Məhkəmə qərarları › İş №e-2(033)-816/2022

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-816/2022

30.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-816/2022 30.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 katibliyi, cavabdehlər X3, X4, X8, Cavabdeh2, onun nümayəndəsi Nümayəndə və onun vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı2, İddiaçı1, X13 və X5 cavabdehlər X6, X7, X9, Cavabdeh2, üçüncü şəxslər Zaqatala rayon 2 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, payların müəyyən edilməklə vərəsəlik hüququnun tanınması və miras haqqında şəhadətnamənin verilməsinin Zaqatala rayon 2 saylı Notariat Ofisinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1, X15 və X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri M.Ə.Sabir küçəsində 33 saylı evə və “Zeynal Nəbi oğlu” şirkətinə bərabər paylarla vərəsəlik hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin verilməsinin Zaqatala rayon 2 saylı Notariat Ofisinə, evə dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və “Zeynal Nəbi oğlu” şirkətinə dair müvafiq sənədlərin verilməsinin Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1, X15 və X1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15 fevral 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, “Zeynal Nəbi oğlu” şirkətinin 50 faizinin İddiaçı2 mülkiyyəti hesab edilməsini, qalan 50 faizinin miras əmlaka aid edərək 1/4 hissədə İddiaçı2, 1/4 hissədə X13, 1/4 hissədə İddiaçı1 və 1/4 hissədə X5 payları müəyyən edilməklə vərəsəlik hüquqlarının tanınması və miras haqqında şəhadətnamənin verilməsinin Zaqatala rayon 2 saylı Notariat Ofisinə həvalə edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda iddiaçılar İddiaçı2, X13 və X5 nümayəndəsi İddiaçı1 məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək verdikləri iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlər X11, X12, X14, Cavabdeh2 və onun nümayəndəsi Nümayəndə vəkili Vəkil da məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə ərizələri nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdehlər hazırki işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı2, İddiaçı1, X13 və X5 cavabdehlər X6, X7, X9, Cavabdeh2, üçüncü şəxslər Zaqatala rayon 2 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, payların müəyyən edilməklə vərəsəlik hüququnun tanınması və miras haqqında şəhadətnamənin verilməsinin Zaqatala rayon 2 saylı Notariat Ofisinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar İddiaçı2, İddiaçı1, X13 və X5 cavabdehlər X6, X7, X9, Cavabdeh2, üçüncü şəxslər Zaqatala rayon 2 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, payların müəyyən edilməklə vərəsəlik hüququnun tanınması və miras haqqında şəhadətnamənin verilməsinin Zaqatala rayon 2 saylı Notariat Ofisinə həvalə edilməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı1 geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar