Məhkəmə qərarları › İş №e-2(033)-793/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-793/2025

25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-793/2025 25.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X9 qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il tarixdə doğulmuş X6 xx.xx.2001-ci il tarixdə Zaqatala rayonu Danaçı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X10 onun atasıdır. Atası, X10 xx.xx.1959-cu ildə Zaqatala rayonu Danaçı kəndində doğulmuş, yaşamış və xx.xx.2023-cü il tarixdə vəfat edərək Zaqatala rayonu Danaçı kəndinin Tinovasoba qəbirstanlığında dəfn edilmişdir. Atası, X6 xx.xx.2023-cü il tarixdə vəfat edərək kənd qəbiristanlığında dəfn olunması barədə Zaqatala rayon İHB-nın Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı vardır. O, xx.xx.2025-ci ildə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölüm haqqında qeydiyyat aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi vacib olduğu üçün Maraqlı şəxs imtina etmişdir. Hesab edir ki, vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər sübut və əsaslar vardır. Mərhumun vəfatını başqa qaydada qeyd etdirə bilmədiyinə görə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi faktları ərizəyə əlavə etdiyi akt, sənədlər və şahidlər təsdiq edə bilərlər. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X5 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Şahid qismində dindirilmiş X1 çıxış edərək bildirdi ki, ərizəçinin qonşusudur. Onun atası X10 vəfat edəndə yas mərasimində iştirak edib. O, 08 apreldə Danaçı kəndində vəfat edib. Şahid qismində dindirilmiş X3 çıxış edərək bildirdi ki, Zaqatala rayonu Car kəndində yaşayır. Ərizəçi ilə həm qonşu, həm qohumdur. Onun atası X10 08 apreldə Zaqatala rayonu, Danaçı kəndində vəfat etmiş və orda dəfn edilmişdir. O, yas mərasimində iştirak etmişdir. İşin halları Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X6 ölümü haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Zaqatala rayonu Danaçı kənd Soveti tərəfindən 11 aprel 1986-cı il tarixdə verilmiş Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1986-cı il tarixdı anadan olmuş Ərizəçi atası X8r. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Danaçı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəli tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X10 2023cü ilin aprel ayında vəfat etmiş və Danaçı kəninin Tinovasoba qəbritanlığında dəfn edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, Ərizəçi qızı-12 iyul 1959-cu il təvəllüdlü Zaqatala rayonu Danaçı kəndində doğulmuş X10 08 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Bu fakt ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkillərlə və məhkəmə tərəfindən tələb edilmiş digər sənədlərlə və şahid ifadələri ilə öz təsdiqini tapır. Göründüyü kimi, X6 ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Həmçinin ərizədə şəxsin vəfat etməsi faktının nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək Ərizəçi qızı-X6 08 aprel 2023-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : Ərizə təmin edilsin. Ərizəçi qızı - 12 iyul 1959-cu il təvəllüdlü Zaqatala rayonu Danaçı kəndində doğulmuş X6 08 aprel 2023-ci il tarixdə Zaqatala rayonu Danaçı kəndində ölməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar