Məhkəmə qərarları › İş №e-2(033)-9/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-9/2024

09.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-9/2024 09.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Cavabdeh, eyni zamanda cavabdeh X6 nümayəndəsi Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı “qanunsuz tikilinin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı “qanunsuz tikilinin sökülməsi və cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehlər tərəfindən zəbt edilmiş, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022 olan Çıxarışda qeyd olunmuş 0,02 ha torpaq sahəsində cavabdehlər Cavabdeh və X10 tərəfindən qanunsuz aparılmış tikilinin sökülməsi, cavabdehlərin torpaq sahəsindən çıxarılmaları və banka ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2022 tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən Çıxarış da verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh Etibar qızının torpaq sahəsi ilə qonşudur. Cavabdeh həmin torpaq sahəsini zəbt edərək ondan xəbərsiz və icazəsiz olaraq qanunsuz tikili aparmışdır. Bununla da onun mülkiyyət hüququnu pozmuşdur. Ona dəfələrlə qanunsuz tikilini sökməyi və torpaq sahəsindən çıxması barədə xəbərdarlıq etsə də heç bir müsbət nəticə verməmişdir. Cavabdeh onun xəbərdarlıqlarına əhəmiyyət verməyərək narahatçılıq yaratmaqda davam edir. Cavabdeh könüllü olaraq qanunsuz tikilini sökmədiyi və torpaq sahəsindən çıxmadığı üçün o, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. 11 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının razılığı əsasında X10 işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər məhkəmə tərəfindən cavabdeh qismində işə cəlb edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı 11 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, cavabdehin evinə bitişik köhnə ev olmuşdur. Həmin evin qabağına cavabdeh onun torpaq sahəsində tikinti işləri aparmışdır. Hazırda cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsi zəbt edildiyindən o, yeni evin inşasına başlaya bilmir. Cavabdehin evi və həyətə giriş-çıxış yeri ayrıdır, lakin buna baxmayaraq onun torpaq sahəsini zəbt etmişdir. Mübahisəli torpaq sahəsini cavabdehin qaynatasından almışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, eyni zamanda cavabdeh X6 nümayəndəsi Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş, özlərinin mülkiyyətində olan torpaq sahəsi üzərində tikinti işləri aparmışdır və buna görə də iddia tələbi əsassızdır. İddiaçının iddia etdiyi torpaq sahəsi qaynanası və qaynatasının istifadə etdikləri torpaq sahəsi olmuşdur. Bu torpaq sahələri rayonda aparılan islahat zamanı koordinatları düzgün göstərilməmiş, iddiaçının torpaq sahəsi onlara məxsus torpaq sahəsinə, onların torpaq sahəsi isə yola sürüşmüşdür. Onun yaşadı evin yarısı iddiaçının tələb etdiyi torpaq sahəsində yerləşir və həmin ev sonradan tikilən ev olmamışdır, qaynatasının atasından qalan ev olmuşdur. İddia təmin edilərsə həmin onun yaşadığın evin yarısının sökülməsi qeyri-mümkündür. İddiaçının məqsədi tikintinin sökülməsi və onun pəncərəsinin qarşısında pilləkən qoymaqdır. O, torpaq sahəsində mübahisə olduğundan reyestr xidmətinə müraciət etmiş və ona orada torpaq sahələrinin koordinatlarının düzgün işlənmədiyi və yerləri düzgün göstərilməyin torpaq sahələrinin çıxarışlarının verildiyini bildirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan sənədlərin siyahısı İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin X3 ünvanlanmış 30 iyun 2022-ci il tarixli torpaq sahəsinin koordinatlarının naturada göstərilməsinə imtina edilməsi barədə bildirişdən görünür ki, aparılmış çöl-ölçmə işləri və kadastr ekspertizası zamanı **********85 reyestr nömrəli çıxarışla mülkiyyətlərində olan ünvan 4 ünvanda yerləşən 0,02 ha torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin koordinatları ilə fiziki sərhədlər daxilində naturada istifadə etdikləri torpaq sahəsinin cizgiləri arasında konfiqurasiya fərqləri mövcud olmaqla qonşu mülkiyyətçilərlə torpaq mübahisəsinin olduğu məlum olmuşdur. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0,02 ha torpaq sahəsinin koordinatlarının naturada tanıdılması mümkün olmamışdır. İşdə olan DƏDRX-in PHŞ-ın 18 saylı Zaqatala Əİ-in yerquruluşu üzrə texniki Rəşad Xalbayev, mülkiyyətçi İddiaçı və Zaqatala Bələdiyyəsinin nümayəndəsi Ramin Ağakişiyev tərəfindən tərtib edilmiş 28 iyun 2022-ci il tarixli aktın surətindən görünür ki, ünvan 4 ünvanda İddiaçı naturada istifadə etdiyi torpaq sahəsi hüquqmüəyyənedici sənəd arasında uyğunsuzluq olduğundan naturada sərhədlərin tanınması mümkün olmamışdır. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. A N 748342 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək çıxarışa əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 26 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Zaqatala şəhəri ərazisində Cavabdeh adına hər-hansı bir torpaq sahəsinin olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir. İşdə olan inventar nömrəsi 7602, reyestr nömrəsi **********84-10301 olan fərdi yaşayış evinin texniki pasportun surətindən görünür ki, ünvan 5 evin hüquq subyekti X8r. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin 25 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin naturada faktiki istifadəsində 0.0265 hektardır. Həmin ərazidə vətəndaşların naturada fiziki sərhədləri daxilində istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedıci sənədlərdə göstərilən cizgilər arasında ciddi uyğunsuzluqlar olduğuna görə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0,02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək olmamışdır. İddiaçının iddia etdiyi cavabdeh tərəfindən inşa edilmiş tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə X4 adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin sərhədləri daxilində olub-olmaması ilə bağlı bildirilmişdir ki, həmin ərazidə vətəndaşların naturada fiziki sərhədləri daxilində istifadə etdiyi torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilər arasında ciddi uyğunsuzluqlar olduğuna görə cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı adına qeydiyyata alınmış 0,02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin daxilində olub-olmamasını müəyyən etmək olmamışdır, iddiaçı və cavabdehin naturada istifadə etdiyi torpaq sahələrinin ölçüləri, İddiaçı adına hüquqların dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********85 olan çıxarışın palanı və ölçüsü sənədindəki Koordinatlara əsasən 0,02 ha torpaq sahəsinin yerləşmə vəziyyəti və mübahisələndirilən ərazinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2023-cü il tarixli 10/3124 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin naturada faktiki istifadəsində 0.0265 hektardır. Həmin ərazidə vətəndaşların naturada fiziki sərhədləri daxilində istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedıci sənədlərdə göstərilən cizgilər arasında ciddi uyğunsuzluqlar olduğuna görə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmış 0,02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək olmamışdır. İddiaçının iddia etdiyi cavabdeh tərəfindən inşa edilmiş tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə X4 adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin sərhədləri daxilində olub-olmaması ilə bağlı bildirilmişdir ki, həmin ərazidə vətəndaşların naturada fiziki sərhədləri daxilində istifadə etdiyi torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilər arasında ciddi uyğunsuzluqlar olduğuna görə cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı adına qeydiyyata alınmış 0,02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin daxilində olub-olmamasını müəyyən etmək olmamışdır, iddiaçı və cavabdehin naturada istifadə etdiyi torpaq sahələrinin ölçüləri, İddiaçı adına hüquqların dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********85 olan çıxarışın planı və ölçüsü sənədindəki Koordinatlara əsasən 0,02 ha torpaq sahəsinin yerləşmə vəziyyəti və mübahisələndirilən ərazinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan 13 iyul 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 0,0248 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin 30 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-cı il tarixdə ********** nömrə ilə X4 adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin konkret ölçüləri 0.026 ha olmaqla sərhədləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə **********1 nömrə ilə X6 adına qeydiyyata alınmış 0.0248 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin konkret ölçüləri 0.0248 ha olmaqla sərhədləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Cavabdeh tərəfindən naturada özünün fiziki sərhədləri daxilində ıstifadə edilən (X6 mülkiyyətində olan) torpaq sahəsinin bir hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən X4 adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdehin istifadə etdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cizgiləri daxilində yerləşib-yerləşməsi ilə bağlı həmin ərazidə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 04 02.2020-ci il tarixdə **********1 nömrə ilə X6 adına qeydiyyata alınmış 0.0248 ha torpaq sahəsinin planı və ölçüsü sənədindəki cizgilər və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə X4 adına qeydiyyata alınmış 0.02 ha torpaq sahəsinin cizgiləri özlərinin naturada mövcud olmuş fiziki sərhədləri daxilində istifadə edilən əraziyə uyğun tərtib edilməmişdir. Cavabdeh tərəfindən tikilmiş tikilinin və digər mülkiyyətçilərin torpaq sahələrinin naturada mövcud olmuş fiziki sərhədləri daxilində istifadə edilən əraziləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 18 04.2022-cı il tarixdə ********** nömrə ilə X4 adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin planı və ölçüsü sənədinindəki koordinatlarının cizgiləri daxilində yerləşir. 13 iyul 2023-cü il tarixli ekspert rəyinin “həmin ərazidə vətəndaşların naturada fiziki sərhədləri daxilində istifadə etdiyi torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilər arasında ciddi uyğunsuzluqlar olduğuna görə cavabdeh tərəfindən inşa edilmiş X4 adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin daxilində olub-olmamasını müəyyən etmək olmamışdır” hissəsində ciddi uyğunsuzluğun nədən ibarət olduğu barədə bildirilir ki, ümumilikdə həmin ərazidə hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərlə vətəndaşların əvəllərdən mövcud olmuş fiziki sərhədləri daxilində naturada istifadə etdikləri torpaq sahələri uyğun olmadığına görə ciddi uyğunsuzluğun olması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16-16/2-10-9689 saylı əlavə ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-cı il tarixdə ********** nömrə ilə X4 adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin konkret ölçüləri 0.026 ha olmaqla sərhədləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə **********1 nömrə ilə X6 adına qeydiyyata alınmış 0.0248 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin konkret ölçüləri 0.0248 ha olmaqla sərhədləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Cavabdeh tərəfindən naturada özünün fiziki sərhədləri daxilində ıstifadə edilən (X6 mülkiyyətində olan) torpaq sahəsinin bir hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən X4 adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdehin istifadə etdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cizgiləri daxilində yerləşib-yerləşməsi ilə bağlı həmin ərazidə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 04 02.2020-ci il tarixdə **********1 nömrə ilə X6 adına qeydiyyata alınmış 0.0248 ha torpaq sahəsinin planı və ölçüsü sənədindəki cizgilər və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə X4 adına qeydiyyata alınmış 0.02 ha torpaq sahəsinin cizgiləri özlərinin naturada mövcud olmuş fiziki sərhədləri daxilində istifadə edilən əraziyə uyğun tərtib edilməmişdir. Cavabdeh tərəfindən tikilmiş tikilinin və digər mülkiyyətçilərin torpaq sahələrinin naturada mövcud olmuş fiziki sərhədləri daxilində istifadə edilən əraziləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 18 04.2022-cı il tarixdə ********** nömrə ilə X4 adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarının cizgiləri daxilində yerləşir. 13 iyul 2023-cü il tarixli ekspert rəyinin “həmin ərazidə vətəndaşların naturada fiziki sərhədləri daxilində istifadə etdiyi torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilər arasında ciddi uyğunsuzluqlar olduğuna görə cavabdeh tərəfindən inşa edilmiş X4 adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin daxilində olub-olmamasını müəyyən etmək olmamışdır” hissəsində ciddi uyğunsuzluğun nədən ibarət olduğu barədə bildirilir ki, ümumilikdə həmin ərazidə hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərlə vətəndaşların əvvəllərdən mövcud olmuş fiziki sərhədləri daxilində naturada istifadə etdikləri torpaq sahələri uyğun olmadığına görə ciddi uyğunsuzluğun olması qeyd edilmişdir. İşdə olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş şəxsin sənəd məlumatlarından görünür ki, X1 Xuraman Ehtibar qızının əridir. İşdə olan 19 mart 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan 14 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Manafovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəlləyə (MM) müvafiq olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM-in 139-cu maddəsi). MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə onu qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli və onun əsasında aparılmış ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3124 saylı rəylərini vermiş müvaviq olaraq mütəxəssis və ekspert iddiaçının adına qeydiyyata alınmış 0,02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi, eləcə də həmin ərazidə vətəndaşların naturada fiziki sərhədləri daxilində istifadə etdiyi torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilər arasında ciddi uyğunsuzluqlar olduğuna görə cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının adına qeydiyyata alınmış 0,02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin daxilində olub-olmamasını müəyyən edə bilmədiklərindən məhkəmə həmin rəylərə razılaşmamış və iş üzrə təkrar ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10- 9689 saylı ekspert rəyləri ilə Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin bir hissəsinin iddiaçının adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, cavabdeh tərəfindən tikilmiş tikilinin iddiaçının adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarının cizgiləri daxilində yerləşdiyi müəyyən edilmişdir. Əlavə olaraq müəхəsis və ekspert onu da müəyyən etmişlər ki, xx.xx.2023-cü il tarixli ekspert rəyinin “həmin ərazidə vətəndaşların naturada fiziki sərhədləri daxilində istifadə etdiyi torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilər arasında ciddi uyğunsuzluqlar olduğuna görə cavabdeh tərəfindən inşa edilmiş X4 adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin daxilində olub-olmamasını müəyyən etmək olmamışdır” hissəsində “ciddi uyğunsuzluq” ifadəsi ümumilikdə həmin ərazidə hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərlə vətəndaşların əvvəllərdən mövcud olmuş fiziki sərhədləri daxilində naturada istifadə etdikləri torpaq sahələri uyğun olmadığına görə “ciddi uyğunsuzluğun olması” qeyd edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis və onun əsasında aparılmış ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3124 saylı ekspert rəylərini mötəbər sübut sayımır və hesab edir ki, mübahisə həmin rəylərə razılaşmayan məhkəmə tərəfindən təyin edilmiş təkrar ekspertiza üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10-9689 saylı ekspert rəyləri əsasında həll edilməlidir. Həmin rəylərlə isə Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, cavabdeh tərəfindən tikilmiş tikilinin iddiaçının adına qeydiyyata alınmış 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarının cizgiləri daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində хüsusi biliklərinin olmasını nəzərə alaraq, cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının mülkiyyətində olan 0,02 ha həyətyanı torpaq sahəsinin daxilində yerləşməsi və həmin torpaq sahəsinin cavabdehin istifadəsində olmasına dair xx.xx.2023-cü il tarixli mütəxəssis və xx.xx.2024-cü il tarixli ekspert rəyləri ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. İddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etmiş, cavabdeh isə, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini, özlərinin mülkiyyətində olan torpaq sahəsi üzərində tikinti işləri apardığını, iddiaçının iddia etdiyi torpaq sahəsinin qaynanası və qaynatasının istifadə etdikləri torpaq sahəsi olması, rayonda aparılan islahat zamanı torpaq sahələrinin koordinatlarının düzgün göstərilməməsi, iddiaçının torpaq sahəsinin onlara məxsus torpaq sahəsinə, onların torpaq sahəsinin isə yola sürüşməsi, onun yaşadığı evin yarısının iddiaçının tələb etdiyi torpaq sahəsində yerləşməsi, evin qaynatasının atasından qalan ev olması əsası ilə iddiaya etiraz etmişdir. Göründüyü kimi, cavabdeh ziddiyyətli izahat verərək əvvəl tikinti işlərini özlərinin mülkiyyətində olan torpaq sahəsi üzərində apardığını bildirsə də, sonradan evin əvvəldən mövcud olduğunu bildirmiş, lakin həmin halın, eləcə də etirazında istinad etdiyi digər halların təsdiqi üçün sübut təqdim etməmişdir. İş üzrə sübutlarla, cavabdeh etirazında istinad etdiyi hallar təsdiq edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən evin qaynatasının atasından qalan ev olması barədə cavabdehin bildirdiklərini işin hallarına uyğun saymır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, nə qədər ki, tikilinin aparıldığı sahənin iddiaçının mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat qeydiyyat qüvvədədir, cavabdehin etirazında sadaladığı hallar iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Manafovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli qərarında qeyd olunan şərhinə əsasən, nə qədər ki, 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin iddiaçının adına olan qeydiyyat, eləcə də onun koordinatlarını müəyyən edən planı və ölçüsü sənədləri etibarsız hesab olunmayıb və ya ləğv olunmayıb, iddiaçının həmin sahəyə dair dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ vardır. Bu halda, Konstitusiya Məhkəməsinin qeyd etdiyi kimi, qeydin həqiqiliyi prezumpsiyası qüvvədə olur. İddiaçı torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. İş üzrə sübutlarla cavabdehlərin iddiaçıya məxsus olan torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənməsi, tikintinin lazımi icazələr almaqla, şəhərsalma və tikinti norma və qaydalarını ciddi surətdə pozmadan aparması halları təsdiq edilməmişdir. Məhkəmə cavabdehlərin iddiaçıya məxsus olan torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənməsi, tikintinin lazımi icazələr alınmaqla, şəhərsalma və tikinti norma və qaydalarını ciddi surətdə pozmadan aparması hallarının təsdiq edilmədiyini nəzərə alaraq, torpaq sahəsinin onların tərəfindən zəbt edilməsi və tikintinin özbaşına olması barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər Cavabdeh və X10 tərəfindən zəbt olunması tam təsdiq olunduğundan, torpaqların özbaşına tutulması qanunla qadağan olduğundan, torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, iddiaçının torpaq sahəsini cavabdehlər Cavabdeh və X6 qanunsuz sahibliyindən geri tələb etmək, özünə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ olduğundan, aparılmış tikinti özbaşına olmaqla iddiaçının torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucaltmaq, onları yenidən qurmaq və ya uçurmaq, orada başqa şəxslərin tikinti aparmasına icazə vermək hüquqlarını pozmaqla maraqlarına toхunduğundan, cavabdehlər Cavabdeh və X10 tərəfindən iddiaçının mülkiyyətində olan 0,02 ha həyətyanı torpaq sahəsində aparılmış tikinti sökülməli və onlar iddiaçıya məxsus olan torpaq sahəsindən çıxarılmalıdırlar. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, 100 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,02 ha həyətyanı torpaq sahəsində cavabdehlər Cavabdeh və X10 tərəfindən qanunsuz aparılmış tikili sökülsün və cavabdehlər həmin torpaq sahəsindən çıxarılsınlar. Ödənilmiş 100 (bir yüz yetmiş) manat dövlət rüsumu cavabdehlər Cavabdeh və X5 tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh və X5 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar