müafiə etdiyini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi X17 etirazda qeyd edilənlərə uyğun izahat verərək iddia müddəti tədbiq edilərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İşin halları 163 nömrəli xx.xx.2014-cü il tarixli X14 X24 İtismar İdarəsinin rəisi X4 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə Zaqatala X22 İdarəsininin Zaqatala rayon üzrə Kargüzarlıq və İnzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı peşəsi üzrə işə qəbul edilmişdir. Zaqatala X22 İdarəsinin xx.xx.2014-ci il tarixli 163 saylı əmrdən görünür ki, İddiaçı Zaqatala X22 İdarəsinin Zaqatala rayonu üzrə Kərgüzarlıq və İnzibati təsərrüfat xidmətində 5-ci dərəcəli anbardarı peşəsinə qəbul edilməsinə dair xx.xx.2014-cü il tarixli əmək müqaviləsi rəsmiləşdirilmişdir. 05 yanvar 2015-ci il tarixli tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilədən görünür ki, İddiaçı ilə Azəriqaz İB-in Zaqatala X22ı İdarəsinin rəisi X19, müqaviləni maddi sərvətləri gələcəkdə qoruyub saxlamaq məqsədi ilə bağlamışdırlar. Müqaviləyə əsasən İddiaçı əşyaların, məhsulun və xam malın boşaldılması, yüklənməsi, anbarda saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüş və həmin müqavilədə qeyd edilən vəzifələrə əməl etməyə borcludur. 09 iyul 2021-ci il tarixli Zaqatala RQİİ-nin rəisi tərəfindən Zaqatala RQİİ-nin Həmkarlar Təşkilatına ünvanlanmış təqdimatdan görünür ki, Zaqatala xidmət sahəsinin Karguzarlıq və İnzibati təsərrüfat xidmətinin anbardarı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqavilələrinin ləğv edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. 02 nömrəli xx.xx.2021-ci il tarixli iclasa dəvət barədə bildirişdən görünür ki, İddiaçı Zaqatala RQİİ tərəfindən barəsində verilmiş xx.xx.2021-ci il tarixli təqdimatının müzakirəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə saat 10:00-da Zaqatala RQİİ-nin inzibati binasında keçiriləcək Zaqatala RQİİ Həmkarlar Təşkilatının iclasına dəvət edilmişdir. Zaqatala X22 İdarəsinin Həmkarlar X13 12 iyul 2021-ci il tarixdə keçirilmiş iclasının 02 nömrəli protokolun qərar hissəsindən çıxarışdan görünür ki, Zaqatala X22ı İdarəsinin Zaqatala xidmət sahəsinin Karguzarlıq və İnzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı İddiaçı ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç ” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. 15 iyul 2021-ci il tarixli SOCAr**********0040020A00165 nömrəli əmrdən görünür ki, Zaqatala X22ı İdarəsinin Zaqatala rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı İddiaçı barəsində toplanmış iş materiallarını, eləcə də iş üzrə Zaqatala RQİl-nın Həmkarlar Təşkilatının 03 saylı xx.xx.2021-ci il tarixli razılıq məktubunu nəzərə alaraq qüvvədə olan qanunvericiliyin və Azərbaycan Respublikasının Əmək Məcəlləsi tələblərinin təmini məqsədilə Zaqatala RQİİ-nin Ağdaş rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı İddiaçı ilə bağlanmış 163 saylı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsi və bu istiqamətdə sənədləşmənin xx.xx.2021-ci il tarixə qədər yekunlaşdırılması əmr edilmişdir. X25 İdarəsinin 01 iyun 2021-ci il tarixə Zaqatala xidmət sahəsi üzrə malmaterialların inventarizasiya aktından görünür ki, anbarda əskik gəlmiş materialların dəyəri 59,81 manat, SQ və İ xidmətində əskik gəlmə 276,94 manatdır. X25 İdarəsinin İnventarizasiya komissiyasının arayışından görünür ki, xx.xx.2021ci il tarixdə Zaqatala RQİİ-nin Zaqatala xidmət sahəsində mal-materialların hərəkəti və qalıqları yoxlanılmışdır. Yoxlama zamanı ümumi dəyəri 70,03 manat olan əksikgəlmə aşkarlanmışdır. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, fərdi qaz tənzimləyicilərinin əvəz edilməsi zamanı demontaj edilən fərdi qaz tənzimləyicilərindən 319 ədədi X\S-nin anbardarı, 4 ədədi isə TBX-nin texniki tərəfindən akt əsasında təhvil götürülmüşdür. X\S-nin anbarına baxış keçirilən zaman 36 ədəd fərdi qaz tənzimləyicisi aşkar edildi. X8 iddia müddətinin tədbiqinə dair ərizəsindən görünür ki, İddiaçı cavabdeh X9 və Zaqatala X22ı İdarəsinə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 15 iyul 2021-ci il tarixli əmrinin ləğv edilərək, onun işinə bərpa olunmaqla məcburi proqula görə əmək haqqının ödənilməsi barədə” iddia ərizəsinə 1 (bir) aylıq iddia müddəti tətbiq edilməklə tələbin rədd edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli ilkin mediaiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Zaqatala X22ı İdarəsinə qarşı işə bərpa mübahisəsi üzrə ilkin mediasiya sessiyasında iştirak etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1018/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X2rşı işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin icraatında olmuş 2(033)-1018/2021 nömrəli mülki işin elektron uçot qeydiyyat kartoçkasından görünür ki, iş xx.xx.2021-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsindən görünür ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 76-cı maddəsinin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 294-cü maddəsinin 2-ci hissəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir. 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı ilə X14 X24 İtismar İdarəsinin rəisi X4 arasında bağlanmış 163 nömrəli xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə Zaqatala X22 İdarəsininin Zaqatala rayon üzrə Kargüzarlıq və İnzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı peşəsi üzrə işə qəbul edilmişdir. Zaqatala X22 İdarəsinin xx.xx.2014-ci il tarixli 163 saylı əmr ilə xx.xx.2014-cü il tarixli əmək müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı ilə Azəriqaz İB-in Zaqatala X22ı İdarəsinin məsul şəxsi arasında 05 yanvar 2015-ci il tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqaviləyə əsasən İddiaçı əşyaların, məhsulun və xam malın boşaldılması, yüklənməsi, anbarda saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Zaqatala RQİİ-nin rəisi 09 iyul 2021-ci il tarixli təqdimatla Zaqatala RQİİ-nin Həmkarlar Təşkilatına müraciət edərək, Zaqatala xidmət sahəsinin Kərguzarlıq və İnzibati təsərrüfat xidmətinin anbardarı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqavilələrinin ləğv edilməsinə münasibət bildirilməsini xahiş edilmişdir. İddiaçı Zaqatala RQİİ tərəfindən barəsində verilmiş xx.xx.2021-ci il tarixli təqdimatının müzakirəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə saat 10:00-da Zaqatala RQİİ-nin inzibati binasında keçiriləcək Zaqatala RQİİ Həmkarlar Təşkilatının iclasına xx.xx.2021-ci il tarixli iclasa dəvət barədə bildirişlə dəvət edilmişdir. Zaqatala X22 İdarəsinin Həmkarlar X10 12 iyul 2021-ci il tarixdə keçirilmiş iclasında iddiaçı Zaqatala X22ı İdarəsinin Zaqatala xidmət sahəsinin Karguzarlıq və İnzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı İddiaçı ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç ” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. 15 iyul 2021-ci il tarixli SOCAR**********0040020A00165 nömrəli əmrlə Zaqatala RQİİ-nin Zaqatala rayonu üzrə Kərgüzarlıq və inzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı İddiaçı ilə bağlanmış 163 saylı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsi əmr edilmişdir. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, mübahisənin predmeti olan Zaqatala RQİİ-nin Zaqatala rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı İddiaçı ilə bağlanmış 163 saylı xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsinə dair əmr 15 iyul 2021-ci il tarixdə verilmiş və iddiaçı ilk öncə mübahisənin məhkəməyədək həlli üçün mediatora müraciət etmişdir. 23 avqust 2022-ci il tarixdə iddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayış təqdim edilmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayış təqdim edildikdən 10 gün sonra, yəni 02 sentyabr 2021-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək 15 iyul 2021-ci il tarixli əmri mübahisələndirmiş və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-1018/2021 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh X2rşı işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi iddiaçının özünün ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Qərardaddan şikayət verilməmiş və qanuni qüvvəsini almışdır. Qeyd edilən qərardad qəbul edildikdən 7 aydan artıq müddət keçdikdən sonra 27 may 2022-ci il tarixdə iddiaçı təkrar eyni məzmunlu iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı 15 iyul 2021-ci il tarixli əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X14 İddiaçı iddia ərizəsinə 1 (bir) aylıq iddia müddəti tətbiq edilməklə tələbin rədd edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Əmək münasibətlərindən irəli gələn iddia müddəti isə bir ay təşkil edir. İddiaçı qanunvericilikdə qeyd edilən iddia müddətini üzrsüz səbəbdən ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Zaqatala X22 İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi bir aylıq iddia müddəti ötürülməklə verildiyinə görə təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı Cavabdeh Zaqatala X22 İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar