Məhkəmə qərarları › İş №e-2(033)-744/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-744/2023

25.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-744/2023 25.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus olan Zaqatala rayonu, Muxax kəndində yerləşən (********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış) fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Muxax kəndində ona məxsus fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixdə mülkiyyət hüquqları DƏDRX-də qeydiyyata alınaraq çıxarış verilmişdir. Mülki iş üzrə cavabdeh onun bacısıdır. X2 ona məxsus fərdi yaşayış evində qeydiyyatda olsa da, Zaqatala rayonu, Aşağı Tala kəndində yaşayır. Cavabdehin fərdi yaşayış evində qeydiyyatda olması mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz dail olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki iş üzrə cavabdeh məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi, yəni Cavabdeh ünvan 1i ünvanda yerləşən iddiaçının evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********46-10301 olan ünvan 1i ünvanında yerləşən 0,1507 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X4, X3 mülkiyyəti kimi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 106,80 kv.m olan fərdi yaşayış evi isə İddiaçı mülkiyyəti kimi qeydə alınmışdır. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, həqiqətən Muxax kənd sakini İddiaçı məxsus Muxax kəndində yerləşən, reyestr nömrəsi **********46-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 olan fərdi yaşayış evində hal-hazırda iki təsərrüfat mövcuddur. İddiaçı özünə məxsus təsərrüfatı və X1na məxsus təsərrüfat vardır. İddiaçı məxsus təsərrüfatında özü, arvadı X11, oğlu X9, qızı X8 və oğlu X13 qeydiyyatdadır və onlar hal-hazırda həmin evdə yaşayırlar. Anasına məxsus təsərrüfatda isə X1 və bacısı Cavabdeh vardır. Hal-hazırda anası və bacısı həmin evdə qeydiyyatdadır. X1 hal- hazırda oğlu İddiaçı ilə birlikdə həmin evdə yaşayır, lakin X2 isə 2013-cü ildən Aşağı Tala kəndində yaşayır. Tədbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı Azərbaycan Respublikası “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratfikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburlliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratfikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununu 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı iddiaçı tərəfin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 1ində yerləşən 0,0154 ha torpaq sahəsi İddiaçı, X6 və X3 mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 106,80 kv. metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyəti kimi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə rəsmiləşdirilmişdir. ünvan 1ində yerləşən 0,0154 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində hal-hazırda iddiaçının anası və bacısı qeydiyyatdadır. İddiaçının X1 hal-hazırda oğlu-İddiaçı ilə birlikdə həmin evdə yaşayır, lakin X2 isə 2013-cü ildən Aşağı Tala kəndində yaşayır. Hazırda iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evində cavabdehə məxsus hər hansı əşya yoxdur. Buna baxmayaraq, cavabdehin adı uzun müddətdir ki, iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evində qeydiyyatda qalmışdır. Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaya isə hər hansı münasibət bildirməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının ailə üzvü olmuş, cavabdeh mübahisəli mənzildən 2013-cü ildən köçsə də, fərdi yaşayış evində pasport qeydiyyatında formal olaraq qalmışdır, bu da iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur, kommunal xərclərin meydana gəlməsi və mülkiyyətçinin mənzil üzərində sərəncam vermək hüquqlarının məhdudlaşması ilə nəticələnir. Cavabdeh hazırda mülkiyyətçinin-iddiaçının ailə üzvü deyil və iddiaçı ilə birgə yaşamır. Yuxarıda şərh olunanlardan göründüyü kimi cavabdehin mübahisəli fərdi yaşayış evində qeydiyyatda olması mülkiyyətçinin hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Ona görə də, məhkəmə iddiaçının mülkiyyət hüquqlarını müdafiə etməklə, cavabdehin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin müəyyən edilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cavabdehin həqiqətən də fərdi yaşayış evindən istifadə hüququ itirilmişdir. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehin fərdi yaşayış evindən istifadə hüququnun olmadığını iddia edir. İşdən də görünür ki, cavabdeh iddiaçının ümumi birgə mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən digər təsərrüfatda qeydiyyatdadır və 2013-cü ildən o ümumiyyətlə ünvan 1ində yaşamır. Beləliklə, yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə onu da qeyd edir ki, bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehin evə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin fərdi yaşayış evindən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Cavabdeh ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyəti kimi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi müəyyən edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyəti kimi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar