Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-780/2023 30.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, KredAqro” BOKT MMC-yə məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə cavabdeh Xəlilova (Əliyeva) Pərvanə Nizami qızının istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 noyabr 2010-cu il tarixdən başlayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, Daşınmaz Əmlak Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA № ******* nömrəli çıxarışa əsasən, Zaqatala şəhəri, A.Həmidov küçəsi, 152 b nömrəli fərdi yaşayış evi İddiaçı BOKT MMC-yə məxsusdur. Lakin həmin mənzil İddiaçı BOKT MMC-nin adına keçərkən, İddiaçı BOKT MMC tərəfindən mənzilin qeydiyyatında olanlar barəsində istifadə hüququnun xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər, ünvan 3 ünvanda olan fərdi yaşayış evinin qeydiyyatda olanları Xəlilova (Əliyeva) Pərvanə Nizami qızı istisna olmaqla qeydiyyatdan çıxarılsınlar. Qeyd etmək istəyir ki, 2009-cu il tarixdə X14 tərəfindən ipoteka krediti götürülərək, Zaqatala Rayon İcra hakimiyyətinin kənd üzrə nümayəndəlikdən arayış götürülərkən, həmin arayışda cavabdeh Xəlilova (Əliyeva) Pərvanə Nizami qızının adı qeyd olunmamışdır. Hesab edirlər ki, belə bir hal baş veribsə, həmin fərdi yaşayış evi üzrə cavabdeh Xəlilova (Əliyeva) Pərvanə Nizami qızının istifadə hüquqları itirilməlidir. Belə ki, cavabdehin həmin fərdi yaşayış evi üzrə qeydiyyatı vardırsa, o zaman sual yaranır ki, məhs necə ola bilər ki, 2009-cu il tarixdə həmin ünvan üzrə kənd üzrə nümayəndəlikdən arayış verilibdir və arayışda cavabdeh Xəlilova (Əliyeva) Pərvanə Nizami qızı qeyd olunmamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, iddia tələbinin predmeti olan əmlak 8 ildir ki, İddiaçı BOKT MMC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın çıxarışına əsasən əmlak İddiaçı BOKT MMC-nin mülkiyyətinə keçib. Əliyev Nizami 2013cü illərdə İddiaçı BOKT MMC-dən kredit götürmüşdür. Daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Lakin öhdəliyi yerinə yetirmədiyi üçün İddiaçı BOKT MMC məhkəməyə müraciət etmişdir. 2014-cü ildə Ali məhkəmənin qərarına əsasən məhkəmə yekunlaşmışdır. Həmin iş üzrə borc ipoteka olan əmlaka yönəldilmişdir. Sonra hərracda satılmamışdır. İddiaçı BOKT MMC-nin şəxsi mülkiyyətinə keçmişdir. Çıxarış verilmişdir. Sonra müəyyən olunub ki, Cavabdeh orada istifadə qeydiyyatı var. İş üzrə icra işi açıqdır, iş Elvin müəllimin icraatındadır. Əmlakın boşaldılması ilə əlaqədar təyinat da gedib. Pərvanə xanımın əmlaka heç bir hüququ yoxdur. Cavabdeh ilə əlaqədar 2014-cü ildə Ali məhkəmənin qərarı ilə istifadə hüququ tanınmalı idi. Pərvanə məhkəməyə müraciət etmişdir ki, istifadə hüququ tanınsın. Guya ipoteka müqaviləsi bağlayan zaman Pərvanədən razılıq alınmamışdır. İlk dəfə razılıq verib, sonra verməmişdir. Elektrona əlavə ərizə də yükləmişdir. xx.xx.2009-cu il tarixli 51 saylı arayış var. Həmin əmlakın qeydiyyatında Cavabdeh yoxdur. 3 nəfər adamdır. X14 yazmışdır ki, evdə qeydiyyatda olmasından heç kəsi gizlətmirəm, gizlətsəm özüm məsuliyyət daşıyıram. Burada itirilmə söhbəti gedir. Hazırda köhnə qətnamənin hələ icrası tam yerinə yetirilməyib. Onlar neçə illərdir orada yaşayırlar. Ora dəfələrlə getmişdir. Pərvanə orada yaşamayıb. Bu məsələ qaldırılandan sonra ora köçüb. Onlar istifadə hüququnun itirilməsini vermişdir. Qanunvericiliklə tam ixtiyarı var ora girməyə. Cavabdeh istifadə hüququnun tanınması ilə bağlı yekun məhkəmə qətnaməsi yoxdur. Arayış da var ki, Pərvanənin orada adı yoxdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək göstərdi ki, İddiaçı BOKT MMC əmlakın 100 manata icarəyə verilməsi haqqında reklam yerləşdirib. Cavabdeh tərəf olaraq onlar da 100 manata icarəyə götürməyə razı olduqlarını iddiaçıya bildirmişlər. Sonradan onlara cavab verilib ki, aylıq 200 manat olmaqla 6 ay ödəməklə sizə icarəyə verə bilərik. Sübutu əllərindədir. İddiaçı tərəf özü də qeyd edir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi var. Bu qərarlar kifayətdir. Eyni iddianı qaldırırlar, geri götürürlər. İddia rədd olunsun. Əliyev Nizaminin işi barədə məlumatlıdır və həmin işdə hazırda hüquqlarını müdafiə etdiyi cavabdeh Pərvanənin adı yoxdur. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0142 ha torpaq sahəsi üzərində yerləşən reyestr nömrəsi **********73-10301 olan, ümumi sahəsi 163.7 kv.m, yaşayış sahəsi 56 kv.m, yardımçı sahəsi 107.7 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Qeyri Bank Kredit Təşkilatının adına ********** nömrə ilə 30 noyabr 2010-cu il tarixdə qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 19 may 2010-cu il tarixli 2(033)-213/2010 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı BOKT QSC-in cavabdehlər X11, X4, X6 və X12 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi, yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə evdə yaşayanların və qeydiyyatda olanların qeydiyyatdan və evdən çıxarılması, evin boşaldılması və bağlanmış kredit müqaviləsinin vaxtından əvvəl xitam olunması tələbinə dair iddiası qismən təmin edilmiş və cavabdeh X14 ilə İddiaçı BOKT QSC arasında bağlanmış 16 yanvar 2009-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi, cavabdeh X14 ilə İddiaçı BOKT QSC arasında bağlanmış 16 yanvar 2009-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq X7 mülkiyyətində olan ünvan 5 ünvanda 0,1424 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 56 kvm yaşayış, 107,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracda 80 000 ABŞ dolları müəyyən edilməklə satılması, cavabdeh X11 məxsus ünvan 5 ünvanda 0,1424 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 56 kvm yaşayış, 107,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda X7 və onunla yaşayan X2 və X5 tutduqları yaşayış sahənin ən geci bir ay müddətinə tərk etmələri, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş puldan 50 000 ABŞ dolları kreditin əsas məbləğinn, 15520,99 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 92520 ABŞ dolları hesablanmış cərimə borcunun, cəmi 158040,99 (bir yüz əlli səkkiz min qırx ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları və 20 manat dövlət rüsumunun İddiaçı BOKT QSC-in hesabına keçirilməsi, iddia tələbinin qalan hissədinin təmin edilməməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2011-ci il tarixli 2(033)-449/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X14, X8, X13 və X9 digər ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-64/2013 nömrəli 29 aprel 2013-cü il tarixli qətnaməsindən görünür ki, X7 apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2013-cü il tarixli 2(102)-3171/13 nömrəli qərarından görünür ki, Əliyeva (Xəlilova) Pərvanə Nizami qızının kassasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2013-cü il tarixli qətnaməsinin “digər şəxslərin mənzildən çıxarılması barədə iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışma qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-191/2014 nömrəli 23 yanvar 2014-cü il tarixli qərardadından görünür ki, cavabdehlər X14, X10, X13 və X9 apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala rayon Məhkəməsinin 2(033)- 449/2011 nömrəli mülki iş üzrə 16 sentyabr 2011-ci il tarixli qətnaməsinin qismən, yəni “həmin evdə yaşayan digər şəxslərin məcburi qaydada çıxarılmaları” ilə bağlı hissədə ləğv edilməsi və iddianın həmin hissəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 may 2014-cü il tarixli 2(102)-1987/14 nömrəli qərardadından görünür ki, maraqlarına toxunan şəxs Xəlilova (Əliyeva) Pərvanə Nizami qızının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-998/2014 nömrəli 29 oktyabr 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ünvan 7 ünvanda yerləşən İddiaçı BOKT QSC-ə məxsus olan yaşayış evindən istifadə hüququ tanınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-75/2015 nömrəli 03 fevral 2015-ci il tarixli qərardadı ilə cavabdeh İddiaçı BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixli 2(033)-998/2014 nömrəli qətnaməsi ləğv edilərək, iddiaçı Cavabdeh İddiaçı BOKT QSC-yə qarşı evdən istifadə hüququnun tanınması tələbi ilə bağlı iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadda yer almış məhkəmə kollegiyasının gəldiyi nəticədən görünür ki, Cavabdeh ünvan 7 yaşayış evindən çıxarılması nəzərdə tutulmamışıdır. İddiaçı Cavabdeh evdə qeydiyyatda olmaqla orada yaşayır, onun həmin evdən istifadə hüququ var və bu hüquq bu günə kimidə qalmaqdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllə 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununu 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 4 ünvanında yerləşən 0,0142 ha torpaq sahəsi üzərində yerləşən reyestr nömrəsi **********73-10301 olan, ümumi sahəsi 163.7 kv.m, yaşayış sahəsi 56 kv.m, yardımçı sahəsi 107.7 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Qeyri Bank Kredit Təşkilatının adına ********** nömrə ilə 30 noyabr 2010-cu il tarixdə qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-998/2014 nömrəli 29 oktyabr 2014-c il tarixli qətnaməsi ilə Cavabdeh ünvan 7 ünvanda yerləşən İddiaçı BOKT QSC-ə məxsus olan yaşayış evindən istifadə hüququ tanınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 75/2015 nömrəli 03 fevral 2015-ci il tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixli 2(033)-998/2014 nömrəli qətnaməsi ləğv edilərək, iddiaçı Cavabdeh İddiaçı BOKT QSC-yə qarşı evdən istifadə hüququnun tanınması tələbi ilə bağlı iş üzrə icraata xitam verilməsinin qərara alınmasına baxmayaraq elə həmin qərardadda məhkəmə kollegiyası Cavabdeh ünvan 7 yaşayış evindən çıxarılmasının nəzərdə tutulmadığını, iddiaçı Cavabdeh evdə qeydiyyatda olmaqla orada yaşaması, onun həmin evdən istifadə hüququnun olması və bu hüququn bu günə kimi də qalması nəticəsinə gəlmişdir. Qərardad qanuni qüvvəsini almışdır. Göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 75/2015 nömrəli 03 fevral 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qərardadı ilə Cavabdeh İddiaçı BOKT QSC-nin mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun olması müəyyən edilmişdir və mülki prosessual qanunvericiliyə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktların mübahisələndirilməsinə yol verilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki qanunvericilkdə mülkiyyətçi ilə yanaşı mülkiyyətçi olmayan şəxslərin əmlak hüquqları müdafiə olunur və bu hüquqların mülkiyyətçi tərəfindən pozulmasından da qorunur. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan da görünür ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ İddiaçı BOKT QSC-yə keçməsinə baxmayaraq Cavabdeh həmin evdə istifadə hüququ var və mülki qanunvericiliyə əsasən mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur. Ona görə də, Cavabdeh həmin evdən istifadə hüququnun itirilməsinin müəyyən edilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddianın təmin edilməsi Cavabdeh qanunla qorunan hüququ olan mülkiyyət hüququnun elementlərindən olan istifadə hüququnun pozulmasına gətirib çıxara bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiası rədd edilməlidir. İddia rədd edildiyindən 100 manat dövlət rüsumu İddiaçı BOKT QSC-nin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiası rədd edilsin İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-780/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-780/2023
30.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver