Məhkəmə qərarları › İş №e-2(033)-86/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-86/2023

02.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-86/2023 02.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X26 qızının katibliyi, İddiaçı1 və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinə zəruri yol və keçidin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Maqov kəndi ərazisində yerləşən, X22 Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən verilmiş JN-219G KOD 40212018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş 0,22 ha torpaq sahəsinə gediş-gəliş üçün cavabdehə məxsus torpaq sahəsindən zəruri yol və keçidin verilməsi, həmin yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha torpaq sahələri vardır. Həmin torpaq sahəsinə JN-219G KOD 40212018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edirlər. Həmin torpaq sahəsinin ictimai yola çıxış üçün yolu yoxdur. Belə ki, həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmadığı üçün və həmin torpaq sahəsinə ən yaxın cavabdehə məxsus torpaq sahəsindən keçmək uyğun olduğuna görə onlar indiyə kimi cavabdehə məxsus torpaq sahəsindən keçərək işləmişlər. Onlar həmin torpaq sahəsinə ictimai yola çıxışın olub-olmaması barədə Reyestr xidmətinə müraciət ünvanlamışlar və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli **********06 saylı cavab məktubu ilə bildirmişdir ki, həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Bundan başqa, Zaqatala rayonu Maqov bələdiyyəsinin xx.xx.2022-ci il 32 saylı arayışı ilə bir daha təsdiq olunur ki, İddiaçı1 verilmiş 0,22 ha torpaq sahəsinə yol nəzərdə tutulmamış və həmin torpaq sahəsinin ictimai yola çıxışı yoxdur. Beləliklə, cavabdeh indiyə kimi işlədikləri yolu bağlamaqla onların torpaq sahəsinə gedən yolu bağlamış olur və belə olan halda onlar öz torpaqlarına gedib-gələ bilmirlər. Bununla da mülkiyyətlərində olan torpaq sahəsindən istifadə və mülkiyyət hüquqları pozulmuşdur. Buna görə də, məhkəməyə müraciət etməli olmuşlar. Hesab edir ki, cavabdehə məxsus torpaq sahəsindən onların torpaqlarına zəruri yol verilməlidir ki, onlar öz mülkiyyətlərində istifadə edə bilsinlər. Əgər cavabdeh onlara verilən zəruri yol üçün haqq tələb edirsə bu haqq məhkəmə tərəfindən müəyyən edilsin. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçılar İddiaçı3 və İddiaçı2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrini səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, eni 4 metr uzunluğu 80 metr olan yol istəyir və yolun haqqı olaraq 500 manat ödəməyə razıdır. Ondan artıq ödəmək imkanı yoxdur. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, iddiaçının yol tələb etdiyi torpaq sahələri onun atasının və qardaşının adına qeydiyyatdadır, atasının və qardaşının vəfatından sonra həmin torpaq sahələri ona miras qalmış və o torpaqdan istifadə edir. Həmin torpaqdan yol keçmir və heç vaxt da keçməyib. Əvvəllər iddiaçıların torpaq sahəsinə gedən yol olub və həmin yol öz qardaşlarının mülkiyyətində olan torpaq sahəsindən keçib. O, eyni zamanda qeyd etdi ki, iddiaçıya məxsus torpaq sahəsinə bir yol var və iddiaçılar oradan istifadə edirlər. O torpaq sahəsinin iddiaçının xeyrinə servitutla yüklü edilməsinə qəti etiraz edir və yüz min manat veriləcəyi halda belə torpaq sahəsindən iddiaçıya keçid verməyəcəyini bildirir. O qeyd edir ki, İddiaçı1 onunla ədavəti var və iddiaçı onu kənd camaatı içində təhqir edir. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsinə məhz onun istifadəsində olan torpaq sahəsindən yol açacağını, onu həmin yolu açmağa məcbur edəcəyini dəfələrlə bildirmişdir. O, iddia tələbinin rədd edilməsini xahiş edir. İşin halları JN-219G seriyalı kodu 40212018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarı ilə Zaqatala rayonu Maqov kəndində yerləşən X10, X14, X2, X7, X5 fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv kooperativ bağlar, bağçılıq təsərrüfatı təyinatlı 0,22 ha torpaq sahəsi ayrılmışdır. Həmin şəhadətnaməyə mülkiyyətə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi əlavə edilmişdir. JN-115F seriyalı kodu 40212018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarı ilə Zaqatala rayonu Maqov kəndində yerləşən X16 fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv kooperativ bağlar, bağçılıq təsərrüfatı təyinatlı 0,34 ha torpaq sahəsi ayrılmışdır. Həmin şəhadətnaməyə mülkiyyətə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi əlavə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin A 442299 nömrəli planı və ölçüsü sənədindən görünür ki, X20 Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə Zaqatala rayonu Maqov kəndində yerləşən 3408 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X8 ünvanlanmış 17 avqust 2022-ci il tarixli məktubdan görünür ki, idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapan Kompleks Yerquruluşu layihələrində 219G cizgisində göstərilən 0.22 ha torpaq sahəsinə gediş - gəliş yolu nəzərdə tutulmamışdır. Maqov Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 32 nömrəli arayışdan görünür ki, torpaq islahatı zamanı Maqov kənd sakini İddiaçı1 verilmiş 0.22 ha torpaq sahəsinə yol nəzərdə tutulmamış, həmin torpaq sahəsinin ictimai yola çıxış yoxdur. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 avqust 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X21 12 dekabr 2003-cü ildə ölmüşdür və ölüm haqqında 15 dekabr 2003-cü ildə 36 nömrəli akt qeydi tərtib olunmuşdur. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 avqust 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X24 28 mart 2004-cü ildə ölmüşdür və ölüm haqqında 30 mart 2004cü ildə 02 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 23 yanvar 2023-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçılar X6, İddiaçı2 və İddiaçı3 və onların ailə üzvlərinin mülkiyyətində olan Zaqatala rayonu, Maqov kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə idarələrinin xidməti istifadəsində elektron məlumat bazasında öz əksini tapan kompleks yerquruluşu layihələrində və son uçot məlumatlarında da gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmamışdır. Zaqatala rayonu, Maqov kəndində yerləşən iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmamışdır. JN-2119G seriyalı kodu 40212018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də qeyd olunmuş 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş, mövcud olmayan, əvvəllər yol kimi istifadə edilmiş, iddiaçının tələb etdiyi yol ərazisi hüquqmüəyyənedici sənədlər əsasında X21 və X15 ailə üzvlərinin xüsusi mülkiyyətlərinə işlənilmişdir. JN- 2119G seriyalı kodu 40212018 olan “Torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamə”də qeyd olunmuş 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdırsa həmin yolun X17 mülkiyyətinə verilmiş 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hesabına verilməsi məsələsi idarələrinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 04 aprel 2023-cü il tarixli 10/873 nömrəli ekspert rəyindən görünür ki, Mülk iş materiallarında olan Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və onların ailə üzvlərinin mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə idarələrinin xidməti istifadəsində elektron məlumat bazasında öz əksini tapan kompleks yerquruluşu layihələrində və son uçot məlumatlarında da gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmamışdır. Zaqatala rayonu Maqov kəndində yerləşən iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmamışdır. JN-2119G seriyalı kod 40212018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunmuş 0.22 ha həyətyanı torpaq sahəsinə gedişgəliş üçün nəzərdə tutulmuş, mövcud olmayan, əvvəllər yol kimi istifadə edilmiş, iddiaçının tələb etdiyi yol ərazisi hüquqmüəyyənedici sənədlər əsasında X21 və X15 ailə üzvlərinin xüsusi mülkiyyətlərinə işlənilmişdir. JN-2119G seriyalı kod 40212018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunmuş 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdırsa həmin yolun X17 mülkiyyətinə verilmiş 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hesabına verilməsi məsələsi idarələrinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2023-cü il tarixli 10/873 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar tərəflərin iştirakı ilə mübahisə predmeti olan Maqov kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmiş və 03 iyul 2023-cü il tarixli yerində baxış keçirilməsi haqqında protokoldan görünür ki, iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha torpaq sahəsi bir tərəfdən cavabdehin qardaşı və atasının, digər tərəfdən başqa şəxslərə məxsus torpaq sahələri ilə əhatə olunmuşdur. İddiaçının yol tələb etdiyi cavabdehin ailə üzvlərinə məxsus torpaq sahələrinin bir hissəsi bataqlıq ərazidir və buna görə də həmin ərazidən iddiaçıların mülkiyyətində olan 0,22 ha torpaq sahəsinə keçmək qeyri mümkün olmuşdur. Torpaq sahəsinə digər tərəfdən faktik olaraq gediş-gəliş yolu kimi istifadə edilən yol mövcuddur və mülki iş üzrə tərəflərin deməsinə görə həmin yol iddiaçıların qohumlarına məxsus torpaq sahələrindən keçir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 175.3-cü maddəsinə əsasən əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 256.1-ci maddəsinə əsasən servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 261.1-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. 261.2-ci maddəsinə əsasən haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 54-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. 54-cü maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahəsinə torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; torpaq sahəsində drenaj işləri aparmaq; torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); torpaq sahəsindən mal-qaranı keçirmək; yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq; torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək; qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular ucaltmaq; qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək; torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər yaratmaq; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar müəyyən edilə bilər. 54-cü maddəsinin 5-ci hissəsinə əsasən servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. 54-cü maddəsinin 6-cı hissəsinə əsasən qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarı ilə Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha həyətyanı sahə iddiaçılar Qardaşov Məmmədseyid (Seyidməmməd) Ömər oğlunun, X9, X1 və digər subyektlər X3, X4 mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda Cavabdeh qardaşı olan X15 mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarı ilə verilmiş 0,34 ha torpaq sahəsi və atası olan X17 mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı əsasında verilmiş 3408 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yerləşir. X21 12 dekabr 2003cü ildə və X24 28 mart 2004-cü ildə ölmüşlər. X21 və X15 mülkiyyətində olan torpaq sahələrindən hazırda Cavabdeh istifadə edir. İddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi hər tərəfdən torpaq sahələri ilə əhatə olunmuşdur və həmin torpaq sahəsinə ümumi istifadədə olan gediş-gəliş yolu nəzərdə tutulmadığından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 hazırki iddia tələbi ilə müraciət edərək cavabdehə məxsus torpaq sahəsindən zəruri yol və keçidin verilməsi, həmin yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 04 aprel 2023-cü il tarixli 10/873 nömrəli ekspert rəyinə əsasən iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmamış, iddiaçıların tələb etdiyi yol ərazisi hüquqmüəyyənedici sənədlər əsasında X21 və X15 ailə üzvlərinin xüsusi mülkiyyətlərinə işlənilmişdir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, onların mülkiyyətində olan torpaq sahəsinə iddiaçıların qohumlarının mülkiyyətində olan torpaq sahələrindən keçən faktiki iddiaçılar tərəfindən istifadə edilən yol mövcuddur və cavabdehin atası və qardaşının mülkiyyətində olan torpaq sahələrindən keçərək iddiaçılara məxsus torpaq sahəsinə həmin torpaq sahələrinin bir hissəsi bataqlıq olduğundan getmək mümkün olmamışdır. İddia tələbinə münasibətdə məhkəmə ilk növbədə onu qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış ümumi istifadədə olan yol nəzərdə tutulmasa da onların faktiki istifadə etdikləri və cavabdehin istifadəsində olan torpaq sahələrindən keçməyən gediş-gəliş yolu mövcuddur. Həmin yolun keçdiyi ərazi iddiaçıların qohumlarına məxsusdur və iddiaçıların həmin yoldan istifadəsini torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən məhdudlaşdırılması və ya həmin ərazidən istifadə edilməsinin qadağan edilməsi halı müəyyən edilməmişdir. Mülki qanunvericiliyə əsasən ictimai yola keçidi olmayan torpaq sahəsinin mülkiyyətçisinə belə bir keçidin ayrılmasını qonşuluqda olan torpaq sahələrinin mülkiyyətçilərindən tələb etmək imkanı müəyyən olunmuşdur. Qanunvericilikdə eyni zamanda tələbin hansı qonşuya qarşı yönəlməsi ardıcıllığı da qanunverici tərəfindən dəqiq göstərilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən zəruri keçidlə bağlı tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Qeyd edilənlərə münasibətdə məhkəmə hesab edir ki, iddiaçıların zəruri keçidlə bağlı tələbinin ilk növbədə mülkiyyətlərində olan torpaq sahəsinə faktiki keçid kimi (gediş-gəliş yolu kimi) istifadə edilən keçidin (yolun) yerləşdiyi və iddiaçılarla qohumluq əlaqələrində olan torpaq sahələrinin mülkiyyətçilərinə qarşı yönəldilməsi daha yolveriləndir, nəinki həmin tələblə istifadəsində olan torpaq sahələrinin bir hissəsinin bataqlıq ərazi olduğundan həmin sahədən keçid kimi istifadə edilməsi daha çətin olan cavabdehə qarşı yönəldilməsi. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunverici tərəfindən keçidin ayrılması halında keçidin ayrılmasını tələb edən şəxs tərəfindən zəruri keçidin tam əvəzini ödəməli olduğu müəyyən edilmişdir. Hazırki iş üzrə Zaqatala rayonu Maqov kəndində yerləşən mülkiyyətlərində olan 0,22 ha torpaq sahəsinə keçid tələb edən iddiaçılar keçid tələb etdikləri torpaq sahələrinin istifadəçisi olan cavabdehə ödəniləcək servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsini tələb etsələr də, onlar ağlabatan məbləğdə kompensasiya ödəməyə razı olmamış və tələb etdikləri keçid müqabilində 500 manat ödəyə biləcəklərini bildirmişlər. Cavabdeh bu təkliflə razılaşmamış, eyni zamanda mülki iş üzrə tərəflər keçidin dəyəri ilə bağlı sübut təqdim etməmişlər. İddiaçıların kompensasiya qismində ödəyə biləcəklərini qeyd etdikləri məbləğdə kompensasiyanın keçidin tam əvəzi hesab edilə biləcəyinə dair sübut iddiaçılar tərəfindən təqdim edilmədiyini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıların kompensasiya qismində təklif etdikləri məbləğin zəruri keçid müqabilində cavabdehə ödənməsi cavabdehin mənafelərinə uyğun hesab edilə bilməz və keçid ayrılarkən tərəflərin hər birinin qarşılıqlı mənafeləri nəzərə alınmalı olduğundan iddiaçının təklif etdiyi məbləğ müqabilində keçidin verilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndində yerləşən 0,22 ha torpaq sahəsinə gediş-gəliş üçün cavabdehə məxsus torpaq sahəsindən zəruri yol və keçidin verilməsi hissəsində rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddianın digər hissələrini yəni “yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulması” hissələri üzrə araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də iddia tələbi həmin hissələrdə də rədd edilməlidir. Belə ki, iddiaçıların “yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulması” tələbi birinci, iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Maqov kəndinsə yerləşən 0,22 ha torpaq sahəsinə gediş-gəliş üçün cavabdehə məxsus torpaq sahəsindən zəruri yol və keçidin verilməsindən sonra yaranan törəmə tələbdir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinə cavabdehin istifadəsində olan torpaq sahələrindən zəruri keçid verilmədiyi halda və iddia tələbinin digər hissələrinin həmin hissə ilə əlaqəli olduğundan iddia tələbi digər hissələr olan “yol üçün ayrılmış torpaq sahəsinin servitutla yüklənməsinə, servitutun dəyərinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinə, servitutun daimi istifadə üçün nəzərdə tutulması” hissəsində də təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi ümumilikdə əsaslı hesab edilərək təmin edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, iş materiallarına nəzər yetirildikdə görünür ki, tərəflərin istifadə və sahiblik etdikləri torpaq sahələri ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Halbuki, qanunvericiliyin tələbinə əsasən servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinə zəruri yol və keçidin verilməsi, torpaq sahəsinin servitutla yüklü edilməsi, servitutun dəyərinin və müddətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci iddiaçılar X13, İddiaçı3 və İddiaçı2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X12 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinə zəruri yol və keçidin verilməsi, torpaq sahəsinin servitutla yüklü edilməsi, servitutun dəyərinin və müddətinin müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı1 ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci iddiaçılar X13, İddiaçı3 və İddiaçı2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X12 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar