Məhkəmə qərarları › İş №e-2(033)-847/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-847/2022

15.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-847/2022 15.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, onun mülkiyyətində olan Zaqatala rayonu, Yeni Suvagil kəndində yerləşən ümumi sahəsi 199,0 kv.m olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan 0,17 ha həyətyanı torpaq sahəsindən onun əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş, həmçinin həmin əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində Zaqatala rayonu, Yeni Suvagil kəndində ümumi sahəsi 199,0 m2 olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyət hüququ üzrə 0,17 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı Zaqatala rayonu, Yeni Suvagil kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, JN seriyalı 427F nömrəli "Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə" ilə rəsmiləşdirilmişdir. Hazırda, iş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Yeni Suvagil kəndində yerləşən ümumi sahəsi 199,0 m2 olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyət hüququ üzrə 0,17 ha həyətyanı torpaq sahəsindən həmin əmaklara daxil olmağa qoymamaqla sonuncunun əmlakdan istifadə və sahiblik etmək hüququnun həyata keçirilməsinə maneçilik törədir. Bununla yanaşı, İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Suvagil kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan 0,17 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə, iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin, sonuncu çöl-ölçmə işlərinə iş üzrə cavabdeh - Cavabdeh tərəfindən maneçilik törədilməsi səbəbindən 24 iyun 2022-ci il tarixli, **********69 nömrəli məktubla hüquqların dövlət qeydiyyatından imtina etmişdir. İddiaçı Cavabdeh Zaqatala rayonu, Yeni Suvagil kəndində yerləşən ümumi sahəsi 199,0 m2 olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan 0,17 ha həyətyanı torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yaratdığı maneənin aradan qaldırılmasını və həmin əmlaklar üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin aparılmasının qarşısının alınmasına yönəlmiş qərəzli hərəkətlərinə son qoymasını tələb etməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin maraqlı şəxsin nümayəndəsi məktub göndərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İşin halları JN 427F seriyalı KOD40200038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1999-cu il tarixli 79 saylı qərarına əsasən 0,17 ha həyətyanı sahəsi Zaqatala rayonu Suvagil kənd sakini İddiaçı, X6, X4, X5, X3 və X1 mülkiyyətinə verilmişdir. Yeni Suvagil kənd İnzibati Ərazi Dairəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 329 nömrəli arayışdan görünür ki, Yeni Suvagil kənd Ərazi Nümayəndəliyinin 02 saylı təsərrüfat başına kitabının 78-ci səhifəsində İddiaçı adına ümumi sahəsi 199 kv.m, yaşayış sahəsi 105 kv.m, 0,17 ha həyətyanı sahəsi olan yaşayış evi vardır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 24 iyun 2022-ci il tarixdə İddiaçı ünvanlanmış bildirişdən görünür ki, ünvan 295 ha torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (ərizənin qeydiyyat nömrələri **********). Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşının torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmələrinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmamışdır. Daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədlərin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri mümkündür. Qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, JN 427F seriyalı KOD40200038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən Zaqatala rayonu Suvagil kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1999-cu il tarixli 79 saylı qərarına əsasən Zaqatala rayonu Suvagil kənd sakinləri İddiaçı, X6, X4, X5, X3 və X1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi sahəsi 199 kv.m, yaşayış sahəsi 105 kv.m tikili inşa edilmişdir. Zaqatala rayonu Yeni Suvagil kəndində yerləşən 0,1695 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş və həmin əmlaka dair texniki sənədlərin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 24 iyun 2022-ci il tarixdə İddiaçı ünvanlanmış bildirişdə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələsinə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən Zaqatala rayonu Suvagil kəndində yerləşən mülkiyyətində olan 0,17 ha həyətyanı torpaq sahəsindən və üzərində inşa edilmiş tikilidən iddiaçının əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş, həmçinin həmin əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı münasibət bildirməmişdir. Göründüyü kimi, İddiaçı ümumi birgə mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1999-cu il tarixli 79 saylı qərarına əsasən Zaqatala rayonu Suvagil kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi verilmişdir və iddiaçı qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmamaq, yaxud hüquqdan sui-istifadə olmamaq şərti ilə həmin torpaq sahəsinə qanunda müəyyənləşdirilmiş hədlərdə sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Cavabdeh tərəfindən 0,17 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi olan-İddiaçı həmin torpaq sahəsinə və üzərində inşa edilmiş ümumi sahəsi 199 kv.m olan tikiliyə daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətləri qanunsuzdur və iddiaçının torpaq sahəsi və üzərində inşa edilmiş tikiliyə istifadə və sahibliyə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur. Ona görə də, cavabdehin onunla birlikdə iddiaçıya da məxsus olan əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən İddiaçı müraciəti əsasında üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmış, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşlarının torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmələrinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Yuxarıda şərh edilən normaların məzmununa əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan 0,17 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 199 kv.m olan tikili üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. JN 427F seriyalı KOD40200038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1999cu il tarixli 79 saylı qərarı ilə Zaqatala rayonu Suvagil kənd sakinləri İddiaçı, X6, X4, X5, X3 və X1 ümumi birgə mülkiyyətinə verilmiş 0,17 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 199 kv.m olan tikilidən iddiaçının əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə (maneələrə) son qoyulsun. JN 427F seriyalı KOD40200038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1999cu il tarixli 79 saylı qərarı ilə Zaqatala rayonu Suvagil kənd sakinləri İddiaçı, X6, X4, X5, X3 və X1 ümumi birgə mülkiyyətinə verilmiş 0,17 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 199 kv.m olan tikilinin dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə (maneələrə) son qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar