Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-849/2025 24.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X8 qızının katibliyi İddiaçı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci ildə doğulmuş Cavabdeh4, xx.xx.1996-ci ildə doğulmuş Cavabdeh3, xx.xx.1999-cu ildə doğulmuş Cavabdeh1 oğlunun və xx.xx.1963-cu ildə doğulmuş Cavabdeh2 ünvan 1 ünvanda yerləşən evindən istifadə hüquqlarına xitam verilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki ünvan 2 ünvanında onun xüsusi mülkiyyətində evin vardır. Həmin yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq xx.xx.2005-ci il tarixdə reyest kitabı 01, səh 110, 589 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2005-ci il tarixdə notarial qaydada ünvan 1 evi alqısatqı müqaviləsi ilə almışdır. Hal-hazırda ona məlum olmuşdur ki, evi satan X2 oğlu Cavabdeh4 onun evində pasport qeydiyyatında qalmışdır. Elmar Vahid oğlunun hazırda harada yaşaması ona məlum deyil. Bundan başqa Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 həmin evə qeydiyyata düşmüşlər. Onların hal-hazırda harada yaşaması ona məlum deyil. Hal-hazırda evini satmaq istəyir, ehtiyacı var. Övladı fəaliyyət qabiliyyətsiz şəxsdir. Lakin yuxarıda adları çəkilən şəxslər evində qeydiyyatda olduğuna görə evi sata bilmir, onların razılığı tələb olunur. Cavabdehlərin pasport qeydiyyatında onun evində olmaları onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Belə ki, mənzil barədə sərəncam vermək üçün (alqı-satqı müqaviləsi, mənzil kirayə müqaviləsi, ipoteka qoyulmasına dair müqavilə) həmin şəxslərin razılığı tələb olunur. Lakin həmin şəxslər onun ailə üzvü deyildir və onun evində yaşamırlar, onların yaşayış sahəsinə əmlak hüquqları yoxdur və mənzil onun mülkiyyətindədir. Cavabdehlər də uzun illərdir onun evində yaşamadığından başqa ünvanda yaşadığından o, cavabdehin evindən istifadə hüququna xitam verilməsi qərarına gəlmişdir. Bundan başqa hesab edir ki, səxsin əvvəllər yasadığı yasayış sahəsini tərk edərək daimi yasamaq üçün basqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam səxsin tərk etdiyi yasayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yasamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla baglı real təsəbbüslər göstərib göstərmədiyidir. Cavabdehlərin evində pasport qeydiyyatında olması onun xüsusi mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Buna görə də yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı bildirdi ki adı çəkilən cavabdehlər onun evində yaşamır. Evi satmaq istəyir lakin onların adları evdə olduğu üçün sata bilmir. Məhkəmədən iddiasının təmin edilməsini istəyir. Yazılı sübutlar “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Zaqatala şəhəri S.Kazımov küçəsində yerləşən 19 saylı evdə Cavabdeh1 Cavabdeh2 Cavabdeh3 və Cavabdeh4 oğlu qeydiyyatdadır. Zaqatala şəhəri S.Kazımov küçəsində yerləşən 19 saylı evə dair qeydiyyat vəsiqəsindən görünür ki, həmin mənzil xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə X3 adına qeydə alınmışdır. xx.xx.2005-ci il tarixli 250110 nömrəli müqavilədən görünür ki, Zaqatala şəhəri S.Kazımov küçəsində yerləşən 19 saylı ev X6 tərəfindən 15000000 (on beş milyon) manat qarşılığında İddiaçı satılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Zaqatala şəhəri S.Kazımov küçəsində yerləşən 19 saylı evi X2 etibarnamə üzrə nümayəndəsi X4 xx.xx.2005-ci il tarixli 250110 nömrəli müqaviləyə əsasında almışdır. Həmin mənzil İddiaçı adına qeydiyyata alınaraq ona qydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlərin iddiaçıya məxsus mənzildə onlara məxsus hər hansı əmlakları qalmamışdır. Onlar uzun müddət ərzində və davamlı olaraq qeydiyyatda olduqları mənzilə dair istifadə hüquqlarını həyata keçirmirlər, bu hüquqdan könüllü istifadə etmirlər. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığı tam təsdiq olunduğundan, onların Zaqatala şəhəri, S.Kazımov küçəsində yerləşən 19 saylı evdən istifadə hüquqlarına xitam verilməli, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edilmədiyindən həmin xərc onun özünə aid edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, S.Kazımov küçəsində yerləşən 19 saylı evdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-849/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-849/2025
24.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver