Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-862/2023 31.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X7 katibliyi, İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh9, X2, Cavabdeh4, Cavabdeh2, X5, X8, Cavabdeh8 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh7, Cavabdeh6, Cavabdeh9, Cavabdeh5, Cavabdeh4, X12, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh8 ünvan 1 ünvanda yerləşən onların evindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev onların xüsusi mülkiyyətlərindədir və onların xüsusi mükiyyətlərində olduğuna dair ********** qeydiyyat nömrəli, xx.xx.2023 qeydiyyat tarixli Çıxarış da vardır. Həmin fərdi yaşayış evinin 3/8 hissəsi İddiaçı2 və 5/8 hissəsi isə İddiaçı1 mülkiyyətindədir, cavabdehlər isə başqa ünvanlarda yaşasalar da həmin evdə qeydiyyatda qalmışlar. Yaşayış evi vərəsəlik hüququ əsasında əldə olunmuşdur. Cavabdehlər müxtəlif ölkələrdə və şəhərlərdə yaşadıqlarına görə naməlum səbəblərdən evdən qeydiyyatdan çıxa bilmirlər. Lakin məhkəmə qərarı ilə qeydiyyatdan çıxarılmalarına, yəni evdən istifadə hüquqlarına xitam verilmələrinə etiraz etmirlər. Cavabdehlərin pasport qeydiyyatında həmin fərdi yaşayış evində olması onların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, ev barədə sərəncam vermək üçün (alqı-satqı müqaviləsi, mənzil kirayə müqaviləsi, ipoteka qoyulmasına dair müqavilə) həmin şəxslərin razılığı tələb olunur. Lakin həmin şəxslər həmin ünvanda yaşamırlar, onların yaşayış sahəsinə əmlak hüququ yoxdur və ev onların mülkiyyətindədir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. "Yasayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yasayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri basa düsülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafıq dövlət orqanına müraciət etməlidir. Göründüyü kimi, qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini səxsin daimi yasamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir”. Bundan başqa hesab edir ki, şəxslərin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib göstərmədiyidir. Onların evdə pasport qeydiyyatında olması onların xüsusi mülkiyyətləri üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Göründüyü kimi cavabdehlər mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olmuşlar. Formal olaraq qeydiyyatda qalmışlar. Bu da onların mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Belə ki, yaşayış evi vərəsəlik hüququ əsasında mülkiyyətləri olmuşdur. Cavabdehlər isə əvvəlki mülkiyyətçilərin nəvələri və sair qohumlarıdır. Cavabdehlərin başqa ünvanda yaşamalarına baxmayaraq onların evdə qeydiyyatda qalması öz mülkiyyətlərindən istifadə hüququnu həyata keçirməyə mane olur. Buna görə də onların yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz dail olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki iş üzrə cavabdehlər və maraqlı şəxs məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlər və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi, yəni cavabdehlərin ünvan 2 ünvanda yerləşən onların evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin halları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0301 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı2, X17, X13, X9, X18 və X20, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 125,35 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında İddiaçı2 və X20 mülkiyyəti kimi qeydiyyata alınmışdır. “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, Zaqatala şəhəri, Vaqif küçəsi, ev 77də İddiaçı2, X28, X13, X15, X31, X17, X10, X18, Cavabdeh7, X9, Cavabdeh6, Cavabdeh9, X3, X32, X14, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh8, X33 qeydiyyatdadır. Cavabdeh9 ərizəsindən görünür ki, X20 ona qarşı qaldırdığı “Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə” dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. X6 ərizəsindən görünür ki, X20 ona qarşı qaldırdığı “Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə” dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 ərizəsindən görünür ki, X20 ona qarşı qaldırdığı “Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə” dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh6 ərizəsindən görünür ki, X20 ona qarşı qaldırdığı “Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə” dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 ərizəsindən görünür ki, X20 ona qarşı qaldırdığı “Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə” dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. X11 ərizəsindən görünür ki, X20 ona qarşı qaldırdığı “Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə” dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tədbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı Azərbaycan Respublikası “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratfikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburlliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratfikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununu 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı iddiaçının izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətindədir. İddiaçı2, X28, X13, X15, X31, X17, X10, X18, Cavabdeh7, X9, Cavabdeh6, Cavabdeh9, X3, X32, X14, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh8, X33 iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadırlar və onlardan Cavabdeh7, Cavabdeh6, Cavabdeh9, Cavabdeh5, Cavabdeh4, X12, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh8 həmin fərdi yaşayış evindən istifadə hüquqularının itirilmiş hesab edilməsi barədə iddia tələbi ilə iddiaçılar məhkəməyə müraciət etmişlər. Cavabdehlərin heç biri həmin fərdi yaşayış evində yaşamır və onlara aid əşya həmin evdə yoxdur. Onlar hər biri yaşamaq üçün başqa yaşayış yerləri seçmiş və mübahisələndirilən evdə qeydiyyatda qalmışlar. Cavabdehlərdən Cavabdeh9, X16, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 və X19 ərizələrlə müraciət edərək X20 onlara qarşı qaldırdığı “Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə” dair ərizəsinin təmin edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh7, X3, Cavabdeh4 iddia tələbinə qarşı münasibətini bildirməmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlər fərdi yaşayış evindən köçərək yaşamaq üçün başqa yaşayış yerləri seçsələr də, fərdi yaşayış evində pasport qeydiyyatında formal olaraq qalmışdırlar, bu da iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur, kommunal xərclərin meydana gəlməsi və mülkiyyətçilərin mənzil üzərində sərəncam vermək hüquqlarının məhdudlaşması ilə nəticələnir. Cavabdehlər mülkiyyətçilərin-iddiaçıların ailə üzvü deyil və iddiaçılarla birlikdə yaşamırlar. Yuxarıda şərh olunanlardan göründüyü kimi cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olmaları mülkiyyətçilərin hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Ona görə də, məhkəmə iddiaçının mülkiyyət hüquqlarını müdafiə etməklə, cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin müəyyən edilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cavabdehlərin həqiqətən də yaşayış evindən istifadə hüququ itirilmişdir. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehlərin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçılar cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququnun olmadığını iddia edir. İşdən də görünür ki, cavabdehlər fərdi yaşayış evindən köçmüşdürlər və onların fərdi yaşayış evindən istifadə hüquqları itirilmişdir. Beləliklə, yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, həmin şəxslərin fərdi yaşayış evində qeydiyyatda qalması mülkiyyətçilərə öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün isə onların fərdi yaşayış evindən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehlərin evə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh9, Cavabdeh5, Cavabdeh4, X21, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh8 ünvan 2 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi müəyyən edilməlidir. İddiaçı X33 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh9, Cavabdeh5, Cavabdeh4, X21, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh8 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-862/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-862/2023
31.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver