Məhkəmə qərarları › İş №e-2(033)-865/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-865/2025

28.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-865/2025 28.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə aparılması nəzərdə tutulmuş ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X8 verilmiş Zaqatala rayonu, Mazıx kəndində yerləşən 0.1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X10 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra kənd icra nümayəndəliyində onun adına olan təsərrüfat bağlanmışdır. Vərəsəliklə əlaqədar Notariat Kontoruna müraciət edəndə mübahisəli torpaq səhəsinə arayışın (çıxarışın) alınması zərurəti yaranmışdır. Belə ki, qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdan çıxarışı təqdim edildikdən sonra verilə bilər. Cavabdeh mərhum atası X8 məxsus olmuş Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.1161 ha torpaq sahəsinə dair zəruri inventarlaşdırma işlərinin aparılmasına maneəçilik yaradır. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X8 Zaqatala rayonu Mazıx kənd ərazisindən 1161 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestrı haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi, müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərinə mülkiyyət və ya əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanuni və ya vəsiyyət üzrə vərəsəsinə ölmüş şəxsin adına məxsus olması haqqında arayış verilir. Həmçinin, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüququlara və məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrinin verilməsi haqqında” təlimatın 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adına tərtib edilmiş miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilməlidir. Arayışın alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etdim. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin18 saylı Zaqatala Ərazi İdarəsinin 28 aprel 2025-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ərizəmin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırılma işlərinin, aparılmasına tərəfindən şərait yaradılmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərz çəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-cimaddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət edirəm. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, İş № 2(033)-338/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh qarşı maneələrin aradan qaldırılması, cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 193 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində tam mülkiyyət hüququ əsasında X5 adına qeydiyyata alınmış Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,2016 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə X6 tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmişdir. İddiaçı ərizə ilə müraciət edərək iddia ərizəsi üçün ödədiyi 100 manat rüsumunun özünə aid edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümyaəndəsi Nümayəndə etiraz ərizəsi ilə müraciət edərək İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2023-cü il tarixli 110 nömrəli qərarı ilə X8 verilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq mənim xeyrimə ödənilməsi barədə qətnamə çıxarılması ilə bağlı müraciət etmişdir.İddiaçının iddiası əsassızdır. O, təmin edilə bilməz. İddiaçı göstərir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003- cü il tarixli 110 nömrəli qərarı ilə X8 Zaqatala rayon Mazıx kəndində 0,1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə ona Zaqatala rayonu Mazıx kəndində qanuni istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş və adına A seriyalı 127434 nömrəli torpaq sahəsinin plan ölçü sənədi hazırlanaraq Torpaq Kadastr kitabında xx.xx.2009-cu ildə 132 nömrə ilə uçota alınmışdır. Faktiki istifadəsində olan fərdi yaşayış evi 1988-ci ildə inşa edildiyindən həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinə dair Zaqatala RİH Mazıx kənd İƏD —nin 06 nömrəli təsərrüfat başına kitabın 170-ci səhifəsində qeyd edilmiş məlumatlar sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün birbaşa əsasdır. “A seriyalı 460901 nömrəli torpaq sahəsinin “plan və ölçüsü” sənədinin xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli pasportda qeyd edilmiş 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, Zaqatala rayonu AİK-in xx.xx.2003- cü il tarixli 110 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə, yəni 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək həmin 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbidir. Şəki İnzibati Məhkəməsi mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə ünvanladığı müraciətə cavab olaraq bildirmişdir ki, A seriyalı 460901 nömrəli Torpaq sahəsinin planı və ölşüsü sənədinə göstərilən 1161 kv.m torpaq sahəsinin iddiaçı Cavabdeh tərəfindən istifadə edilən 952 kv.m hissəsi isə həmin Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə nəzərdə tutulmuş əraziyə, X9 Uçotu İnformasiya məlumat bazasında isə sözügedən 952 kv.m torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları uqodiyası tikinti altında olan torpaqlar, alt uqodiyası fərdi yaşayış evi, alt kateqoriya həyətyanı sahələrin altında olan torpaqlar kimi öz əksini tapmışdır.Göründüyü kimi, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X8 Zaqatala rayon Mazıx kəndində 0,1161 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədi səhvdir, ona görə də sənəd ləğv olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümyaəndəsi Nümayəndə etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin halları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 28 aprel 2025-ci il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, ünvan 3paq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan əmlakın yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq torpaq sahəsi üzərində mübahisə olduğundan inventarlaşdırılma işlərinin aparılması mümkün olmamışdır. qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon X1 adına verilmiş A seriyalı 460901 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün təsdiq edilmiş surətindən görünür ki, həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən X5 adına Zaqatala rayonu Mazıx kəndində yerləşən 1161 kv.m. torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Zaqatala Rayon Dövlət Arxivindən verilmiş 14 aprel 2025-ci il tarixli arayışdan görünür ki, 1996-2000-illərdə Mazıx kənd İƏVN t/başına kitabında X5 ailə tərkibi özündən, X7 və X2 ibarət olmuşdur. Zaqatala rayon 2 saylı notariat ofisinin 06 aprel 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2008-ci il tarixdə ölmüş X5 adına vərəsəlik işi açılmış və ona məxsus olan əmlak barəsində daşınmaz əmlakın reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsilə Zaqatala rayon 2 saylı notariat ofisinə göndərməyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi idarəsinə xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2- 1(116)-1746/2022 nömrəli qərarından görünür ki, cavabdehin üzərinə A seriyalı 460901 nömrəli torpaq sahəsinin “plan və ölçüsü” sənədinin xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0.06 ha torpaq sahəsinə üst-üstə düşən hissədə ləğv edilməsi, Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə, yəni, 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək, həmin 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2- 1(107)-195/2023 nömrəli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(116)-1746/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X3 mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Nümayəndə mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanun Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,1161 ha torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən X5 mülkiyyətinə verilmişdir. X10 xx.xx.2008-ci il tarixdə vəfat etmiş və onun adına Zaqatala Rayon 2 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. İddiaçı X5 vərəsəsidir və atasından miras qalmış əmlak üzərində payların müəyyən edilməsi üçün Zaqatala Rayon 2 saylı Notariat Ofisinə müraciət etmiş və Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,1161 ha torpaq sahəsi dövlət reyestrində qeydə alınmadığından həmin sahəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” 18 saylı Zaqatala Ərazi İdarəsinə qeydiyyata alınması və çıxarışla rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Torpaq sahələri üzərində mübahisə olduğundan və inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmadığından həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,1161 ha torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003cü il tarixli 110 nömrəli qərarına əsasən X5 mülkiyyətinə verilmiş torpaq sahəsində ölçmə işlərinin aparılmasına qanunsuz olaraq maneələr yaradılmış, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşının torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq, fərdi yaşayış evi ilə bağlı mübahisə olduğu səbəbindən ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Cavabdehin nümayəndəsi Nümayəndə etirazına münasibətdə məhkəmə qeyd edir ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,1161 ha torpaq sahəsinin 0.06 ha torpaq hissəsi üzərində cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,1161 ha torpaq sahəsi üzərində ölçmə işlərinə maneə yaratmaq üçün əsas ola bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X5 mülkiyyətinə verilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X5 mülkiyyətinə verilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar