Məhkəmə qərarları › İş №e-2(033)-88/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-88/2025

25.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-88/2025 25.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 27 oktyabr 2002-ci il tarixdə ölmüş - X2 miras qalmış, ümumi birgə mülkiyyət hüququ ilə sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Höytala kəndində yerləşən fərdi yaşayış evi və 0,9385 ha torpaq sahəsindən mərhum X7 düşən hissənin ½ hissəsinə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı anası - X10 27 oktyabr 2002-ci il tarixdə ölmüşdür. Onun vəfatından sonra Zaqatala rayonu, Höytala kəndində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və digər əmlaklar miras qalmışdır. İddia ərizəsinə əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Maqov Kənd İnzibati Ərazi Dairəsinin 11 noyabr 2021-ci il tarixli, 654 nömrəli arayışından da göründüyü kimi, iddiaçı qeyd olunan daşınmaz əmlaklardan bir qismini (0,31 ha torpaq sahəsini) əmlaka sahiblik etmək və əmlakı idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İddiaçı anası - X2 miras qalmış Zaqatala rayonu, Höytala kəndində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində anası - X5 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə, iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin, sonuncu çölölçəmə işlərinə Mehdiyeva Ziyafət Məmməd qızı tərəfindən maneçilik törədilməsi səbəbindən 21 oktyabr 2021-ci il tarixli, **********95 nömrəli məktubla hüquqların dövlət qeydiyyatından imtina etmişdir. İddiaçı Mehdiyeva Ziyafət Məmməd qızından anası - X2 miras qalmış Zaqatala rayonu, Höytala kəndində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqununun dövlət qeydiyyatının aparılması məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin aparılmasının qarşısının alınmasına yönəlmiş qərəzli hərəkətlərinə son qoymasını tələb etməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Bundan sonra İddiaçı cavabdeh Mehdiyeva Ziyafət Məmməd qızı və digərlərinə qarşı “cavabdeh Mehdiyeva Ziyafət Məmməd qızının, İddiaçı mərhum anası - X2 miras qalmış Zaqatala rayonu, Höytala kəndində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, 0,94 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması tələbinə dair iddiaərizəsi ilə məhkəməyə müraciət etmiş və yekunda iddiası təmin edilmişdir. İddiaçı məhkəmə qərarı əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş və 17 oktyabr 2024-cü il tarixdə İddiaçı anası - X12 və ailə üzvərinin ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Höytala kəndində yerləşən fərdi yaşayış evi və 0,9385 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, dövlət reyestrindən çıxarışlarəsmiləşdirilmişdir. İddiaçı mərhum anası - X2 miras qalmış əmlakdakı payına “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almaq məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1 müraciət etmiş, lakin, sonuncu 14 may 2024-cü il tarixli, 546 nömrəli məktubla bundan imtina etmişdir. Nəticədə, İddiaçı mərhum anası - X2 miras qalmış ümumi birgə mülkiyyət hüququ ilə sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Höytala kəndində yerləşən fərdi yaşayış evi və 0,9385 ha torpaq sahəsindən mərhuma düşən hissənin ½ hissəsinə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdirlər. 23 yanvar 2025-ci il tarixdə iddiaçının nümayəndəsinin razılığı ilə Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh ünvan 1 ünvanlayaraq işə iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmiş, digər Cavabdeh2 isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməməsinin üzrülü olması barədə məhkəməyə heç bir səbəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 18 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirmişdir ki, atası Cavabdeh2 ölkə xaricindədir. İş üzrə əvvəlki məhkəmə işlərində iştirak etməmişdir. O, Mahaçqala şəhərində yaşayır. Onun oğlu prinsipə düşərək olara qarşı iddialar qaldırır. İddiaçı hələ uşaqları kiçik olduğu vaxt çıxıb getmişdir. Ata-anasına da onun valideynləri baxmışdır. İddiaçı yalnız valideynləri vəfat edən zaman rayona gəlmişdir. Anası burda olmadığı vaxt iddiaçının ailəsi sənədsiz onların həyətyanı torpaq sahəsini hasarlamış, daha sonra isə anası həmin hasarı sökdüyü üçün onunla prinsip aparırlar, fərdi yaşayış evini də tələb edəcəklər. Hasar iddiaçı tərəfindən 10 il bundan qabaq hasarlanmış olardır. Nənəsinin vəfat etməsindən bir müddət keçdikdən sonra əmisi oğlu onun valideynlərinin yanına gələrək maddi imkanlarının yaxşı olmadığını bildirmiş və onlardan kömək məqsədi ilə fındıq bağı istəmişdir. Atası ona yer göstərmiş və demişdir ki, maddi vəziyyətləri düzəldikdən sonra bağı qaytararlar. Nənəsi vəfat edərkən iddiaçının ailəsi onlara məxsus torpaq sahəsindən istifadə etmirdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, tərəflər onun qonşusudur. Cavabdeh2 hazırda Rusiya Federasiyasındadır. İddiaçı isə uzun illərdir ki, Rusiya Federasiyasındadır. Cavabdeh2 evin kiçik oğlu olmuş və valideynləri onunla yaşamışdırlar. Cavabdeh2 yaşadığı evin sol trərəfindən iddiaçının böyük bağı yerləşir. Bundan başqa İddiaçı başqa yerdə də torpaq sahəsi vardır. Cavabdeh2 isə həyətyanı torpaq sahəsidən başqa torpaq sahəsi yoxdur. İddiaçı uzun illər olar ki, çıxıb buralardan getmiş və nə arvadına, nədə ki uşaqlarına baxmamışdır. 40 ildir ki, tərəflərlə qonşudur. O, görməmişdir ki, Cavabdeh2 həyətində iddiaçıya yer ayrılsın. 4-5 il əvvəl iddiaçı tərəf məftillə özünə fındıq sahəsində yer bağlatmış, lakin bağı bağlatmamışdan əvvəl bağdan fındq yığmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirdi ki, o tərəfləri 1993-cü ildən tanıyır. İddiaçı onun bacanağıdır. Tərəflərin evləri ayrı olmuşdur. 30 sot torpaq sahəsini iddiaçının anası ona vəsiyyət etmişdir və həmin yeri iddiaçı yığmışdır. 1998-ci illərdə o, fındıq bağından motosikleti ilə fındıq götürməyə getmişdir. Həmin vaxtlarda bağ hasarlı olmuşdur. İddiaçı anasının yas mərsimində iştirak etmişdir. İddiaçıya göstərilən yeri həmişə o və ailəsi yığmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirdi ki, tərəflərlə qohumdur. İddiaçının arvadı onun xalasıdır. O, xalasıgildə çox olmuşdur. Onun uşaqlarına baxmağa köməklik etmişdir. Məhəmmədlə Əhmədin evləri ayrı olmuşdur. O qonaq gedərkən Məhəmmədin evinə getmişdir. Mübahisəli fındıq bağı həmişə iddiaçının və xalasının istifadəsində olmuşdur. Xalasının qaynanası Havva sağ ikən də, onun vəfatından sonra da fındıq bağı iddiaçıgilin istifadəsində olmuşdur. O, bağdan fındıq yığılarkən iməcilikdə iştirak etmişdir. Demək olar ki, hər fındıq yığımı mövsümündə o iməciliklərdə olmuşdur. Yazılı sübutlar Zaqatala RİHB-ın Makov kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28 noyabr 1996-cı ildə vəfat etmişdir. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27 oktyabr 2002-ci ildə vəfat etmişdir. Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli 36 saylı arxiv arayışından görünür ki, mərhum X5 1996-2000-ci illərdə ailə tərkibi - oğlu Cavabdeh2, gəlini Mehdiyeva Ziyafət Məmməd qızı, nəvəsi X9 və nəvəsi X4 ibarət olmuşdur. Təsərrüfatı ev 142 m2, o cümlədən yaşayış sahəsi 91 m2, cəmi torpaq 0,20 ha. Əsas fond 91, səh 2, s/v 120. Zaqatala RİHB-nin Maqov kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli 654 saylı arayışından görünür ki, İddiaçı mərhum anasına məxsus sərhəd daxilində olan 0,31 ha torpaq sahəsində olan fındıq bağından 1985-ci ildən 2020-ci ilə kimi özü istifadə etmişdir. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən 23 yanvar 2025-ci il tarixdə verilmiş doğum haqıqnda arayışdan görünür ki, Cavabdeh2 xx xxxxxxxx 1965-ci ildə doğulmuşdur, anası X8r. Reyestr nömrəsi **********81-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Höytala kəndində 0,9385 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X10, Cavabdeh2, Mehdiyeva Ziyafət Məmməd qızı, X9 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(033)-252/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Mehdiyeva Ziyafət Məmməd qızına və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı mərhum anası - X2 miras qalmış Zaqatala rayonu Höytala kəndində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2022-ci il tarixli 2(107)-926/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Zaqatala rayon məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(033)-252/2022 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, cavabdeh Mehdiyeva Ziyafət Məmməd qızına mərhum X2 miras qalmış Zaqatala rayonu Höytala kəndində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, işdə olan Zaqatala RİHB-nin Maqov kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla İddiaçı mərhum anasına məxsus sərhəd daxilində olan 0,31 ha torpaq sahəsində olan fındıq bağından 2020-ci ilə kimi istifadə etdiyi təsdiq edilir. Eyni zamanda işdə olan Zaqatala rayon 2 saylı notariat ofisinin xücusu notariusu Gözəl İsgəndərovanın 27 sentyabr 2021-ci il tarixli 1048 saylı məktubundan görünür ki, İddiaçı (vərəsə) müraciəti və təqdim etdiyi sənədlər əsasında 27 oktyabr 2002-ci il tarixdə ölmüş X5 adına vərəsəlik işi açılmışdır. .... qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Ali Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2022-ci il tarixli 2(102)-6055/2022 saylı qərarından görünür ki, Mehdiyeva Ziyafət Məmməd qızının kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2022-ci il tarixli 2(107)-926/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 09 avqust 2024-cü il tarixli qəbzin surətindən görünür ki, Nümayəndə tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminat verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, habelə miras qoyanın əmlakının istər qanun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlakı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 223.3-cu maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, müəyyənləşdirilmiş hallar ondan ibarətdir ki, iddiaçı, mərhum X5 doğma oğludur. Zaqatala rayonu Höytala kəndində yerləşən 0,9385 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X10, Cavabdeh2, Mehdiyeva Ziyafət Məmməd qızı, X9 və X6 mülkiyyətinə qeydə alınmış və bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Payların həcmi barədə mülkiyyətçilərin arasında ayrı qaydanı nəzərdə tutan razılaşma olmadığından onların payları bərabər sayılır və hər birininki 1/5 hissə təşkil edir. İki bərabər pay hüquqlu vərəsəsi olan X5 xx.xx.2002-ci il tarixdə ölümündən sonra Zaqatala rayonu Höytala kəndində yerləşən 0,9385 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindəki 1/5 hissə payı miras qalmışdır. İddiaçı mirası qəbul etdiyindən, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-926/2022 saylı qətnaməsi ilə onun iddiası təmin edilərək, cavabdeh Mehdiyeva Ziyafət Məmməd qızına mərhum X2 miras qalmış Zaqatala rayonu Höytala kəndində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması qət edilmişdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Zaqatala rayonu Höytala kəndində yerləşən 0,9385 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin 1/5 hissəsi mərhum X5 ümumi birgə mülkiyyətdəki payı olduğundan və onun 2 nəfər bərabər pay hüquqlu vərəsələri olduğundan, Zaqatala rayonu, Höytala kəndində yerləşən fərdi yaşayış evi və 0,9385 ha torpaq sahəsindən mərhum X7 düşən 1/5 hissənin ½ hissəsinə mirası qəbul etmiş iddiaçının payı müəyyən edilməli, iddia tələbi təmin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, həmin xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. 27 oktyabr 2002-ci il tarixdə ölmüş - X2 miras qalmış, ümumi birgə mülkiyyət hüququ ilə sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Höytala kəndində yerləşən fərdi yaşayış evi və 0,9385 ha torpaq sahəsindən mərhum X7 düşən 1/5 hissənin ½ hissəsinə İddiaçı payı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar