Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-71/2023 23.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylarından naturada ayrılması və ya (əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əmlaka tənasübsüz zərər vurmadan mümkün deyildirsə) kompensasiya ödənilməklə cavabdehin ümumi birgə mülkiyyətdəki pay hüququnun itirilmiş hesab edilməsi və cavabdehin, onun ailə üzvlərinin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 qarşı “mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestrindən verilmiş (hazırda AR İqtisadiyyat Nazirliyi yanında DƏX) qeydiyyat nömrəsi 362 *** **** olan, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan Zaqatala rayonu, Lahıc kəndində yerləşən evdən istifadə qaydaları, həmin ikimərtəbəli evin birinci mərtəbəsinə Cavabdeh1 istifadə hüquqlarının tanınması, ikinci mərtəbəsinə onun və İddiaçı2 istifadə hüquqlarımın tanınması və qalan hissələri ümumi istifadədə olmaqla bərabər paylarla istifadə hüquqlarının tanınması, istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0.1795 ha torpağı olan 123 kv.m sahəsi olan ( 58.4kv.m+64.6 kv.m) 3 (üç) otaqlı evin 2/4 hissəsinin onun, yəni İddiaçı1, ¼ hissəsinin qızım İddiaçı2, qalan ¼ hissəsinin isə Cavabdeh1 olmaqla mülkiyyətindədir. Mərhum həyat yoldaşı X7 vəfat etmişdir. Üç övladı vardır. Onlardan biri X12 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Qalan iki övladı xx.xx.1988ci il təvəllüdlü X8 və xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh1dur. Müvafiq çıxarışdan da göründüyü kimi, onların hər ikisi sözügedən evdə mülkiyyətçidirlər. Oğlu cavabdeh V. Qocayev də ailəlidir və onunla birlikdə mülkiyyətində olan yuxarıda göstərilən ünvandakı evdə yaşayır, lakin o, xeyli müddətdir ki, həm onunla, həm də digər İddiaçı2 ilə münasibətlərini gərginləşdirib, onları tez-tez narahat edir, onlarla birlikdə yaşamaq istəmir deyə onunla bir evdə hazırkı vəziyyətdə yaşamaq mümkünsüz hala gəlmişdir. İddiaçı1 və İddiaçı2 15 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “iddia tələbinin dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********06- 10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun, qızı İddiaçı2 və cavabdeh İddiaçı1 oğlunun adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Lahıc kəndində yerləşən ümumi sahəsi 123 kv.m. olan fərdi yaşayış evindən və 0,1795 ha yaşayış məntəqələrinin torpaq sahəsindən Cavabdeh1 ¼ hissə payının, onun 2/4 hissə, qızı İddiaçı2 ¼ hissə paylarından naturada ayrılması və ya (əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əmlaka tənasübsüz zərər vurmadan mümkün deyildirsə) cavabdehə onun payının dəyəri ödənilməklə yəni kompensasiya ödənilməklə onun ümumi birgə mülkiyyətdəki payına olan hüququnun itirilmiş hesab edilməsi və cavabdehin, onun ailə üzvləri ilə birlikdə Zaqatala rayonu Lahıc kəndində yerləşən ümumi sahəsi 123 kv.m. olan fərdi yaşayış evindən və 0,1795 ha yaşayış məntəqələrinin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 10 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Lahıc kəndində yerləşən ümumi sahəsi 123 kv.m olan fərdi yaşayış evindən və 0,1795 ha yaşayış məntəqələrinin torpaq sahəsindən Cavabdeh1 ¼ hissə payının, onun 2/4 hissə, qızı İddiaçı2 ¼ hissə payından naturada ayrılması və ya (əgər payların naturada ayrılması yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əmlaka tənasübsüz zərər vurmadan mümkün deyilsə) cavabdehə onun payının dəyəri ödənilməklə yəni kompensasiya ödənilməklə onun ümumi birgə mülkiyyətindəki payına olan hüququnun itirilmiş hesab edilməsi və cavabdehin onun ailə üzvləri – həyat yoldaşı Cavabdeh2 və azyaşlı övladları X4 və X10 ilə birkikdə Zaqatala rayon Lahıc kəndində yerləşən ümumi sahəsi 123 kv.m olan fərdi yaşayış evindən və 0,1795 ha yaşayış məntəqələrinin torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 və İddiaçı2 nümayəndəsi İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O, izahatında daha sonra qeyd etmişdir ki, Cavabdeh1 onun oğlu olsa da ona qarşı hörmətsiz davranmışdır, oğlu və digər cavabdeh olan gəlini onunla bir evdə yaşadığı müddət ərzində onu yaşamaq üçün evin zirzəmisinə yerləşdirmişlər, evdə olan sanitar qovşağından və mətbəxdən istifadə etməyə imkan vermirdilər. O, nəmişlik içində olan zirzəmidən istifadə etmək məcburiyyəti qarşısında qalmışdır. Onun və digər iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət və evdən istifadə hüquqları pozulmuşdur. Həyatının sonun normal yaşamağının yeganə çıxışını cavabdehlərdən ayrılmaqda görür. Məhkəmə prosesi vaxtı müəyyən edilmişdir ki, Cavabdeh1 11 avqust 2021-ci il tarixə Rusiya Federasiyasına getmişdir, onun ailə üzvü digər Cavabdeh2 qanunda nəzərdə tutlmuş qaydada məhkənin vaxtı və yeri barədə xəbərdarlıq edilsə də sonuncu məhkəmə proseslərinə gəlməmişdir və səbəbinin üzürlü olub-olmaması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 iyul 2021-ci il olan olan Çıxarışın və texniki pasportun surətindən görünür ki, Zaqatala rayonunun Lahıc kəndində 0,1795 ha həyətyanı torpaq sahəsində yerləşən , 123 kv.m (58.4kv.m+64.6 kv.m) sahəsi olan 3 otaqlı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla İddiaçı2, payı ¼ hissə olmaqla Cavabdeh1 və payı 2/4 hissə olmaqla İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Lahıc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 ilə bir təsərrüfatda olan oğlu Cavabdeh1 arvadı X11, qızı X4 və oğlu X3 ibarət ailə üzvləri ilə birlikdə hal-hazırda Lahıc kəndində yaşamır. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında arayışdan görünür ki, Cavabdeh1 ilə X11 nikahlarını 22 iyul 2017ci ildə bağlamışdır. Nikah bağlandıqdan sonra arvada Qocayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbsi tərəfinən verilmiş doğum haqqında arayışlardan görünür ki, X4 02 iyun 2018-ci ildə, X13 25 noyabr 2021-ci ildə doğulmuşdur. Valideynləri ataları Cavabdeh1 və anaları Cavabdeh2dır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş şəxsin sənəd məlumatlarından görünür ki, X9 11 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası sərhədindən çıxış etmişdir. (Sərhədin portu Krasnodar). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/8572 saylı ekspert rəyindən görünür ki, Zaqatala rayonu Lahıc kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin ¾ və ¼ hissələrə bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4 bəndlərinə və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Zaqatala rayonu, Lahıc kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin həmin evin yerləşdiyi torpaq sahəsi ilə birlikdə bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 50000 manat məbləğində müəyyən olunur. Belə olan halda qeyd olunan fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin 3/4 hissəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 37500 manat (50000 manat x 3/4), 1/4 hissəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 12500 manat (50000 manat x 1/4) məbləğində müəyyən olunur. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.3-cü maddəsinə müvafiq olaraq paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala rayonu Lahıc kəndində 0,1795 ha həyətyanı torpaq sahəsində yerləşən, 123 kv.m (58.4 kv.m+64.6 kv.m) sahəsi olan 3 otaqlı fərdi yaşayış evi 2/4 hissə İddiaçı1, 1/4 hissə İddiaçı2, 1/4 hissə Cavabdeh1 məxsus olmaqla paylı mülkiyyətdədir. Paylarına uyğun olaraq fərdi yaşayış evinin sahəsi 92.25 kv.m (43.8 kv.m+48.45 kv.m) olan hissəsi iddiaçıların, 30.75 kv.m (14.6 kv.m+16.15 kv.m) hissəsi Cavabdeh1 payına düşür. İddiaçıların və ya cavabdehin paylarının naturada ayrılması mümkün deyil. Eyni zamanda cavabdehin ümumi əmlakdan real surətdə ayrılması da mümkün olmayan payı cüzidir. İş üzrə sübutlarla cavabdehin ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olması təsdiq edilməmişdir. Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş və evdən istifadə edilməsində mühüm mənafeyinin olması barədə sübut təqdim etməmişdir. Bundan başqa Cavabdeh1 2021-ci il rarixdən Rusiya Federasiyasında yaşadığından məhkəmə proseslərində iştirak etmədiyi üçün onun könüllü olaraq kompensasiyanı qəbul edib etməməsini müəyyən etmək mümkün olmadığından məhkəmə onun ümumi mülkiyyətdə olan payını cüzi hesab edərək və onun payının real surətdə ayrıla bilməməsini və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olması təsdiq olunmadığı üçün, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoymasını digər mülkiyyətçilərin mənafeyi baxımından doğru hesab edir. 14 aprel 2023-cü il tarixli 10/8572 saylı ekspert rəyi ilə cavabdehin ümumi əmlakdan real surətdə ayrılması da mümkün olmayan cüzi payının (fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin 1/4 hissəsi) dəyərinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq təqribən 12500 manat olduğu müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş ekspertin qiymətləndirmə sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, onun cavabdehin ümumi əmlakdan real surətdə ayrılması da mümkün olmayan cüzi payının dəyərinin təqribən 12500 manat olduğuna dair müəyyən etdikləri ilə razılaşır və cavabdehin payının dəyərinin həmin məbləğdə olduğunu işin hallarına uyğun sayır, iddiaçıların da cavabdehə ümumi əmlakdakı 12500 manat dəyərindəki payına uyğun kompensasiya ödəməli olduqları nəticəsinə gəlir. İddiaçılar Cavabdeh2 və azyaşlı övladları X4 və X13 ilə birlikdə Zaqatala rayonu Lahıc kəndində yerləşən ümumi sahəsi 123 kv.m. olan fərdi yaşayış evindən və 0,1795 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsindən çıxarılmasını tələb etsələr də, onların istifadə hüquqlarına xitam verilməsini tələb etmirlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin paylarının naturada ayrılması mümkün olmadığından, iddia tələbi payların naturada ayrılması hissəsində təmin edilə bilməz. Bununla yanaşı, tərəflərin paylarının naturada ayrılması mümkün olmadığından, eləcə də cavabdehin ümumi əmlakdan real surətdə ayrılması mümkün olmayan payı cüzi olduğundan, ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyi olmadığından, Cavabdeh1 onun ümumi əmlakdakı payının dəyəri olaraq 12500 manat kompensasiya ödənilməklə o, ümumi birgə mülkiyyətdəki payına olan hüququnu itirmiş hesab edilməli və Zaqatala rayonu Lahıc kəndində yerləşən ümumi sahəsi 123 kv.m. olan fərdi yaşayış evindən və 0,1795 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə bununla yanaşı hesab edir ki, Cavabdeh2 və azyaşlı övladları X4 və X5 Zaqatala rayonu Lahıc kəndində 0,1795 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən mülkiyyətçilərlə bərabər istifadə etmək hüququna malik olduqlarından, iddia tələbi onların fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları hissəsində təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb olunmadığından həmin xərc onun özünə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh1 12500 (on iki min beş yüz) manat kompensasiya ödənilməklə Zaqatala rayonunun Lahıc kəndində yerləşən ümumi əmlak olan 0,1795 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 123 kv.m-dan ibarət fərdi yaşayış evindəki pay hüququ itirilmiş hesab edilsin. Qocayev X6 rayonunun Lahıc kəndində yerləşən 0,1795 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 123 kv.m-dan ibarət fərdi evindən çıxarılsın. İddia tələbi payların naturada ayrılması və Cavabdeh2 uşaqları X4 və X13 ilə birlikdə Zaqatala rayonunun Lahıc kəndində yerləşən 0,1795 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 123 kvm-dan ibarət fərdi evindən çıxarılmaları hissələrində rədd edilsin. İddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb olunmadığından həmin xərclər onların özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-71/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-71/2023
23.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver