Məhkəmə qərarları › İş №e-2(033)-666/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-666/2023

05.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-666/2023 05.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxslər Zaqatala rayonu 2 saylı Notariat Ofisi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “mirasın faktiki qəbul edilməsi, miras əmlaka sahiblik və mirasa dair mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddia tələbinin dəlilləri: Ərizəçi maraqlı şəxslər Zaqatala rayonu 2 saylı Notariat Ofisi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “mirasın faktiki qəbul edilməsi, miras əmlaka sahiblik və mirasa dair mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X10 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və Zaqatala şəhəri "xxxx" Şirkətinə dair miras əmlakının faktiki qəbul edilməsi, miras əmlaka sahiblik və mirasa dair mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, 20 dekabr 2014-cü ildə vəfat etmiş X10 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini hal-hazıra kimi faktiki olaraq Ərizəçi qəbul etmiş, miras əmlaka sahiblik edir. Ərizəçi 20 dekabr 2014-cü ildə vəfat etmiş Roza Quliyevanın doğma qızıdır, vərəsəsidir. Öz anasından qalmış miras əmlaka faktiki sahiblik edərək, miras əmlakda mülkiyyət hüququ qazanmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX – nin ******* nömrəli seriyalı Çıxarışın surətindən də göründüyü kimi, fərdi yaşayış evi mərhum X11 adına tam mülkiyyət hüququ üzrə qeyd edilmişdir. MA-0038489 saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında 0,054 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111.3 kvm olan Zaqatala şəhəri M.Ə.Sabir küçəsində yerləşən fərdi yaşayış evinin verilməsi həmin Çıxarış əsasında rəsmiləşdirilmişdir. Ərizəçi anasından qalmış miras əmlaka vərəsəlik haqqında şəhadətnamə alınması üçün Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisinə müraciət etmişdir. Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisindən Ərizəçi bildirilmişdir ki, 20 dekabr 2014-cü il tarixində vəfat etmiş anası X11 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və "xxxx" şirkətindən miras payı almaq üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilir. Eyni zamanda 2022-ci ilin sentyabr ayında Ərizəçi mərhum böyük qardaşının arvadı, yəni X6 və digərləri, Ərizəçi və digərlərinə qarşı Zaqatala rayon məhkəməsinə müraciət edərək həmin mübahisə predmeti olan Zaqatala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 33 saylı evə dair vərəsəlik hüquqlarının tanınmasını, vərəsəlik haqqında şəhadətnamənin verilməsi və evə dair çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdirlər. Daha sonra isə həmin e2(033)-816/2022 nömrəli iş üzrə iddiaçılar Zaqatala rayon məhkəməsinə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdirlər. Zaqatala rayon məhkəməsinin hakimi Tural Həsənovun 2(033)-816/2022 nömrəli xx.xx.2022-ci il tarixli çıxarmış olduğu qərardada əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iddia ərizəsinin 2022-ci ilin sentyabr ayında verildiyi nəzərə alınsa mübahisə predmeti olan Ərizəçi anasından miras qalmış Zaqatala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 33 saylı ev hələ də mərhum X11 mülkiyyətində olduğu aydın olur. Bundan başqa, Zaqatala rayonu, 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X3 verdiyi 15 fevral 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində vəfat etmiş X30 məxsus miras əmlaklarından onun vərəsələri bərabər irs almalıdırlar. X5 məxsus xx.xx.1997-ci il tarixində 32188 nömrə ilə qeydiyyata alınmış "xxxx" şirkətindən anası X15 miras payı qalmışdır. X27 Borisovna öz oğlu X17 ona miras qalmış Zaqatala şəhərində yerləşən "xxxx" şirkəti, Ərizəçi mərhum anası X11 mülkiyyətindədir. Etirazın dəlilləri: Etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Ərizəçi nümayəndəsi Vəkil məhkəmə iclasında tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər Zaqatala rayonu 2 saylı Notariat Ofisi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə mülki işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarına əlavə edilmiş Zaqatala rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindn görünür ki, X14 xx xxxx 1964-cü ildə doğulmuşdur. X2 və anası X13. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında çıxarışdan görünür ki, X24 ilə X22 25 may 1961-ci ildə evlənmişlər. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 15 dekabr 2014-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın qeydiyyat nömrəsi ********** saylı xx.xx.2010-cu il tarixli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala şəhəri X42 küçəsi 0,054 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömərli reystr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi 20 dekabr 2014-cü ildə vəfat etmiş anası X10 miras qalmış ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi, ünvan 8anda fərdi yaşayış evi və "xxxx" Şirkətindən ona pay verilməsini xahiş etmiş, lakin ona Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətini ötürdüyü bildirilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 11 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi anası X28 15 dekabr 2014cü il tarixdə, atası X24 17 iyun 2015-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra övladları X18, Ərizəçi, X19, X31 qanunla müəyyən edilmiş müddəti ötürmədən mirasın qəbulu üçün ərizə ilə müraciət edərək mirası vaxtında qəbul etmişlər. Atasından miras qalmış mirasa dair müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi tərəflərindən onlara dəfələrlə təkilf olunmuş, lakin atasından qalmış payın verilmədiyi halda şəhadətnaməni götürməkdən imtina etmişlər. Mirasın qəbul edildiyi müddət haqqında AR MM-in 1246-cı maddəsinə əsasən iddiaçı anasından qamış mirasın qəbulu üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Müddətin bərpası üçün Zaqatala rayon məhkəməsinə müraciət etmişlər. Məhkəmənin 19 may 2020-ci il tarixli 2(033)-359/2020 saylı işlə bağlı qətnaməsi ilə X4mış mirasa dair vərəsəlik şəhadətnaməsi almaq üçün müddətin bərpa edilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Bundan sonra işə Şəki Apellyasiya məhkəməsində baxılmış və məhkəmənin 03 sentyabr 2020-ci il 2(107)-1613/2020 nömərli işlə bağlı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmişdir. İddiaçının mərhum anası X10 miras qalmış miras əmlakın ünvan 3 ünvandakı fərdi yaşayış evinin faktiki istifadəçisi olduğu haqqında heç bir məlumat aşkar olunmamışdır. Yuxarıda qeyd olunan əmlakın faktiki istifadəçisi olan nəvləri X34, X20 və X32 Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsaslanaraq 20 aprel 2023-cü il tarixdə 2V-421 və 2V-422 reystr nömərli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İş materiallarına əlavə edilmiş 20 aprel 2023-cü il tarixli 2V-421 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 dekabr 2014-cü il tarixdə vəfat etmiş X11 vərəsləri ünvan 9 ünvanda qeydiyyatda olan nəvəsi X34, ünvan 10 saylı evdə qeydiyyatda olan nəvəsi X20, Zaqatala şəhəri Vasif Qurbanov küçəsi 16 saylı evdə qeydiyyatda olan nəvəsi X33r və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsi tərəfindən 31 mart 2010-cu il tarixdə X15 verilmiş **********39-10301 reystr nömərli, ********* qeydiyyat nömərli dövlət reystrindən çıxaeışa əsasən ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 111,3 kvm, yaşayış sahəsi 63,6 kvm, yardımçı sahəsi 47,7 kvm 3 otaqlı fərdi yaşayış evi və 0,054 ha torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş 20 aprel 2023-cü il tarixli 2V-421 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 dekabr 2014-cü il tarixdə vəfat etmiş X11 vərəsləri ünvan 9 ünvanda qeydiyyatda olan nəvəsi X34, ünvan 10 saylı evdə qeydiyyatda olan nəvəsi X20, Zaqatala şəhəri Vasif Qurbanov küçəsi 16 saylı evdə qeydiyyatda olan nəvəsi X33r və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 06 yanvar 1997-ci il tarixində qeydiyyat nömərsi 32188, 19970106, hüquqi ünvanı Zaqatala rayonu Yuxarı Tala, VÖEN ********** "xxxx" Şirkətində olan nizamnamə kapitalının məbləği 4962 manat 83 qəpik, nizamnamə kapitalındakı payı 4962 pay, nizamnamə kapitalındakı faizi 16,66 faiz olan paydan ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, 15 may 1941-ci ildə Gəncə şəhərində doğulmuş X28 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 20 sentyabr 2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar açkar edilmişdir: əri X25 (xx.xx.1930-cu il. ölüm tarixi xx.xx.2015-ci il), oğlu X36 (03.011.1960-cı il, ölüm tarixi xx.xx.2011-ci il), oğlu X37 (xx.xx.1962-ci il), qızı Ərizəçi (xx.xx.1964-cü il), oğlu X8 (xx.xx.1965-ci il, ölüm tarixi xx.xx.2020-ci il), qızı X18 (xx.xx.1968-ci il), oğlu X31 (xx.xx.1971-ci il), oğlu X26 (xx.xx.1973-cü il), qızı X19 (xx.xx.1976-cı il). İş materiallarına əlavə edilmiş 2 saylı Bakı “ASAN XİDMƏT” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 17 iyun 2015-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş “Elektron-notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan görünür ki, ünvan 9 ünvanda X34 və X7 qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş X18, X19 və X31 tərəfindən verilmiş Notaiat Ofisinə verilmiş ərizələrdən görünür ki, onlar anaları 15 dekabr 2014-cü ildə vəfat etmiş anaları X10 miras qalmış əmlakın onlara çatası payları faktiki qəbul etməmişlər, etmək niyyətində deyildirlər və gələcəkdə bu barədə məhkəmə orqanlarına müraciət etməyəcəklər. İş materiallarına əlavə edilmiş Zaqatala rayon məhkəməsinin 19 may 2020-ci il tarixli 2(033)-359/2020 saylı qətnaməsindən görünür ki, X9 15 dekabr 2014-cü ildə vəfat etmiş anası X10 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsi almaq üçün müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2020-ci il tarixli 2(107)-1613/2020 saylı qətnaməsindən görünür ki, ərizəçilər X18, Ərizəçi, X31 və X19 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Zaqatala rayon məhkəməsinin 19 may 2020-ci il tarixli 2(033)-359/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı və məcburi hüquqi qüvvəsi olan qeyd edilən qərarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddialara baxır. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını araşdırıb proses iştirakçılarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 111,3 kvm, yaşayış sahəsi 63,6 kvm, yardımçı sahəsi 47,7 kvm olan 3 otaqlı fərdi yaşayış evi və 0,054 ha torpaq sahəsi, eləcə də hüquqi ünvanı Zaqatala rayonu Yuxarı Tala kəndidə yerləşən (VÖEN **********) "xxxx" Şirkətinin nizamnamə kapitalındakı 16,66 faiz pay X15 məxsus olmuş və onun 15 dekabr 2014-cü il tarixdə ölümündən sonra miras qalmışdır. Ərizəçi mirası qəbul etdiyini qeyd etsə də, ərizəsinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. İş üzrə olan sübutlarla X4mış mirasın ərizəçi tərəfindən qəbul edilməsi halı təsdiq edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə olan sübutlarla ərizəçinin mərhum anası X4mış mirasa sahiblik etməyə faktik başlamaqla, həmin əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi təsdiq olunmadğından, ərizə təmin edilə bilməz. Məhz bu səbəbdən ərizə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi tərəfindən tələb olunmadığından, həmin xərc iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Zaqatala rayonu 2 saylı Notariat Ofisi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı mərhum X10 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və Zaqatala şəhəri "xxxx" Şirkətinə dair miras əmlakının faktiki qəbul edilməsi, miras əmlaka sahiblik və mirasa dair mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi təmin edilməsin. Ərizəçinin dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar