Məhkəmə qərarları › İş №e-2(033)-768/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-768/2024

02.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-768/2024 02.12.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddia tələbi və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərə məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evinə onunla birlikdə birgə nikahlarından 01 sentyabr 2007-ci il tarixdə doğulmuş X11, 30 may 2009-cu il tarixdə doğulmuş X12 və 01 dekabr 2017-ci il tarixdə doğulmuş X2, 60 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun da cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) 28 oktyabr 2020-ci il tarixli, 2(033)-631/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X9 ilə Cavabdeh1 arasında bağlanmış 18 mart 2008-ci il tarixli nikah qeydinin pozulması, nikahın pozulması Qeydiyyat Şöbəsində rəsmiləşdirilərkən 15 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, iddiaçının dövlət rüsumundan azad edilməsi, tərəflərin birgə nikahından 01 sentyabr 2007-ci ildə anadan olmuş X15, 30 may 2009-cu ildə anadan olmuş X16 və 01 dekabr 2017-ci ildə anadan olmuş X10 anaları X5 himayəsində saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 04 iyun 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 408 manat sabit pul məbləğində alimentin Cavabdeh1 tutularaq iddiaçıya verilməsi və qətnamənin alimentə dair hissəsinin dərhal icrasına başlanılması qət edilmişdir. 2023-cü ildə isə alimenti məhkəməyə müraciət edərək artırmışdır. İddiaçı cavabdehlə 18 mart 2008-ci il tarixdə rəsmi nikahla gəlin kimi qayınatasının evinə ərə köçmüşdür. Evləndikdən sonra keçmiş həyat yoldaşının valideynləri ilə birgə yaşamışdır. 2023-cü ildə qaynanası vəfat etmişdir. Həmin evdə 18 il yaşamışdır. Hal-hazırda da bütün əşyaları, cehizləri həmin evdədir. Həmçinin ev hal-hazırda boşdur, evdə heç kim yaşamır. Lakin, cavabdehlər onu və uşaqlarını bir yerdə yaşadıqları evdə yaşamağa qoymur, onu işıqsız qoyaraq evdən çıxarmışlar. Bundan əlavə o hazırda Zaqatala rayonu ərazisində kirayə mənzildə 3 uşağı ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir və heç bir qazancı yoxdur. Buna görə də onun və üç uşağının normal şəraitdə yaşaması üçün gəlin köçdüyü fərdi yaşayış evindən istifadə hüququnun verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən isə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onun bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmçinin Həmin Məcəllənin 30.4-cü maddəsində qeyd edilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.6-cı maddəsinə əsasən Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələr gəlmişdir: Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir; Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilə bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərar almışdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmçinin mediasiya prosesində ödədiyi 60 manat mediasiya xərci və iddia qaldırılması üçün Zaqatala rayon Məhkəməsinə ödədiyim 50 manat dövlət rüsumunun da cavabdehlərdən alınıb ona verilməsini tələb edir. Cavabdehə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə məxsus sənədləri cavabdehdə olduğu üçün məhkəməyə təqdim edə bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh2 məhkəməyə 24 iyun 2024-cü il tarixdə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə oğlu Cavabdeh1 18 mart 2008-ci il tarixdə nikaha daxil olmuşdurlar. Bundan sonra olar Rusiya Ferasiyasında, Bakı şəhərində və Zaqatala şəhərinin mərkəzində kirayadə qalmışdırlar. 2020-ci ildə onların arasında nikah pozulmuşdur. İddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi mərhum arvadı X7 məxsus olmuşdur. Həmin fərdi yaşayış evi FHN-yi tərəfindən mərhum arvadı Mərhəmət Şərifovanın adına inşa edilmişdir. Hazırki vəziyyətdə nə onun, nə də oğlunun ailə üzvü olmayan İddiaçı Seyifəli qızını saxlamaq kimi bir vəzifəsi yoxdur. İddiaçının məqsədi evə köçmək yox, onları psixoloji olaraq özündən asılı vəziyyətdə qoymaqdır. İddiaçıya sual vermək lazımdır ki, o, indiyə qədər harada yaşayıb? Əgər uzun müddətdir ki, özünü yaşayış sahəsi ilə təmin etmişdirsə, onda nəyə görə hazırki iddianı qaldırıb? İddiaçı Seyifəli qızı, ona və oğlu Cavabdeh1 qarşı "evə köçürmə tələbinə dair" iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, 0, 2005-ci ildə Cavabdeh1 ilə qeyri rəsmi evlənmiş, nikahları isə 18 mart 2008-ci ildə rəsmiləşdirilmişdir. Birgə nikahdan onların 01 sentyabr 2007-ci ildə Ayla, 30 may 2009-cu ildə Alsu və 01 dekabr 2017-ci ildə Amin adlı üç uşaqları doğulmuşdur. O, gəlin kimi cavabdehlərə məxsus evə köçmüşdür. Həmin evin yerində 2012-ci ildə FHN tərəfindən 4 otaqlı ev tikilmişdir. FHN tərəfindən ev tikilərkən uşaqları ilə birlikdə onun qəzalı evdə yaşamaları nəzərə alınaraq 4 otaqlı ev tikilmişdir. O, uzun müddət orada yaşasa da daha sonra cavabdehlər onu əsassız olaraq həmin evdən çıxartmışlar. Cavabdehlər qəsdən evin işığını kəsmişlər və onu uşaqları ilə birlikdə mübahisəli evdə yaşamasına maneələr yaratmışlar. Həmin evdən çıxdıqdan sonra o, bir müddət xalasıgildə yaşamış, daha sonra isə aylıq kirə haqqı 100 manat olan ev tutaraq orada yaşamağa başlamışdır. Mübahisəli evdə yaşamağa əri, baldızı, qaynanası və qayınatası imkan verməmişlər. Baldızı ona demişdir ki, həmin ev onun istirahət evidir. Cavabdehlər isə onun toyuq-cücəsini həyətə buraxarkən onları vurub öldürmüş, ipə düzdüyü paltarları yerə atmışlar. Bir sözlə onu orada rahat yaşamağa imkan verməmişlər. Cavabdehlərin mübahisəli evdən başqa şəhərdə də evləri vardır. Əri özlərinə şəhərdə ev tikmək üçün torpaq sahəsi almış və həmin torpaq sahəsini anasının adına rəsmiləşdirmişdir. Əri ilə aralarındakı münasibətlər pozulduqdan sonra o, həmin torpaq sahəsini satmış və pulu ilə qardaşına ev tikdirmişdir. Cavabdehlər ona təklif etmişlər ki, o, alimentdən imtina etsin və qarşılığında ona yaşamaq üçün ev versinlər. Lakin o, bununla razılaşmamışdır. Belə ki, o, aliment almasa uşaqlarını dolandıra bilməz. Ən kiçik övladı az yaşlı olduğundan onu evdə qoyub işə gedə bilmir. Mübahisəli evdə onun illəri keçmiş və həmin evdə çox əziyyət çəkmişdir. Cavabdehlərin ona verdikləri pul ödənilməyən alimentlərdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 01 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçıya təklif etmişdir ki, ona yaşayış üçün ev versin, lakin sonuncu bununla razılaşmamış və onlardan pul istəmişdir. Onlar da hər ay iddiaçıya aliment olaraq 1500 manat pul vermişlər. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə gəlməməsinin üzrülü olması barədə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki iş üzrə həmin cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ N 401621 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X9 arasında bağlanmış nikaha Zaqatala rayon məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-631/2020 saylı qətnaməsinə əsasən 12 iyul 2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2022-ci ilin 02 ayının 24 günündə 29 nömrə ilə qeyd edilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 01 dekabr 2017ci ildə doğulmuşdur. AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 30 may 2009-cu ildə Zaqatala rayonunun Əliabad qəsəbəsində doğulmuşdur. Valideynləri Cavabdeh1 və Şərifova Səbuhədir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 01 sentyabr 2007-ci ildə doğulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 19 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 və X6 adlarına ünvan 1i ünvanında qeydiyyata alınmış fərdi yaşayış evinin olması ilə bağlı 18 saylı Zaqatala Ərazi İdarəsində və keçmiş DTİ və MHQ idarələrinin arxiv fondunda məlumat aşkar edilməmişdir. Zaqatala RİHB-ın Faldarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixli 263 saylı arayışından görünür ki, X1 2005-ci ildən Cavabdeh2 Məhəmməd oğluna məxsus evdə Cavabdeh1 ilə birlikdə yaşamışlar və yaşadıqları müddətdə övladları 2007-ci il təvəllüdlü X15, 2009-cu il təvəllüdlü X16 və 2017-ci il təvəllüdlü X18 doğulmuşdur. 2020-ci ilədək Cavabdeh2 Məhəmməd oğluna məxsus evdə yaşamışlar. 2020-ci ildə boşanmışlar və yenidən həmin evdə üç övladları ilə birlikdə 2022-ci ilə qədər yaşamışlar. Zaqatala RİHB-ın Faldarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli 232 saylı arayışından görünür ki, Cavabdeh2 oğlu Cavabdeh1 onun təsərrüfatından ayrıdır. Zaqatala RİHB-ın Faldarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 atası Cavabdeh2 təsərrüfatından ayrıldıqdan sonrada həmin evdə ailəsi ilə birlikdə yaşamışdırlar. Zaqatala RİHB-ın Faldarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 atası Cavabdeh2 aid 4 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 132 və 133-cü səhifələrinə əsasən ümumi sahəsi 177 kvm 4 otaqlı bir mərtəbəli evi vardır. 29 aprel 2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 29 aprel 2024-cü il tarixdə saat 11:00-12:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərci və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. 02 iyun 2024-cü il tarixli mədaxil qəbzin surətindən görünür ki, X9 tərəfindən 51 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Uşaqların hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci abzasına görə hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. 5-ci maddəsinin birinci cümləsinə görə Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı tələbini, 2005-ci ildə cavabdehlərdən Cavabdeh1 ilə faktiki ailə quraraq 2012-ci ildə rayonda baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və FHN tərəfindən sökülərək yerində yeni 4 otaqlı fərdi yaşayış evi tikilmiş evə gəlin köçməsi, nikahlarını isə xx.xx.2008-ci il tarixdə bağlamaları, uşaqlarının köhnə və onun yerində inşa edilmiş yeni fərdi yaşayış evində doğulub böyümələri, həmin evlərdə uşaqları ilə 2020-ci ilədək orada yaşaması, əri ilə arasındakı nikahın 28 oktyabr 2020-ci il tarixdə məhkəmə qaydasında pozulması, bundan sonra cavabdehlərin evdən istifadəsinə maneələr törətmələri və bu səbəbdən evdən çıxmağa məcbur edilməsi ilə əsaslandırmışdır. Cavabdeh2 fərdi yaşayış evinin mərhum arvadı X7 məxsus olması, iddiaçının mübahisəli evdə yaşamaması əsası ilə iddiaya etiraz etsə də, yanaşı yoxlanılmış sübutlarla onun və arvadı X6 adlarına ünvan 1i ünvanında qeydiyyata alınmış fərdi yaşayış evinin olması halı təkzib edilmiş, iddiaçının 2005-ci ildən 2022-ci ilə qədər onun təsərrüfatına aid evlərdə yaşaması təsdiq edilmişdir. Yanaşı yoxlanılmış sübutlarla həmçinin iddiaçının, Cavabdeh2 Məhəmməd oğlunun təsərrüfatına aid evdə əri ilə birlikdə yaşadıqları müddətdə xx.xx.2007-ci il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X18 adlı övladlarının doğulması, həmin evdə üç övladı ilə birlikdə 2022-ci ilə qədər yaşaması təsdiq edilmişdir. İş üzrə sübutlarla iddiaçının başqa yaşayış yerinə malik olması halı təsdiq edilməmişdir. Müəyyən edilmiş hal o cümlədən ondan ibarətdir ki, fərdi yaşayış evi tikilidiyi vaxtdan, tərəflərdən heç birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehlərin Zaqatala rayonunun Faldarlı kəndində Cavabdeh2 Məhəmməd oğlunun təsərrüfatında yerləşən ümumi sahəsi 177 kvm olan 4 otaqlı bir mərtəbəli fərdi yaşayış evinə öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam vermək, bu evə başqa şəxslərin sahibliyinə yol verməmək, evi özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları yaranmadığından, onların başqa yaşayış yeri olması halı sübut edilməmiş iddiaçının 2005-ci ildən 2022-ci ilə qədər yaşadığı ünvanda uşaqları ilə birgə yaşamasına maneələr törətmələri qanunsuz və iddiaçının uşaqlarının üstün tutulmalı, daha yaxşı təmin edilməli olan mənafelərinə zidd olmuşdur. Odur ki, iddiaçı uşaqları ilə birlikdə Zaqatala rayonunun Faldarlı kəndində yerləşən ümumi sahəsi 177 kvm olan 4 otaqlı bir mərtəbəli fərdi yaşayış evinə köçürülməli, iddia təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 60 (altmış) manat mediasiyaya dair xərc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. İddiaçı uşaqları 01 sentyabr 2007-ci il tarixdə doğulmuş X15, 30 may 2009-cu il tarixdə doğulmuş X16 və 01 dekabr 2017-ci il tarixdə doğulmuş X13 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Zaqatala rayonunun Faldarlı kəndində yerləşən ümumi sahəsi 177 kvm olan 4 otaqlı bir mərtəbəli fərdi yaşayış evinə köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 60 (altmış) manat mediasiya xərci və 50 (əlli) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar