Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-790/2022 23.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X4 Cəmiyyətinə qarşı əmək müqaviləsinin ləğv edilməsinə dair əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barəsində əmək müqaviləsinin ləğv olunması haqqında 09 mart 2022-ci il tarixli k/22-00801 saylı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək Zaqatala Rayon Məhkəməsinin icraatında olan e-2(033)-790/2022 saylı işin ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı və onun vəkili Nümayəndə izahat verərək iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etirazları olmadıqlarını bildirdilər. İş materialları ilə müəyyən edildi ki, İddiaçı cavabdeh X4 Cəmiyyətinə qarşı əmək müqaviləsinin ləğv edilməsinə dair əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2-ci və 44.2.2-ci maddəsinə görə iş məhkəmədə baxıldığı zaman onun aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci madəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göründüyü kimi, iddiaçı, hüquqi ünvanı ünvan 1miyyətinə qarşı hazırki tələblə bağlı iddiasını Zaqatala Rayon Məhkəməsində qaldırması üçün qanunla müəyyən edilmiş hər hansı bir hal mövcud deyildir və bu aidiyyət qaydalarının pozulmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək müqaviləsinin ləğv edilməsinə dair əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair mülki iş cavabdehin rəsmi qeydiyyatda alındığı yerin məhkəməsində, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Bu səbəbdən də, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ərizəsi təmin edilərək, İddiaçı iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə başqa məhkəməyə, yəni ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 vəsatəti təmin edilsin. İddiaçı cavabdeh X4 Cəmiyyətinə qarşı əmək müqaviləsinin ləğv edilməsinə dair əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-790/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-790/2022
23.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver