Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-786/2025 17.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçınun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan əmlakdan istifadə və sahiblik etməyə qarşı yönəlmiş hərəkətlərə son qoyulması və evə köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, İddiaçı ümumi birgə mülkiyyət hüquqi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0641 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 95,7 m olan fərdi yaşayış evindən iddiaçının əmlaklara daxil olmasına mane olmaqla müşaiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması; İddiaçı ünvan 1 ünvanında yerləşən 0,0641 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 95,7 m olan fərdi yaşayış evinə köçürülməsi; hüquqi yardım göstərilməsi məqsədi ilə Zaqatala Rayon Vəkil Bürosunun hesabına ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqının və iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbu edilməsinixahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki. İddiaçı ümumi birgə mülkiyyət hüquqi ilə mülkiyyətində ünvan 1 ünvanında 0,0641 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 95,7 m olan fərdi yaşayış evi vardır. S onuncunın həmin əmlak üzərindəki hüquqları 20 dekabr 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”larəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh heç bir hüquqi əsas olmadan İddiaçı ümumi birgə mülkiyyət hüquqi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən0,0641 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 95,7 m olan fərdi yaşayış evindən istifadə və sahiblik etməsinə, həmin torpaq sahəsinə daxil olmağa qoymamaqla və daşınmazəmlakı iddiaçının razılığı olmadan özistəyinə uyğun istifadə etməklə maneçilik yaradır. İddiaçı, iş üzrə Cavabdeh, əmlakdan istifadə və sahiblik etməsinə qarşı yaratdığı maneənin aradan qaldırılmasını, cavabdehin zəbt etdiyi həmin əmlakdan çıxarılmasını tələb edilməsinə baxmayaraq cavabdeh bundan qərəzli olaraq imtinaetmişdirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində İddiaçı Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərdi ki, iddiaçıya hər hansı formada maneçilik törətmir. İddiaçı özü qalmaq istəmir və aylıq pul istəyir. İddiaçı istəyir ki həmin evi satın ona düşən hissədə pulu alsın.İddiaçının evə köçürülməsinə razıdır və bununla bağlı iddiaçıya qadağa qoymamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında 0,0641 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 95,7 m olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X1 və Cavabdeh mülkiyyətindədir. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 300 manat Zaqatala Rayon Vəkil Bürosunun hesabına ödəniş edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, 20.5 manat İddiaçı tərəfindən Nümayəndə ödənmişdir. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında 0,0641 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 95,7 m olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X1 və Cavabdeh mülkiyyətindədir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan həmin fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehin əmlaklara daxil olmasına mane olmaqla müşaiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulmasını və onun mülkiyyətində olan həmin torpaq sahəsi və fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. Cavabdeh iddiaçının həmin evə köçürülməsinə və iddianın təmin edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddianın təmin olunmasına qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında 0,0641 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 95,7 m olan fərdi yaşayış evinin ümumi birgə mülkiyyətçisi olan Cavabdeh həmin əmlakın mülkiyyətçisi olan İddiaçı əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulmalı və cavabdeh mülkiyyətçisi olduğu həmin əmlaklara köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etdiyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləqdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesaba əsasən digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməli olduğunu nəzərə alaraq, iddia tələbinin vəkilə ödənilmiş 320 manat xidmət haqqının cavabdehlərdən alınaraq xeyrinə qətnamə çıxarılan iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 1 ünvanında 0,0641 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 95,7 m olan fərdi yaşayış evindən Cavabdeh İddiaçı əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulsun. İddiaçı ünvan 1 ünvanında 0,0641 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 95,7 m olan fərdi yaşayış evinə köçürülsün. Cavabdeh 100 manat dövlət rüsumu və 320 manat vəkilin xidmət haqqı üçün ödənmiş vəsait alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-786/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-786/2025
17.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver